Dəyəri dəyərli insanlar verər

 

Bu yaxınlarda dövlət başçısının fərmanı ilə bir sıra elm, təhsil işçiləri ordenmedallarla təltif edildilər. Həmin insanlardan biri Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Teymur Zeynalovdur.

Teymur Şamil oğlu Zeynalov 1942-ci il aprelin 10-da Tovuz rayonunun Böyükqışlaq kəndində anadan olub. ömrünün 43 ilini Azərbaycan Dövlət İqtisad Universitetində şərəfli müəllim peşəsinə həsr edib. Böyük bir kollektivdə içtimaiyyət arasında bütöv bir şəxsiyyət, alim, dəyərli ağsaqqal kimi tanınan Teymur Zeynalovun xidmətləri universitet, Təhsil Nazirliyi rəhbərliyinin daim diqqətində olub. Məhz buna görə belə bir insanın layiqli qiymətini alması onu tanıyanları bir daha sevindirdi. Ardı-arası kəsilməyən təbriklər, teleqramlar bir daha göstərir ki, ölkəmizdə dəyərli insanlar hər zaman qiymətləndirilir.

Teymur Zeynalov bu ali zirvəyə zəkası, zəhməti insanlığı sayəsində yüksəlib. Bu münasibətlə onu tanıyanlar, el-obası ona verilən "Tərəqqi" medalına görə qürur hissi duyduqlarını bildirir, belə bir alimin həqiqi qiymətini verdiyinə görə ölkə prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini çatdırırlar. Hər kəs doğması kimi sevdiyi, hörmətlə yanaşdığı alimə ünvanladığı təbrik teleqramında "bu sevincdən mənə pay düşür" deyə bildirirlər. Hələ bir neçə il öncə Teymur müəllimin 60 illik yubileyi münasibətilə çap olunmuş "Altmış ilin işığında" kitabında yer alan onlarla alimin, ziyalıların, ədəbiyyat incəsənət xadimlərinin müsbət fikirləri onun mənalı ömür yolundan söhbət açırE Xalqının hörmətini qazanan T.Zeynalovun görkəmli bir iqtisadçı alim, bacarıqlı insan kimi tanınmasında özünün daxili zənginliyi ön plana çəkilməkdədir. Onun bu mərhələyə çatmasında həqiqət, vicdan, məsuliyyət, savad təcrübə əsas rol oynamışdır. Yüzlərlə savadlı kadrların yetişməsi onun necə bir alim olmasının təzahürüdür. Bu yaxınlarda Teymur müəllimin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi münasibəti ilə sazlı-sözlü gecə düzənlənmişdi.

Tədbiri giriş sözü ilə tibb elmləri namizədi, tanınmış həkim, DTU-nin dossenti Mayıl Məhərrəmov açaraq Teymur müəllimin şərəfli ömür yolundan, onun bir şəxsiyyət kimi tanınmasından danışdı. O, bildirdi ki, "Teymur Zeynalovun əməyinin dəyərləndirilməsi hər bir yaxşı alimə, gözəl nəcib əməl sahibinə bütövlükdə ADXTU-nin alimlərinə verilən qiymətdir. T.Zeynalov uzun illərdir ki, ADXTU-nin bacarıqlı dekanı yüksək intellektə malik alimidir. Fəxr edirəm ki, gənclikdən yaxşı tanıdığım dostcanlı, mehriban, səbrli çox dəyanətli bir eloğluma yüksək qiymət verilib. İnanıram ki, dövlətimiz onu daha yüksək təltiflərə layiq görəcək. Bu gün onun sevincinə qəlbən qoşulmuşuq sevincimizin həddi-hüdudu yoxdur".

Söz alan alim Teymur Zeynalov bildirdi ki, "işlədiyim kollektivə bu kollektivə rəhbərlik edən hörmətli rektorumuz Şəmsəddin Hacıyevə təşəkkür edirəm. Bu yaşıma gəlmişəm, kimsədən etdiklərim qarşısında heç ummamışam. ölkə prezidenti cənab İlham Əliyevin ədəbiyyat, mədəniyyət, elm təhsil adamlarına xüsusi diqqət yetirməsi bir reallıqdır. bu, "Mən hər bir Azərbaycanlının prezidentiyəm" kəlməsinin təsdiqidir. Bu gün mənim kimi alimlərə belə bir yüksək mükafatın - "Tərəqqi" medalının verilməsi mənim üçün əvəzsizdir. Düzü, bu mükafatın verilməsini prezidentin fərmanından sonra bilmişəm. Əməyimə verilən bu qiymət üçün Prezident cənab İlham Əliyevə, universitetimizin Təhsil Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm".

Tədbirdə iqtisadçı alim Mikayıl Məhərrəmov, Ramiz Babayev, həkimlərdən Ramiz Mikayıl oğlu Mirzəyev, Arzuman müəllim, Faiq Yusifov, Nazim Gədəbəyli, Əmirxanxan Familoğlu, Qoşqar Teymuroğlu digərləri çıxış edərək, Teymur müəllimi təbrik edib, onun xeyirxahlığından, dəyərli alim olmasından, vətənpərvərliyindən danışdılar.

Məclisdə səsi ərşə bülənd olub, dərya kimi ləngər vuran aşıq, şair-publisist Məhərrəm Hüseynli Koroğluya köklənərək gecədən keçənə qədər çalıb-çağırdı. Tədbirə təşrif buyuranlar belə bir möhtəşəm gecənin keçirilməsinin təəssuratını uzun zaman unutmayacaqlarını bildirdilər.

Mən isə deyirəm: Teymur müəllim kimi tərəqqiyə yön alan alimlərimizin yolu uğurlu olsun.

Qoy hər zaman olduğu kimi, yaşamaq, yaratmaq eşqiylə sayılıb seçilsin. Axı o, bizim yol göstərənimizdir. Bax buna görə Allahdan ona cansağlığı diləyirəm.

 

 

Məhərrəm HÜSEYNLİ,

aşıq, şair-publisist

 

Təzadlar.- 2011.- 18 oktyabr.- S.14.