MÜSTƏQİL ÖLKƏNİN
VƏTƏNDAŞIYAM
(Azərbaycan Respublikasının
Dövlət müstəqilliyinin iyirminci ildönümünə
ithaf edirəm)
Fəxr edirəm böyük sevinc içində,
Ana yurdun bir adicə daşıyam.
Arzulanan
belə gözəl bir gündə,
Müstəqil ölkənin vətəndaşıyam!
Bağ-bağçası qönçə açıb güllənən,
Sünbülləri dalğa-dalğa tellənən,
Tar-kamanı "Muğam" üstə dillənən
Müstəqil ölkənin vətəndaşıyam!
Gündən-günə tərəqqiyə yol açan,
Günəş kimi könlümüzə nur saçan.
Qartalları əhgin səmada uçan,
Müstəqil ölkənin vətəndaşıyam!
Köksündə yer verən olsa haralı,
Öz Odlar Yurdum var qonaq-qaralı.
Qızları qeyrətli, dünya
maralı,
Müstəqil ölkənin vətəndaşıyam!
Söndürə bilmədi hər
yerdən yağı,
Yandı evimizdə haqqın çırağı.
İndi
qoya bilən dağ üstə dağı,
Müstəqil ölkənin vətəndaşıyam!
Dünyada tanınan,sevib-seçilən,
Özünün şərəfli yolu
keçilən,
Bu yoldan dönmərik!Andı içilən
Müstəqil ölkənin vətəndaşıyam!
Üç rəngli bayrağı
gur dalğalanan,
Səmalar qoynunda ulduztək yanan.
Sınaq
meydanında məğrur
dayanan
Müstəqil ölkənin vətəndaşıyam!
İndi
bambaşqadır çiçək
də,gül də;
Nəğmələr səslənir azad könüldə.
Xarüqə yaradan iyirmi ildə
Müstəqil ölkənin vətəndaçıyam!
Əjdər Qiyaslı,
iqtisadçı alim, şair
Təzadlar.- 2011.- 18 oktyabr.- S.9.