Həsrəti
ağlayan gözüm
ki yoxdur
Qəlbimin harayı, hayı söyləyir,
Mənim danışmağa sözüm
ki, yoxdur.
Qəlbimdə bir dəli həsrət
göynəyir,
Həsrəti ağlayan gözüm ki yoxdur.
Dünyada
çox şeyi sirr saxlamışam,
Bilirəm
gözlərim saxlamayacaq.
Dilim susub,
içimdə ağlamışam,
Bu halımı heç kim anlamayacaq.
Nə edə bilərəm yollarda qalsam,
Yol tək yoldakını danlayan olmaz.
Çiçək tək açılıb yenidən
solsam,
Solanı payız tək anlayan olmaz.
Niyə dilim-ağzım belə bağlanıb,
Kimsə yollarıma tikan, daş atır.
Kimsə əl-qolumu sıxıb-saxlayıb,
"Söz"ü tamah üçün çox ucuz satır.
Çox yaxın bildiyim yollar yoxuşmuş,
Keçilməz qalalar kəsib aranı.
Yaramı göynədən soyuq baxışmış,
Nərgiz dönüb olur bir çaytikanı.
Şikayət etməyəm yağış yağanda,
Susuz səhralara dua oxuyam.
Başıma göylərdən şimşək çaxanda,
Məhəbbət adında
çələng toxuyam.
Ömrümün günləri bir gün bitəcək,
Bu dünyanın nəşəsinə
uymaram.
Zamanı çatanda gələn gedəcək,
Həqiqətin acısından
doymaram.
Bir şüşə tək çılıklənib
ürəyim,
Çətin ki düzələ qırılan
şüşə.
Bu gecə bir layla
olub gərəyim,
Bu gecə ürəyim sinəmdə bişər.
Məni çağırırlar
Dünyaya göz açmamış
Kimsə məni çağırdı.
Hay vermədim, dilim yoxdu,
Ağlatdılar ağladım.
Ciyərimə nəfəs doldu,
Nə oldusa onda
oldu...
Böyüdüm.
anam
çağırdı,
sonra müəllimim.
Gərək dünyanın sirrini
Soruşum, öyrənim, bilim.
Sonra da çağırdı
dost-tanış,
İndi gəl, hamı ilə danış.
Elə hey çağırırlar.
Arabir çağırır
dağlar, dənizlər,
Keçmişdən yol salan cığırlar, izlər.
Çağırar, ovudar, ruhu təmizlər.
Deyər biz səni çağıran
nə "bu", nə "o"yuq,
biz şeir yazdırıb,
qəlb ovuduruq.
Yenə məni çağırdılar...
Kölgə tək məni izləyən,
Ömür boyu yollarımı
gözləyən,
Çağırırsan, eşidirəm,
Kim olduğunu bilirəm.
Çağırmasan da
ta ilk gündən
Sənə tərəf yol gəlirəm.
Mən də səni
ömür boyu
gözləyirəm.
Dilimdəki səssizliyim,
ayım, ilim,
Zamana gömülən sevgilim.
Bilmirəm ki, acımsan,
şirinimsən,
Gəlişinlə bu dünyanın
əzabını bitirərsən.
Yaşam bir gümanımsa
Sənsə həqiqətimsən.
Sən - tikanlı gülümsən,
Sən - mənim ölümümsən.
çağırırsan,
çağırırsan
zamansız,
vaxtsız, filansız.
Bu necə dünya, necə iş,
Yəqin son olacaq bu çağırış.
... bəli, çağıran
Əzrayılmış.
Adilə
Təzadlar.- 2011.- 29 oktyabr.- S.7.