Cəlil Məmmədquluzadənin taleyi və sənəti

 

Yaxud, ədibin həyat və yaradıcılığının tədqiqinə həsr edilmiş kollektiv əsər

 

(Əvvəli ötən sayda)

 

C.Məmmədquluzadə ilk əsərlərindən, felyetonlarından, pyeslərindən başlayaraq mürəkkəb tradikomik səhnə əsərəlrinə qədər gülüş kateqoriyasının demək olar ki, bütün janrlarından məntiqi surətdə və yerli-yerində istifadə olunasının sahibi olaraq, yəni yazıçını yalnız satirik kimi qələm verməklə komikliyin digər sahəldərini də unutmamaq lazımdır.

C.Məmmədquluzadə yaradıcılığında yumor, ironiya (istehza), hiperbola kimi xüsusiyyətlərin də ayrılıqda təhlilinin verilməsi, üzə çıxarılması, əsərin məzmununun, bədii surətinin, psixoloji vəziyyətlərinin müəyyənldəşdirilməsində oynadığı rolun son dərəcə mühüm olmasını da daim diqqət mərkəzində saxlamaq lazımdır. Məsələn, C.Məmmədquluzadə yaradıcılığında cəmiyyətin mənfi, zamanını ötürmüş mürtəce, çirkin hadisələrinə qarşı yönəlmiş satira yazı üslubu ilə birlikdə yumor kimi bir ifadə üsulunundan da geniş yer almasını söyləmək mümkündür. Məsələn, "Saqqallı uşaq", "Poçt qutusu" kimi hekayələrdə güclü yumor hissi ilə rastlaşırıq. Bu əsərlərdə müəllif əslində savadsız, müasir uyqarlıq dünyasının hüdudlarından kənarda qalan zavallı insanlarımızın bu vəziyyətlərinə gülsə də, əslində onlara ürəkdən acıyır, onlara olan sevgi və mənəvi bağlılığını göstərməyi unutmur.

C.Məmmədquluzadə yaradıcılığı və gülüş üslubu "Molla Nəsrəddin" jurnalında meydana gələn şeirlərdə, məsələn, M.Ə.Sabirin "Fəhlə" şeirində, rəsm əsərlərində (O.Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə Təbriz nömrələrin rəssamı Əli Behradın, Xəlil Musayevinb. karikaturalarında), felyeton və hekayələrdə geniş şəkildə özünü göstərməkdə idi.

Etiraf etmək lazımdır ki, jurnalda iştirak edən sənət adamlarının demək olar ki, hamısı C.Məmmədquluzadənin ideya-estetik prinsiplərinin güclü təsiri altında fəaliyyət göstərmişdilər. Bu prinsiplər isə xalqımızın azadlığı, müstəqilliyi, dilinin, dininin, mədəni-mənəvi dəyərlərinin yaşaması, qadınların hüquq bərabərliyini həyata keçirir, bədii yaradıcılığının milli və bəşəri qanunauyğunluqlarına təməllənərək inkişafını nəzərdə tuturdu. Bu baxımdan, monoqrafiyada C.Məmmədquluzadənin bədii əsərləri ilə birlikdə elmi məqalələrinin təhlilinə də yer verilməsi xüsusi məna daşıyır. Bununla birlikdə bütün bu söylədiklərimiz C.Məmmədquluzadənin bədii-estetik dünyagörüşünün "Molla Nəsrəddin" jurnalının ideya-siyasiestetik baxışları ilə həmahəng səslənməsini, üst-üstə düşməsini də təsdiqləməkdədir.

Təsadüfi deyil ki, bu yaxınlığa diqqət çəkən bir çox tədqiqatçılar haqlı olaraq C.Məməmdquluzadəni "Mola Nəsrəddin" jurnalının sinonimi olaraq qəbul etməkdədirlər (Əli Nəzm, Abbas Zamanovu xüsusilə xatırlatmaq mümkündür).

Kitabda sovet hakimiyyəti dövründə belə, məlum ideoloji basqılara, təqiblərə baxmayaraq, "Mola Nəsrəddin" jurnalı onun ideya yaradıcısı C.Məmmədquluzadə kimi öz əqidə platformasından dönməmiş, hətta bir müddət (1921) "yeni quruluşun eybəcər təşkilatı olan "Mübariz Allahsızlar İttifaqı"nın orqanı olmaqdan imtina etmiş, fəaliyyətini belə dayandırmışdır.

Məlumdur ki, Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı, həmçinin onun fəal iştirakçıları hər zaman, hətta jurnalın ilk nömrələrindən başlayaraq geniş oxucu kütləsi ilə birlikdə, mütəxəssislərin, ədəbiyyatşünas-alimlərin də diqqət məkrəzində olmuşdur. Monoqrafiyada bu xüsusə də ayrıca bir bölüm ayrılmış və mövzu ilə əlaqədar mövcud və əsas elmi-nəzəri əsərlər bir araya gətirilərək xronoloji ardıcıllıqla təhlil və izah edilmişdir. Burada bir növ mollanəsrəddinçilərin elmi ədəbiyyatda tədqiqi ilə əlaqədar nailiyyətlərənin tarixi inkişaf yolu işıqlandırılmaqdadır. Kitabda Mirzə Cəlil haqqında ilk sanballı monoqrafiyanın (1936) müəllifi Əli Nəzmi (uzun müddət "Molla Nəsrəddin" jurnalında çalışdığını unutmamaq lazımdır) ilə yanaşı, perspektivləri baxımından izah edilir.

"Mola Nəsrəddin" jurnalının və onun yarıdıcısı Cəlil Məmmədquluzadənin o dönəmin sosial-mədəni həyatına (ədəbiyyatımızda gülüş kateqoriyasının formalaşmasında, rəssamlıqda karikatura, illüstrasiya janrı və teatr rəssamlığının meydana gəlməsində, həmçinin bir çox istedadlı aktyor kadrlarının yetişməsində, şair və yazıçıların ortaya çıxmasında) güclü təsirini inkaredilməz elmi həqiqətlərlə təsdiqləyən müəlliflər, eyni zamanda onların təsiri nəticəsində ana dilimizdə bir çox illüstrasiyalı jurnalların, hətta Azərbaycanda rus dilində belə, yayımlanan çoxsaylı satirik məcmuələrin meydana gəlməsini də oxucuları ilə paylaşa bilirlər.

Söylədiklərimiz bir daha böyük şəxsiyyət, klassikləşmiş satirik-yazıçı Cəlil Məmmədquluzadə və onun meydana gətirdiyi "Molla Nəsrəddin" jurnalı bütün türk dünyasında ortaq mənəvi dəyərlərimizdən sayılan və haqlı olaraq YUNESKO tərəfindən 1996-cı ilin Hoca Nəsrəddin ili elan edilən bu gülüş mədəniyyətimizin möhtəşəm ifadəçisinin ölməz ruhunu daşımasını təsdiqləməkdədir.

Zənnimizcə, haqqında söz açdığımız "Cəlil Məmmədquluzadə taleyi və sənəti" adlı kollektiv monoqrafiyanı son zamanlar bu yolda atılmış ciddi addımlardan biri kimi dəyərləndirmək mümkündür. Monoqrafiyanın tərtibçisi, həmçinin geniş həcmli məqalənin və ön söz əvəzini yerinə yetirən məqalənin müəllifi akademik İsa Həbibbəyliyə, onun elmi redaktoru filologiya elmləri namizədi, dosent İmran Cəfərliyə və kitabın meydana gəlməsində, demək olar ki, bütün elmi-potensial imkanlarını ortaya qoymuş AMEA-nın Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirməyi özümə mənəvi bir borc bilirəm.

 

 

Babək QURBANOV,

fəlsəfə elmləri doktoru,

Türkiyə Qaziantep Universitetinin professoru

 

Təzadlar.- 2011.- 13 sentyabr.- S. 7.