İki yoldan birini seç
Qaranlığın qənimi işıqdı, bilirsiniz,
Qaranlığa düşəndə işığı dilərsiniz.
"Lənət şeytana" deyin, odu bizə dərd verən,
Günümüzü qaraldıb həmişə qəmləndirən.
Uzun sözün
qısası, ağlamaq lazım deyil,
Yüz insana yalvarma, bircə Allah əyil!
Yazıq o adamdır
ki, şeytanla dostluq edir,
Düz yolu burda qoyub,
o, deyən yolla gedir.
Oğurluq, əyriliyi
öyrənmisən, bəs
niyə
Dara düşən zamanlar əl açırsan sən göyə?
Xilas eylə
deyirsən, Allahım,
çat dadıma,
Qurban da kəsirsən ki, yetişə imdadına.
Özün seç,
bu yolları; hansı pis, hansı yaxşı,
Hansıdı zülmət quyu, hansıdı nur yağışı.
"Şeytana
lənət" deyib
yaxşı işlərə
başla,
İçindəki tamahı bir şeytan kimi daşla.
İki yolayrıcında niyə dayandın, durdun?
Karıxıb aciz qaldın, niyə boynunu burdun?
Gəl bir sən yadına sal ata-baba misalın,
Başına itirmisən? İzn ver, yada salım:
"Düz
yol gedən yıxılmaz",
"Ağlatmayan
ağlatmaz",
"Yaradana
inanan
Heç vaxt arxada qalmaz".
Bu sözlərin
mənasın sən özün tapmalısan,
İki yoldan birinə addımı atmalısan.
Bu, Tanrı
məsləhəti - gör
şər şeytan nə deyir,
Onun da çox sualı "cavab ver mənə"
deyir:
"Düzlükdə
nə görmüsən,
düz düzdə qalar - ölər,
Bax bir əyri yollara,
nələr görürsən,
nələr?!
Doyunca şərab
içək, nəşələnək,
kef çəkək,
Mərd qoyduğu sərhədi namərdlə qoşa keçək".
Mələk donuna girib "gəl, gəl" deyir dalınca,
"Unut" - deyir, - vicdanı, çağırır
arxasınca.
Tamahkarsansa əgər,
sən şər yolla gedərsən,
Ömürlük həyatını, ailəni
məhv edərsən.
Yalançı olsan əgər, yalana uyacaqsan,
Yalanın axırı nə - pis günə qalacaqsan.
Şər atarsan birinə - şər iş düşər evinə,
Sən yalanı gətirmə
"Allah" deyən dilinə.
Şeytan səni
aldadıb girdaba aparanda,
Düşünəsən sən gərək iki yol arasında,
Qoy gözünü
tutmasın qızıl,
daş-qaş, kef, nəşə,
Allahın Quranını
uca tut sən
həmişə!
"Ya
Allah!" deyən insan
yıxılmaz, düz
yoldadı,
Həyatın şirin payı, ləzzəti də bundadı.
Tövbə deyib pis işə, öz yoluna qayıtsan,
Yaxşı bir insan kimi
həyatda sayılarsan.
Səadətin əsası
həm ailədi, həm övlad,
Onlar üçün sən çalış, halal yaşa, yaz-yarat.
Hayatın ləzzətini
düzlükdə görəcəksən,
Şeytanın dediklərin qəlbindən
siləcəksən.
Kimsəsizə əl tutub, yıxılanı qaldırsan,
Səni sevən
Allaha sadiq bəndə olarsan!
Məhəbbət dediyin...
Qəmli xatirəyə
son qoymaq üçün
Özümdən nağıllar uydururam mən.
Nainsaflar mənə
gülməsin deyə,
Hirsimi içimdə soyuduram mən.
Neçə il beləcə ömür sürmüşəm,
Ürəkdə ağlayıb, üzdə
gülmüşəm.
Səninlə yaşamaq
yaşamaq deyil,
Özgə olduğunu çoxdan bilmişəm.
Dilənçi deyiləm
əl açam sənə,
Sən də istehzayla baxıb güləsən.
Məhəbbət dediyin sədəqə deyil,
Cibindən çıxarıb verə
biləsən.
Hikmətli kəlamlar
Səbri, dözümü
Allahdan istə,
Nəfsdən, tamahdan özünü gözlə.
Qismətə həmişə
baş əyər qadın,
Qoruyar namusun, ismətin - adın.
Ədalət, haqq sözü yerini tutar,
Əyri yol gedənlər ömrün uduzar.
Vətənə yetişdim
dağıldı qəmim,
Dərdimin dərmanı bu imiş mənim.
Ümidin Allaha bağlayan insan
İşıqlı yolları tapar çox asan.
Həyat daimidir,
biz gəldi-gedər,
Ümidli ürəkdə gül-çiçək
bitər.
İlahi çox
sevir ümüdli kəsi,
Arzuya nur saçar ümid şöləsi.
Bəsti Cəfərzadə
Təzadlar.- 2011.- 11 yanvar.- S.15.