Şeirin içindəki kişi...
Bugünkü yaşamının anlamı - baxa-baxa ölmək, ürəyinin gərəksiz ola bildiyini anlayandan həyatı cəhənnəmə dönən, arın-arxayın "mən elə beləcə ölüb gedəcəm",
"Mən hər gün
iynəylə
iynə boyu, dərin, ya
dayaz...
fərq etməz...
məqamına
hazır olacaq
hara tələsirəm ki?!
Qazıram
yavaş-yavaş -
gücüm yetdikcə-
az-az..."
- deyən Əbülfət
Mədətoğlunun bizi yaşadan şeirlərinə üz
tutmağım elə hamımızın onun günündə
olmasından yanadı. Amma bir fərqlə ki, o, bu anları həm
də sətir-sətir, misra-misra yaşayır, bir
olduqlarından umduğu kişiliyi hələ gəlib bizim
sıralarımıza qoşulacaqları üçün
yazır. Siz Allah, biz olmayın!
...Yaralı daş,
şəhid ağac
bizdən kişi
çıxıb, qardaş!
bəlkə biz də
yola çıxaq,
bu qorxunu
yıxaq, qardaş!
Əbülfət Mədətoğlu
namusu-qeyrətilə üz-üzə duranda, minlərə-milyonlara
qarşı etdiyi kimi, özünə də yalan deməyi
bacarmayan kişi şairlərdəndir. Bir tərbiyəsiz
uşağın, bir özündənrazı
tabutdaşıyanın, anlamı "pul kisəsi"
yarlığından o yana keçməyən vəzifə
yiyəsinin könlünü xoş etməkdən yana
yazanlardan deyil. Yazır - Allahını, xalqını,
elini-obasını, doğmasını-yadını
inandırmaq üçün: doğrudan da ürəyimdəki
Sənsən, mənim...
Ən diqqətəlayiq
olanı da odur ki, hətta heç onların da xoşuna gəlmək
üçün yazmır ey! İnandırmaq
üçün - Allaha da, xalqa da, elə-obaya da, doğmaya
da-yada da itirilən inamı oyatmaq üçün yazır!
O, bunu etməyə də bilər
- fəqət, Əbülfət Mədətoğlu da bunu etməyəndə...
bizim başsağlığı verəcəyimiz statistik
göstəricilər artacaq.
Əbülfət Mədətoğlu
bizi ovunduracaq, bizi yaşadacaq, bizim səlahiyyətlərimiz
çərçivəsində dərd çəkməli
olduğumuz qədər (yəni ki, hansı və nə qədər
külü öz başımıza tökməli
olduğumuzu anlatmaq dəqiqliyilə) meydan açır! Və
doğrudan da "ürəyi dən tutmuş sevgi zəmisi,
həsrətin əliylə hey başaqlanır"... amma və
lakin yenə də bu ağrılarla hər səhəri
açır, gündüzlər səhər şəfəqlərinin
yaxasından, gecələr zülmətin dar ağacından
asılır.
Maraqlı və İlahi
olanı da odu ki, "içində səsi çiçəkləyir,
çölündə əlləri, sözü səsindəki
ləçəklər". Və... Əbülfət Mədətoğlunun
dağlara söykənib daşları çiçəkləndirən
dövrü hələ də davam edir, kişi-şair
ömrünün yaz mövsümüdü...
Onun payızı olmayacaq!
Onun qışı da
olmayacaq!
Onun yayı da olmaycaq!
Bu ədəbiyyatın, bu
söz deyilən qalaktikanın özünün bir fəsli
var - bahar! O bahar da elə Əbülfət Mədətoğlu
adında kişi-şairin fəslidir!
Mən bu
"yalançılığıma" elə
qarşımda olan Əbülfət Mədətoğlunun
kitabdlarını şahid gətirirəm:
Gülüm,
bir söz deyim,
eşit,
amma
istəsən inan,
istəməsən -
fərq etmir,
zaman ki, dayanmır,
həsrət ki, bitmir
sağalmaz
yaraların
ruhumda izi itmir
bil ki, sənin qismətin
mənim məhəbbərimdi
-
yolunun düz üstədi -
əyil,
sən onu götür!!!
İndi bundan sonra da izaha
ehtiyac varmı ki, o, hamının yolu üstündə olan
qismətidi - həmişə sevməyə, sevilməyə,
bahar tək arzulanan, yaz tək yaşanan qisməti!
Onun nə günahı ki,
adamlar da... hətta vətən və xalq da sevgisində
yanlış edir:
Məni sevməyəni
sevgilim elan
etmişəm -
xəyalımda...
Özümü bilə-bilə
aldatmışam
heç kim də deməyib
və mən də...
unutmuşam!
Axı bir gün
tilsimi sınır -
xəyalın da!
Bəs onda -
Nə deyəcəm?
Bu sual Əbülfət Mədətoğlunun
təkcə özünə aid edilməməlidi...
Əslində də, mən Əbülfət
Mədətoğlunu Moskvada daha çox bu anlamda sevdim -
Moskvada daha çox Əbülfət Mədətoğlu
vardı, nəinki o biri tanıdıqlarım!
Dərdi, qəmi atmaq
üçün,
Başımızı qatmaq
üçün,
Arzumuza çatmaq
üçün -
Uydurmuşuq
"bu gün-sabah"
yalanını!
Göz yaşıdır
yatırımız,
Su saxlamır
cadırımız.
Görünsə də
axırımız -
Uydurmuşuq
"bu gün-sabah"
yalanını!
Bundan ağır və bundan
doğma nə ola bilər ki, qürbət eldə - doğm
evin tüstüsünə belə kor olmaq təşnəliyində
yana-yana qalanda?!
Bir halda ki:
Başımı qatmayın
mənim,
Onsuz da yüküm
ağırdır.
Dərdə elə
bürünmüşəm -
Başımda tüküm
ağırdı,
- deyə dillənə bilən,
hər an bu dərdlə bağrıbadaş olan minlərlə
soydaşınla üz-üzə gəlmək zorundasan!
Dərddən baş
açmamaq onun illacsızlığından yana yox, sən demə,
bu qədər bəsit və sadə olmasındaymış!
Sanki reaktiv təyyarələr üç yüz metr
hündürlükdən aşağı uçanda radarda
görünmədikləri kimi, dərd də yaxın olanda ələ
quyruq vermirmiş!
Mən onda və orda başa
düşdüm ki:
Taleh oyunudu - birgə
oynayaq...
Udub-uduzmaqdan keçibdi daha!
Sən qələm olarsan, mən
də ki varaq,
yazaq arzuları -
çıxsın sabaha...
- deyə hamıya üz
tutan Əbülfət Mədətoğlu nə çəkir!
Biz varağa
sığışdırılacaq qədər
kiçildilmişikmiş!
Biz çəkə bildiyimiz
dərdlərə çiyin verməliyikmiş!
Biz özümüzü
özümüzün sevməyinə və sevgisinə
inandırmalıyıqmış!
Anlatdığın,
inandırdığın üçün sağ ol, Əbülfət
Mədətoğlu!
Sən bu ömürdə
Allahdan adam kimi yaşamaqdan artıq bir şey istəmədyin
üçün sağ ol ki, bu sətirləri ürəyimizin
içindən deyə bildik, ürəklə deyə bilirik.
Və hər zaman da ürəyimizdə olacaqsan!
O ki qaldı:
gözləmədiyim yerdə
gözləmədiyim yerimdən
gözləmədiklərim
-
yəni güvəndiklərim
vuranda...
onda aglım
başımdan
çıxır
bir anda...
cəhənnəm atəşi
tək
bir od qarsıyır
içimi
dəyişir dunyamın
idimi
və çıxır
hər şeyin mitili...
mən bütün
bunların
zəhərini
şərbət kimi
içib
sonra da "ehh" deyib
olanların
hamısının
guya üstündən
keçib
gedirəm -
çünki
sabahıma
bir damcı
ümid edirəm -
hələlik!
- deməyinə, inanıram
ki, sənin bu bir damcı ümidin bir dünya inamdı! O bir
damcı ümid bu Yer üzünün bütün zərbələrinə
dözümlü və qalib inamdı!
Əgər sən Moskvada da,
Türkiyədə də Azərbaycandakından daha çox
arzulanmaqdasansa bu gün də, deməli, sən də, biz də
yaşayırıq...
Özü də adam kimi!
Adamlığın mübarək,
kişi-şair!
Aydın
Canıyev
Təzadlar.- 2011.-
11 yanvar.- S.14.