Türk ordusunun missiyası
"Bu gələn
Türk ordusudur, ya Rəbbi!
Sənin uğrunda ölən ordu budur, ya Rəbbi!
Ta yüksəlsin azanlarla müəyyəd namın,
Qalib et, çünki
bu son ordusudur İslamın"
Yahya Kamal Bayatlı (Birinci Dünya Savaşı zamanı yazılıb)
Bu dəfə
yazımda Ziya Göyalpdan söhbət açmaq, onun qısa tərcümeyi-halını
təqdim etdikdən sonra fikir dünyasına
yelkən açmaq niyyətində idim, ancaq çərşənbə
axşamı günü
süqut edən hərbi helikopterdə beş üstəymənimizin
(ştabs kapitan) şəhid düşməsi
xəbərini eşidən
kimi Türk Silahlı Qüvvələrinin
missiyası barədəki
fikirlərimi şərh
etmək qərarına
gəldim. Tarixçilərimiz
də, sosioloqlarımız
da bizim ordu-millət olduğumuzu sübut edib. Əslində bu faktı sübut edən tarix boyu etdiklərimizdir. Alimlərimiz də mövcud həqiqəti sətirlərə töküblər.
Türkün ordu-millət
olduğunu sübut edən ən böyük xüsusiyyət,
dəniz kimi dalğalanan düşmən
ordularını say etibarilə
onlardan dörd-beş
qat daha az olan igidlərlə
"Turan Taktikası"
adı qoyulan taktikanı işə salıb çil cücəsi kimi darmadağın etməsidir.
Tarixin bilinən
çağlarından bəri
yaratdığımız ordular
daim dostların ümid yeri, düşmənlərin, daha
doğrusu, zalımların
tük saldığı
qorxu mənbəyinə
çevrilib. Oğuz Xaqanın eradan qabaq 200-cü illərdə
Pətəng Qalası
döyüşündə çinin imperator ordusunu çox az bir
qüvvə ilə mühasirəyə salması
və onları çaş-baş salaraq böyük bir taktika dərsi keçməsi, tarixin qeyd etdiyi ən
önəmli hadisələrdən
biridir. 1071-ci ildə yaranan çaldıran döyüşündə Alparslanın
otuz min nəfərlik
ordusuyla hərbçi
sayı yüz mini ötən Bizans ordusunu darmadağın etməsi, Anadolu Səlcuqlu hökmdarı
2-ci Qılıncarslanın on beş-iyirmi min nəfərlik
partizan qüvvəsilə
Avropada yığışıb
Qüdsə getmək
və Anadolunu yandırıb yerlə-yeksan
etmək niyyətilə
torpaqlarımıza hücum
çəkən altı
yüz on beş min nəfərlik Səlib ordusunun cəmdəyini Anadolu torpaqlarına sərməsi və ancaq beş min nəfərin Qüdsə
özünü atması,
çanaqqala döyüşlərində
yazılan dastan, türk millətinin özünə bəxş
etdiyi ilahi bir gücün və qüdrətin varlığını sübut
edir.
Bəli, türk
Tanrının Ordusudur
və onu heç kəs məğlub edə bilməz. Türk ordusu dedikdə, heç kəs sadəcə olaraq Türkiyə Cümhuriyyətinin
ordusuna işarə etdiyimi başa düşməsin. Təbii
ki, Türkiyənin ordusu azı on min illik türk dövlət gələnəyinin
tarixi mirasını özündə hifz etmiş bir qüvvədir. Türkün
Tanrının özünə
bəxş etdiyi ilahi gücün fərqinə varanlar, on illərlə Asiya türklüyünü əsgərlik
məsləyindən uzaqda
tutdular, ancaq şükürlər olsun
ki, bu gün
vəziyyət tərsinə
dönüb və qardaş türk cümhuriyyətlərinin öz
orduları yaranıb və günü-gündən
də güclənir.
Əslində bu əhvalat, yəni təzə yaranan cümhuriyyətlərimizin öz
milli ordularının
yaranması bəzi
imperialist qüvvələrin kürkünə birə daraşdırıb. Bu üzdəniraq
güclər türk ordusunun öz təcrübələrini qardaş
türk cümhuriyyətlərinin
ordularına ötürməsindən
bərk narahat olurlar, qarınlarına girgi girir. Türkiyənin
əldə etdiyi təcrübələr əslində
türk cümhuriyyətləri
üçün həddən
artıq önəmlidir
və onlar bu təcrübəni yaxşı qiymətləndirməlidirlər.
Böyük Mustafa Kamal
Atatürk, yandırılmış,
dağıdılmış bir ölkə, ziyalılarını müharibələrdə
qurban vermiş, əhalisinin səksən faizi qocalar, qadınlar, uşaqlar və əlillərdən
ibarət olan on üç milyonluq bir xalq, səngərlərdə
yeyinti, ərzaq tapa bilmədiyindən ayağındakı çarığını
bişirib yeyən, qaşlarında bitlərin
sırsıra bağladığı,
ancaq hər cürə yoxluğa və çətinliyə
baxmayaraq, vətənini
yeddi düvəlin işğalından xilas edəcək şüurda
olan bir milis qüvvəsi təhvil aldı. Bu boyda yoxsullaşmış,
qolu-qanadı budanmış
bir xalqa sahib olmasına baxmayaraq, çox qısa bir zamanda ölkəni
dəmiryolu toruyla hördü. Uçaq (təyyarə) fabriki də daxil olmaqla
bir çox zavodlar tikdirdi və strateji sahələrə maya qoydurdu. Ancaq burnunun ucundan irəlini görə bilməyən siyasətçilər
onun yeridiyi yolu izləmədi və qərblilərin
"siz təyyarələri
bahaya başa gətirirsiniz, sizə özünüzünkülərin yarı qiymətinə uçaq sataq" dedikdə təyyarə zavodumuzun qapısına qıfıl vurdular. "Siz öz silahlarınızı
həddən artıq
bahalıya buraxırsınız
gəlin sizə həm daha ucuz,
həm də daha müasir silahlar sataq" dedilər. Çox təəssüflər olsun
ki, bəzi siyasətçilərimiz də
onların sözünə
aldandı və dünənə kimi torpaqlarımızı işğal
etmək üçün
yanıb-qovrulan imperialistlərdən
silah almağa başladıq. Ancaq bu ölkələr Qıbrıs Sülh Hərəkatını həyata
keçirdiyimiz anda gəlib əllərini bellərinə qoyub qarşımızda dayandılar
və bizə barmaq silkələdilər,
"Bizim silahlarımızı
din qardaşlarımıza tuşlaya
bilməzsiniz!" - dedilər.
Onda da xoruzun
quyruğu meydana çıxdı. İyirmi
il qabağı görə bilməyən
bəzi idarəçilərimizin
bəsirətsizliyi bizi
bir vaxtlar ölkəmizi işğal
etmək üçün
yürüş edən
və bunu bacara bilməyən müstəmləkəçilərin texnologiyasına möhtac etdi.
çox şükür
ki, bu gün
təkər tərsinə
fırlanmağa başlayıb
və bunda ən böyük rolu Türk Silahlı Qüvvələri
ilə dəqiq elmlərdə yetirdiyimiz alimlər oynayıb. Bir həqiqət daha var, Türkiyənin
hər yöndə inkişaf etməsi bəzi yerlərin qarnına sancı doldurub. Türk cümhuriyyətləri Türkiyənin
bu təcrübəsinin
üstündən laqeydcəsinə
keçməməlidir və
bu təcrübədən
var gücləri ilə istifadə etməlidilər. Türkiyənin
malik olduğu silahlı qüvvələr
bu gün dostların qürur mənbəyi, düşmənlərin
isə gözdağıdır.
Türk Silahlı Qüvvələrinin boynunda
ilahi bir missiya vardır və onlar da
bunun şüurundadılar.
Ona görə şəhid düşən
hər bir məhmətçik hamılıqca
ürəyimizi dağlayır.
Bu torpaqları vətən
eləyənlər, Midhət
Camal Kuntayın diliylə desək, "onun uğrunda ölənlərdir". Şəhid
olan hər bir məhmətçik sadəcə olaraq Türkiyənin və ya Anadolunun yox,
eyni zamanda türk dünyasının
da itiyidir. Əgər ordumuz güclü olmasa, imperialistlər bizi bir qaşıq suda boğar. ABŞ-ın otuz ikinci
prezidentii Franklin Delano Ruzvelt
"Birinci Dünya Müharibəsini türkləri
Avropadan qovmaq üçün törətdik"
- demişdi. Səlib yürüşlərini həyata
keçirdiklərində də,
Osmanlı Dövlətini
yıxarkən də bizi Anadoludan çıxarıb atmağa
niyyətlənmişdilər. Ancaq
gücləri çata bilmədi. O vaxtlar əldə edə
bilmədiklərini indi həyata keçirməyə
çalışırlar. Birinci Dünya Savaşı
zamanı ermənilərdən maşa kimi istifadə etdilər.
İndi də cahil kürdləri "süni
kürdçülük" ideologiyası ilə aldadıb
dağlara çıxarıblar. Yenə də əlləri
quru yerə dəyəcəkdi, həm də daha dəhşətli!
Türkiyəni hər vasitə ilə gücdən salmağa
və özlərinə məhkum etməyə,
dolayısı ilə də türk dünyasını öz
təsirləri altına alaraq bu dünyanın yeraltı və
yerüstü sərvətlərini sömürmək istəyirlər.
Onların xəyallarını darmadağın edən yeganə
qüvvə Türk Silahlı Qüvvələridir. Helikopterdə
şəhid düşən üstəymənlərimiz gecə
vaxtı çəndə-dumanda düşmən nə
cür məhv edilə bilər, onun manevrini keçirərkən
helikopterin süqut etməsiylə müqəddəs
canlarını Tanrılarına təhvil verdilər. Türkə
və türk dünyasına diş qıcayanlar bunu beyinlərinə
yaxşıca soxsunlar, Türk Silahlı Qüvvələri
Tanrının şilləsidir. Onu heç bir qüvvə
büdrədə bilməz, sındıra bilməz. Bu milləti
ancaq Tanrı aradan götürə bilər, onun xaricindəki
bütün qüvvələr ditdili
vızıltısından savayı heç nə deyildir. Bu
gün Türk Silahlı Qüvvələri dünyanın ən
böyük hərbi güclərindən biridir və bu
qüdrətini də günü-gündən inkişaf
etdirir, etdirəcək və daim zirvədə dayanacaqdır. Onun
səflərində yetişənlər öhdələrinə
götürdükləri missiyanın və məsuliyyətin
fərqindədirlər. Anadolunun hər bir küncündəki
türk ailəsi əsgərə yolladığı
oğlunu toyla-zurnayla, oynaya-gülə və qürur hissilə
Peyğəmbər Ocağı adlanan Türk Silahlı
Qüvvələrinin səflərinə yollayır və
zabitlərimizin əlinə təhvil verir. Zabitlərimiz də
onlarla öz övladları kimi rəftar edir. Onlar bizim fəxarətimizdir,
güvənc yerimizdir.
Süqut edən helikopterdəki
şəhidlərimiz, vətənimizin, millətimizin və
dövlətimizin həm kədər, həm də qürur mənbəyidir.
Bu duyğunu da ancaq türk olanlar başa düşə bilər.
Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm,
millətimizin başı sağ olsun!
Seyfəddin Altaylı,
xüsusi olaraq "Təzadlar" qəzeti
üçün,
Ankara
Təzadlar.- 2011.- 20 yanvar.-
S.9.