Qarabağ gəraylısı
Hörmətli oxucu!
Sizə təqdim olunan bu kiçik şeir parçaları il keçdikcə pardaxlanan, qaysağı qopduqca bir az da bərk qanayan yaramın üstünə qoyduğum məlhəmdirmi, duzdurmu, bilmirəm? İndi-indi anlayıram ki, Şah Babamın birlik savaşının, Füzulinin ah-naləsinin, üzeyirin torpaq, Vətən sevgisinin kökü nə qədər dərinlərdə imiş. Qarabağ, yəqin ki, şəhidlərin qanından keçə bilmir, yoxsa bizdən çoxdan üz döndərərdi. Bir də onu dərk elədim ki, babalarımın, nənələrimin çağırdığı bayatılar, söylədiyi gəraylılar zülmətdən nura doğru tikanlı yollarla ayaqyalın qaçanların arabir nəfəslərini dərmək üçün dayandıqları zaman ürəklərindən qopan çırpıntılar imiş.
Bir haray var Qarabağdan,
Gülün-gülüstanın hanı?
Baban əmanət qoyduğu
Bağınla-bostanın hanı?
Getmə, qoyub məni, dedim,
Qəvi bil düşməni, dedim.
Balana nənni idim,
Oğul, mətanətin hanı?
Fələk havasını çaldı,
Satan satdı,
alan aldı.
Qarabağın viran qaldı,
Millət, dəyanətin
hanı?
Yandı bağrım,
aman, Şuşam,
Düşmən zalım,
yaman, Şuşam,
Yad əllərdə
yanan Şuşam!..
Tanrı, kəramətin
hanı?
Yağı məni
fəndə saldı,
Qollarımı bəndə
saldı,
İgidlərin handa qaldı?
Şirin-şiraslanın hanı?
Urus gəlir,
firəng gedir,
Hərə bir dəllallıq edir,
Deyən yoxdur dərdin nədir?
Varsa, şəfaqətin
hanı?
Namərd ağı
qaraladı,
Gözlərimi yaraladı,
Torpağımı paraladı,
Göylər, bəs
mürvətin hanı?
Məni atdan saldı dövran,
Dizlərimi çaldı
dövran,
Bu nə
alha-aldı, dövran?
Bəs haqqın,
qismətin hanı?
Anam qaldı
ağlar, dünya,
Dərd sinəmi
dağlar, dünya,
Yağı yolum bağlar, dünya,
Açarın, miftəhin
hanı?
"Apardı
sellər Saranı",
Nə "dağlığı",
nə "aranı"?
Bəsdir, az söylə yalanı,
Kəsərəm, bil, dilin, hanı?
Hayk, sən
öz yerini bil,
Bizlər Cavanşir
nəslidir.
Sənin əslin
nə əslidir?
Damın, damazlığın
hanı?
Torpağın da, suyun da bic,
Məsləkin də, soyun da bic,
Oynadığın oyun da bic,
Bic olmayan nəyin, hanı?
ömrü boyu ac olmusan,
Yarı -yalavac olmusan,
Babama möhtac
olmusan,
Namərd, haqqı-sayın
hanı?
Kündən haramla yoğrulub,
Anan min yerdə
qul olub,
Urvan da yalan, kül olub,
Halalın, haramın
hanı?
Babanı bir sal yadına,
Yal yaraşır,
yal adına,
Bir ləkəsən
Yaradana,
Buraxdım zəncirin,
hanı?
"Keçmə
namərd körpüsündən"!
Dərs almadım
mən o dərsdən.
Xəbərim var sui-qəsddən,
Yoxdu öz qeyrətin, hanı?
Bir gecə,
bir gündüz ola,
Tale mənimlə
düz ola,
Düşmən bir yox, lap yüz ola,
Varsa cəsarətin,
hanı?
Qazi ox qoya yayına,
Nəsimi dönə
soyuna,
Füzuli Boyat boyuna,
Sora məmləkətin
hanı?
Yoldadı gözüm,
Şah Babam,
Sənədir sözüm,
Şah Babam,
Nə qədər
dözüm, Şah Babam?
Yurda nəsihətin
hanı?
Başılovlu gələ
Babək,
Yağı bağrın
dələ Babək,
Sala bir vəlvələ Babək,
Dönə, ərənlərin
hanı?
Koroğlu bir nərə çəkə,
Qırat qanad açıb səkə,
Düşmən qanın
tökə-tökə
Mustafan, Gizirin hanı?
Üzeyir haqdan bəllənə,
Xan qızı
bir də dillənə,
Qarabağ yenə
güllənə,
Cabbarın, Seyidin hanı?
Xan oxuya
¸Şikəstə"sin,
Xarı Bülbülün
nəğməsin,
Bir gəzəm
Gəlin qayasın,
Qırx Qızın,
Həkərin hanı?
çarıx bulağı
çağlaya,
Damcı bulağı
ağlaya,
İsa bulağı
bağlaya,
Yarama məlhəmin,
hanı?
Aman, əl-aman,
Xocalı!
Allahım verər
macalı,
Bac alı,
oğlum bac alı,
Özüm, intiqamın
hanı?
Boy boylaya
Qorqud Dədə,
Ülvi Qarabağa
gedə,
Cəmil, Babək
hünər edə,
Görəm o günləri,
hanı?
Tanrım haqqı
gec eyləyər,
Gec olsa da güc eyləyər,
Səni zəfərtac
eyləyər,
Demə, ədalətin
hanı?
Faiq Əliyev,
Təfəkkür Universitetinin dosenti
Təzadlar.- 2011.- 22 yanvar.- S.15.