"CƏHƏNNƏMƏ GETMƏYİ
DƏ TƏBİİ QƏBUL EDİRƏM"
Seyran Səxavət kimi titullu yazıçıdan müsahibə almaq həm çətin, həm də asan idi. çətin ona görəydi ki, söz adamıyla söz oynatmaq söz altında qalmağa bərabər idi. Asan ona görəydi ki, vaxtın azlığına görə bu müsahibə telefonla alınmalıydı və deməli, telefonda uzun-uzadı danışmaq heç birimizə nəsib olmayacaqdı...
- Allah bəndəsi, öncə sizə Allahın salamını verirəm. Almaq sizlikdir...
- Əleykəssalam.
- Çox zaman yaradıcı insanlara qoyduqları ləqəblər uğur gətirir. Səxavətin də uğuru göz qabağındadır. Seyran Xanlar və yaxud Seyran Əsgər olsaydınız, Səxavət sizdən inciməzdi ki?
- Mən
bu sualı ciddi hesab etmirəm.
Belə suallar gənclər üçündür.
- Şairlər
sonradan yaxşı nasir olur, ancaq
nasirlərin yaxşı
şair olmalarına adam nəsə inanmır...
- Hamı
bilir ki, mən Azərbaycanda
1970-ci illərədək şair
kimi tanınırdım,
nəsrə keçməyimsə
məndən asılı
deyildi, yəqin ürəyimin dərinliklərində
ona da yer
var imiş. Bir də ki,
dünyada şairin nasirə və nasirin də şairə çevrilməsi
kriteriyası yoxdur. Əsas odur ki, istedadın olsun. İstedad hər sahənin adamında olmalıdır.
- Bizim təqvimlə siz yeni ilin ikinci
günündə - martın
23-də dünyaya gəlmisiniz.
Elə ədəbi aləmdə də ikincilik sanki alın yazınızdır.
"Azərbaycan nasiri"
deyəndə öncə
Əkrəm Əylisli
gəlir, sonra siz, sonra Vaqif
Nəsib, İsi Məlikzadə, Mövlud Süleymanlı, Yusif Səmədoğlu və başqaları... Birinci yeri tutmaq üçün
əlinizin heyimi çatmır?
- Bu sualın
cavabını bir vaxtlar mənim şair dostum Vaqif Bayatlı hansısa jurnalistə demişdi. Mən onu indi təkrar
edirəm və inanın ki, cavabınızı orda tapacaqsınız. "Hər
kəs deyir ki, mən bir
nömrəli şairəm.
Onda hamı bir nömrəlidirsə, iki, üç nömrəli kimdir? Ziyan yoxdur, qoy
hamı özünü
birinci yerdə görsün, bu vaxt ikinci yer
boş qalır, inciməzsinizsə, qoy o da mənim olsun".
- 40 il ədəbi aləmdə olan bir yazıçı
niyə Nobel mükafatı
almayıb? Deyirlər
ki, nobelçilər ya dissident olur, ya da adları
hansısa siyasi oyunbazlıqda hallanır. Siz bunların hansını seçərdiniz?
Ya da oturub
"Yəhudi əlifbası"
romanını yazmısınız
ki, "Nobel" öz
ayağıyla qəbiristanlıqla
üzbəüz olan evinizə gəlsin...
- Hər
dəfə yaradıcı
adamın yazısı
çap olunanda o elə düşünür
ki, daha bundan yuxarısı yoxdur. İnanın, belə hissləri Nobelsiz də yaşamaq olur. Yenə deyirəm, insanda əsas istedad olmalıdır. O ki qaldı Nobel mükafatına, bu mükafatın əvvəllər
öz çəkisi,
öz yeri var idi. Hətta
xeyli qabaqlar elə yazıçılar
da oldu ki,
ondan imtina etdilər. Ancaq son vaxtlar o mükafatdan siyasi hoqqabazlıq qoxusu gəlir. Sanki bu, siyasətin quluna çevrilib. İstəməzdim, belə
olsun. Misal üçün, Bakı,
Vilnüs,
Yazıçının deyiləsi
sözü olmalıdır
və o söz onu oxucuyla eyni
məsafədə saxlamalıdır.
Yazıçı isə
o məsafəni ləyaqətlə
qət edib son istəyinə çatmalıdır,
yəni öz oxucusuna qovuşmalıdır.
- Kitab adlarınızda da qəribə bir bağlılıq var. öncə
sizdə hər şey "adalar"dan başlayır, sonra ordan göyə qalxıb "mənim planetim"i özününküləşdirirsiniz
və "bunu hamı bilirdi", hətta "daş evlər"də "dar
köynək" geyinən
insanlar da. Və onlar "qızıl teşt"ə
baxa-baxa sizə "nekroloq" yazırlar. Yazırlar ki, səpdikləri "polad toxumu"nu "bəhanə"
edib "yəhudi əlifbası"nı bütün
dünyaya yaya bilməyəsiniz. Və bu əməlinizə görə "boynu əyri kişi" sizi "persona non qrata"
elan edir, hətta bundan ürəyi soyumayıb qəzetlərdə "it intervüsü"
adıyla dərc edilən hekayənizə cavab olaraq sizi
"cəhənnəm"ə göndərir.
- Neyləyək,
yəqin taleyim beləymiş. Onsuz da istənilən insan ömrünün öz rejissoru, öz ssenaristi və öz oyunçusu var. Cəhənnəmə
getməyi də təbii qəbul edirəm.
- Bizim kəndimizdə "Divin"
qəbiristanlığı önündə yaşayanlardan
həmişə qorxmuşam,
elə indinin özündə də qorxuram. Və həmişə sanmışam
ki, gecələr ruhlar onların evlərinə gəlib dərdləşirlər... Sirr
deyilsə, hansı ruhun söhbəti daha çox yadınızda qalıb?
- Necə
də düz tapmısınız. Məni
bəlkə də yazıçı edən
elə o qəbiristanlıq
oldu. Bizim evimiz qəbiristanlıqla üzbəüzdə yerləşirdi,
arada isə içindən arx axan bir qobu
var idi. Yadımdadır, 4 yaşım
olanda kəndimizdə
rəhmətə gedən
kimisə basdırırdılar
və mən o dəfn səhnəsindən
qorxaraq anamın ayaqlarından tutmuşam ki, məni də
aparıb orda basdırmasınlar. Hətta
sonralar uzun müddət anamdan ayrı yata bilmirdim. Və kəndimizə yayılmışdı
ki, Seyran ruh adamıdır. İndi anlayıram ki, mən anadan
olanda 4 yaşım olub.
- Yazıçılar
çox zaman içən olurlar. Söhbət, təbii ki, sudan getmir,
araqdan gedir. Onları içməyə
sövq edən nədir?
- İçmək
təkcə yazıçılara
aid deyil ki? İçmək kütləvidir
desək, yanılmarıq.
Bütün peşə
sahibləri içirlər.
Sadəcə olaraq yazıçılar bu içmək prosesini gözəl edirlər. Bəlkə bu bacarığımız çoxlarını
qıcıqlandırır və
bizim haqqımızda belə şaiyə buraxırlar. Guya jurnalistlər içmir?
- Suallarımdan
darıxdınızsa, bir
fincan su için, ya da bayıra çıxıb Bakının
soyuq küləyindən
bir qullab vurun getsin, onsuz
da Yağlıvəndə
əliniz çatmır...
- Mən
söz adamıyam və heç vaxt heç kəsin sualından darıxmamışam. Və
belə çıxır
ki, indi nə su içməyə,
nə də küləkdən bir qullab vurmağa ehtiyac qalır.
- Bir nasir kimi bundan
sonra çox romanlar yazacaqsınız, ancaq bir şeydən
başqa. O da öləcəyiniz günün
tarixidir. Bunu isə sizin üçün dostlarınız
yazacaq. Dostlar, deməli, insana qəm günündə lazım imiş...
- Bununla razı deyiləm. Biz yazıçılar onsuz da ölənədək öz ölüm tariximizi yazırıq. Və indiyədək yazdıqlarım da ötən günlərin
tarixidir. "Azərbaycan"
jurnalının 9-10-cu nömrələrində
"Qaçaqaç" adlı
yeni romanımda anbaan, saatbasaat, həftəbəhəftə öz
ömrümü çızmaqara
etmişəm. Bir sözlə, öz ölüm tariximi yazmışam.
- Bu müsahibəyə
görə məni
persona non qrata elan etmək olarmı?
- Sizin ürəyinizdən persona non qrata
olmaq keçirsə, qoy olsun. Ancaq
bilin ki, heç kəsin zorla boynuna nəyisə
qoymaq stəmirəm.
- Qızıl
teştdə saxladığınız
vaxtdan bir çimir aldığıma
görə məni bağışlayın və
bağışladığınıza görə də sizə "sag olun!" deyirəm.
- Bağışlamağa
ehtiyac yoxdur, diqqət ayırdığınıza
görə o "sağ
olun!"u ürəkdolusu
sizə qaytarıram.
Babək Göyüş
Təzadlar.- 2011.- 25 yanvar.- S.13.