Sehirli xalat
(Hekayə)
Allahın adı ilə!
- Rəşiiiid!!!
Uşaqlar, Rəşid qayıtdı...
- Urraaaa!.. Rəşid qayıtdı...
- Rəşid
qayıtdı uşaqlar...
Şənliyin
ortalarında Rəşid
qoltuğunda sehirli xalat- hamını təəccübləndirdi.
Hamı bir-birinə onun gəldiyini xəbər verdi. Bu əsnada məktəbin tərbiyəvi
işlər üzrə direktor müavini Mövsüm müəllim
sinif otağına daxil oldu.
-
Uşaqlar, bu nə səs-küydür?
- Rəşid
qayıtdı, Mövsüm müəllim!
- Rəşid,
gəldinmi?
- Bəli,
Mövsüm müəllim.
-
Danış görək, nələr gördün oralarda.
- Sizin
şənliyə gətirdiyiniz sehirbazın verdiyi bu sehirli
xalatı əynimə geyinib, öyrətdiyi sehirli sözləri
oxuyub keçmişə qayıtdım. Gözümü
açıb gördüm ki, çox qərib bir yerdəyəm.
- Aha,
maraqlıdır...
- Bir də
gördüm ki, meydanda hazır olmuşam. Qadınlar
çadrada, çarşabda gəzirlər. Mənim nənəm də, elə gəzərdi.
Amma bilmədim neçənci əsrdir.
Küçədə kişilər əbada, başlarında ağ sarğı ilə,
üzləri saqqallı gəzirdi, arvadlar isə
çarşabda. Hətta, cavan qızlar belə,
başlarında örpəklə gəzirdilər. Ağsaqqal bir kişidən soruşdum ki, bura
haradır? Dedi ki; bala, bura İrandır. Dedim: indi
neçənci əsrdir ki, siz kişilər belə
geyinirsiniz, qadınlar isə çarşabdadır? Dedi: sən
məgər, bilmirsən, indi 14-cü əsrdir. Dedim: 14? Dedi:
bəli. Sonra mənə dedi ki; sən haradan gəlmisən,
buranın camaatına oxşamırsan axı? Ona
heç nə deməyib yanından ayrıldım. Yaxınlıqda bir qələbəlik var idi. Ora yaxınlışdım, bir adamı asıb
öldürmək istəyirdilər. İzdihamın
içinə girib bir kişidən soruşdum: Onlar bu
oğlana neyləyəcəklər? Dedi: asacaqlar. Dedim: niyə,
məgər, o insan deyil, məgər, onun yaşamaq haqqı
yoxdur? Məgər, 21-ci əsrdə insan asırlar, axı, tərəqqi,
texnologiya, kosmos-kompyuter, qloballaşma-svilizasiyalar əsridir
indi... Dedi: nə 21-ci əsr? İndi 14-cü əsrdir.
Bir anlıq yadıma düşdü ki, mən
keçmişə, 14-cü əsrə qayıtmışam.
Dedim: o yazıq deyil, o neyləyib ki? Bəs
uşaqları yoxdur onun? Balaları yetim
qalmaz? Dedi: onun öldürdüyü insan səncə
yazıq deyildi? Onun balaları yox idi, yetim
qalmadı? Dedim: bəs, bu ölsə, balalarına kim baxacaq? Dedi: dövlət baxacaq, özünə
kim baxırdısa, balalarına o baxacaq.
Oradan ayrıldım. öz-özümə
gileyləndim ki, nə qədər geri qalıblar. Kişilərinin müasir "cillet"i yoxdur,
hamı saqqalladır. Qadınları
çarşabdadır, hətta cavan qızları belə,
qara çarşab geyinirlər, bunların müasir geyimləri
yoxdur. O cavanı asmalarını da, qınamadım,
çünki orada 14-cü əsr idi, geridə idilər. Hələ, insan hüquq və haqları nədir,
bilmirdilər.
Bir məkana yaxınlaşdım. Bir izdiham var
idi. Bir saqqallı kişi nəsə
danışırdı. Anlamırdım nə
dediyini. Ətrafına isə fərqli geyimdə-
kostyumda bir neçə nəfər adam
yığışmışdı. Amma bizim
kimi qalstuk, bantikləri yox idi. Bir nəfərdən
soruşdum ki; bunlar kimdir, niyə yığılıblar bura?
Dedi: o, gördüyün danışan kişi
ölkə başçısıdır. Sonra məndən
niyə onu tanımadığımı soruşdu. Dediyinə görə, onu bütün dünya
tanıyır. Dedim: bu izdiham niyə bura gəlib? Dedi ki;
elmi-texniki tərəqqi və inkişaf haqqında
danışırlar. Dedim: burda nə inkişaf? Dedi: Sən nə
danışırsan? Biz son illərdə elmi-texniki tərəqqiyə
nail olmuşuq. Dedim: məsələn? Dedi: məsələn,
nüvə sahəsində bir çox nailiyyətlərimiz
var, aerokosmik sahədə 5 yeni proyektimizin təqdimetmə mərasimini
keçirtdik. Bizim dəyərli alimlərimiz
"Tolu" və "Misbah2" süni peykini, tələbə
araşdırmaları üçün nəzərdə
tutulmuş "Mehdi" süni peykini və "Simurq"
raket-daşıyıcısının mühərrikini
ictimaiyyətə təqdim etdilər. Bu dəqiqə
ABŞ və İsrail kimi güclü dövlətlər, həmçinin
Avropa bizim sərvətlərimizdən öz xeyrinə istifadə
edə bilmədiyi üçün, bizim ayaqda
durmağımızı, inkişafımızı gözü
götürmür. Sanksiyalar tədbiq edir,
hədə-qorxu gəlir, bizi təkləyir, amma yenə də,
məğlub edə bilmir. Bizim tibb sahəsində
də elmi nailiyyətlərimiz var. Hətta Avropa ölkələrindən,
Amerikanın özündən belə, buraya müalicə
üçün gəlirlər. Paytaxt
Tehranda ölkə başçımızın və Səhiyyə
və Tibbi Təhsil Nazirimizin iştirakı ilə İranda
yaradılmış cərrahlıq əməliyyatını
kompüter idarəetmə sisteminin açılışı
oldu. Prezidentimiz distansion- uzaq məsafədən
idarə olunan cərrahiyyə robot sisteminə, Laparskopiya cərrahiyyəsində
cərrah assisenti robotuna, həmçinin əlin
reabilitasiyası robotuna, optik skaynerə, ¸Ekostik Amişen
Analizer" cihazına və nanoskop STN cihazına baxış
keçirtdi. İki il əvvəl cənab
prezidentimizin iştirakı ilə 147 min tutuma malik olan ən
iri və modern aliminium zavodunun açılış mərasimi
oldu. Həmin ildə "Misbah-2", "Tulu" və
"Navid" peyklərinin təqdimati oldu, Milli kosmos gününə həsr
olunmuş tədbirdə prezidentimiz də iştirak etdi. Ondan əvvəl "ümid" adlı ilk peykimizi
yerətrafı orbitə buraxdıq. Ötən il 4 yeni peykimizi - "Fəcr", "Zəfər",
"Rəsəd" ve "Əmir Kəbir-1"buraxdıq.
İran donanması səsdən 3 qat sürətli
"Bəsrə Körfəz" adlı raketin
sınağını keçirdi. Yeni
"Qiyam1" raketini sınaqdan keçirtdik. Bizim "Şahab3" raketlərimiz var ki, malik
olduğumuz ən mükəmməl raket hesab olunur. Bu raketlərlə 2 min kilometr məsafədə yerləşən
hədəfi vurmaq mümkündür. Həmçinin
200 kilometr vurma məsafəsi olan "Fateh" və 150
kilometr vurma məsafəsi olan "Tondar" raketlərini də
uğurla sınaqdan çıxartmışıq. Dedim:
Siz nə üçün insanı edam
edirsiniz? Dedi: inancımız belə buyurur ki, edam
cəzasına layiq olanları edam etmək lazımdır. İllər keçsə də, bu müqəddəs-ilahi
qanunlar hər əsr üçün yenidir. Sən də, öz müqəddəs dəyərlərindən
dönməzsən, eləmi? Təsdiq elədim.
Sonra mənə çıxışa qulaq
asmağımızı təklif etdi.
-
Xahiş edirəm, ölkə başçısının nə
dediyini mənə deyəsən.
- O deyir
ki, istənilən xarici təhdidə hazırdırlar və
buna qarşı çıxmaq üçün heç nədən
çəkinməyəcəklər. Bir də
deyir ki, İranın digər dövlətlərin beynəlxalq
suverenlik və əsas hüquqlarına hörmətlə
yanaşır və digər ölkələr də
İranın bu dəyərlərinə hörmətlə
yanaşmalıdır.
-
Maraqlıdır, - deyə, Mövsüm müəllim dilləndi.
-
Mövsüm müəllim, sonra mən gələcəyə
aparan sehirli sözləri oxuyub gələcəyə getdim.
- Orda nə
gördün?
- Bir tədbir
var idi.
- Orada
insanlar necə geyinmişdilər?
- Orada bir
nəfərdən soruşdum ki, bura haradır? Dedi: Türkiyədir,
bilmirsən məgər? Dedim: neçənci əsrdir? Dedi:
21-ci əsrdir. Həqiqətən belə idi.
Orada camaat kostyumda, qalstukda idi. Qadınlarının içində elələri
var idi ki, açıq-saçıq geyinmişdilər,
çarşabları yox idi. Dedim: bu nə tədbirdir? O
kişi dedi ki: Elmi və Texnoloji Ali
Şuranın toplantısıdır. Sonra səs
salmamağımı və nitq söyləyənə qulaq
asmağımı xahiş elədi. Dedim: o
danışan kimdir? Dedi: Türkiyənin baş naziridir. Qulaq asdım onun çıxışına.
O, belə deyirdi: "Qonşumuz İran 2000-2500 kilometr mənzilli
raketlər hazırladı. Toplantıların
birində komandanlarımızdan bizim raketlərimizin mənzilinin
nə qədər olduğunu soruşdum. "Ən
çox 150 kilometr" dedilər. Bu olmaz.
Bunu inkişaf etdirməyimiz lazımdır"
Daha sonra
Rəşid üzünü Mövsüm müəllimə
tutub dedi:
-
Mövsüm müəllim, mən gördüm ki, İranda
14-cü əsr, Türkiyədə 21-ci əsr, İranda hicri
təqvimi, Türkiyədə miladi təqvimi, İran dini,
Türkiyə dünyəvi dövlət olmasına baxmayaraq
İran daha çox inkişaf edib.
- Bəli
Rəşid, icazə ver, sənin dediklərinə əlavə
edim. Türkiyədə dini dövlətin ləğv olunub
dünyəvi dövlətin bərqərar olmasına və
İranda dünyəvi dövlətin süquta uğrayıb
dini dövlətin təsis edilməsinə baxmayaraq, Türkiyədəki
indiki- dünyəvi dövlətin 89 il yaşı,
İrandakı indiki-dini dövlətin isə 33 yaşı
olmasına baxmayaraq, İran daha çox inkişaf edib, nəinki
Türkiyə. Deməli, nə çarşab, nə
əmmamə, nə əba, nə saqqal, nə dini cəzalar
insanı inkişafdan saxlaya bilməz, müasirliyin
qarşısına ala bilməz. çünki
müasirlik elmlə mümkün olur. Eləcə
də, dinin ləğv və rədd edilməsi bir xalqı,
dövləti inkişafa apara bilməz. İnkişaf
geyimlə, tərzlə deyil, elmlə, oxumaqladır əziz
balalar. Ona görə də, sizlər də
oxuyun, sizlər də bu ölkəni inkişafa aparın.
Mövsüm müəllimin bu sözləri şagirdlərin
inkişaf barəsində olan yanlış təsəvvürlərini
dəyişdi.
Daha sonra Rəşid uşaqlara orada gördüyü
başqa maraqlı, yaddaqalan hadisələrdən
danışdı...
Qasımbala Səfərov
Təzadlar.- 2012.- 26 aprel.- S.15.