"Elə reklam var ki,
adamları bezdirir, əsəblərini pozur"
Azad İsgəndərli: "Belə
reklamların yayımı dayandırlımalıdır"
Müsahibimiz Sosial Hüquqların
Monitorinq Qrupunun rəhbəri Azad İsgəndərlidir
-
Ekspretlər Azərbaycanın
reklam bazarında yerli reklamların az olduğunu bildirirlər.
Sizcə, bu nə ilə bağlıdır?
- Ona
görə ki, yerli Şirkətlər vergi vermək istəmirlər.
O üzdən də yerli reklamlar Azərbaycan reklam bazarında
demək olar ki, yox dərəcəsindədir. Bəlkə də
bunun bir çox səbəbləri var. Amma mən hüquq müdafiə
təşkilatının rəhbəri olaraq səbəbi
bunda görürəm.
-
Xarici reklamların mətni bəzən
Azərbaycan dilinə çox bayağı şəkildə
çevrilir...
- Bəli
tamamilə doğrudur. Ölkəmizdə yerli reklam bazarı
olmadığından efir məkanı da çox vaxt
xarici reklamlara möhtac olur. Əksər
hallarda isə pis tərcümə edilərək yayımlanan xarici reklamların dili həddən
artıq bayağı və anlaşılmaz alınır. Bu
da insanlarımız da nəinki reklam olunan mal ilə
maraqlanmaq, hətta həmin reklam gələndə əsəbləri
xarab olmaq dərəcəsinə çatır və nəticədə də vətəndaşlarımızın
hüquqları pozulur. Bəzən elə reklama rast gəlirik
ki, adamları bezdirir, əsəblərini pozur.
Hesab
edirəm ki, belə bir reklamların telekanallarda verilməsi qəti olaraq
dayandırılmalıdır.
- Azərbaycan
telekanallarında yayımlanan reklamları professional
baxımdan səviyyəli hesab etmk olarmı?
- Mən
şəxsən özüm reklamçı olmasam da bir
tamaşaçı olaraq, bir vətəndaş olaraq Azərbaycan
telekanallarında yayımlanan reklamları qeyri-profesional və səviyyəsiz görürəm. Mən bu fikri tək
öz adımdan deyil ölkə ictimaiyyəti adından deyirəm.çünki,
bizim və üzvlərimizin hər zaman xalqın arasında
olduğumuzu nəzərə alsaq bizim doğru olduğumuzu
siz də təsdiq edərsiniz.
- Cəlbedici,
baxımlı reklam necə olmalıdır?
-
Hesab edirəm ki, baxımlı reklam ilk öncə həm
sözləri, həm rəngləri, həm də musiqisi ilə
ruhu oxşamalıdır. Əks halda insanlar tərəfindən
bu qəbul edilmir, bezdirici olur.
-
Türk və rus telekanallarında yayınlanan reklamlarla
bağlı nə deyə bilərsiz? Bizim TV-lər nə
zaman bu cür səviyyəli, baxımlı reklam
çarxları çəkəcək?
- Mən
həm rus, həm də türk kanallarında yayımlanan
reklamları Azərbaycan telekanallarında göstərilən
yerli reklamlardan daha səviyyəli və daha proffesional
olduğuna inanıram və görürəm. Sualın
maraqlı məqamı burasındadır ki, bizim Tv-lər nə
zaman belə reklamlar çəkəcək?
Düşünürəm ki, ölkəmizdə fəaliyət
göstərən kommersiya və biznes qurumları nə zaman
vergi verməkdən qorxmayacaqlar, məhz o zaman
telekanallarımızda istədiyimiz reklamları görə
biləcəyik. Çünki, bu Qurumlar reklam şirkətlərinə
səviyyəli pullar köçürməlidirlər ki, səviyyəli
də reklam hazırlansın. Ümumiyyətlə.
Nədənsə Azərbaycanda imkanlı, varlı, pullu
insanlar reklam işlərindən qorxurlar. Niyə belədir? Bu
artıq başqa mövzudur. Bununla bağlı ayrıca
işləmək lazımdır. Məhz bunun nəticəsidir ki, yerli reklam
bazarımız yoxdur, olan da keyfiyyətsiz.
-
İnsanları estetik əməliyyatlara səsləyən
reklamlara münaisbətiniz?
- Mən
burada qəbahətli bir şey görmürəm,
çünki reklamçı reklamını edir. Kim istəyir
getsin estetik əməliyyat etdirsin, kim istəyir yox.?! Məncə
burada konkret olaraq münasibət bildirsək İnsanların
hüquq və azadlığına müdaxilə etmiş
olarıq. Yenə də təkrar edirəm ki, reklamın
özündə qəbahətli bir şey görmürəm.
-
Sizcə, insanlar reklamı necə görmək istəyir?
-
İctimaiyyətin görmək istədiyi reklam yorucu və
bezdirici olmamalıdır.
-
Teleserialların yayımı zamanı tez-tez reklam
çarxlarının verilməsi tamaşaçıları
narazı salır. Sizcə, bunu aradan qaldırmaq
mümkündürmü?
- Məncə,
bunu aradan qaldırmaq mümkün deyil. Çünki
telekanalların qazancı əsasən reklamlardan gəlir. O
reklamlar olmasa, tamaşaçılar da o filmə baxa bilməz
ən azından.
- Rəhbərlik
etdiyiniz təşkilat bu mövzuda hansısa araşdırma
aparıbmı, öz tövsiyyələrini müvafiq
qurumlara veribmi?
- Təşkilatımız
keçən il İnsan haqları ilə bağlı
regionlarda monitorinqlər apardı. Monitorinqlər Reklamlarla
bağlı olmasa da bir çox fikirlərlə
qarşılaşdıq yerlərdə. Məsələn Azərbaycanda
reklam bazarının biyabırçı vəziyyətdə
olması ilə bağlı cənub bölgəsində
insanlar bir çox fikir və düşüncələrini
bizimlə paylaşdı. Və biz bu barədə keçən
il dekabrın 4-də BMM-də monitorinqlərin nəticələrinə
dair keçirdiyimiz mətbuat
konfransında məlumat vermişdik. Və bununla bağlı ən
çox iradlar XəzərTv-yə tutulmuşdu. Biz də XəzərTv-nin
əməkdaşını həmin konfransa dəvət etdik
və iradlarımızı ona bildirdik.
-
Reklamlarda əcnəbi dilinin üstünlük təşkil
etməsi nə ilə izah edərdiz?
- Bu
yaxşı hal deyil. Mən ümumiyyətlə bunun əleyhinəyəm.
Əyər hər hansısa bir istehsal və yaxut da
satış firması Azərbaycanda fəaliyyət göstərirsə,
demək ki, bütün reklamlar da Azərbaycan Türkcəsində
olmalıdır. Elə ölkə ictimaiyyətinin reklamlarla
bağlı ən böyük verdiyi təpki də bununla
bağlıdır.
- Siz
tez-tez xaricdə olursuz. Bu məsələdə xarici təcrübə
necədir?
- Mən
nə Amerikada. Nə ingiltərədə, nə Norveçdə,
nə İranda, nə Slovakiyada, nə də Strasburqda Azərbaycan
Türkcəsində bir dənə reklama rast gəlməmişəm.
Kimsə gəlibsə buyursun mənə desin. Yaxşı,
onda bəs biz niyə onların dilində gəlib rayon, qəsəbə
və hətta kəndlərimizdə reklam plakatları
yazıb vururuq divara.? Yəni
xarici dövlətlərdə reklamlarını öz dillərində
yazırlar. Onlarda başqa nə isə bir təcrübə
yoxdur.
Aydın
Təzadlar.-
2012.- 26 aprel.- S.13.