Yeni Azərbaycan diasporu

 

 

 

"Vətəndə olanlar dövlətə, qürbətdə olanlar səfirliyə, konsulluğa güvənir..."

Rusiyada Yeni Azərbaycan Diasporunun 2 ilə yaxın  tarixi var. Son ildəki sürətli tarixi dəyişikliklər diaspora hərkatına da güclü təsir göstərib. Birliyin, mütəşəkkilliyin zəruriliyini hamı dərk edir, amma təəssüf ki, dərketmə təbii ehtiyaca çevrilmir, abstrakt bir ideya şəklində qalır. Özlüyündə istiqanlı mehriban bir millət olan soydaşlarımız icma halına düşməkdə bir sıra çətinliklərlə rastlaşırlar. Yaşlı nəsildə sovet düşüncəsi qalır. Onun qayğılarını hansı bir təşkilıtın, qurumun görəcəyini düşünür. Vətəndə olanlar dövlətə, qürbətdə olanlar səfirliyə, konsulluğa güvənir. Marksizmin yarandığı ilk çağlarda dövlətin kommunizm dövründə ölüb gedəcəyi, onun funksiyasının ictimai təşkilatlar əvəz edəcəyi ideyasi fantastik bir düşüncə idi. Çünki sovet hökuməti insanın ən xırda təlabatını belə nizamlamaq istəyirdi, müdaxilə edirdi. Kapitalizm şəraitində insan dövlətdən biganəliklə üzləşir, lakin inkişaf etmiş kapitalizm şəraitində ictimai təşklatlar bu qayğıları öz üzərinə götürür, dövlət isə öz qlobal işləri ilə məşğul olur.

Milli davranışımızda olan çətinliklərddən biri kəmiyyətdən keyfiyyətə keçmək çətinliyidir. Yəni, hər bir azərbaycanlının ətrafında müəyyən tanışlıq dairəsi, əlaqələri var. Bu tanışlar sosial nüfuzuna görə əsasən fərdin öz statusuna uyğun olur, müstəsna hallarda fərqlənir. Bu icmalar ilkin tələblərdən yaranan icmalardır. Bunun əsasını qohumluq, yaxın tanışlıq, eyni bölgədən həmyerli olmaq əmək fəaliyyətindəki maraqlar şərtləndirir. Bu cür icmalar bir-birinin xeyir-şər işlərinə yarayır, toy yas mərasimlərində iştirak edir, müəyyən ortaq biznes qururlar, yaxud eyni bazarlarda çalışırlar.

İkinci növ ictimai qurumlar müəyyən ad altında formalaşan rəsmi tədbirlər keçirən, daha fəal cəmiyyətlərdir. Bunların az-çox fəaliyyət tarixi, tədbirləri, tanımış lider sayılacaq şəxsiyyətləri olur. Belə cəmiyyətlərdən Moskva şəhərində "Ocaq", "Şəhriyar",  "Azərbaycan", "M.Ə.Rəsulzadə", "Bakılılar", s. vardır. Bunlardan əlavə, daha yüksək imkanlı təşkilatladan H.Əliyevin təşəbbüsü ilə yaradıılmış "Ümumrusiya Azərbaycanlıları Konqresi" (ÜAK) "AzərROS" (Rusiya Azərbaycanlılarının Mill Mədəni Muxtariyyəti) təşkilatı AMOR (Rusiyada Azərbaycanlı Gənclər Təşkilatıdır). Əlavə olaraq Dünya Azərbaycanlılarının Konqresinin Rusiya Bölməsinin adını çəkmək olar.

"Neçə milyonluq soydaşlarımızı birləşdirəcək icma isə yoxdur"

Bundan başqa, Rusiyanın müxtəlif regionlarında azərbaycanlıların icmaları fəaliyyət göstərir. Bu təşklatların elektron saytları, mətbu orqanları, bəzilərinin ofisləri, fəaliyyət proqramları gördükləri tədbirlər var.  Neçə milyonluq soydaşlarımızı birləşdirəcək icma isə yoxdur.

Lakin zamanın yeni tələbləri yetişir, daha yüksək keyfiyyətli təşkilalanma tələbi yaranır. Çünki ilkin mərhələrdə evlənənə toy tədbiri, ölənə axirət dünyasına yola salınmaq vacibdirsə, qalana da həyatda layiqli yer tutmaq, Rusiya kimi nəhəng ölkədə ictimai-siyasi nüfuz sahibi olmaq, bundan bəhrələnə bilməsə siyasi oyunların ziyanından qorunmaqdır.

Bakıda möhkəm səs küyə narahatlığa səbəb olan "Milyarderlər ittifaqı" kimi səs salan birliyin yaranmasının məhz belə ictimai səbəbləri var. Hələ neçə il öncə Rusiyadakı azərbaycanlılar tərəfindən siyasiləşmə, birləşmə ideyaları yaranmışdı və bunun təşkilatlanma konsepsiyasına maliyyə dəstəyi aranırdı. Məqsəd sayı-hesabı bilinməyən soydaşlarımızı fəllaşdırmaq, Rusiynın ictimai-siyasi həyatında fəal rol oynamaq, soydaşlarımızın mənəvi, siyasiiqtisadi maraqlarına xidmət etmək idi. Maliyyə dəstəyi olmadığından bu məsələlər həllini tapmadı. Təəssüf ki, indiki dövrün Hacı Zeynalabdinləri, Nağıyevləri, Əsədullayevləri və s. yoxdur. Milli pərakəndəlik var. Ona görə biz nəinki erməni lobbisinə qarşı simmetrik mübarizə apara bilmirik, heç özümüzə də bir gün ağlaya bilmirik. Rusiya vətəndaşları arasında kifayət qədər savadlı, işgüzar azərbaycanlı adamlar var, ancaq biz onları Rusiyanın siyasi elitası arasına çıxara bilmirik, burda təkbaşına irəli getmək mümkün deyil. Azərbaycanlı düşüncəsi hələ də çox süd sağanı, yaxud pul qazananı millətin təəssübkeşi, vəkili, siyasi fəalı sayır. Lakin siyasətin də bir elm, politologiya deyilən bir elm olduğunu az adam dərk edir.

Vaxtıilə mərhum H.Əliyevin dəstəyilə Rusiyada yaradılan ÜAK, Azərbaycanda Dövlət Diaspora Komitəsi milli icmalarımızın formalaşması işində çox mühümciddi addım idi, təəssüf ki, o yol layiqincə davam etdirilə bilmədi. Komitəyə diaspora həyatından, onun əsas problemlərindən xəbərdar olanları, keyfiyyətli kadrlar cəlb etmək əvəzinə Bakıdan emissarlar göndərilməsi üstün tutuldu. Yerli şəraitdən xəbəri olmayan, kimsənin tanımadığı, inanmadığı adamların zəhmətinin də hədərə gedəcəyi aydındır. Son kadr dəyişiklikləri bu ümidi  bir az işartmaqdadır.

"Milyarderlər ittifaqına" diqqət yetirdikdə cidanın ucu aydın görünür. Azərbaycanın rəsmi dairələrinin narahatlığı da bu səbəbdəndir. O siyahida sırf adamları toplanıb, adları da reklam xarakterli olub məlum hadisələrin fonunda Azərbaycanı qıcıqlandırmaq məqsədi daşıyır. Azərbaycanın uğurlu xarici siyasətinə, dövlət qüruruna, artan nüfuzuna verilən əlavə xallardır.

Rusiyadakı azərbaycanlılara nomenkulatur adamların süni birliyindənsə, cəmiyyətə inteqrasiya olunmaq üçün öz siyasi, iqtisadi, mənəvi tələblərini ödəmək üçün birlik gərəkdir. Bu çabalama indi başlayır. Psixoloji baxımdan yaşlı nəsildənsə, bu sahədə gənclərə daha çox ümidimiz var.  

 

 

 

 

Sultan MƏRZİLİ,

Təzadlar.- 2012.- 4 dekabr.- S.12.