Erməni lobbiçiliyinin
qurbanları
Ülfət Hacıyev: "Ermənistan-Azərbaycan münaqişəsinin 20 ildə həll olunmaması onları da narahat edir və mən Avropa tərəfinin məsələdə passivliyini vurğulayanda çox səmimi qəbul edirdilər"
Azad Brussel Universitetinin məzunu, diaspor fəalı Ülfət Hacıyevin "Təzadlar"a
müsahibəsi
- Ülfət bəy, Avropada Azərbaycan gənclərinin fəallığını
necə dəyərləndirirsiniz?
- Elnur bəy, əvvəla, təşəkkür
edirəm sizə və qəzetinizə ki, mənim kimi Avropada təhsil
alan fəal
gənclərin düşüncələrinin
cəmiyyətə çatdırılmasında
bilavasitə köməkçi
olursunuz. Sualınıza
gəldikdə isə,
söyləyə bilərəm
ki, Avropada təhsil alan
gənclər nəinki
öz üniversitetlərinin
akademik həyatında,
hətta yaşadığı
ölkələrin sosial-ictimai
həyatında kifayət
qədər fəaldırlar.
Biz gənclər bu ölkələrdə təhsil almaqla bərabər, Azərbaycanın
tarixini, mədəniyyətini
və incəsənətini
təbliğ etməyə
çalışırıq. Bir sözlə, müasir Azərbaycanın xarici ölkələrdə gənc
elçiləri olaraq
bizlər Azərbaycan
dəyərlərini və
həqiqətlərini layiqincə
müxtəlif vasitələrlə
yaşadığımız cəməyyətlərə çatdırırıq.
- Siz Avropanın
tanınmış siyasi-ictimai
xadimləri ilə görüşlər keçirmisiniz. Onların ölkəmiz
haqda düşüncələri
nədən ibarətdir?
- Onlar Azərbaycan
haqqında olduqca müsbət fikirdədilər. Azərbaycanın qısa zamanda müxtəlif sahələrdə
inkişafı onların
diqqətini cəlb etməyə bilməz.
Azərbaycana Avropanın strateji
tərəfdaşı kimi
baxırlar və bundan əlavə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin
təminatçılarından biridir. Mənimlə söhbətlərində qeyd edirdilər ki, müasir Azərbaycanın proqressiv
gəncini görmək
çox xoşdur və nəzərə alaq ki, gənc
insanlar cəmiyyətin
aparıcı qüvvələrindən
biridir. Azərbaycanın Avropaya inteqrasiyası
uzaq gələcəkdə
deyil. Sözsüz ki, bütün
bu inkişafa baxmayaraq, bəzi dairələrdə mövcud
olan problemlər onları narahat edir və bu
nöqsanların aradan
qaldırılması avrointeqrasi
prosesinin sürətləndirilməsinə
zəmin kimi görürlər.
- Xüsusilə, Dağlıq
Qarabağ münaqişəsi
haqda nələr düşünürlər?
- Əvvəla, deyim
ki, onlar mən Qarabağdan olduğum üçün
Qarabağ haqqında dediyim hər hansı bir həqiqəti daha səmimi qəbul edirdilər. Ermənistan-Azərbaycan münaqişəsinin 20 ildə həll olunmaması onları da narahat edir
və mən Avropa tərəfinin məsələdə passivliyini
vurğulayanda çox
səmimi qəbul edirdilər. Lakin onlar
hansısa bir mövqe göstərməkdən
çəkinir, olduqca
diplomatik cümlələrlə
kifayətlənirdilər. Sözsüz ki onların içində Azərbaycanın mövqeyini
və vətənimizin
ərazi bütövlüyüny
dəstəkləyən insanlar
da az
deyil. Bəziləri məsələnin həllinə təkan vərə bilən amillərdən biri kimi, Azərbaycan və Ermənistan gənclərini daha çox dialoqa getməsini söyləyirdilər.
- Ümumiyyətlə, erməni
diasporu ilə mübarizə aparmaq çətin deyil ki?
- Erməni lobbiçiliyinin güclü olması bir mifdir və bu mif erməni uydurmalarından biridir. Beynəlxalq hüququn və ədalətin Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyümüzün çərçivəsində həll olunmasını dəstəkləməsi, bizim tərəfimizi güclü tərəf kimi etmiş olur. Buna baxmayaraq, bəzən bəzi ermənipərəst qüvvələrin, erməni lobbiçiliyinin qurbanları ilə üzləşirsən. Lakin yetərincə bilikli və savadlı azərbaycanlı gənclərlə mübarizədə hər hansı bir erməni lobbiçisi və onun qurbanı olan avropalı olduqca acizdir. Ən azından bunu öz təcrübəmə əsaslanaraq əminliklə söyləyirəm.
- Bu gün Avropada xeyli sayda Azərbaycan gənci yaşayır və təhsil alır. Onların bir mərkəz ətrafında birləşib fəaliyyət göstərməsini necə görürsünüz?
- Gənclərin mərkəz şəkilində toplanıb fəaliyyət göstərməsi çox yaxşı təşəbbüs kimi qiymətləndirmək olar və bunun müsbət təsirləri qısa zamanda özünü göstərər. Lakin düşünürəm ki, bugünkü gündə biz gənclərə hansısa bir mərkəzdən göstərişsiz də fəaliyyətimizdə kifayət qədər fəal ola bilərik və oluruq. Hər birimiz müxtəlif güc və potensiallara malikik və yalnız öz faliyyətəmizi daha da gücləndirdiyimiz halda, məsələyə daha da böyük töhfə vermiş olarıq.
- Ekspertlər belə fikirlər bildirirlər ki, Avropada yeni millətçilik dalğası artmaqdadır. Bu haqda nə deyə bilərsiniz?
- Qatı millətçilik heç vaxt müsbət hal kimi qiymətləndirilə bilməz. Bunu hamı başa düşür. Lakin iqtisadi böhranın Avropanı bürüdüyü halda, bu dalğanın artması heç də təəccübedici hal olmasın. Bu millətçi dairələr nəinki Avropa xaricindən gəlmələrə qarşıdırlar, eləcə də öz qonşu ölkələrindən gəlmələrə qarşı çıxırlar. Sözsüz ki, bu, hamıya şamil oluna bilməz, çünki Avropada yaşadığım vaxt ərzində avropalıların tolerant olmasını müşahidə etmişəm və onların mənə olan münasibəti onu təsdiq edir ki, millətçilik dalğasını yalnız bəzi siyasi dairələr yaradır. Amma inkişafın qabağını ala biləcək millətçilik dalğasını yaradan bəzi milliyətçi qüvvələr iqtisadi və siyası bəhanələr gətirməklə heç bir avropalını aldada bilməzlər.
Elnur Eltürk
Təzadlar.-
2012.- 4 dekabr.- S.7.