Xudu Məmmədovun yolu

 

 

 

Dünən görkəmli alimin doğum günüanadan olmasının 85 ili tamam oldu...

“Sadə və əvəzolunmaz təfəkkürə, elmi məntiqə malik böyük insan!" Xudu Məmmədovu hamı belə təqdim və təsvir edir. Tanıyanların isə yaddaşında o, yüksək intellektual təfəkkürə malik, elmi yaradıcılığı əvəzedilməz və təkrarolunmaz olan Xudu Məmmədov kimi qalıb.

Xudu Məmmədov dünya şöhrətli alim idi. Amma o, özü deyirdi ki, “Mənə alim deyəndə özümü pis hiss edirəm... Alim Nyutondur, Arximeddir, Eynşteyndir...".

Xudu Məmmədov haqqında biblioqrafik topluda oxuyuruq:

“Görkəmli kristalloqraf, təbiətşünas-filosof Xudu Surxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Azərbaycanın gözəl guşələrindən biri sayılan Qarabağ mahalının Ağdam bölgəsinin Mərzili kəndində ziyalı ailəsində anadan olmuşdur. O, Mərzili kəndində 7 illik məktəbi bitirib, Ağdam bir saylı orta məktəbdə təhslini davam etdirmişdir. 1946-cı ildə orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olur. Elə ilk dövrdən də parlaq zəkası, fitri istedadı və zəhmətsevərliyi ilə müəllimlərinin diqqətini cəlb edir. Gənc Xudunun sevimli müəllimi -kgistalloqrafiyageokimya müəllimi Heydər Əfəndiyev olur. Tanınmış geokimyaçı alim, gözəl pedaqoq H.Əfəndiyevlə yaxın ünsiyyət onun gələcək elmi yaradıcılığının formalaşmasında böyük rol oynayır. Odur ki, Xudu Məmmədov özünün tərcümeyi-halında, elmi görüşlərində, müşahidələrində müəllim və müəllimlik sənəti haqqında iftixarla danışırdı. Xudu Məmmədova görə “Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır. O, adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”.

1951-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə başa vuran X.Məmmədov sevimli müəlliminin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstututuna təyinat alır. X.Məmmədov sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Aspiranturanın ilk illərindən gənc Xudunun qarşısında iki mühüm çətinliklər durur. Birincisi, kristalloqrafiya elminin əsas eksperimental üsulu- rentgen quruluş təhlili üsulunu öyrənmək, ikincisi, bu üsuldan istifadə edərək mürəkkəb oksidlərin-mineralların quruluşunu təyin etmək.

Xudu Məmmədov qısa müddət ərzində rentgen quruluş təhlili üsulunun I və II mərhələlərini yüksək səviyyədə mənimsəyir, hətta quruluşun təyini üçün çox vacib olan naməlum quruluşda simmetriya mərkəzinin olub-olmamasını bir adla Paterson elektron sıxlığından “üç pikteoremi əsasında yüksək dəqiqliklə təyin edir. O, göstərdi ki, Paterson elektron sıxlığında bir düz xətt üz/ərində biri-birindən bərabər məsafədə yerləşən üç pikdən mərkəzdə yerləşən, pikin ağırlığı kənarlarda yerləşən, piklərin ağırlığından iki dəfə çox olan halda quruluşda simmetriya mərkəzi olur. Xudu Məmmədov bu teoremin yüksək dəqiqliklə riyazi və həndəsi isbatını vermişdir. Quruluş təhlili sahəsində mövcud ədəbiyyatlara bu, “X.Məmmədovun üç pikteoremikimi daxil edilmişdir.

İkinci Dünya müharibəsindən sonra İngiltərə Tikinti Naz/irliyi nəzdində sement silikatlarının tərkibini təşkil edən kalsium silikatlarının və hidrosilikatlarının quruluşunu təyin etmək məqsədilə görkəmli alimlər qrupu yaradılmışdır. Qrupa rəhbərlik görkəmli fizikkristalloqraf Con Bernala (uzun müddət Dünya Sülh Şurasının sədri olmuş) tapşırılmışdır. 1953-cü ildə bu qrupun hesabatına həsr olunmuş III Beynəlxalq sement simpoziumu keçirilmişdir (London şəhəri). Simpoziumda dünyada bu elmi istiqamətdə aparılan tədqiqatları ümumiləşdirən C. Bernal göstərir ki, “sementin bağlayıcılıq və bir sıra başqa fiziki-kimyəvi xassələrini şərh edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”.

C.Bernalın simpoziumdakı çıxışından sonra düyanın qabaqcıl quruluş laboratoriyalarının əsas tədqiqat obyektləri kalsium silikatları və hidrosilikatları olmuşdur. X.Məmmədovun elmi rəhbəri akademik N.V.Belov gənc Xuduya dissertasiya işinin mövzusu kimi əsas sement mineralları olan ksonotlit Ca6Si6 O17(OH)2 və wollastonit- Ca SiO3 minerallarının quruluşunun təyinini məsləhət bilir.

Belə mineralların quruluşunun açılmasının mürəkkəbliyi atomların düzülüşündə yüksək requlyarlığın olması, kimyəvi tərkibdə atomların səpmə qabiliyyətlərinin yaxınlığı və monokristalların keyfiyyətinin aşağı olması quruluşda əlavə problemlər yaradırdı.

Xudu Məmmədov aldığı eksperimental məlumatlar əsasında hesablanmış Paterson elektron sıxlığının araşdırılmasından, statistik üsullardan, Xarker-Kasper bərabərsizliyindən və müxtəlif mərhələrdə təkrar yaxınlaşma üsullarından məharətlə istifadə edərək, ksonolit mineralların quruluşunu təyin edir. Bu quruluş silikat kimyasında - sement kimyasında dövrün ən böyük kəşfi idi.

Həmin illərdə Sovetlərin ən çox oxunan mətbuat orqanlarında Xudu Məmmədovun əldə etdiyi elmi nəticələr sovet elminin ən böyük nailiyyəti kimi məlumatlar dərc olunmuş və “Soyuz” jurnalında X.Məmmədovun böyük şəkli və elmi nəticələri barədə geniş məlumat verilmişdir.

Sement silikatlarının tərkib hissəsini təşkil edən ksonolit mineralının quruluşu tamamilə yeni tip quruluşlardan idi. Belə ki, quruluşda kalsium atomları ətrafında iki tip koordinasyon çoxüzlü yaranır-triqonal prizmaoktaedirdir. Oktaedrlər tilləri ilə birləşərək sütunlar əmələ gətirir, bu sütunlar yeni tip silisium-oksigen radikalı -(Si6O17) tərkibli ksonotlit radikalı ilə birləşərək quruluş blokunu yaradır. Ekvivalent bloklar bir- biri ilə kalsium atomlarının triqonal prizmaları ilə birbləşir. Beləliklə, ksonotlitin quruluşunu qəfəs parametrlərinin birinin qiyməti ilə təkrarlanan kalsium atomlarının triqonal prizma oktaedrlərinin layları ilə bu layları birləşdirən (Si6O17) tərkibi radikalın məcmuəsi kimi təsəvvür etmək olar.

Quruluşda iki tilləri ilə birləşmiş oktaedrlərin hündürlüyü 7,2olması ( ya Ca-Ca məsafəsinin 3,6 A°) Si-O radikalında bir istiqamətdə (SiO4) tetraedrlərin sayının artmasına gətirir. Bu əlamət sonralar quruluşu təyin olunan bütün kalsium (hidro) silikatların bir parametrini təyin edir. (SieO17) tərkibli ksonotlit radikalı öz orjinalığı ilə o dövrə qədər məlum olan silisium-oksigen radikallarından tamamilə fərqlənirdi.

Bu radikalın təyini ilə ilk dəfə X.Məmmədov göstərir ki, silisium oksigen radikalının forması kimyəvi tərkibi bilavasitə qeyri-tetraedrik kationun ölçüsündən asılıdır. Bu radikalın kəşfi ikinci dünya müharibəsindən əvvəlki dövrdə silikat mineralının öyrənilmiş quruluşları ilə müharibədən sonra öyrənilən quruluşlar arasında kəskin fərqin olduğunu müəyyənləşdirdi. Ksonotlit quruluşunun açılması, silikatların quruluş kimyasının iki fərqli mərhələyə ya daha dəqiq desək, iki kəskin quruluş fərqli elmi-istiqamətə ayırır- kiçik ölçülü qeyri-tetraedrik kation saxlayan silikatlar (silikat kristallokimyasının birinci fəsli) iri ölçülü qeyri- tetraedrik kation saxlayan silikatlar (sonralar bu elmi istiqamət silikat kristallokimyasının ikinci fəsli adlandırılmışdır). Silikatlar kimyasının birinci fəsli Breqq, Zaxariazen, Teylor s. adları ilə bağlıdırsa, ikinci fəsli N.V.Belov X.S.Məmmədovun adı ilə bağlıdır. X.Məmmədov ksonotitin quruluşunu təyin etdikdən sonra eyni bir müvəffəqiyyətlə vollastonit - CaSiO3 mineralının quruluşuna aşkarlıq gətirir. Uzun müddət bu mineralın quruluşunu öyrənən M.Barnik, T.G.Gto kimi görkəmli alimlərin təklif etdiyi quruluş modellərini inkar edərək, vollostonit mineralı üçün yeni quruluş tipini yüksək dəqiqliklə təyin edir. Vollaslonitin quruluşu X.Məmmədovun ksonotlitin quruluşundan sonra ikinci ən böyük müvəffəqiyyəti idi.

Vollastonitin quruluşunu təyin etməzdən əvvəl X.Məmmədov göstərdi ki, ksonotlit mineralının 900° C- vollastonit mineralına keçməsi bu mineralın quruluşları arasında müəyyən genetik əlaqənin mövcudluğuna aydınlıq gətirir. Belə ki, bu keçidlə vollastonitin quruluşunu ksonotlit quruluşunun sadələşmiş forması kimi göstərmək olar. Bununla X.Məmmədov kristal quruluşlarında da irsilik nəzəriyyəsinin mümkünlüyünün əsasını qoyurdu. Həqiqətən hər iki quruluş açıldıqdan sonra quruluşlar arasında genetik əlaqənin mexanizmini asanlıqla təyin etmək mümkün oldu. X.Məmmədov qeyd edirdi ki, hər iki mineralın quruluşunda kalsium atomlarının yaratdığı oktaedr sütunları hər iki tərəfdən Si3O9 tərkibli zəncirvari silisiura-oksigen radikalı ilə birləşir. Ksonotlitin quruluşunda Si6O9 zəncirləri polimerləşərək Si6O17 tərkibli len-tvari radikal yaradırsa, vollastonitin quruluşunda Si3O9 radikalı polimerləşmir, bu halda SiO4 tetraedrlərin sərbəst təpələri yalnız kalsium oktaedrlərinin təpələri ilə polimerləşir. Vollastonit tip quruluşunda bu polimerləşmə nəticəsində bc müstəvisinə paralel qarışıq tip laylar əmələ gəlir ki, bu laylar da deformasiya olunmuş ikinci tip kalsium oktaedrləri ilə birləşir.

Sement silikatiarın tərkibini təşkil edən ksonotlit vollastonit minerallarının quruluşlarının açılması sementin bərkiməsinin quruluş mexanizmini müəyyən etməyə imkan verir. X.Məmmədov göstərdi ki, “bağlayıcılıq xassəsinə malik maddələr üçün əsas xüsusiyyətlərdən biri maddənin çox asanlıqla hidratlaşması, qısa vaxtda de-hidratlaşma ilə bərkiməsidir. Bunun üçün əsas şərtlərdən biri də reaksiyanın dünən olmamasıdır. Belə maddələrin quruluşunda bir istiqamətdə dövrülüyə malik quruluş bloklarının olması kristalların morfologiyasına lifli formalar verir ki, bu da bağlayıcılıq xassəsi yaradan əla-mətlərdən biri olur”.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun Elmi Şurasında “KristalloqrafiyaKristallofizika” ixtisası üzrə “Ksonotlitvollastonit minerallarının kristal quruluşumövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edirgeologiya -mineraiogiya elmləri namizədi alimlik dərəcəsi alır. Elmi Şuranın üzvləri işi yüksək qiymətləndirirlər. Elmi Şuranın sədri, Kristalloqrafiya İnstitutunun yaradıcısı və ömrünün sonuna qədər direktoru olmuş akademik A.V.Şubnikov bu nailiyyəti belə dəyərləndirir: “Gənc X.Məmmədov tərəfindən sement silikatlarından ksonotlitvollastonit minerallarının quruluşlarının açılması SSRİ Elmlər Akademiyasının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir”.

Akademik davam edərək göstərir ki, “rentgen quruluş təhlili sahəsində dövrün ən dəyərli işidir. X.Məmmədov bu birləşmələrdə yeni silisium-oksigen radikallarının və bunların kənar kationla münasibətini müəyyənləşdirərək sementin bərkimə mexanizmini izah edən fundamental nəzəriyyə yaratmışdır”.

 

***

 

Dünən isə böyük alimin doğum günü, həm də anadan olmasının 85 ili tamam oldu.

Ruhu şad olsun! O, Qarabağı Vətən parçası olaraq çox sevirdiarzusu Azərbaycanı azadfiravan görmək idi. Amma görə bilmədi. Xoşbəxtliyi bəlkə həm də bunda oldu ki, Qarabağın, xüsusən də Şuşanın, Laçının, Ağdamın... işğalını görmədi-bu işğalı 1988-ci ildə öz qəfləti ölümü ilə qabaqladı...

 

 

 

A.Məmmədli

Təzadlar.- 2012.- 15 dekabr.- S.5.