AĞDAMSIZ AĞDAMLILAR

 

Bir neçə il əvvəl o zaman 5-ci sinifdə oxuyan oğlum qəfildən qayıtdı ki, ata, mən də ağdamlıyam?

Dedim ki, bəs necə, sən bunu indiyə kimi bilmirdin?

Uşaq təəccüb təəssüflə üzümə baxdı, az qala doluxsundu dərhalAzərbaycan dilikitabını gətirib isimin mənsubiyyət şəkilçilərini bir-bir göstərməyə başladı:

- danışırsan, ata?! Burada yazılır ki, “”, “li”, “lu”, “şəkilçiləri mənsubiyyət şəkilçiləridir isimin mənsubiyyətini bildirir. Məsələn, "bakılı" sözündəki” o deməkdir ki, kim bakılıdırsa, o, həmin yerdə yaşayır oralıdır...

- demək istəyirsən, ətraflı izah elə görüm.

- Mən Ağdamda deyiləmsə, necə ağdamlı ola bilərəm?

 

***

 

Bəli, ağdamlı olmaq üçün Ağdamda olmalı idim. Amma mən, sən, o bizim hamımız Ağdamda olmayan ağdamlı, Ağdamı olmayan qarabağlı, Qarabağı olmayan azərbaycanlıyıq. Niyə? Nədir günahımız?

Mənim üçün doğulduğum Mərzili kəndi (əslində, Gülablı kəndində anadan olmuşam, amma doğum şəhadətnaməm Mərzilidə alındığından həmişə belə deyirəm) vətəndir, ocaqdır Mərzilinin vətəni Ağdamdır, Ağdamın vətəni Qarabağ, Qarabağın isə vətəni Azərbaycandır - başı tarixlər boyu bəlalar çəkən Azərbaycan!

 

***

 

Bir anlığa Ağdamın ən çətin dövrlərinə qayıtmaq istəyirəm. 1990-93-cü illərə. Azərbaycanqəzetinin xüsusi müxbiri kimi həmişə döyüş bölgələrində olurdum. 1992-ci ilin mayın 14-ü isə ayrıca bir tarix olaraq yadımdadır. Həmin gün rayondakı son vəziyyəti öyrənmək üçün Ağdama ezam olunmuşdum. Yeri gəlmişkən, hər dəfə ezamiyyət məsələsi ortaya çıxanda yoldaşlarıma rəhbərliyə deyirdim ki, ezamiyyət, mən kəndimizə gedirəm.

Mərzili Martuni rayonunun Qarakənd kəndi ilə üz-üzə idi. Qarakənddən atılan toplar Mərzilinin istənilən nöqtəsinə rahatca düşürdü.

Beləliklə, 1992-ci ilin mayın 14-ü, Ağdam. Yadımdadır ki, həftənin istirahət günü idi deyə Ağdam şəhəri kolxoz bazarı qaynayırdı. Baxmayaraq ki, ermənilər hər gün AğdamıQradyağışındaçimizdirirdilər”. Rayonun hərbi komendantı polis rəisi Rəşid Məmmədov olduğundan son vəziyyəti daha dürüst deyə bilərdi. Yollandım Ağdam polis şöbəsinə. Çatanda gördüm ki, şöbənin qarşısındakı qocaman çinar ağaclarının budaqları qırıq-qırıqdır. Başa düşdüm ki, ermənilərin bir gün əvvəl atdığı “Qrad” qəlpəsi qoca çinarı yaralayıb, gövdəsini parçalayıb.

Rəşid müəllimin kabineti 2-ci mərtəbədə olsa da, təhlükəsizliyə görə adətən 1-ci mərtəbədə otururdu. Onunla elə 2-ci mərtəbədə görüşdüm. Bir neçə dəqiqə keçmiş millət vəkili, Ağdam milyonçularından sayılan Qasım Kərimov da gəldi. Məni parlamentdən tanıdığından əvvəlcə heç nə demədi, amma sonra Rəşid müəllimə pıçıltı ilə bildirdi ki, bir vacib xəbər var, yəni ona təklikdə demək istəyir.

Rəşid müəllim gülümsədi: - Bizim adamdır, ağdamlıdır, deyə bilərsən.

- Tanıyıram…İndicə mənə xəbər verdilər, kişi yerinə qayıtdı...

- Kişi kimdir?

-Ayaz Mütəllibov.

Bu zaman hardasa Şelli istiqamətindən, çox uzaqdan bir şaqqıltı səsi gəldi. Rəşid müəllim cəld ayağa qalxdı və dedi ki, düşək zirzəmiyə, ermənilər bu dəqiqə Ağdamı vuracaq.

Təsəvvür edin ki, bizim zirzəmiyə düşməyimiz bir dəqiqə çəkmədi, ermənilər Ağdama ardıcıl olaraq ikipartiya” “Qrad” atdılar. Hətta mərminin biri bir dəqiqə əvvəl bizim oturduğumuz kabinetin pəncərələrini çilik-çilik elədi.

Bu atəş təxminən 5 dəqiqə çəkdi. Ani sakitlik yaranan kimi zirzəmidən yuxarı çıxdıq. Ağdam yanırdı. Hər tərəfdən qışqırtı, ağlaşma, siqnal səsləri və insanların fəryadı eşidilirdi.

Biz dərhal şəhərə çıxdıq. Evlər yanırdı. Rəşid müəllim bir istiqamətə, mən isə bazar istiqamətində qaçaraq yanan evlərin söndürülməsinə, yaralanmış insanlara kömək etməyə tələsirdik. Bu qədər dəhşət və mərmi yağışından sonra isə təsəvvür etməzsiniz ki, Ağdam yenidən insanlarla dolub-daşırdı... Hər tərəfdə harasa tələsən, necə deyərlər, ölümü gözünün qarşısına almış və görünür, hər gün belə mənzərələri görmüş insanlar yenə də şəhər küçələrində gəzişirdilər. Mən qısa vaxtda mərkəzi kolxoz bazarının yanındakı “Sarı təpə” deyilən avtodayanacağa çatdım. Yol boyu 5-6 evin yanmasını görüb söndürməyə kömək etdim. Onlardan biri bankın arxasındakı şüşəbəndli ev idi...

Qəflətən eyni ilə Şelli istiqamətindən daha bir şaqqıltı səsi gəldi. Bazar istiqamətində bir beton hasar var idi, onun yanında dayanıb yerə əyildim və gözləməli oldum. Birdən ilkQrad” mərmisi yanıma düşdü. Başqa şey haqqında düşünməyə vaxt da yox idi. Ani qərar tələb olunurdu. Hərb elmindən bilirdim ki, mərmi yerə düşüb partlayanda qəlpələr yuxarı səpələnir. Odur ki, hasarın dibində daynıb yerə sərildim. Mərmilər dolu kimi yağırdı. Ətrafda baş verən dəhşətli mənzərəni seyr edib bir az da ölüm qorxusu altında dayanmaqdan başqa yolum yox idi.

Mərmilər partladıqca parça-parça olan insanların, avtomobil hissələrinin, ətrafa yayılan toz-dumanın yaratdığı tükürpədici mənzərəsi fonunda bir müddət əvvəl Məşhəddə məqbərəsini ziyarət etdiyim İmam Rzanın, Seyid Lazım Ağanın cəddini çağırdım, Allahdan məni hifz etməsini dualadım. “Sarı təpə” avtodayanacağında üç-dörd nəfərin əyləşdiyi “Moskviç” maşınının üstünə düşən mərminin həmin adamları necə parçaladığını gördüm.

Bu zaman yanıma bir mərmi düşdü və qəlpənin biri başımın üstündən keçib daldalandığım beton divarı parçaladı. Gurultu səsindən keyləşmişdim. Əvvəlcə elə bildim ki, bu keyləşmə və gurultu Əzrayılın hoqqalarıdır. Amma bir neçə saniyə keçəndən sonra gördüm ki, jurnalist kitabçam əlimdədir, deməli, sağam. Bu zaman ani olaraq həmin beton dirəkdə açılmış deşikdən özümü içəri, arxa hissəyə saldım.

Bir neçə dəqiqədən sonra yenə də nisbi sakitlik yarandı. Yenə də Ağdam küçələri insanlarla doldu - yaralanmış insanlara kömək edən kim, meyitlərin götürülməsinə yardım edən, yanan evləri söndürməyə tələsən kim… Sığındığım beton divarın arxasında isə, səhv etmirəmsə, böyürtkən kolu var idi deyə əks tərəfə çıxa bilmədim. Amma deşikdən də çıxmaq çətin idi, üst-başım cırıla bilərdi. Bu vaxt yoldan keçənlərin biri məni gördü və köməyə gəldi. İki nəfər məni girdiyim həmin oyuqdan güclə dartıb çıxardılar.

Həmin gün qatarla Bakıya qayıtdım və “Azərbaycan” qəzetində böyük bir yazım dərc olundu. Yazıda Qarabağda gedən müharibənin nə olduğunu bir fikirlə ümumiləşdirmişdim: QarabağdaAğdamda müharibə o deməkdir ki, bəzən girdiyin deşikdən geri qayıdıb çıxa bilmirsən!

Bunu ona görə yazmışdım ki, həmin dövrdə Bakı öz kefində idi, digər rayonlarımız da elə. Ölkənin Ağdamda və Xocalıda baş verənlərdən xəbəri yox idi...

 

***

 

...Təəssüf ki, Ağdamın son günləri mənim üçün beləcə yadda qaldı. Sonralar Mərzili işğal olundu, qohumlarımdan neçəsi şəhid oldu, qardaşım Rövşən Ağdam uğrunda döyüşdə bir ayağını itirmək dərəcəsində ağır yaralandı, uzun illər xəstə yatdı və s.

Daha sonra atamı itirdim. Ən dəhşətlisi, Ağdam getdi.

Mərzili işğal olunanda da, atam dünyasını dəyişəndə də gözüm dolmayıb, təbii ki, içimdə ağlamışam. Amma Ağdam əldən gedəndə dünya başıma fırlandı və mən Bakıdan Ağdama kömək adı ilə getdim, amma silahım qələm idi. Kənardan durub Ağdamın təpəsindən çıxan tüstünü seyr etməkdən başqa yolum yox idi. O vaxt məni həm də daha çox dəhşətə gətirən bir gün əvvəl Bakıda gördüyüm kefikök həyat tərzi idi. Bakının Ağdamdakı və ətraf rayonlardakı vəziyyətdən xəbərsizliyi məni daha çox dəhşətə gətirirdi, sızladırdı.

 

***

 

Qədir Rüstəmovun dəfnindən sonra Ağdam mənim üçün bir vaxtlar ayağımın altındakı torpaqqürur yeri kimi yadıma düşdü.

Bir məqamı deməyi özümə borc bilirəm. Hərbi xidməti Riqa şəhərində keçmişəm. Mən Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin hərbi hissə üzrə ştatdankənar müxbiri, bir il sonra isə partiya üzvlüyünə namizəd, tağım komandirinin müavini olan bir ağdamlı idim. Hərbi hissəmizdə Azərbaycanın başqa rayonlarından da əsgərlər vardı. Onların dördü Ağdamətrafı rayonlardan idilər və mən iki il ərzində onların ağdamlı kimi tanıdım, çünki özləri belə demişdilər. Dövlət Neft Akademiyasında oxuduğum illərdə də tələbə oğlan və qızlarımızın bir çoxu özünü ağdamlı kimi təqdim edirdi. Amma bilirdim ki, onlar əslən başqa rayondandırlar və bu mənim üçün bir qürur yeri idi.

indi bunlar məni və ya səni necə ağrıtmasın, ay Qədir?!

 

***

 

...Ağdam mənim üçün qürur yeridir. Bu, ifrat dərəcədə rayonçuluq əhval-ruhiyyəsi də deyil. Mən Ağdamı həm də ona görə çox sevirəm ki, o dardadır və onu bu dardan qurtara bilməmək çarəsizliyimi onu dəlicəsinə sevməyimlə kompensasiya edir, günahımı sanki bununla yuyuram. Həmçinin Şuşanı, Laçını, Kəlbəcəri, Xocalını...və Göycəni, Zəngəzuru da.

Mənim üçün Ağdam Pənah xan, İbrahim xan, Sultan bəy, Xosrov bəy, Qasım bəy Zakir idi, Əhməd bəy Ağaoğlu idi, Natəvan idi, Üzeyir bəy idi, Xudu Məmmədov idi, Qədir Rüstəmov idi, Şirin Mirzəyev idi, Fred Asif idi, Eldar Bağırov idi...

İndi Rafiq Əliyevdir, bir də 20 ildir Ağdamsız yaşayan ağdamlıların içindəki yurda qayıdış istəyinin varlığıdır. İndi nə Pənah xan var, nə Üzeyir bəy, nə də... Qədir də getdi. Yenə heç olmasaSona bülbüllər”i oxuyub Ağdamı bizə xatırladırdı.

20 ildi bu xatirələr içində Ağdamsız ağdamlı olaraq yaşayırıq. Əslində isə yaşamırıq, ölüb-dirilirik. Çünki ayağımızın altındakı torpaq yoxdur, göz açdığımız ocaq yoxdur, bir də ölmək və basdırılmaq üçün torpağımız-yurdumuz yoxdur. Ağdamsız ölə bilməyən nə qədər ahıllar-qocalar tanıyıram ki... Ən pisi odur ki, bu torpaq içimizdəki məsuliyyətsizlikdən yoxdur.

 

***

 

...Bir gün Qədir Rüstəmov mobil telefonuma zəng etmişdi. Həmin gün onun ad günü olduğunu internetdən oxumuşdum. Hal-əhval tutandan sonra ad gününü təbrik etdim. Güldü:

- Ayə, sən Allah bəsdir, ad günü?..

- Qədir müəllim, onda eşit, bir arzum təbrikim var...

 - , di de görüm.

- Arzu edirəm ki, Allah səni Ağdamda... öldürsün!

Doluxsundu, kövrəldi ağladı:

- Sən öl, bu arzu elə bil  maa bir milyondur. Allah bu duanı eşitsin!

Amma təəssüf ki, biz deyən olmadı...

Bir dəfə Tamerlan QarayevQarabağ eviadlı bir məclis yaratmaq istəyirdi. Soruşdum ki, bunda məqsəd nədir, dedi ki, indi camaatımız arasında rəhmətə gedən çox olur, onların dəfn mərasimlərinin təşkilinə yardım etmək istəyirik...

Dedim, Tamerlan bəy, məncə, indi ölüləri deyil, diriləri ağlamağın vaxtıdır...

 

Asif MƏRZİLİ

Təzadlar.- 2012.-15 dekabr.- S.6.