Türk mədəniyyəti və din
"Mədəniyyət" ərəbcə bir kəlmədir. Latınca bu kəlmənin mənası "cultura" kimi işlənir. Mənası əkib-biçmək kimi anlamlara gəlir. Eyni zamanda bu kəlmə bir çöx keyfiyyət və dəyərləri özündə birləşdirir.
"Mədəniyyət" haqqında istər şərq, istərsə də qərb bilginləri bir çox təriflər vermişdilər. Bu gündə bir çox dünya sosioloqları tərəfindən yeni-yeni təriflər verilməkdədir. Mədəniyyət elə bir qavramdır ki, onu tərif verməklə tam anladmaq mümkün deyildir. Tarixçilərdən tutmuş atropoloqlara qədər bütün sahənin mütəxəssisləri mədəniyyətə tərif vermiş bu kəlməyə müxtəlif yöndən yanaşmışdılar. Bütün bu müxtəlifliklərə və ifadə fərqliliklrinə baxmayaraq demək olar ki bütün sahənin düşünürləri eyni həqiqəti dilə gətirmişdir.
Mədəniyyət, insanın insan tərəfindən təsis edilmiş maddi və mənəvi ünsürləri meydana gətirmiş çevrəsini ifadə edər. İnsan, tarixi zaman içərsində özündən əvvəlki nəsillərdən görüb götürdüyü ünsürləri, dəyərləri alıb, onu qismən inkişaf etdirərək onu gələcək nəsillərə ötürər. Bir millət tərəfindən dəyərlərə verilən qiymətin əyarı gələcək nəsillərə doğru azalmaz, əksinə millətlərin fərdləri tərəfindən inkişaf etdirilərək daha da artar. Maddi sərvətlərlə yanaşı, mənəvi dəyərlərdə atadan -oğula, nəsildən -nəsilə ötürülür. Millətlərdə mənəvi dəyərlərlə dolu olan xəzinə mədəniyyətin sosial mirası adlanır.
Mədəniyyətin sosial
mirası özü belə iki yerə ayrılır. Maddi miras və mənəvi
miras. Məsələn:
Tarix boyu əcdadlarımızın tikdiyi
abidələr, yollarımız,
texnologiya, istehsalat, nəqliyyat vasitələrimiz
kimi gözlə görünən maddi ünsürlərdən ibarət
yəni öz əsərlərimizdən ibarət
ətrafımızdakı hər
şey maddi miras adlanır.
Mənəvi mədəniyyət mirası,
bir milləti millət edən, onun kimliyini formalaşdıran səbəblər
və maddi mirasında içini dolduran mütəvvaddan ibarətdir. Nəsildən - nəsilə keçən
davranışlar, hadisələrə
və dünyaya baxış formasını
təşkil edən mənəvi miras, yaşanılan cəmiyyətdə
yazılmamış qayda
və qanunları özündə əks etdirir. Türk milləti olaraq
bizə əcdadlarımızdan
qalan mənəvi mirasın zənginliyi bu gün özünü
qabarıq şəkildə
göstərməkdədir. Mənəvi mirasımızın
ən öndə gələni, azadlığımızı
bir an belə
unutmamağımızdır ki, tarix boyu
qurduğumuz dövlətlərlə
fəxr edə bilərik.
Mədəniyyətin ən vacib ünsürlərindən
biri olan din, üzərində geniş
araşdırma aparıla
biləcək sahədir. Müxtəlif elm sahələrinə mənsub
elm adamlarının; kainat,
insan, cəmiyyət və fizik ötəsini
tərif edərkən
qarşılaşdıqları ən dərin və çətin mövzu - dindir. Bildiyimiz kimi insanın qəbul edib inandığı bir çox dinlər vardır. bu
dinləri iki hissəyə ayırmaq olar. Səmavi dinlər və
Batil dinlər. Yeri-göyü, sonsuz kainatı yoxdan var edən VARLIQ tərəfindən peyğəmbərlər
vasitəsi ilə insanlara çatdırılan
dinlərə Səmavi
dinlər deyilir ki, bunada islam, xristianlıq və yəhudilik daxildir. Şəxslər tərəfindən sistemli olaraq cəmiyyətdə yaradılan
inancları insanların
qəbul etməsi ilə yaranan dinlər isə Batil dinlər adlanır ki, buna da hinduizm,
buddizm, şinto, karma fəlsəfəsi, zərdüştlük
və s.
Bütün insanlar nəyəsə inanmaq məcburiyyətindədir. Çünkü inanmaq istəyi insanın fitrətində
vardır. Allahı, yaradanı
inkar edən ateistlər belə onun var olmadığına
inanmaqdadırlar. Dinsizlik
isə, adından da aydın olacağı
kimi, din əxlaqını
tamamilə rədd edən, Allahın varlığını inkar
edən bir anlayışdır. Lakin,
bu an dünya üzərində "din" olaraq
adlandırılmayan, amma
əslində sanki bir dinmiş kimi mənimsənən başqa inanc sistemləri də mövcuddur. Belə ki,biz dünya üzərində hakim olan
materializm, kommunizm kimi ideologiyaları, bunların özlərinə
sözdə elmi dayaq olaraq gördükləri
Darvinizmi və bunların xaricində də dinsizliyə söykənən bütün
sistemləri "dinsizliyin
dinləri" olaraq təyin etdik. Çünki, bu ideologiyalar
inanclarıyla, tətbiqləriylə,
gündəlik həyata
yönələn qaydalarıyla
dinsiz bir din halını almışlar.
Hər birinin sanki ilah
olaraq gördükləri
öndərləri, hər
bir sözünü əzbərdən bildikləri
və əsla dəyişdirilə bilməyəcək
bir gerçək olaraq qəbul etdikləri kitabları vardır. Dinsizlik dinini müdafiə
edənlərin qarşılarındakı
ən böyük problemlər isə Allahın inanan qullarına bir rəhbər olaraq endirdiyi vəhyi, yəni Qurani Kərim və Peyğəmbər Əfəndimizin
(s.ə.v) sünnəsidir.
Quranda, sözünü etdiyimiz batil dinlərə qarşı aparılan mübarizə təsvir edilməkdə və bu şərəfli vəzifə inananlara verilməkdədir.
Əslində bizim üzərində durmaq istədiyimiz əsas nöqtə İslam dini və milli mədəniyyətimiz
arasındakı münasibətlər
olduğu üçün
mövzunun bu bölümü üzərində
daha çox durmamız lazımdır. Yol, adət, qanun, hakimiyyət, təslimiyyət
və başqa bir sıra mənalar
bildirən din, termin olaraq baxdıqda; Allahın peyğəmbərləri
vasitəsi ilə insanlara göndərdiyi, insanları öz iradələri ilə seçib, dünya və axirətdə özlərini səadətə
götürəcək inanc,
ibadət və əxlaqi hökümlərin
cəmini özündə
birləşdirdiyini görürük.
İslam
dinini yarandığı
gündən bu günə qədər qəbul edən millətlərin tarixi yaddaşı, coğrafi mövqeyi və adət ənənələri
ilə qaynayıb qarışan, bu gün adına
"İslam Mədəniyyəti"
və ya "İslam Kültürü"
də deyilən bir tarixi mirası
vücuda gətirmişdir.
Bu İslam mədəniyyətin
inşasında danılmaz
böyük əməyi
olan Türk millətinin mədəniyyət
və tarixi kimliyinin püxtələşməsində
və yaranmasında İslam dininin rolunu və önəmini inkar etməmiz mümkün deyildir. Şübhə yoxdur ki millətimiz müsəlmandır.
Dünya
Türklüyünün demək
olar ki tamamı
bu dini qəbul
etmişdir və min ildir ki ona
ürəkdən bağlıdır.
Tarix boyu Türk milləti həm qılıncı həm də qələmi ilə ona xidmət
göstərmiş və
bu xidmət tarixin bütün səhifələrində özünü
qabarıq şəkildə
göstərmişdir.
Türklər müsəlman olduqdan
sonra öz adət-ənənələrinə əlavə olaraq İslam mədəniyyətinin
əsas xüsusiyyətlərindən
olan; iman, elm, əxlaq, faydalı olma, birlik nümayişi,
sədaqət və başqa xüsuslarla birləşmiş şəkildə,
İslam Mədəniyyətinin
qaynaqlarını təşkil
edən; Quran, Sünnət,
Təsavvuf, Adət və Ənənələr,
İslami Elmlər və tarixi zaman içərsində yeni bir kimlik
və mədəniyyət
inşa etdiyi görülür.
Bir neçə misal vermək lazımdırsa,
elm və fikir sahəsində Zəməxşəri,
Ebus-Suud, İbn Sina, Fərabi, Biruni, tasavvuf sahəsində Əhməd
Yasəvi, Mövlana Cəlaləddin Rumi, Hacı Bektaş Vəli, Yunis Əmrə; tarixi şəxsiyyət olaraq Məlikşah, Alp Arslan, Fateh Mehmet, Qanuni
və yüzlərlə
belə şəxslər
sadəcə İslam
mədəniyyətinin inciləri
deyil, eyni zamanda ad-sanı bütün dünya tərəfindən qiymətləndirilmişdir.
Eyni zamanda millətimiz, İslamiyyətin
əsasını təşkil
edən Tövhid əqidəsi ilə, yaşayışımız və
qurduğumuz mədəniyyəti
şəkilləndirdiyi, cəmiyyətin
həm aşağı
həm də yuxarı sosial təbəqələşməsinə imkan vermədən bütünlük halında
inkişafını görürük. Məscidlər, karvansaraylar, xanələr, hamamlar,
şəfaxanalar, imarətlər, kitabxanalar,
vəqflər və mədrəsələr; İslamın, infaq, zəkat və sədəqə kimi maddi ibadət
anlayışı bizim maddi
mədəniyyət mirası ilə, mənəvi mədəniyyət
mirasımızı daha dolğun
və daha gözəgəlimli etmişdir.
Çox köklü idarə və təşkilatçılıq mədəniyyətinə sahib olan türk milləti islamın ədalət prinsipi üzərində inşa edilmişdir. Tarix boyu əcdadlarımız ədalət anlayışını idarəçiliyin ana sütunu hesab etmişdir. Bu ədalət anlayışı millət olaraq islamdan əvvəldə kimliyimizdə mövcud olmuş, islamla tanışdıqdan sonra daha da püxtələşmişdir. Tarixə nəzər salsaq görərik ki, təbəəmiz olduğu digər millətlər arasında da heç bir irqi, dini fərq qoymamışıq. Getdiyimiz və fəth etdiyimiz torpaqlarda böyük mədəniyyətlər yaratmış və əsərlər inşa etmişik. Səlcuqlular, Osmanlılar tarixinə baxmaqla bu dediklərimizi subut etməyə kifayət edər. Biz türk milləti olaraq dünya mədəniyyət mirasına ən çox tövhələr bəxş edən millətik. Və bununla fəxr edirik. Və bu irqçilik deyildir. Dünyaya verdiyimiz dəyərlərlə fəxr etmək bizim təbii haqqımızdır.
Bu gün türklərin var olduğu dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digərlərinin sosial tərkibinə baxdıqda müxtəlif xalqların və dinlərin mənsublarını görürük. Tolerantlıq, digər millətlərə qarşı xoş münasibət bu dövlətlərin əsas idarəçilik mexanizimini təşkil edir. Bəzən bu xoş rəftar, özümüzlə eyniləşdirmək bizim üçün ağır fəsadlar törətmiş, torpaq itkisinə, bir sıra qətlimlara gətirib çıxartmışdır. Amma, bütün bunlara baxmayaraq milli kimliyimizdən gələn yumşaqlıq və təvazökarlıq bizi helə də bu mövqedə saxlamağa məcbur edir...
Elnur Türkəm Manafov
Təzadlar.-
2012.- 18 dekabr.- S.15.