Qarabağın ağ
damı…
20 ildən çoxdur ki, torpaqlarımız, yurd yerlərimiz xain qonşularımızın -ermənilərin işğalı altındadır. Vətən, torpaq itgisi ağır dərddir. Hazırda Qarabağ müharibəsinə həsr edilmiş əsərlər yazılır. Əlbəttə, bunlar lazımdır.
Son zamanlar Qarabağ müharibəsinə həsr olunan müxtəlif janrlarda yazılan əsərlər çoxdur. Bunlardan biri də yenicə çapdan çıxan Vüqar Tofiqlinin «Qarabağın ağ damı» kitabıdır. Kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının dəstəyi və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə çap olunub. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Mətid kitaba ön söz yazıb. R.Məcid yazır: «Zaman gələcək, işğaldan azad olunan Ağdamda bu kitablar əl-əl gəzəcək və hez tanımadığı insanlar müəllifin gördüyü işə ehtiramlarını bildirəcəklər». Kitabın redaktoru Fəxri Uğurlu, məsləhətçisi isə sabiq millət vəkili, əmakdar mədəniyyət işçisi Çimnaz xanım Əliyevadır.
Kitab üç hissədən - bölmədən ibarətdir. Birinci hissə "Düşüncələr" adlanır. Bu hissədə «Qarabağın ağ damı», ««Çay evi»nin ağ damı», «Ağ bayrağa möhtac qonşular», «İtkin övlad», «Ruhunun qanadında yurduna qovuşanlar»dan bəhs edilir. Kitabı oxuduqca hiss edirsən ki, müəllif bir vətəndaş kimi Ağdamı çox sevir, ona aid hər xırda detalı, yaddaşlardan hər incə məqamı qələmə alır. Xüsusilə, Ağdamın "Çay evi"nin yaranması ətrafındakı məlumatlar onu çox maraqlandırır. "Çay evi"nin tikintisində Ağdam rayon partiya komitəsinin 1-ci katibi Sadıq Murtuzayevin ideyası əsasında tikilən binada çox adamın əməyi var. Xüsusilə, dünya şöhrətli alim Xudu Məmmədovun layihəsi əsasında tikilən binada Rəşid Məmmədovun, dəmirçi Kamil kişinin əməyi, zəhməti daha böykdür.
«Çörək muzeyi"', "Çay evi»nin, habelə işğal altında olan digər abidələrimizin, muzeylərin taleyi müəllifi çox düşündürür. Kitabı oxuduqca itirdiklərimiz onu üzürsə də, ümidini itirmir, Ağdama qayıdacağımız günü səbirsizliklə gözləyir. V.Tofiqli inanır ki, müqəddəs torpaqlara virtual mənada yox, reallıqla qayıdacağıq.
Kitabın ikinci – «Esselır» bölməsində "Üzü yoxuşa həyat", "Zayımız çıxıb?!", "Ayı mülahizəsi", "Əqrəb sevgisi", "Xan qızı Natəvan, Mir Cabbar ağa və Soltanbud təpəsi", "Xanın tələbəsi olmuş Zərdabi tədqiqatçısı" adlı əsərlərdə maraqlı, tarix üçün yeni məlumatlar verilir. Məsələn, İmamqulubəyli kəndinin çox maraqlı tarixçəsi var. Elmi araşdırmalarda göstərilir ki, İmamqulubəyli adlı kənd həm Ağcabədidə, həm Bərdədə, həm də Ağdamda olub. Müəllifin qeydinə görə, car Rusiyasının işğalından əvvəl İmamqulubəyli kəndi "Ağalıq" adlanırmış. Vaxtilə bu kənd Xan qızı Xurşud Banu Natəvanın ikinci əri Seyid Hüseyndən olan oğlu Mir Cabbar ağaya hədiyyə edilib, yəni onun mülkü olub.
V.Tofiqli "Məqalələr" adlı bölmədə xalq şairi «Musa Yaqub olduğu kpimi», "Gəlin, vətəndaş olaq", ''Qarabağ muzeyləri", "İşğal nəticəsində dəyən ziyanın həcmi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır», "Bunu ermənilər bacararlarmı?» yazılarında yeni faktlar, fikirlər aşkarlanır. Müəllif yazılarında göstərir ki, torpaqlarımızın 20 %-i ermənilərin işğalı altındadır. Hər gün yeraltı, yerüstü sərvətlərimiz talan edilərək Ermənistana daşınır, daşınmaz mədəniyyət abidələrimiz erməniləşdirilir, dünya ictimaiyyətinə erməni abidələri kimi təqdim edilir. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi müəllifi qane etmir. O, haqlı olaraq qeyd edir ki, Dövlət Qarabağ Tarixi Muzeyinin fəaliyyəti bərpa edilməlidir. Lakin bu işin icrasına nazirliyin pessimist yanaşması təəssüf doğurur. Hansı ki, Söz Azadlığı Müdafiə Fondunun məqsədi zəngin tariximiz, mədəniyyətimiz haqqında məlumatları gənc nəslə \və dünya ictimaiyyətinə çatdırmaqdır. Müəllif mövzu ilə əlaqədar müdrikcəsinə kəlamlar da söyləmişdir. Bunların bəzilərini qeyd etmək yerinə düşər:
- Ağdama Qarabağın Ağ evi də demək olar;
- Azərbaycanın gələcəyini Qarabağsız təsəvvür etmək mümkün deyil;
- Elə hey danışırıq, daşındıqca qızışırıq, amma səsimiz Çıraqlıdan o yana keçmir;
- Bircə bunu bilirəm ki, gözlədikcə Ağdamdan, Qarabağdan uzaqlaşırıq;
- Tanrı sevdiyi bandəsini bəzən sınağa çəkir;
- İnsanı öldürmək olar, amma onu
məhv etmək olmaz;
- Səbrlə
"Çay evi"nin ağ damının uzaqdan
parlayacağı günü gözləyirik;
- Satıcı qız Azərbaycan dilini bilsə də, mənimlə rusca danışırdı;
- Koladayın tayı-bərabəri olmayan Turşsu bulağı vardı;
- Bağışlanan düşməndən dost olmaz;
- Səhərimizi Qarabağla açırıq;
- Atılan hər bir addım beyinlərda iz qoyur;
- Kökü olmayanlar nəslindən, zatından
danışır, əxlaq
dərsi keçir;
- Həyata baxışımızı
dəyişərək yeniləşmək
istəmirik;
- İnsan uzağı
bir həftəyə yeni mühitə alışır.
- Torpaqda iz qoymaqla
ardınca gələn
gənlərə cığır
açırsan;
- Düşmən zindanında
inləyən vətən
torpağıdır;
- Ucuzlaşdıqca mənəvi
dəyərlərimizi itiririk;
- Bilirəm, Ağdama getmək mənə qismət olmayacaq;
- Tərəqqi qarşılıqlı
əlaqədən yaranır;
- Həyatda ideal insan tapmaq çətindir;
- Ürəkdən gələn
istəyin qarşısını
heç nə ala bilməz;
- O vaxt dillənirik ki, külək bizim tərəfə əsir;
- Düşmənindən qorxma;
- Həyatda elə meyarlar var ki, pulla ölçülmür;
- Yarasa xislətli düşmən ayıq olur;
- Əqrəb əsasən isti ötkələrdə olur;
- Yaradıcı adamların xarakterində qəribəliklər olur;
- İşin icrasına pessimist yanaşma;
- Tarixi yaşatmaq hər bir insanın vətəndaşlıq borcudur və s.
"Qarabağın ağ damı" hüzn və ümid yerimizdir. Vüqar müəllim, sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ağdamda görüşmək arzusu ilə.
Səlim
Əzimov,
Respublikanın əməkdar
müəllimi
Təzadlar.-
2012.- 22 dekabr.- S.15.