20 illik həsrət
Ümid dolu
Ağdamlı günlərim...
Tanrının böyüklüyünə şükür olsun ki, Azərbayjanın ikiyə bölünmüş dilbər guşələrindən olan Ağdamda olmaq mənim də qismətimə yazıldı. Qarabağa ilk səfərim bu ilin 20 sentyabrında Füzuli şəhərinə olmuşdu. İkinji gedişim isə Ağdama idi. O, Ağdama ki, qəsəbə və kəndlərinin çoxu 20 ilə yaxındır düşmən əsarətində inildəyir. Zalım düşmənlərin zəbt etdiyi Ağdam torpağı sinəsi dağlana-dağlana, yana-yana işğaldan azad ediləjəyi günü gözləyir. Nə yazıqlar ki, hələ də Azərbayjanımızın - jənnət Qarabağımızın 20 faizdən çox torpaqları mənfur yağıların tapdağı altındadır. Əfsus, çox əfsus! Sözün həqiqi mənasında işğal altındakı torpaqlarımızda düşmənin at oynatması qəlbimizi qanatmaqdadır. Bu isə ajı bir reallıqdır.
Qarabağ səfərimlə bağlı yazdığım birinji yazıda qeyd etdiyim kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərliyi jəbhə bölgəsindən, hərbi hissələrdən, səngərdən material hazırlamağa ijazə verməsə də, mən ana vətənimə olan böyük sevgimə görə ömrüm boyu jəbhə xəttinə, işğal olunmuş sərhəd rayonlarına gedəjəyəm və oradan müfəssəl yazılar yazajağam. Yəqin ki, yaxın vaxtda səngər yazıları hazırlamaq mənə də qismət olar, təki sağlıq olsun. Tanrı ondan dilədiklərimi nə vaxtsa mənə qismət edir. Deməli, bu arzum da taleyimə yazılar.
23 iyul 2013-jü ildə 20 il olajaq ki, Ağdamsızıq. Gözəlliyi göz oxşayan Ağdamın hüsnünə, görəsən, çoxmu həsrət qalaçağıq hələ?.. "Ağdam!" deyə-deyə o qədər ağdamlı vaxtsız köçüb ki, bu dünyadan. Həmişə məni bir sual düşündürür: nəyə görə Azərbayjan xalqı tarix boyu ağır məşəqqətlərlə üzləşib, əzab-əziyyət çəkib? Bilmirəm, bəlkə bu, Azərbayjan xalqının qismətidir. Mənə elə gəlir ki, belə qismət ola bilməz, burada məkrli və hiyləgər, çirkin, siyasi manevrlər var.
Beləliklə, jəbhə bölgəsində olmaq istəyim məni yenidən Qarabağa - Ağdama gətirib çıxartdı. Küləkli, soyuq bir payız günü, 15 noyabr səhər saat 08:20-də əyləşdiyimiz sərnişin avtobusu Beynəlxalq Avtovağzalın həyətindən birbaşa Ağdama yol aldı. Uzun bir yol qət edərək, saat 14:00 radələrində jəbhə xəttində yerləşən Ağdamın Əfətli kəndinə çata bildim. Füzuli torpağına ilk dəfə qədəm qoyanda nejə kövrəlmişdimsə, yenə də həmin kövrəklik hissi bürüdü məni. Hiss etdim ki, gözlərim dolub. Həm sevinirdim, həm də ürəyimə ağrı dolmuşdu. Sanki tir-tir əsirdim. Sevinirdim, ona görə ki, ikinji dəfədir Qarabağdayam, ürəyimə isə ona görə ağrı dolmuşdu ki, vətənimin, yurdumun torpağı qaniçən yağıların işğalı altındadır. Sözün əsl mənasında o günü ürəyim məni çox injitdi. Belə bir ağır, böyük dərdə kiçik bir ürək neçə dözsün, İlahi?!
Təəssüflər ki, yol boyu işğal olunmuş şəhər və rayonlarımızın adı yazılmış heç bir lövhəyə rast gəlmədik. Axı bu şəhər və kəndlər nə vaxtsa düşmən tapdağından azad ediləjək. Görəsən, bu kənd və qəsəbələrə biganəlik nədən irəli gəlir? İstər-istəməz belə bir sual meydana çıxır ki, məgər işğal altındakı rayonlar Azərbayjanın deyil? Məgər Azərbayjan dövləti zəbt olunmuş şəhər və rayonları düşmən işğalından azad etməyəjək? Əlbəttə, edəjək, şəxsən mən bunu əminliklə deyirəm. İnanın ki, gün gələjək düşmənin qəsb etdiyi Azərbayjan torpaqları azad ediləjək. Ona görə ki, Azərbayjanın güjlü Milli Ordusu var. Məlum məsələdir ki, Ermənistan ordusu tərəfindən işğal olunmuş 20 faizdən çox torpaq, eləjə də bir neçə şəhər və kənd Azərbayjanındır. Belə olan halda, nə üçün yolgöstəriji lövhələrdə həmin şəhər və rayonların adı öz əksini tapmır? Maraqlıdır, deyilmi?
Avtobusda mənimlə yanaşı əyləşən ağbirçək ana mənə diqqətlə baxıb soruşdu ki, "deyəsən, siz Ağdama qonaq gedirsiniz". Düzünü deyim, əvvəljə təəjjübləndim, sonra isə, "bəli, düz buyurursunuz", dedim. Çox səmimi, istiqanlı və mehriban olan bu xanım yol boyu o qədər mənalı, o qədər ajılı-şirinli düşündürüjü söhbət etdi ki, altı saatlıq yolu nejə getdiyimi o qədər də hiss etmədim. Ağdamın Mahrızlı kəndində dünyaya göz açan 62 yaşlı, 12 övlad böyütmüş Fənar xanımın söhbətindən doymaq olmurdu. Yurdunun, elinin, obasının düşmən işğalında qalması Fənar Paşa qızı Bağırovanın da ürəyini yandırırdı, qəlbini göynədirdi. Onun Ağdamla bağlı söhbətində ürəyinin ağrısı, qəlbinin göynərtisi açıq-aydın hiss olunurdu (Qeyd edim ki, bu ağbirçək ana ilə bağlı Tanrı qismət etsə, ayrıja bir yazı qələmə alajağam. Düşünürəm ki, el-oba, torpaq həsrətli bu ananın kövrəlmiş, yanğılı ürəyinə yazajağım o yazıyla bir azja da olsa təskinlik verə biləjəyəm).
Nəhayət, səfər müddətində ailəsinin qonağı olduğum Ramil Əliyevlə jəbhə xəttindəki Əfətli kəndindən Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon İjra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşmək üçün yola düşdük. Düşmənlə sərhəddə yerləşən Ağdamdakı ab-havanı, rayonun sosial-iqtisadi durumunu, hazırkı ümumi vəziyyəti, görülən sosial-yönümlü işlərlə bağlı şəxsən hörmətli Nizami Sadıqovun dilindən eşitmək istəyirdim.
Əvvəljə sənədlərlə və vətəndaşların mürajiətləri ilə iş şöbəsinin müdiri Ramiz Qədirovla görüşüb söhbət etdik. Onu da vurğulayım ki, Ramiz müəllim mehriban, qonaqpərvər insan idi. Onun mehribançılığı, səmimiliyi söhbətindən açıq-aydın bəlli olurdu. Bakıdan olduğumu, şair-curnalist kimi Ağdama ilk dəfə gəldiyimi söylədim və Ağdam rayon İjra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşmək istədiyimi bildirdim. Ramiz müəllim Nizami Sadıqovun Bakıda olduğunu söylədi. Amma "heç də narahat olmayın, Ağdam rayon İjra Hakimiyyəti başçısının birinji müavini Zülfü Qasımovla görüşərsiniz" dedi. "Siz İjra Hakimiyyətinin əməkdaşı Səbuhi Quliyevlə Quzanlı qəsəbəsi ilə tanış olun, lazımi qeydlərinizi yazın və sonra yenidən İjra Hakimiyyətinə qayıdın. Yəqin ki, o vaxta qədər Zülfü Qasımov da qayıdar, onunla da görüşərsiniz" dedi və mənimlə sağollaşdı Ramiz müəllim.
Ağdam rayon İjra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Səbuhi Taleh oğlu Quliyevin bələdçiliyi ilə Quzanlı qəsəbəsilə yaxından tanış oluram. İki ildir Ağdam rayon İjra Hakimiyyətində işləyən Səbuhi Quliyev üç il 118 saylı Ağdam şəhər Seçki Dairəsində aparıjı-məsləhətçi kimi çalışıb. Səbuhi Quliyev gənj olmasına baxmayaraq, yüksək mədəniyyətə malik, alijənab bir insan, çox savadlı, bajarıqlı, səriştəli bir mütəxəssisdir. Bu fikrə Səbuhi Quliyevlə söhbət əsnasında əmin oldum.
Xatırladım ki, Ağdam Ermənistan ordusu tərəfindən işğala məruz qalanda 153 min əhalisi, 124 kəndi, 2 qəsəbəsi olub. Hazırda Ağdamın 81 kəndi Ermənistan ordusunun əsarətindədir, 43 kənd isə erməni hərbçilərinin tapdağından azad edilmişdir. Ağdamın Ajarlı qəsəbəsi isə bu gün də işğal altındadır. İşğaldan azad edilmiş kəndlərdə Ağdam əhalisi yaşayır və gündəlik qayğıları ilə məşğul olurlar. Əsirlikdə bağrı qan olan kəndlər isə azad olunajağı günü gözləyir. Etiraf edim ki, Ağdamda olduğum 4 gün ərzində müharibə ab-havasında yaşadım. Jəbhə xəttində yerləşən hansı kənddə oldumsa, barıt qoxusunu hiss etdim, həmin anlarda Ağdamın işğal olunduğu günlərin ağrı-ajısını yaşadım. Düşmənlə sərhəddə yerləşən kəndlərdən işğal altında qalan kəndlərə baxdıqja sözün əsl mənasında qəlbim parçalandı, köksüm yandı. Elə bil ki, vüjuduma qızmar istilik doldu. Doğrudan da Ağdamda keçirdiyim o dörd gün çox ağrılı oldu mənimçün. Əfətli kəndindən işğalda jan verən Yusifjanlı, Novruzlu kəndlərinə baxdıqja ürəyim parçalanırdı.
Öz dədə-baba torpağını, yurdunu işğalda görmək çox ağır dərddir. Bu dərdin ağırlığından yüzlərlə Ağdam sakini ömrünün javan çağında bu dünyaya əlvida deyib, yurdunun-yuvasının, torpağının həsrəti ilə. Axı ürəkdə olan yurd, torpaq, el-oba yanğısına nejə məlhəm etmək olar? İsti ojağına, yurduna, el-obasına, torpağına həsrət qalmaq yaman dərddi. Bu dərddən, görəsən, nə vaxtsa qurtulajağıqmı, İlahi?..
Quzanlı ilə yaxından tanışlığım çox möhtəşəm görünən Ağdama - Quzanlıya giriş qapısından başlandı. Deyim ki, Sultanbud təpəsi yaxınlığındakı Bayraq Meydanı olduqja gözəl görünür. Bu ərazidə həm də Ağdam Şəhidlər Kompleksi salınıb. Bu kompleksdə Ağdam uğrunda gedən döyüşlərdə janını qurban verən şəhidlərin adı və soyadı yazılıb. Bu kompleks şəxsən Ağdam rayon İjra Hakimiyyətinin başçısı Nizami Sadıqovun təşəbbüsü ilə ərsəyə gəlib.
Ümumiyyətlə, Ağdamda son illər müsbət istiqamətdə böyük işlər görülüb. Əhalinin sosial-rifah halı yüksəlib. Elə hazırda da Quzanlıda tikinti-qurujuluq işləri aparılır. Bu dəyərli işlərin görülməsində, həyata keçirilməsində Ağdam rayon İjra Hakimiyyətinin başçısı Nizami Sadıqovun əməyini xüsusi söyləmək lazımdır. Yeri gəlmişkən qeyd edim ki, 2009-ju il sentyabrın 1-də Nizami Sadıqov Ağdam rayon İjra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Həqiqətən də bu, vaxtında, zamanında və yerində verilən təyinatdır. Ağdamda bugünədək 16 köçkün şəhərjiyi salınıb. Buna misal olaraq, Bənövşələr, Baharlı, Səfərli və digərlərini göstərmək olar. Bu gün Azərbayjanın neçə-neçə rayonunda 90 mindən çox Ağdam əhalisi öz köçkün ömrünü yaşayır, yurd həsrəti ilə ürəyi, köksü alışıb yana-yana.
Arzu edək ki, belə ağrı-ajı dolu günlərdən köçkünlük həyatı yaşayan Azərbayjan xalqının övladları tezliklə yaxa qurtarıb doğma yurd-yuvalarına qayıda bilsinlər. Uja Allahımız ondan dilədiyimiz gözəl günləri bu insanların taleyinə, qismətinə yazsın. Qeyd edək ki, Ağdam əhalisinin sayı artaraq 182 min nəfərə çatıb. Bu gün isə Ağdamda 39 minə yaxın əhali yaşayır. Bu insanlar əsir olan öz yurd-yuvalarına, isti ojaqlarına nə vaxtsa qayıdajaqları günü səbirsizliklə gözləyirlər.
(Davamı var )
Xatirə Rəhimli,
Bakı-Quzanlı-Əfətli-Bakı
Xüsusi olaraq “Təzadlar”
üçün
Təzadlar.-
2012.- 22 dekabr.- S.5.