Yeni poetik səs
Bu gün Azərbaycan poeziyası təlatümlü bir dövrünü yaşayır. Belə təlatümlər içərisində yaranan əsərlər mövzu cəhətdən öz rəngarəngliyi ilə diqqəti cəlb edir. Bu təlatümlər içərisində poeziyamıza yeni səsi, yeni nəfəsi ilə daxil olan şairlərdən biri də Şirin Məmmədlidir.
Şairin 2012-ci ildə “Avropa” nəşriyyatında çap olunmuş kitabı “Tarixin yaddaşı” adlanır. Kitaba “Səmimiyyətin poeziyası” adlı ön söz yazan filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı Ş.Məmmədli poeziyası haqqında dəyərli fikirlər söyləmiş və onun sənətinə yüksək qiymət verilmişdir. Kitabdakı şeirləri müəllif üç fəsildə və müxtəlif başlıqlar altında təqdim edir.
Birinci fəsil “Vətən düşünən beynimiz, sevən qəlbimiz, vuran nəbzimizdi” adlanır.
Bölməyə şairin 41 şeiri daxil
edilib. Kitabda
verilən ilk şeir “Tarixin yaddaşı”dır. Şeirdə
müəllif tarixin dəqiq yaşını söyləyənlərə
rast gəlmədiyini deyir. Ona görə
ki, tarixin nə səbəbdən və hansı vaxtdan
başladığını söyləmək olduqca çətindir.
Müəllifə görə nə qədər
araşdırma aparsaq da, yenə dəqiq tarix müəyyənləşdirmək
qeyri-mümkündür.
Ş.Məmmədli
şeirdə xalqımızın tarixinə nəzər
salır, Azərbaycan xalqının başına gələn
faciələrədən, mərd igidlərimizədən, Azərbaycan
torpaqlarının erməni vəhşilərinin tapdağı
altında inləməsindən, müstəqil dövlətimizin
yaranmasından danışaraq fikrini sonda belə tamamlayır:
Şirin
açır qəlbimi düz kəlamlar söyləyir,
Sevir
öz millətini, başqasını neyləyir
Vətənin
taleyindən Tanrıya gileylənir,
Yaşadır
öz beynində tarixini millətin,
Ucalacaq zəfərlə
bayrağı bu dövlətin
Şairin
“Azərbaycan”, “Azərbaycan yurdum mənim”, “Doğma vətən”,
“Anam mənim Azərbaycan”, “Kəndim mənim”,
“Gürcülü”, “Zəngəzur”, “Vətən sevgis”, “Vətən
dərdi”, “Vətən eşqi”, “Yaraşıqdı
Qarabağa”, “Qubadlı” və başqa şeirlərində
doğma vətənimizi - Azərbaycanı necə dərin məhəbbətlə
sevdiyinin şahidi oluruq:
Mənim
doğma vətənimsən,
Həm
anam sən,həm atam sən!
Hər
arzumsan,istəyimsən.
Özüm
sənə olum qurban,
Azərbaycan,Azərbaycan!
Vətəni - Azərbaycanı dərin məhəbbətlə
sevən şair onun torpağını, çaylarını,
dağlarını, təbii gözəlliyini, bu torpaqda
yetişən vüqarlı insanlarını, hər bir
bölgəsini vəsf etməkdən yorulmur. Azərbaycan
Şirin Məmmədli üçün müqəddəs bir
məkandır. Şair hər an onu alovlu
dillə tərənnüm edir. Bu,
şairin qəlbində alovlanan vətən sevgisindən, vətən
məhəbbətindən irəli gəlir. Ş.Məmmdəli
vətənin bütün əzablarını çəkməyə
hər an hazır əsgər olduğunu bəyan
edir.
İşğalçı ermənilərin tapdağı
altında olan torpaqlarımıza görə qovrulan şair
odsuz-ocaqsız yanır. Bu faciəni şeirlərində Ş.Məmmədli
özünəməxsus üsulla əks etdirib.
Xocalıda xalqımızın başına gətirilən
soyqırımı “Xocalı harayı”, “Xocalı naləsi”,
“Xocalı” və sair şeirlərində göstərmişdir:
Yalın əllər
ilə toplu, tüfəngli,
Düşmənlə üz-üzə qaldı
Xocalı.
Körpədən
qocaya döndü şəhidə,
Sinədən yaranı aldı Xocalı.
Şairin birinci fəslə daxil edilən şeirləri
mövzu cəhətdən sanki bir-birini tamamlayır. Şeirlərdə
qaldırılan məsələlər həyatdan
götürülmüş, heç bir mövzunu müəllif
uydurmur, həyatın özündən alır.
“Yeri göyü yaradan böyük Allahın gözəllik
mənzuməsini insan övladına catdırmaq
üçün peyğəmbərimiz dünyamıza təşrif
gətirmişdir. Onun mənəvi rüzgarından bəşərə
qalan hər örnəyə şükür. Üstümüzdən Allahın rəhməti,
üzümüzdən Rəsulullahın nuru əskik
olmasın” bölməsində şairin 56 şeiri və “Hikmətli
beytlər” adı altında on beyti verilmişdir.
Bunalardan “Tanrı möcüzəsi”, “Tanrı eşqi”, “Ulu
tanrı sevgisi”, “Dünya”, “Qadın xilaskarı”, “Həzrəti
Əli”, “Analar”, “Ana vətəni”, “Ata nəsihəti” və
digərlərinin adını çəkmək olar. Bu şeirlər bir-birindən maraqlı və
oxunaqlıdır.
“Tanrı
mözüzəsi” şeirində Ş.Məmmədli hər
şeyi insana bəxş edən və alanın Allah olduğu
qənaətinə gəlir:
Tək
qadir Allahdı göydəki olan,
Hər şeyi görəndi, biləndi Allah.
Həm
taxtdan saldıran, həm də qaldıran,
İnasana qisməti verəndi Allah.
“Ulu
tanrı sevgisi” şeirində isə şair insanların qəlbində
həmişə Tanrı sevgisi olmasını arzulayır:
Tanrı
öz hökmünü verməsə əgər,
Bağlı qapıları aça bilməzsən.
Qəlbində
Tanrını yaşatsan əgər,
Uca dağları da aşıb keçərsən.
Müəllif
“Dünya” şeirində gəlimli-gedimli dünya haqqında
fikirlərini poetik dillə belə
canlandırmışdır:
Dünya
bir çay kimi axarlı olub,
Dünya
bir dağ kimi baxarlı olub,
Dünya
durna kimi qatarlı olub,
Əzəldən tarazdı bax belə dünya.
“Həzrəti
Əli” şeirində Ş.Məmmədli Həzrət
Əlinin Kəramət və qüdrətindən, Məhəmməd
peyğəmbərin ən yaxını və sadiq məsləkdaşı
olan Həzrət Əliyə hər şeyə görə
güvəndiyini belə deyirdi:
Elmini
şəhərə bənzədib özü,
Şəhərin qapısı Əlidi, deyib.
Yatan
insanların açılsın gözü,
Hümməti Əliyə tapşırıb gedib.
“Analar”
şerində anaların övladlarına görə
canlarını fəda etdiyini, onun yolunda bütün cəfalara
qatlaşdığını deyən Ş.Məmmədli
fikrini belə yekunlaşdırır:
Şirin
deyir: analardı tacımız!
Ana ilə
bal dadır hər acımız!
Ana bizim
ucalardan ucamız!
Övlad
üçün qəlbdən yanar analar,
Pərvanə tək daim yanar analar.
Atalar haqqında xeyli şeirlər
yazılmışdır. Ş.Məmmədli də
“Ata” şeirini həmin mövzuya həsr etmişdir. Şeirdə artıq həyatda olmayan və
övladı tərəfindən anılan atanı
xatırlayır. Ata xəyalı
oğlunun “beynindən” heç zaman silinmir. Bu baxımdan, övlad atasını hər an
anır, xəyalından çıxarmır. Yuxusunda
atasını görən şair deyir:
Sübh
tezdən qəbrinin üstünə getdim,
Baxdım baş daşına-gözlərim doldu.
Atam beləcə
ziyrət etdim,
“Quran” oxutdurdum ruhu şad oldu.
Ata şair üçün ən müqəddəs
varlıq kimi yad edilir, hər an anılır.
Şair
“Kamil insan” şeirində həyatı hər tərəfli dərk
edən, onun bütün cəhətlərini əvvəlcədən
görən müdrik insanlardan söz açır:
Kamil
insan, kamiliyi çalış qoru,
Kamilliyin özü də bir gözəllikdi.
Bir
gün gələr yağan yağış olar dolu,
Dolu özü, özü də bir gözəllikdi.
“Dovran dəyişib”
şeirində müəllif “hər zamanın öz
hökmü var” fikrinə əsaslanaraq yekun nəticəyə
gələrək bildirir:
Zaman
ötüb, dövran yaman dəyişib,
Söz
deməyə cəsarəti alan yox.
Şir
qocalıb, çaqqal leşə girişib,
Ağsaqqalı, ağbirçəyi sayan yox.
Maraqlı
şeirlərdən biri də “İnsan əməyi”dir.
Şeirdə şair insan əməyini yüksək qiymətləndirir
və tövsiyə edir ki, yaxşıları yaddaşlardan
silməyə çalışmayın:
Aşıq
öz sazında havasın çalır,
Zərif o telləri çalış qırma sən.
Yaxşılar
hər zaman yaddaşda qalır,
Yaddaşda olanı çalış silmə sən.
Ş.Məmmədli “Musiqi qidası” şeirində
musiqinin ecaskar gücündən, “insan ruhi qidası”
olmasından danışır. Musiqi insanı mənən
saflaşdırır, ona gözəl duyğular bəxş
edir:
Musiqi
insanın ruhi qidası,
Əgər damarından düz axsa qanı.
Musiqi sevənin
ölməz nidası,
Son nəfəsin verər çıxsa da canı.
İnsan
taleyinin enişli-yoxuşlu olduğunu şair “Həyatın
sonluğu” şeirində təbii boyalarla qələmə
almışdır. Ş.Məmmədliyə görə, hər
kəs taleyinin yükünü özü çəksə
daha yaxşı və real olar:
Taleyin
yükünü aparan olsa,
Çalış öz yükünü kiməsə
vermə.
Yanında
sirləri açan olarsa,
Bildiyin sirləri heç kəsə demə.
“Daş atma” şeirində müəllif
başqalarının bostanına daş atan xəbis xislətli
insanlardan danışır. İnsanlara pislik edən
yaramazlara məsləhət görür ki, çalış
heç kəsin bostanına daş atma. Sənin də
bostanına daş atan tapılar:
Özgəsinin
bostanına daş atma,
Daş atanın daşı dəyər başına.
Yatmış
şiri yuxusundan oyatma,
Göz
çıxarıb zəhər qatar
aşına.
Kitaba daxil edilən üçünçü fəsil
“Həyat bir möcüzə, sirli dünyada, eşqlə
yaşayıb sevəsən onu” adlanır. Şairin bu
bölmədə 61 şeiri cəmlənmişdir. Müxtəlif mövzuları əhatə edən bu
şeirlərdə Ş.Məmmədlinin səmimi həyata
baxış duyğuları, dünya, həyatı məhəbbətlə
sevmək kimi hissləri özündə ehtiva edir. Şair hansı mövzunu qələmə
almasından asılı olmayaraq onu daxilən yaşayır və
sonra yazır. Belə bir
yaradıcılıq üslubu onun şeirlərinin əsas mayəsini
və qayəsini təşkil edir. Bu
şeirləri bir ideya, bir amal birləşdirir - vətənə,
xalqa, insanlara, həyata məhəbbət. Budur şairin
amalı və arzuları:
Ömrüm
xəyallarla tənha yaşayır,
Gündə
neçə dəfə gözüm yaşarır,
Sevən
bu ürəyim tək yük daşıyır,
Gözüm
yolda qalıb, axtarır səni,
Sevgilim, gəl qayıt unutma.
Yaxud:
Bir ürəkdə
iki sevgi bəslənir,
Hər ikisi eyni dillə səslənir.
Həmin
səsin biri sənsən, biri mən,
İstəmirəm məndən uzaq düşəsən.
“Eşiqin”,
“Unutma məni”, “Taleyin qisməti”, “Sevdalı könül”,
“Yaşat məni”, “Yaralı qəlb”, “Ürəyin səsi”,
“Unutmaram səni mən”, “Sevmək istəyirəm”, “Bəyaz
qar”, “Sevginin yoxdu yaşı”, “Naz et” və s. şeirlərdə
ülvi məhəbbətin müxtəlif anlarından
danışılır. Ülvi məhəbbət,
sevən ürəklərin döyüntüsü bu şeirlərin
əsas motivini təşkil edir.
Üçünçü fəslin sonunda “Telli saza
Telli yaman yaraşır” şeiri verilmişdir. Şeir
Aşıq Telliyə həsr olunmuşdur. Tellinin məlahətli
səslə oxuması, gözəl saz çalması,
şeir deməsini müəllif vəsf edərək
yazır:
Ədası
gözəldi,özü gözəldi,
Çalğısı
gözəldi,sözü gözəldi,
Cığatel demişkən gözü gözəldi.
Bir heyrana
başqa heyran yaraşır,
Telli saza Telli yaman yaraşır.
Şirin Məmmədlinin “Tarixin yaddaşı”
kitabına daxil edilmiş şeirləri mövzu
baxımından rəngarəngliyi, təbii və poetikliyi ilə
oxucuları özünə cəlb edir. Şeirlərin
dili aydın, oxunaqlı və lakonikdir. Yeni
poetik səs olan bu şeirlər incə qəlbin
döyüntüləri kimi insanlarda xoş ovqat yaradır.
Mən yeni poetik səsi ilə oxucuların
ürəyini oxşayan şeirlər müəllifi Şirin
Məmmədliyə yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Sabir Rüstəmoğlu,
filologiya elmləri
üzrə fəlsəfə doktoru
Təzadlar.-
2012.- 29 dekabr.- S.15.