Nümunəvi müəllim ömrü

 

"Səni sevənlərin əhatəsində yaşamaq böyük xoşbəxtlikdir"

...Mən Vəfa müəllim haqqında lap çoxdan yazmaq istəyirdim. Ancaq hər dəfə yazmaq məqamı gələndə yazıya necə və nədən başlamağıma qərar verə bilmirdim. Buna səbəb Vəfa müəllimin həyat və yaradıcılığındakı çoxşaxəli və xoşməramlı məna çalarlarının bolluğu idi. Nəhayət, bu yaxınlarda Vəfa müəllimin mənə hədiyyə etdiyi "Kinoteleviziya ssenariləri" adlı dərslik kitabı, yazıya başlamağıma, sanki bir körpü oldu. Qərara gəldim ki, bu yazıda Vəfa müəllimi nurlu ziyalı, vicdanlı və peşəsinin vurğunu olan əsl pedaqoq-müəllim kimi təqdim edim. çünki müəllim sözü, məsləhəti və nümunəsi bütün zamanlarda insanların həyatında ümid işığına, inam nuruna çevrilib, gənclərin həyata düzgün istiqamətləndirilməsində böyük rol oynayıb. Vəfa müəllim də məhz bu cür-nümunə göstərilə biləcək müəllimlərdəndir.

Vəfa Xanoğlan (Əliyev) 1953-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1974-cü ildə indiki N.Tusi adına Pedaqoji Universitetin filologiya fakültəsini bitirib. 1974-1982-ci illərdə yerli "Araz" qəzetində elmi publisistik məqalələrlə çıxış edib.

1983-cü ildə "Elm" nəşriyyatının çap etdiyi "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" kitabına H.Sahirin tərcümeyi-halı əsərlərindən nümunələri təqdim edib. 1985-ci ildə Cənubi Azərbaycan şairi "Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2000-ci ildə "Ozan" nəşriyyatında "Hürriyyət fədaisi" adlı monoqrafiyası nəşr olunub. Bir sıra nəşrlərin redaktoru rəyçisi olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin dekanıdır "Azərbaycan ədəbiyyatı tarixi" fənnindən  mühazirələr deyir.

Vəfa müəllim özü etiraf edir ki, müəllim olmaq onun həyatdakı ən böyük müqəddəs arzusu imiş. çünki atası rəhmətlik Xanoğlan müəllim respublikamızın tanınmış, adlı-sanlı təhsil işçilərindən olub, 84 illik ömrünün 65 ildən çoxunu müəllimlik sənətinə həsr etmişdir. Səmərəli pedaqoji fəaliyyətinə görə, dövlətin ali orden medalları ilə təltif edilib. Vəfa müəllimin pedaqoq kimi yetişməsində onun çox böyük dəstəyi, köməyi olub: "Həyatda az-çox qazanmışamsa, bunun üçün valideynlərimə - atama, anama böyük qardaşım Şəfaya borcluyam. özümü başqa bir sənətdə təsəvvür edə bilmirəm. Namizədlik dissertasiyamın ilk məsləhətçisi elə atam olub".

Həyatını müəllimliyə həsr edən insanlar fədakar, doğma xalqına, torpağına sədaqətlə xidmət göstərən insanlardır. Məhz buna görədir ki, bizim hər birimiz qazandığımız bütün uğurlarımıza görə müəllimlərimizə borcluyuq. Bu mənada Vəfa müəllim çoxlarına müəllimlik edib, dərs dediyi şagirdlərinə, eləcə , tələbələrinə doğru yol göstərib, təhsilin, savadlı olmağın demək olduğunun düzgün izahını onlara vaxtında çatdırmağı bacarıb bu missiyasını hazırda da layiqincə davam etdirməkdədir.

Çox böyük mütaliəsi olan Vəfa müəllim həmişə güclü hafızəsi, geniş erudisiyası ilə seçilir. O, elmin müxtəlif sahələri - dil, ədəbiyyat, tarix s. üzrə olduqca maraqlı müsahibdir. Elə hesab edirəm ki, onun məhz kitaba, mütaliəyə olan bu marağı dekan vəzifəsinə irəli çəkilməsində mühüm rol oynayıb.

Vəfa müəllim yüksək daxili mədəniyyətə malik, mülayim təbiətli təvazökar bir insandır. O,  eyni zamanda, işgüzar məsuliyyətli bir insan kimi tanınır. özünə qarşı yüksək tələbkarlığı prinsipiallığı sayəsində nəinki fakültədə, hətta universitetdə xüsusi nüfuza malikdir. Onun üçün ən böyük meyar tərbiyədir: "O valideyn xoşbəxtdir ki, onun övladları tək öz ocağına deyil, həm ətrafına hörmət, nüfuz gətirir. Tərbiyəli övladla hamı fəxr edir. özündə yüksək etik əxlaqi normalar əks etdirən övlad hamının başını ucaldır", -deyir Vəfa müəllim.

Olduqca duyğusal bir insan olan Vəfa Xanoğlanı  bu gün ən çox ağrıdan düşmən tapdağında qalan doğma torpaqlar, yurd yerlərinin həsrətidir: "Füzuli torpağı Qarabağın ən gözəl guşələrindəndir. Atam, anam yurd həsrətinə, nisgilinə dözmədilər. Bu həsrət onlara bir dərd oldu, dünyalarını dəyişdilər. Torpaqsız, yurdsuz yaşayan insan necə qürurlu ola bilər? İnanıram ki, torpaqlarımız tez bir zamanda düşmən tapdağından azad ediləcək, didərginlər öz yurdlarına qayıdacaqlar".

Vəfa müəllimin həyatı o qədər rəvan keçməyib, həyatda çoxlu çətinliklərə, təzyiqlərə, təqiblərə məruz qalıb. Lakin bütün bunlar onun poladdan da möhkəm iradəsini, qürurunu sındıra bilməyib, inam inadından döndərə bilməyib, əksinə, daha qətiyyətli, dözümlü edib: "Həyatda çox böyük çətinliklərlə qarşılaşdım, amma sınmadım. Artıq bu barədə danışmaq istəmirəm. Amma həyatımın ən mənalı dövrünə gəlincə, bu universitetdə çalışdığım illərdir. Universitetdə mənəvi saflıq, səmimiyyət, mehribanlıq hökm sürür. Təbii ki, bu gözəl ab-havanı tanınmış ziyalımız, professor Timurçin Əfəndiyev yaradıb".

Vəfa müəllimlə bağlı bir məqama da toxunmaq istəyirəm, onun Cənubi Azərbaycan ədəbiyyatı mövzusuna üstünlük verməsinə. Vəfa müəllimdən bu barədə soruşanda ömrün ötən illərini yada salır, xatirələri çözələyəndə ani olaraq xəyala dalır, nurlu çöhrəsində xəfif cizgilər gəzir. Sanki uzun illərin arxasından boylanaraq Araz kənarında yerləşən kəndlərindəki uşaqlıq, yeniyetməlik, gənclik illərinə nəzər salır, o zamanlar ürəyində dil açan arzularını yada salır: "Araz çayı kəndimizin yaxınlığından keçirdi. Uşaqlıq illərimdə çayın kənarı ilə gedəndə bizi bir-birimizdən ayıran tikanlı məftillərə baxıb bunun səbəbini tapmağa çalışardım. Bu tarixi ədalətsizliyi o vaxt qondarma tarix kitablarından deyil, ayrı-ayrı mənbələrdən öyrənirdim. Cənubi Azərbaycan mövzusu məni özünə elə cəlb eləmişdi ki... Mövzu seçəndə tərəddüd etmədən H.Sahirin yaradıcılığına müraciət etdim. "Hürriyyət fədaisi" adlı kitabım da böyük istiqlal şairinə həsr edilib".

Vəfa müəllim insanlara xeyirxahlıq etməyi, onları anlamağı dayaq olmağı, eləcə , xatirələrdə yaşamağı özünün əsas həyat kredosu sayır: "Ən əsası budur ki, sənə verilən ömrü mənalı yaşayasan. ürəklər dünyasında öz əməllərinlə bir qəlb sevindirmək, bir ümid işığı yandırmaq ən böyük şərəfdir. Xeyirxahlıq edib xatirələrdə yaşamaq, bircə an da olsa, xoş hisslərlə anılmaq səni sevənlərin əhatəsində yaşamaq böyük xoşbəxtlikdir. Dərin hisslərini, deyə bilmədiklərini duyanlarla birgə olmaqdan müqəddəs şey yoxdur".  Belə ömrün hər kəsə nəsib olmadığının zənnindəyəm...

...Vəfa müəllimin kitabı haqqında yazmaq istəsəm alınmadı... Amma bu cür alındığına görə, təssüflənmirəm. çünki "Kino televiziya ssenariləri" dərslik-kitabını oxuyandan sonra qəti nəticəyə gəldim ki, bu kitab tələbələrə, cəmiyyətə, insanlara daha çox fayda vermək naminə yazılıb, gənc nəslin təlim-tərbiyəsinə, milli mədəniyətimizin inkişafına təbliğinə həsr olunub.

Əslində, mən bu yazıda oxuculara Vəfa müəllimin hansı müqəddəs amallara xidmət etdiyini çatırmaq istəyirdim...

 

Xanoğlan Əhmədov

Təzadlar.- 2012.- 21 fevral.- S.12.