Qarabağdan qopan
haray-Xocalı Soyqırımı
(Bu yazını Xocalı
Soyqırımının 20-ci ildönümündə əziz
şəhidlərimizin ruhuna ithaf edirəm)
Dəyərli
türk qardaşımız, "Təzadlar"ın istəkli
oxucusu Abdulkadir İnaltekin qəzetimizə növbəti
yazısını göndərib. Həmin yazını təqdim
edirik.
20
yanvar 2012-ci il Azərbaycanın, köhnə Sovetlər
Birliyinə qarşı apardığı AZADLIQ mubarizəsinin
22-ci ildönümü idi. Azərbaycanın matəm günlərindən
biri də "Xocalı Soyqırımı"nın baş
verdiyi 25-26 fevral 1992-ci ildir. Həmin tarixdə Xocalı qəsəbəsi
Rusiya və Ermənistan silahlı quvvələri tərəfindən
işgal edilib. Azərbaycan xalqına qarşı, bəşəriyyət
tarixinin ən vəhşi, ən qanlı
soyqırımlarından biri Xocalıda həyata
keçirilib. "Xocalı Soyqırımı"nın
ildönümü təkcə Azərbaycanda yox, o cümlədən
Türk dünyası, eləcə də Müsəlman aləmində
hər il dərin ürək ağrısı ilə
xatırlanır və qeyd edilir.
Keçmişdən
günümüzədək Mərkəzi Asiyadan Anadoluya,
Balkanlardan Qafqazlara, Orta Şərqdən Şimali və Cənubi
Afrikaya qədər, Türk və Müsəlman millətləri
o qədər soyqırım və zülm görüb ki,
onlardan bəziləri 21-ci yüz illikdə hələ də
davam edirE Təqvim yarpaqlarında hüznlə
xatırlayacağımız o qədər matəm günlərimiz
var ki, hardasa bayramlarımızı da kədər və yas
içində keçirməli oluruq.
Osmanlı-torpaqları
üstündə günəş aşmayan, hakimiyyətini
altı əsrdən artıq saxlamağı bacarmış,
himayəsi altındakı başqa din, dil, ırq, rənq və
mədəniyyətlərə mənsub xalqları sülh
içində yaşatmış bir cahan dövləti idi.
Osmanlı Dövlətinin: "Milləti sadıka və ya
tebayı sadıka" (sadiq millət) dediyi, tarix boyu ali vəzifələrlə
mükafatlandırdığı, üstün qiymətləndirdiyi,
əsrlərlə nəsillərini himayə etdiyi ermənilər
1-ci cahan muharibəsində İngilis, Fransız, Rus,
İtalyan, Yunan, Bolqar və Serb quldurları ilə iş
birliyi nəticəsində Osmanlını kürəyindən
xəncərləmişdir.
1-ci
cahan müharibəsində üç qitədə muharibə
aparan Osmanlı Dövləti səfərbərlik elan
etmiş, ailələr 15 yaşındakı
uaşaqlarını belə müharibəyə göndərmişdi.
Bunun nəticəsində şəhər, qəsəbə və
kəndlərdə ancaq 70 yaşlı qocalar, nənələr,
qadınlar və uşaqlar qalmışdı. Osmanlı
Dövlətinin içində olduğu çətin şəraitdən
məharətlə istifadə edən ermənilər əsrlərlə
torpaqlarımızda yaşamış, çörəyimizi
yemiş, bizimlə qonşuluq etmiş, ancaq genlərinə
hopmuş Türk düşmənliyini həmişə
qorumuşdur. Anadolunun qəsəbə və kəndlərindəki
müdafiəsiz dinc əhaliyə qarşı həyata kəçirdikləri
vəhşi soyqırım aktı tarixin yaddaşından
silinməyib. Xüsusilə Türkiyənin şərqində;
Ərzincan, Ərzurum, Iğdır, Qars, Ərdahan, Van,
Ağrı, Artvin, Bitlis və Muşda, onların qəsəbə
və kəndlərində yeddidən-yetmişə dinc əhali
erməni quldurları tərəfindən vəhşi işgənclərlə
qətlə yetiribdir. Hətta qadınlara öz əllərilə
öz körpələrini öldürməsi
üçün işqəncə veriblər. Günahsız
insanlar öz heyvanları ilə birgə axur və
samanlıqlarda diri-diri yandırılıb.
1915-ci
ildə ermənilərə qarşı tətbiq olunan "təhcir"
qərarı (başqa yerə köçürülmə)
erməniləri təsirsiz qılmaq və müdafiəsiz
dinc əhalinin əmin-amanlığını təmin etmək
üçün Osmanlı Dövlətinin müraciət
etdiyi məcburi həll çarəsi idi. Osmanlı Dövləti
ermənilərə soyqırım tətbiq etmək istəsə
idi, bir milyondan artıq erməni əsrlər boyu Anadolu
torpaqlarında, həmçinin dünyada nəsillərini
davam etdirə bilərdimi?.. Bir əsr əvvəl ermənilərin
dədələri Anadoluda hansı vəhşi
soyqırımı tətbiq edibsə, onların nəsilləri
də bir əsr sonra Azərbaycanda eyni vəhşi
soyqırımı tətbiq edib. Erməni əsrlər əvvəl
də erməni olub, əsrlər sonra da erməni olacaqdır,
bunun əksini fikirləşmək əşyanın təbiətinə
ziddir...
Erməni
diasporası tarixi yanıltmaq üçün doxsan yeddi il əvvəl
işləndiyini iddia etdiyi qondarma soyqırımı,
çoxu Avropa ölkələrinin parlementində "rəsmi
soyqırım" kimi qəbul etdirib. Biz isə, iyirmi il əvvəl
dünyanın gözü qabağında baş verən
"Xocalı Soyqırımı"nı dünyaya təbliğ
edə bilmədik. Qan yaddaşımız iyirmi ildə bu qədər
silinə bilərmi? Belə getsə, bir əsr sonra Ermənistan
"Qarabağda erməni soyqırımı oldu" deyə
tarixi yanıldıb, onda da bizə divan tutacaqdır... Qan
yaddaşımız silinməyə davam etdikcə hər yerdə
zülm görən də, günahkar sayılan da biz
olacayıq...
Tarix boyu ağı yaxan mən oldum,
İki gözü yaşlı baxan mən oldum,
Zülm
görən, boyun bükən mən oldum,
Heyif! Yenə alçaq görüldüm, ana!
Media quruluşları matəm günlərini sadəcə, ildönümlərində
xatırlamamalı. Həmin günlərin
əhəmiyyətini və
baş verən hadisələri tarixçi
alim və araşdırmacılara müraciət
edib özəl proqramlarla qan yaddaşımızı tez-tez
yeniləməlidir. Televiziya proqramlarında
"Xocalı Soyqırımı"
haqqında işlənən
mövzular, efirdə gedən görüntülər
çeynənmiş, basmaqəlib
ifadələrlə adətən
bir-birinin təkrarı
kimi ələ alınır. Xocalıda yaşanmış
soyqırımla bağlı
əlimizdə o qədər
sübut, sənəd,
şahid və bu sahədə araşdırma işi aparmış mütəxəssis
tarixçilər olduğu
halda, onlardan lazım geldiyi kimi istifadə edilmir. Ermənilər, sadəcə, Xocalıda
soyqırım tətbiq
etməyib, o cümlədən
Azərbaycanın işgal
olunmuş on iki rayonunda, onların qəsəbə və kəndlərində də
tətbiq ediblər.
Nəinki işlənən suçun beynəlxalq hüquqa görə "soyqırım" kimi qəbul olunması üçün hökmən
on minlərlə, yüz
minlərlə və ya milyonlarla insanı işgəncə
ilə öldürmək
gərəkdirmi? Bir tək
insanı belə milliyyətinə, dini, dili, rənqi səbəbilə qətlə
yetirmək beynəlxalq
hüquqa görə
"soyqırım"kimi qəbul olunur. O ki, qaldı ermənilərin Hınçaq
terror təşkilatının başçısı Andranik
Toros Ozanyanın rəhbərliyi ilə
1904-1918-ci illərdə Anadolu
torpaqlarında həyata
keçirdikəri soyqırıma,
həmin illər ərzində Şahtaxtı,
Zəngəzur, Sərdarabad,
Culfa, Naxçıvan
və başqa bölgələrdə, eləcə
də 1918-1920-ci illərdə
Azərbaycanın digər
bölgələrində soyqırım
həyata keçirilib.
Həmçinin "Böyük Ermənistan" ideyasının
həyata keçirilməsi
istiqamətində 1947-1953-cü illərdə Azərbaycan
torpaqlarında SSR-nın
tətbiq etdiyi kütləvi repressiya və deportasiya siyasəti həyata keçirilmiş, on minlərlə
Azərbaycan Türkü
doğma torpaqlarından
sürgün edilmişdir.
Torpaqlarından sürgün
edilən azərbaycanlıların
yurdlarında "Sovet
Ermənistanı" yaradılıb
və həmin bölgələrdə ermənilər
məskunlaşdırılıb...
(Ardı var)
Abdulkadir İnaltekin
Almaniya
Təzadlar.- 2012.- 3 mart.- S.11.