Qədirin "Sona bülbüllər"i
- "Sona bülbüllər"in
Qədiri
O, Qarabağın,
xüsusən də Ağdamın üfüqdə
parlayan ulduzu idi
Qədir Rüstəmovu tanıyanlar
və sevənlər kifayət qədər onun həyat yoluna bələddirlər. Bu səbəbdən də mənim üçün vacib olan onun
mənim və sevənlərinin qəlbində,
xatirəsində necə
yaşamasıdır. Odur ki, öncə özüm onunla bağlı xatirələrimi
sizlərlə paylaşacam.
Çünki mən də
onu yaxından tanıyanlardanam. Qədir Rüstəmovu
yaxından tanımayan
onun necə böyük ürəyə
malik olduğunu söyləyə bilməz.
Mənim
usaqlığım Qədir
Rüstəmovun gözü
önündə keçib.
Demək
olar ki, onun gözləri qarşısında böyümüşəm.
Şükürlər olsun ki, bu böyük sənətkarla, sözün
əsl mənasında
bu canlı tarixlə ünsiyyətdə
olmağı, onu tanımaq şərəfini
zamanında Tanrım mənə də nəsib etdi.
Yurd-yuvamızdan köçkün düşdüyümüz
illərdə tale elə
gətirdi ki, Qədir Rüstəmovla
nənəmgil qapıbir
qonşu oldu. çox yaxın
münasibətləri vardı.
Birevli kimi idilər. Qədir Rüstəmovu, eləcə də onun ailəsini bütün qonşular çox istəyirdi. Həmcinin mən özum
də. Qədir Rüstəmova
olan sevgini, hörməti özü yaratmışdi bizlərdə.
O, sadəliyi, səmimiliyi,
zarafatları ilə hər kəsin könlünü alıb,
istədiyi adamla həmsöhbət ola bilirdi. Elə mənim özümlə də çox maraqlı söhbətimiz
alınırdı. O, hər zaman məni görəndə maraqlanırdı ki, institutda işlərim necə gedir? Deyirdi ki, "gələcəyin
çox parlaqdır.
Sən həm savadlı, həm də dilli-dilavərsən, jurnalistlika
əsl sənin sənətindir. Əlbəttə ki, gələcəyin var".
Bu cür sözləri böyük bir sənətkarın dilindən
eşidib, onun xeyir-duasını almaqdan böyük nə ola bilərdi?
Canlı tarixdən belə gözəl sözləri eşitmək məni
çox ruhlandırardı,
sanki dünyanı mənə bağışlamışdılar.
Bax, Qədir
Rüstəmov mənim
üçün bu idi - canlı tarix. Həmişə ona "baba"
deyərdim. Nəinki mən,
onu tanıyan usaqların hamısı Qədir Rüstəmova
"baba" deyə müraciət edirdilər.
Qədir
Rüstəmov həmişə
mənə deyərdi
ki, "sən tamam başqa balasan, səni usaqlarımdan seçmirəm".
Qonşuların yaddaşında Qədir Rüstəmovun necə yaşadığını öyrənmək
üçün üz
tutdum Oğuz rayonundakı qonşularının
yaşadığı ünvana. Qarşıma ilk çıxan nurani bir ağsaqqal oldu. Ağsaqqal mənimlə salamlaşıb,
kim olduğumu,
haradan gəldiyimi və nəhayət, kimi axtardığımı
soruşdu. Mən də öz
növbəmdə özümü
təqdim edib, Qədir Rüstəmov haqqında maraqlanıb, məlumat toplayıb məqalə yazacağımı
söylədim. Ondan xahiş
etdim ki, bu işdə mənə yardımçı
olsun.
- Quliyev Qərib - o, da özünü belə təqdim etdikdən sonra məmnuniyyətlə razı
oldu:
- Qədir Rüstəmov haqqında danışacaqlarım
çoxdu, qızım,
- dedi. - Həə, qızım, qaçqınçılıq
düşəndən bəri
burada bizimlə qonsu idi. özü də biz çox mehriban qonsu olmusuq. Burada dörd il yaşadıqdan
sonra ailəsi ilə birlikdə köçub Bakıya getdilər. Artıq neçə ilərdi
ki, orada yasayırdılar, ancaq buna baxmayaraq, rəhmətlik tez-tez gəlib bizləri yad edərdi. Onunla bərabər çox gözəl günlər keçirmişik. Kaş ki,
o günlər olaydı.
çox heyf ki, Tanrı
o nəcib, geniş ürəyə sahib olan insanı tez qoparıb aldı bizlərdən. O, cismən
bizimlə olmasa da, ruhən əbədi bizimlədir. Onun olümünə inana bilmirik. ölümündən
3-4 ay öncə görüşmüşdük.
Heç
nəyi yox idi. Ona görə də
elə billrik bu dəqiqə qapıdan içəri girib "Kim var, eee?" deyəcək.
Allah ona qəni-qəni
rəhmət eləsin!
Yeri behişt olsun! Onsuz da o, cənnətə
sorğu-sualsız getdi.
çünki o, sağ ikən haqq dünyasını qazanmışdı. Həyat yoldaşım
onun haqqında danışdıqlarımı təsdiqləyə
bilər.
- Buyurun, nənə, siz də Qədir
Rüstəmovla bağlı
xatilrələrinizi danışın
- dedim.
- Quliyeva Nazənin. Qədir qağam haqqında nə danışacağımı
bilmirəm, ölümündən
sonra onun haqqında danışmaq mənə çətindi.
Qağamın yaxşılıqdan başqa heç nəyini görməmişik.
Bakıda yaşamasına baxmayaraq,
tez-tez gəlib bizimlə hal-əhval tutardı. Heç vaxt bizləri
yaddan çıxartmazdi.
O, elə bir insan idi ki,
heç zərərli
böcəyə də
ziyan verib onu əzməzdi. Hər gələndə usaqlara şirni paylayıb könüllərini xoş
edərdi. Qədir
qağam xingəli çox
sevərdi. Gələn kimi mən də soruşmadan xingəl bişirərdim.
Halal xoşu olsun. Deyərdi ki, bu günləri
heç öznə dərd eləmə, inşallah, qayıdacağıq
öz yurd-yuvamıza.
Bir də görərdik ki, səssiz-səmirsiz gecə gelib evinə. Səhər açılanda
deyərdim ki, ay Qədir qağa, niyə gəlib girməmisən bizə. Deyərdi ki, sizi narahat eləmək
istəmədim. Halbuki bizlər
onun hər gəlişindən sevinərdik,
məzəli söhbətlərindən
zövq alardıq.
O qədər sadə,
səmimi, təvazökar
insan idi ki, vay o gündən
onu ya tərifləyə,
ya da haqqında
xoş söz deyəydin, elə həmin an söhbətin
axarını dəyişərdi.
Biz yasadıqca onunla bağlı xoş xatirələrimiz də yaşayacaq. Qədir bizim üçün ölməyib, Ağdam camaatı həmişə
onunla fəxr edib, qürur hissi keçirib, daim də belə
olacaq. Allah məkanını
cənnət etsin!
Qonşuların hamısı ilə söhbət etdim. Qədir
Rüstəmovla bağlı
xatirələrini dilə
gətirən insanların
gözlərinin dolması
nəzərimdən qaçmadı.
Ele bu gözəərinin
dolaraq danışmaları da nəzərimdən
qaçmadı. Bu insanlarla menim fikirlərim üst-üstə
düsdü. Qədir Rüstəmov
həqiqətən də
bir həyat kitabı idi, onun kitabının səhifələri daim varaqlanacaq. Qədir Rüstəmova ümummilli
lider Heydər Əliyev zamanında öz layiqli qiymətini
verdi. Qədir Rüstəmov "Xalq artisti" adına
layiq görüldü,
1997-ci ildə isə milli musiqi mədəniyyətimizdə
əvəzsiz xidmətlərinə
görə ən ali mükafatla - "Şöhrət ordeni"
ilə təltif edildi. Cənab prezident İlham
Əliyev də öz diqqət və qayğısını
böyük sənətkardan
əsgirgəmədi. Qədir Rüstəmovun sağalması
üçün Heydər
Əliyev Fondundan yarım milyon manat vəsait ayrıldı. Böyük sənətkarın
ailəsi bu sayğı və hörmətə görə
cənab Prezidentə minnətdar olduqlarını
söyləyir. Qədir Rüstəmov
sağlığında da
dövlətin ona göstərdiyi diqqətdən
razı idi.
Kaş ki, ömrün yetəydi sonuncu klipini görməyə. İctimai Televiziyanın rəhbəri
İsmayıl ömərov
çox sağ
olsun ki, sağlığında Qədir
Rüstəmova yardımçı
oldu, onun bir neçə klipinin çəkilməsinə
yaxından kömək
etdi. Elə sonuncu "Olmaz-olmaz"
klipi də İsmayıl müəllimin
dəstəyi ilə çəkilib. Kimlər ki
kömək etmisdi Qədir Rüstəmova - halalı olsun, çünki buna layiq idi böyük
sənətkar.
Qədir Rüstəmov İstambulun
Acıbadem xəstəxanasında
3 ay xəstəliyi ilə
mübarizə apardı,
amma sonda ölüm qalib gəldi. 2011-ci il dekabrın 14-də Qədir
Rüstəmov son nəfəsini
verdi. Bu nəfəs
onu gedişində dönüşü olmayacağı
yerə apardı.
Hər birimiz bilirik ki, o, mərd, üzüağ, alnıaçıq getdi
haqq dünyasına.
O, heç vaxt kimsənin haqqına sahib olmadı, kiminsə haqqını ayaqlar altına atmadı. Elə ona görə də haqq dünyası
bu şərəfli oğlunu sevərək aldı öz ağuşuna.
Əminəm ki, Qədir Rüstəmov dünyasını
dəyişdiyi gün
düşmən taptağıı
altında olan Qarabagımızın iniltisi
yeri-göyü lərzəyə
gətirdi, "Sona bülbüllər"imizin səsi
əbədi susdu. O, ancaq xatirələrimizdə oxuduğu
gözəl musiqiləri
və insani dəyərləri ilə
qalacaq. Əminliklə deyə bilərəm
ki, bu insanı
tarix təkrar etməyəcək. Düzdü,
kimsə Qədirə
oxşaya və ya səsini təkrar edə bilər, amma Qədir Rüstəmov ola bilməz.
Qədir Rüstəmov
Qarabağımızın, xüsusən də Ağdamın üfüqdə
parlayan ulduz idi. O, hər zaman şəfəq saçacaq...
Günay Allahverdiqızı,
Bakı Avrasiya Universitetinin
tələbəsi
Təzadlar.-
2012.- 3 mart.- S.12.