Qarabağdan qopan haray - Xocalı
Soyqırımı
(Bu
yazını Xocalı Soyqırımının 20-ci
ildönümündə əziz şəhidlərimizin ruhuna ithaf edirəm)
Dəyərli türk
qardaşımız, "Təzadlar"ın istəkli
oxucusu Abdulkadir İnaltekin qəzetimizə növbəti
yazısını göndərib. Həmin yazını təqdim
edirik:
(Əvvəli ötən sayda)
...Tarixi həqiqətləri ortaya qoymaq
vəzifəsi dövlətin, elm adamlarının,
yazıçıların, şairlərin, sənətçilərin,
film şirkətlərinin, o cümlədən medianın
üzərinə düşür. Parlamentlərində qərar
qəbul edən Avropa ölkələri qondarma soyqırım
iddiasını dəstəkləmək məqsədilə
Ermənistana necə qol-qanad verirsə, Türk və Müsəlman
dövlətləri də həm ikili münasibətlərdə,
həm də xalqlar arasındakı qardaşlıq
bağlarının möhkəmlənməsi istiqamətində
birlik nümayiş etdirməlidirlər.
ABŞ və Avropa dövlətləri
dünya millətlərinə qarşı həyata kəçirdiyi
zülm və soyqırımları, Hollywood filmləri və
kütləvi informasiya vasitələrilə dünyaya meydan
oxuyur. Bu sırada dünyada "Amerika və Avropa imici"
yaradılır. Elə olur ki, həmin propaqandaların təsirilə
özümüz belə onlar kimi fikirləşirik. Biz də əsrin
imkanlarından lazım gəldiyi kimi istifadə edib
xalqımızın yaşadığı
soyqırımları, tarixi gərçəkləri
dünyaya təbliğ etməliyik. Məzmunu heç bir əhəmiyyət
kəsb etməyən TV-lərdəki serialları və kino
filmləri üçün milyonlarla maya qoyularkən, tarixə
olan borcun yerinə yetirilməsi xüsusunda hər kəs əlini
daşın altına qoymur, hamı bir-birinin üzünə
baxır.
Vətən yoxsa, "Mən"də
yoxam,
"Sən" yoxsansa,
"O" da yoxdu,
Varlığını qoruyursa, o Millətə qada yoxdu.
Bir Millətin
varlığısa, ya
AZADLIQ, ya da YOXdu;
Biz Vətənə yanmasaq, gör, Vətən isə necə yanar?
Milli şairimiz
Məhmət Akif Ərsoy "Tarix təkrardan ibarətdir"
deyiminə həcvli şerilə belə cavab veribdi:
"Tarix"i təkərrür deyə
təsvir edirlər;
Həç ibrət
alınsa təkərrür
edərdimi?
Şair demişkən, tarixdən ibrət alınsa idi, bir əsr əvvəl
ermənilərin Anadolu
torpaqlarında tətbiq
etdyi vəhşi soyqırım bir əsr sonra Qarabağda təkrar törədilə bilərdimi?
İbrət alınmadığı
üçün tarix
təkərrür edib.
Millətlərin tarix
yaddaşı silinəndə
haqqlarını da, kimliklərini də itirərlər.
Biz demirik və istəmirik ki, xalqımız başqa millətlərə
qarşı kin-küdurət
və nifrət içində olsun. Yox! Biz Yunisləri, Mövlanaları, Hacı Bəkdaş Vəliləri,
Hacı Bayram Vəliləri, Füzuliləri,
Nəsimiləri, Əhməd
Yesəviləri, Şəyh
Ədibəliləri yetirən
xalqlar kimi, həmişə bəşəriyyətin
qulluğunda olmuşuq.
"İnsanlığa qulluq,
Allaha qulluqdur. Bir insanı öldürmək bütün
insanlığı öldürmək,
həmçinin bir insanı xılas etmək də bütün insanlığı
xılas etməkdir"
hökmünü əsas
sayan dinin və mədəniyyətin
nümayədələriyik. Təkcə Yunis İmrənin: "yaradılanı
sevirik, yaradandan ötrü" və ya Mövlananın:
"Kim olursan ol, yenənə gəl. İstəyir məcüsi,
istəyir büdpərəst
olsan da gəl" və ya Hacı Bəkdaş
Vəlinin: "əlinə,
belinə, dilinə mukayət ol!" sözləri Avropanın bütün mədəniyyətinə
əvəz edə biləcək qədər
zəngin və məna yükü daşıyır.
Biz, sadəcə insanlığa deyil, həmçinin həyvanlara
qarşı da mərhəmət və məsuliyyət daşıyan
millət olmuşuq. Əcdadımız 19-cu əsrdə
Bursa şəhərində, "Gurabahane-i Laklakan" (qərib leyləklərin evi) adlı xəstəxana və şəfaxana tikib. Payızda köç edə bilməyən yaralı və xəstə leyləklər
həmin xəstəxanada
müalicə ediləndən
sonra yola salınardı. üstəlik
həmin xıdmət
təkcə leyləklər
üçün yox, hardasa bütün həyvanlar üçün
də yerinə yetirilərdi. Məhz vəhşi heyvanlar üçün şəhərlərdə
və təbiətin qoynunda sığınma evləri düzəldilmişdi.
Tarixi binaların, məscidlərin, saray və köşklərin dıvarlarında məhz heyvanların qorunması üçün düzəldilmiş
bəzəkli quş evləri(yuvaları), tarixin arayışı kimi bu gün
də keçmişə
şahidlik edir. Bu sayədə həm Türk-İslam memarlıq
sənətinin bənzərsiz
nümunələri öz
əksini tapırdı,
həm də heyvanların qorunması məqsədi güdülürdü.
Həmçinin heyvanlar
üçün vəqflər
də yaradılırdı.
İmkanı olanlar həmin vəqflərə
pul verir, hətta zəngin kimsələr malının
bir hissəsini həmin vəqflərə
miras kimi buraxırdı. Heyvan baxıcılarının maaşı
da həmin vəqflərin büdcəsindən
ödənilirdi. Məsələn,
"sadəcə Bəyazıd
Vəqfində quşların
qidalanması üçün
ildə 30 qızıl
büdcə ayrılıb."
Genetiyində sevgi mayası olmayan millətlərin lüğətində
"vululmaq"
sözünü tapa
bilərsinizmi? Zira
"vululmaq"
üçün sevgini
beş hiss ilə yox, altıncı hiss ilə duymaq gərək. Buna görə
qərb mədəniyyətində
bir Leyli-Məcnun, Kərəm-Əsli, Fərhad-Şirin,
Züleyxa-Yusif, Zöhrə-Tahir
tapmaq mümkün deyildir.
Erməni jurnalist
Hrant Dinki öldürənlər türməyə
salınsa da, beynəlxalq miqyasda Türkiyəni təzyiq altında saxlamağa çalışan Erməni
Diasporası, CİA və
MOSSAD müxbirləri ilə
əl-ələ "hamımız
Erməniyik!" deyə
nümayiş edirdi.
"Avropa İnsan Hüquqları Məhkəməsi"
və ya dünyaya "hüquq"
dərsi kəçən
ölkələrdən biri
niyə durub onlara¸ Bəs siz, fərdi bir cinayət üçün beynəlxalq
seviyyədə bu qədər hay-küy qoparan yerdə, Xocalı başda olmaqla Azərbaycanın on
iki rayonunda, qəsəbə və kəndlərində minlərlə
günahsız körpələri,
anaları, ataları,
bacıları, qardaşları,
nənələri, qocaları,
uşaqları işgəncə
ilə qətlə yetirən ermənilərə
qarşı niyə məhkəmə qurmursunuz?", deyə soruşmur? Meydanlarda qışqırıq
qoparanlar, Ermənistanın
vəhşi soyqırımına
qarşı niyə
"hamımız Azərbaycanlıyıq"
deyə nümayiş
etdirmirlər görəsən?
Bu, başqa millətlərə hörmət
və mərhəmət
göstərmək, özünə
isə hörmətsiz
və mərhəmətsiz
olmaq mənasına gəlmirmi bu?!
Mərhum xalq
şairimiz Bəxtiyar
Vahabzadənin¸ Ana dili"
şeirində dediyi kimi:
Dünən rusca
idi bütün reklamlar,
Bugün ingiliscə
dürtülür gözə.
İtin də
dilinə hörmətimiz
var,
Ancaq öz
dilimiz yaramır bizə.
Bu məqamda təkrar etməli olsağam ki, birinci növbədə məsuliyyət dövlətin
üzərinə düşür.
"Xocalı Soyqırımı"
barədə Azərbaycan,
Türkiyə, Türk
Dünyası və Müsəlman aləmi ayıq və birlik içində olmalıdır. İndiyədək
gəlin görək
"20 Yanvar", "Xocalı Soyqırımı" barədə
səsimizi beynəlxalq
səviyyədə səsimizi
necə qaldırdıq?
Yalnız bu il fəallıq göstərdik. Bəs indiyə kimi niyə susurduq?
Halbuki Azərbaycan
torpaqlarının 20 faizdən
artığı Ermənistanın
işgalı altındadır
və torpaqlarından
sürülən bir milyondan artıq azərbaycanlı 20 ildir ki, üçüncü dünya ölkələrinin
şəraitində "qaçqın"
kimi çadırlarda
yaşamağa məcbur
edilib. Məcburi köçkünlərin az
bir hissəsi təzə salınmış
müvəqqəti qəsəbələrdə
məskunlaşsa da onların doğma torpaqlarına açılan
qapıları iyirmi ildi qıfıllanıbdır...
Onların qapısının
açarı hələki
tapılmayıb!
Bir daha
"Xocalı Soyqırımı"nı
xatırlayıb qan yaddaşımızı oyandıralım:
Rus və
Erməni daşnaklarının
bəşəriyyət tarixinə
qara bir səhifə kimi qeyd etdikləri "XOCALI
SOYQIRIMI" nədir? "XOCALI
SOYQIRIMI" harda və
necə baş verib?
"XOCALI SOYQIRIMI" barədə
biz, öz üzərimizə
düşən məsuliyyəti
yerinə yetiririkmi?
Bu suallara əvvəlcə vicdanımızda
cavab axtarmalıyıq...
Onda görəcəyik,
qan yaddaşımızdan
nələrin silindiyini...
İl-1992! Tarix- fevral ayının
25-26-sına keçən gecə!
Gün-çərşənbə axşamını-çərşənbəyə
bağlayan gün! Yer- Azərbaycanın Xocalı şəhəri!
Qarabağ torpaqlarında
yerləşən və
90-cı illərdə 11000 Azərbaycanlının yaşadığı
Xocalı şəhəri,
Azərbaycan torpaqlarının
qədim və ən strateji bölgələrindən biridir
Xocalı! Albay Yuri Yuryeviç Zarvigarovun rəhbərliyindəki 366-cı Rus Moto atıcı alayı və Ermənistan silahlı qüvvələrinin
10 sentyabr 1991-ci ildən
başlayaraq beş ay
müddətində muhasirədə
saxladığı Xocalıya
hucum çəkdi. Əvvəla, bölgənin yeqanə hava limanı olan Xocalı Hava Limanını ələ keçirəndən
sonra Xocalının dünya ilə rabitəsini kəsdilər.
Rus və Ermənistan qoşunlarına
qarşı qəsəbənin
müdafiəsi üçün
can-sipəranə vuruşan
Azərbaycanın "könüllü"
qəhraman övladları,
Bakı ilə rabitənin kəsilməsi
və müdafiə dəstəsinin
gəlməməsi nəticəsində
Rus və erməni silahlı qüvvələri qarşısında
uzun müddət müqavimət göstərə
bilmədilər. Azərbaycan
əsgərlərinin çoxu
Xocalıda şəhid
oldu.
Xocalının müdafiəsiz qalmasından
sonra Ermənistan silahlı qüvvələri
və 366-cı Rus
Moto atıcı alayı
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən
gecə raket, tank, top və kimyəvi silahlarla 20-ci əsrin ən dəhşətli soyqırımlarından birini
Xocalıda həyata keçirdilər. Rus və ermənilər uşaq, qadın, kişi, qoca, cavan güdmədən
1600 müdafiəsiz Azərbaycan
Türkünü gecənin
bir vaxtında qanlı vəhşətin
qurbanı seçdilər.
İnsanlar canlarını
qurtarmaq üçün
geyinməyə belə
fürsət tapmamış,
çətin qış
gecəsində yalın
ayaqla Xocalını tərk etməyə məcbur qalmışdılar.
Xocalıdan qaçan
Azərbaycanlılar xılas
olduqlarını zənn
etsə də, şəhərdən kənarda
pusquda gözləyən
ermənilərin toruna
düşməkdən qurtula
bilməmişdilər. Erməni
quldurları bir gecədə 613 nəfər
günahsız Azərbaycanlını
dağlarda, adətən
vəhşi bir canavar kimi parçalayaraq
şəhid etdilər.
Abdulkadir İnaltekin
Almaniya
(Ardı
var)
Təzadlar.- 2012.- 6 mart.-
S.15.