"Diaspora təşkilatlarımız
müsbət mənada səs-küy gətirən bir iş görə bilmir"
Vurğun Həsənli:"Hər
təşkilat öz ağlına nə gəlir
onu etməyə çalışır və
nəticə də uğursuz
alınır"
Ankara Universitetinin doktorantı, politoloq Vurğun Həsənlinin "Təzadlar"a
müsahibəsi
- Vurğun bəy, bugünkü Azərbaycan diplomatiyasını
necə dəyərləndirirsiniz?
Xüsusilə, Dağlıq Qarabağ
məsələsinin beynəlxalq
ictimaiyyətə çatdırılmasında
uğurlu nəticələr
sizi qane edirmi?
- İllər keçdikcə ölkəmizin
dövlətçilik təcrübəsi
daha da artır. Bu da mövcud
qüsurların aradan
qaldırılması ilə
nəticələnə bilir.
Eyni vəziyyəti diplomatik sahəyə də aid etmək olar. Xüsusilə, səfirliyimizin olduğu
ölkə sayının
artması, BMT TŞ-na
qeyri-daimi üzv seçilməyimiz diplomatiyamızın
ən başlıca uğurlarındandır. Eyni zamanda,
Xocalı soyqırımı
ilə bağlı bir neçə ölkənin parlamentində
müzakirə olunaraq,
məsələ ilə
bağlı müvafiq
qərarların çıxarılması
da Azərbaycan üçün diplomatik uğur sayıla bilər. Bütün bunlarla yanaşı,
bir sıra ölkələrdə ölkəmizlə
bağlı keçirilən
mədəniyyət tədbirlərinin,
turizm sərgilərinin
təşkili kiçik
də olsa keçmişimizdə olmayan
uğurlardan hesab oluna bilər.
Biz Dağlıq Qarabağı dünya ictimaiyyətinə çatdırmışıq. Bundan sonrakı hədəfimiz Dağlıq Qarabağın
geri qaytarılması
ilə bağlı olmalıdır. Artıq "Dağlıq Qarabağ Azərbaycanındır" təbliğatı
yetərlidir. Bundan sonra
sözügedən regionun
geri qaytarılması
üçün addımlar
atılmalı, təbliğat
bu müstəvidə
aparılmalıdır. Yəni necə ki, ermənilər
qondarma "erməni soyqırımını" müəyyən
müddət, daha doğrusu, 90-cı illərdən
etibarən dünya ictimaiyyətinin diqqətinə
çatdırdılar. İndi isə artıq sırasıyla o məsələni
bir çox ölkələrin parlamentində
tanıtmağa başlayıblar,
biz də "ora bizim torpaqdır" təbliğatını aparmışıq.
Dağlıq Qarabağın geri
qaytarılması istiqamətində
fikir formalaşdırmalıyıq.
O baxımdan, biz Dağlıq Qarabağ sahəsində uğurlar əldə etməsinə
etmişik, amma əsl əldə etmək istədiyimiz uğurun yanında bu uğurlar cılız görünür.
Dağlıq Qarabağ məsələsində
zaman itirmədən çox işlər görməliyik. Çünki keçən zaman Ermənistanın lehinə
işləyir.
- Azərbaycan prezidenti Dünya Azərbaycanlılarının III qurultayında diplomatik və diaspor qurumlarımız arasında
birgə fəaliyyətin
vacibliyini qeyd etmişdi. Sizcə, indi vəziyyət
necədir?
- Prezidentin vurğuladığı məsələ
uzun zamandan bəri vacibliyini çox hiss etdiyimiz məsələ idi. Çünki bizim diaspora təşkilatlarımız
dağınıq hərəkət
etdikləri üçün
müsbət mənada
səs-küy gətirən
heç bir iş görə bilmirlər. Diaspora ilə diplomatik korpus ilk dəfə Taksimdə birgə koordinasiyalı fəaliyyət
həyata keçirdilər,
həftələrlə türk
ictimaiyyətində müzakirə
mövzusu oldu. O
baxımdan, biz bu məsələdə yetərincə
gecikmişik, artıq
bir an öncə birgə və koordinasiyalı fəaliyyət
göstərməyin zamanı
gəldiyini başa düşməli, buna görə addımlar atılmalıdır.
Hazırkı vəziyyətə baxanda,
Azərbaycanın xaricdəki
diplomatik korpusları ilə diaspora təşkilatları arasında
hələ də əlaqə zəifliyi mövcuddur. Avropanın bəzi
dövlətləri ilə
MDB-nin bəzi dövlətləri istisna
olmaqla bir çox dövlətlərdəki
bu əlaqə zəifliyi problemi davam etməkdədir.
Bir də bu məsələdə təcrübəsizlikləri
unutmamaq lazımdır. Bizlər bu işləri yeni-yeni görməyə başlamışıq. Onun
üçün birdən-birə
yəhudi lobbisi qədər güclü ola bilmərik.
Ancaq qarşımızda güclü
düşmən erməni
lobbisinin olduğunu da unutmamalıyıq.
Onun üçün onlar yeriyirsə, biz qaçaraq
təcrübə toplamalıyıq.
Allaha şükür, artıq dünyanın hansı ölkəsinə gediriksə,
orada azərbaycanlı
ilə rastlaşmaq adi hala çevrilib.
Yəni diaspora fəaliyyətində
insan resursu problemimiz yoxdur. Sadəcə,
yaxşı olardı
ki, lokal azərbaycanlı mütəxəssislərə
görəv verilsin və koordinasiyaya nəzarət gücləndirilsin.
Belə olacağı
halda, qısa zaman ərzində dünyada söz sahibi lobbiçilik fəaliyyətinə sahib ola bilərik.
- Bəzən belə fikir eşidirik ki, qardaş Türkiyədə
erməni lobbisi güclüdür və
s. Bu haqda nə deyə bilərsiniz?
- Ermənilərin bu sahədə yüz ildən çox təcrübəsinin
olduğu faktorunu unutmamalıyıq. Həmçinin, onlar olduqları ölkələrdə "erməni
camaatı" adı
altında birləşirlər.
Həm oradakı erməni səfirliyi, həm də digər erməni təşkilatları
sözügedən "erməni
camaatı" məfhumu
ilə birgə fəaliyyətlərini nizamlayırlar.
Bu vəziyyət ABŞ-da da, Fransada
da, Livanda da, Türkiyədə də eynidir. Məsələn, iddialara görə,
Türkiyədə 3 milyona
yaxın azəri türkü, cəmi yetmiş minə yaxın erməni yaşayır. Siz koordinasiyalı
fəaliyyətin təsir
gücünə baxın.
Yetmiş min erməni Hrant
Dink cinayətindən bütün
dünyanı agah etdilər. Dağınıq
3 milyon azərbaycanlı
isə 20 ildə əl barmaqlarının sayını keçməyəcək
qədər az
təsirə malik fəaliyyət həyata keçiriblər. Çünki Türkiyədəki və
dünyadakı bütün
ermənilər vahid mərkəzdən təşkilatlanırlar.
Bizimkilərə gəldikdə isə,
hər təşkilat
öz ağlına nə gəlir onu etməyə çalışır və
nəticə də uğursuz alınır.
Mənə görə, onların
uğurunun arxasında
"birgə fəaliyyət"
prinsipi dayanır.
ELNUR
Təzadlar.- 2012.- 29 mart.-
S.12.