XVII əsr anadilli Azərbaycan poeziyası problemləri

 

Xalqımızın mədəniyyət tarixinə nəzər saldığımız zaman onun inkişafının hər mərhələsində qədər zəngin bədii-estetik dəyərlərin yer almasının şahidi olursan. Onların yalnız bir hissəsinin xalq kütlələri arasında geniş yayıldığını,  insanlarımızın mənəvi malına cevrildiyini, böyük bir bölümünün hələ istənilən səviyyədə araşdırlmadığını, yayılmadığını, təbliğ olunmadığını söyləməli oluruq.

Belə bir vəziyyətin sosial-siyasi, ideoloji səbəbləri az deyil. Lakin bir səbəbi qeyd etdiyimiz dəyərlərin, maddi-mədəniyyət nümunələrəninin milli coğrafi hüdudlarımızdan çox-çox uzaqlara dağıdılması, dünya muzeylərində, kitabxanalarında, şəxsi kolleksiyalarda s. saxlanılmasıdır. Azərbaycan tarixi mədəniyyətinə aid nümunələrin Vatikan kitabxanasında, Drezden qalereyasında, İstanbulun Topqapı sarayında, İranda, İraqda, Amerika muzeylərində, Rusiyada s. nümayiş etdirilməsinə aid dəyərli məlumatlar alırıq. Bu istiqamətdə ardıcıl tədqiqatlar aparmış akademik Rasim Əfəndinin əməyi sayəsində xalqımızın milli sərvətlərindən olan əl sənətləri, xalça-kilim, zərgərlik, miniatür sənıəti s. aid onlarca nümunələrini dünyanın dörd bir yanında, milli, dövlət muzeylərində, şəxsi kolleksiyalarda yer alması, bəzən onların Batı sənət adamlarının yaradıcıqlarına belə güclü təsir göstərməsi ilə əlaqədar tutarlı dəlillər ortaya çıxarılmışdır. Vaxtilə görkəmli rəssamımız, akademik Mikayıl Abdullayev Sadiq bəy Əfşarın fransız rəssamı Matissə olan dərin təsiri ilə əlaqədar inandırıcı fikirlərini məqalələrinin birində açıq şəkildə söyləmişdir. Bu qəbildən olan araşdırmalar, heç şübhəsiz, xalqımızın tarixi maddi-mədəni irsi ilə əlaqədar bilgilərin hüdud dairəsini genişləndirməklə birlikdə, eyni zamada, onun milli mənsubiyyəti, spesifikliyi, yüksək mənəvi-estetik dəyəri ilə əlaqədar geniş bilgilər verməkdədir. Xatırlatmaq lazımdır ki, hələ bu istiqamətdə aparılan işlərə böyük ehtiyac duyulmaqdadır.

Tanınmış ədəbiyyat tarixçisi Paşa Kərimovun bu yaxınlarda işiq üzü görmüş "XVII əsr anadilli Azərbaycan poeziyası" (Bakı, Nurlan, 2012) monoqrafiyasını oxuduqca yuxarıda qeyd etdiyimiz mütərəqqi meylin şahidi olursan. Müəllif burada əsasən ədəbiyyat, poeziya məsələlərinin bədii-estetik tərəflərinə, mövzu rəngarəngliyinə toxunsa belə, onları dönəmin ümumi əsas aparıcı ideya-estetik prinsiplərindən kənarda axtarmır, sənətkarlıq novatorluq məsələlərini, sənətdə ənənə irsiyyət problemlərini unutmur, bu ya digər şairimizin yaradıcılığında onlara təməllənərək onların hər birinə xas yaradıcılıq dəst-xəttini, dünyagörüşünü, milli mənsubiyyətini müəyyən etməyə calışır. Müəllif XVII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin bir coxlarının əsərlərini, əlyazmalarının nüsxələrini bəlkə ilk dəfə olaraq oxucularımızın qarşısına cıxarır. Əsərdə müəllifin fədakarlıqa müxtəlif çoğrafi bölgələrdən şəxsi səyləri nəticəsində əldə etdiyi bir cox risalə, şeir, divan ədəbiyyatı nümunələri ilə tanış oluruq. Müəllif onları İrandan, İraqdan, Türkiyədən, hətta Almaniyadan əldə etdiyini bildirir. Bu nümunələrin bəziləri fars, ərəb, əski osmanlı, özbək-cığatay dilləri ləhçələri ilə yazılmışdır. Müəllif buna rəğmən onların məhz Azərbaycan şairlərinə aid olduqlarını məntiqi dəlillərlə ispat edir, bunun ücün mövzuya müxtəlif tərəflərdən yanaşmaq metodunu əsas götürür. Yəni problemlə əlaqədar mövcud elmi ədəbiyyata müraciət, şairin öz əsərlərinə istinad, həmçinin tarixi hadisələrin ədəbi-bədii mühitin diqqətə alınması, keçmiş klassik ənənələrin mənimsənilməsi, yeni ilə əskinin qarşılaşdırılması metodunu özü ücün əsas tədqiqat üsulu olaraq qəbul edir. Xatırlatmaq lazımdır ki, belə bir yaradıcılıq metodu onun nəzəri-tənqidi bədii-estetik mülahizələrinə reallıq, dürüstlük, məntiqi bir görkəm vermiş olur. Eyni zamanda, portret-oçerk xarakterli yazılarında qələmə aldığı XVII əsr Azərbaycan şairlərinin yaradıcılığına xas spesifik, onları fərqləndirən, ayıra bilən cəhətləri üzə çıxarmağa imkan vermiş olur. Monoqrafiyada XVII əsrdə yaşamış anadilli poeziya sənətimizin istedadlı nümayəndələrindən olan Sadiq bəy Əfşar Sadiqi, Mürtəzaqulu xan Şamlu Zəfər, Vəhid Qəzvini, Tərzi Əfşar, Vali, Məczub Təbrizi, Qövsi Təbrizi, Təsir Təbrizi, Şükri kimi şairlərimizin həyat yaradıçılıq yolu məhz bu baxımdan gözdən kecirilir, milli poeziya sənətimizin inkişafına onların misilsiz qatqıları, zəngin ədəbi irsi bir daha göz önünə gətirilir. Bu şairlərdən bəzilərinin vətəndən uzaq olmaları, bəzilərinin əsərlərinin az bir hissəsinin bizə gəlib çatması, bəzilərinin yaradıcılığında isə məhəbbət lirikasının güclü olması, bir başqasının ərəb, fars kəlmələrindən azad olma meyllərinin güclü olması kimi gercəkliklər öz dərin təhlilini tapmaqdadır.

Bununla belə, müəllif imkan çərçivəsində XVII əsr Azərbaycan şeir sənəti problemlərinə aid dəyərli tədqiqat əsərləri ilə məşhur olan Firidun bəy Köçərli, E.Bertels, Həmid Araslı, Mir Cəlal, Mirzağa Quluzadə, M.Seyidov, Ə.Əminzadə, N.Göyuşov, Salman Mumtaz, Schmidt Jan kimi bir çox Azərbaycan yabançı alimlərin əsərlərinə yaradıcılıqla müraciət edir, lazım gəldikdə onların fikirlərini yeni-yeni faktlarla, məntiqi dəlillərlə zənginləşdirə bilir, bəzən onlarla polemikaya girməkdən cəkinmir. Kitabda yer almış bir çox iri həcmli portret-oçerklərdə (Sadiq bəy Əfşar Sadiqi, Vəhid Qəzvini, Qövsi Təbrizi, Təsir Təbrizi s.) bu cəhəti daha aydın bir şəkildə izləyə bilirik. Bu məqalələrdə müəllif heç ədiblərimizin yaradıcılıq yolunu işıqlandırmaqla kifayətlənmir, onların həyatı, doğulduğu yer, boya-başa çatdığı ictimai-siyasi mühit, əsərlərinin böyük bir coğrafi ərazidə yayilması kimi həqiqətlərə xüsusi fikir verir. Məsələn, Sadiqinin ən çox yayılmış əsərlərindən sayılan "Məcməül-xəvas" təzkirəsini örnək gətirən müəllif xüsusi olaraq qeyd edir ki, əsər Osmanlı torpaqlarından tutmuş bugünkü İran, Azərbaycan, Orta Asiya, Əfqanıstan, Pakistan Hindistana qədər geniş bir ərazidə yayılmışdır. Bu sözləri digər şairlərimiz haqqında da söyləmək mümkündür. Müəllif bu məqaləsində göstərir ki, Azərbaycan, Osmanlı, Cağatay türkcəsini gözəl bilən Sadiqi siyasi hüdudları, sülalər arasındakı ixtilafları bir tərəfə ataraq türk dili ədəbiyyatını bir bütün halında ələ almış, türk şairlərinin əsərlərindən örnəklər verə bilmişdir. Tədqiqat obyekti olaraq ələ alınmış şairlərin hər birində bu meyl xüsusilə güclüdür.

Məqalədə müəllif, ümumiyyətlə, XVII əsrdə yaşayıb-yaratmış şairlərin yaradıçılığında təzkirə janrının xüsusilə dəbdə olmasını və Səfəvilər dövründə yaşamış 480-ə qədər şairin öz poetik dünyalarını burada ifadə edə bilməsini qeyd etmişdir. Bununla birlikdə müəllif Sadiq bəyin "Məcməül-xəvas" təzkirəsinə xüsusi diqqət yetirir, onun dövrün sosial-mədəni həyatının, elm və bədii fikir tarixinin öyrənilməsində xüsusi yeri olduğunu da göstərir.

Qeyd etmək lazımdır ki, Sadiq bəy incəsənət tariximizə sənət nəzərəyyəçisi, xəttat-kalliqraf, miniatürebru ustası kimidə daxil olmuşdur və çoxları onu məhz tanınmış bir sənətkar-rəssam kimi tanımaqdadır. Vaxtilə ədibin bu sahəsindəki başarılı fəaliyyətini nəzərə alan professor Şükufə xanım Mirzəyeva onun yaradıcılıq dəst-xəttini, bədii-estetik prinsiplərini açıqlayan bir neçə elmi məqalə də yazmış, sənətkarın bədii yaradıcılığını yüksək qiymətləndirə bilmişdir. Paşa Kərimovun sözünü etdiyimiz bu məqaləsində bir daha Sadiqin sənət adamlarına olan tövsiyələri, məsləhətləri, iradları, və s. də yer almasının şahidi oluruq, xüsusilə də onun rəssamlara olan məsləhətində daim təbiəti öyrənməyə, sosial məsuliyyət hissini itirməməyə, bədii-təsvir vasitələrindən yerli-yerində istifadə qaydalarına riayət etməyə çağırdığını görürük.

 

(Davamı var)

 

Babək Qurbanov,

fəlsəfə elmləri doktoru,

Türkiyə Qazıantep Universitetinin

professoru

 

Təzadlar.- 2012.- 31 mart.- S.14.