Qəbələ kəndləri
dünyanın ən qədim toponimləridir
"Qəbələdə
Odi (udin) kilsəsi zərdüştlərin ən qədim
dini ocağı və məbədidir. Məbədin
xristianlıqla heç bir bağlılığı yoxdur. Ən
azı ona görə ki, məbəddə asılan, oxunub dərk
olunmayan duasında iki dəfə "Baki" sözü
yazılıb.
Qəbələ
və İsmayıllı toponimləri haqqında "Bəşəriyyət
başlanğıcını haradan
götürmüşdür?" əsərində geniş
məlumat verdiyim üçün mövzuya təkrar
qayıtmıram.
Qabilə - Qiblə
- Qəblə (Qəbələ) tarixin ən qədim
sütünlarına söykənən bir toponim məkanıdır.
Bu baxımdan, Qəblə (Qəbələ) toponimlərini
adın mənasını ortaya qoymaqla məhz atəşpərəstlik
dövrünə Muğların məkanı kimi qeyd edilməsinə
görə istiqamətlənməlidir. Bu adların əksəriyyəti
məhz dini prizmadan yanaşılıb,
açılmalıdır. Belə ki, ilkin din ortaya
çıxmaqla, ilkin ideologiyi yaranmış və bu
ideologiyadan da toponimlər doğulmuşdur desək, heç də
yanılmarıq. Belə halda istiqamətlənək Qəblə-Qiblənin
toponimlərinə.
Bum kəndi
Bum 1-ci məna
ölkə deməkdir, ərəb və pars (fars) lüğətinə
görə (bax. ə.f. lüğ. səh. 78).
Bum - ölkə
mənası ilə özünün qədimliyini təsdiq
edir. Əgər o zamanlar ölkələr olsaydı, adi bir kənd
ölkə adını heç vaxt daşımazdı. Bu
toponim o, zamanlar dünya svilizasiya əlaqələrinin
olmamasından xəbər verir əlbəttə öz mənasına
görə.
Bum(ü)bər
- yer, ölkə, çöl (bax. ə.f. lüğ. səh.
78).
Demək,
adın mənası çöllükdə yaranan məkan
kimi, ilkin məkan kimi, ana məkan kimi kod işarəsini bizə
çatdırır.
Savalan kəndi
Əslində bu ad lüğəti mənaya
görə, Savalan deyil, Savadlan və ya Səvad, Sivadlan kimi
söz - ad mənalarına malikdir. Bu baxımdan, Savalan kimi yer
öz həqiqi mənasını göstərir.
Savad - ölkə, vilayət, Savadi - əzəm
ən böyük ölkə, ən böyük vilayət
(bax. ə.f. lüğ. səh. 531-543).
Demək, bu kənd də qədimliyi Bum
kəndi kimi özündə əks etdirən kənddir.
Nij (Nic)
Udin dediyimiz odilərin (oda sitayiş edən
atəşpərəstlərin) vətənidir Nic dediyimiz və
yazdığımız Nij kəndi. Qədim albanların, daha
doğrusu, Alban dövlətinin 26 tayfasından və ya 26 dildə
danışan ilkinlərindəndir. Nij və yaxud odilər.
Norveçlər də özlərini məhz bu adla Aser odilər
ölkəsi adlandırır (Bax. T.Heyerdalın əsərlərinə).
1) Nij(ad) - nəsil, nəsəb soy (bax. ə.f.
lüğ. səh. 478).
Sual olunur: kimin nəsli nəsəbi soyu?
2) Nəsəb - soy, nəsil (bax. ə.f.
lüğ. səh. 472).
3) Nəsib - əsil, nəcib, əsli-nəsəbi
olan (bax. ə.f. lüğ. səh. 473).
Nij qədim Parsilərin dilində olan
sözdür, farsların yox.
Parsi - zahidlər, abidlər (atəşpərəstlər)
ölkəsidir. Ona görə də bu adı və mənanı
daşıyır. Dünyanın əcdad, əsilzadə nəsillərinə,
əlbəttə, tarixin ilkin zamanına bağlanmaq şərti
ilə. Ona görə də avropalıların, rusların
himayəsi ilə tarixi saxtalaşdırma baxımından bu
yerləri ermənilərə bağlamaq istəyirlər. Qədim
odilər ilkin olaraq atəşpərəst kimi aya, ulduza
sitayiş etmişlər.
Fikrimizi təsdiq etmək üçün
udinlərin xristianlıqdan ayrı olması, ona bağlı
olmamasını sübut etmək üçün odilərin
(udinlərin) məhəllə adlarını
araşdırmaya istiqamətlənək.
Odin (Udin) məhəllələri
1)Kərimli - hörmətli adam, alicanab
şəxs mənasında (bax. ə.f. lüğ. səh. 284)
("Kərəmi" saz havasının adlarının,
guşələrinin mahityyətinə görə İbrahim
dininə bağlanır. Yəni Zərduşlara və
onların dininə).
2) Abdallı - yəni, dərvişlər
məhəlləsi. İlkin dərşvişlər və
zahidlər də məhz İbrahim dinindən
doğulmuşlar.
3) Pirçili - ocaq, pir olan yer, təriqət
başçısı olan yer mənasında (bax. ə.f.
lüğ. səh. 500).
4) Qoca bəhli - qiymətli, bəhrəli
yer (bax. ə.f. lüğ. səh. 57).
5) Dərə məhlə - dərə,
xırda çay, qışda da axan çay.
6) Fərimli - gəlir gətirən yer.
7) Ağ dəlləkli - dəllək, kisəçəkən,
kisəçi mənasında.
8) Malıbəyli - çox dolu, firavan yer
(bax. ə.f. lüğ. səh. 325).
9) Mahcılı - ay üzlü.
10) Falçılı - rifahlıq,
firanlıq (bax. ə.f. lüğ. səh. 667).
11) Dəlləkli - dəllək
dükanı olan yer (bax. ə.f. lüğ. səh. 142).
12) Cır məhlə - böyüklük
mənasında (bax. ə.f. lüğ. səh. 764).
Bəli, bu məhəllələr və
onların mənaları bu yerlərin əcdad yer
olmasını, atəşpərəstlərə məxsus,
muğlara parslara bağlanan toponimlər kimi öz təsdiqini
tapır. Nij kəndinin adının mənası heç də
Udinlərin öz lüğəti\lərində də yoxdur.
Bu ad öz mənası ilə 1920-30-cu illərə kimi
"Persitski slovar"da öz əksini tapır. Bu illərdən
sonra subyektiv şəkildə Parsi dəyişdirilib Farsi oldu.
Bununla da qədim əlifbamız tarixi ilə vəhdətdə
əlimizdən alındı. Dünya tarixinin əcdadını
məhz bu dildə və bu dili daşıyan ilkin nəsillər
olan arisaqilərin (arsak), tatarilərin (tatar - Allaha ilkin üz
tutanlar), muğların və parsilərin (atəşpərəstlərin)
tarixində axtarmaq lazımdır ki, bunların da bir qolu
arisaqilər olan odilərdir (udinlər).
Udinlərin öz lüğətində
belə, Udin sözü açılmır.
1) Nij - Nic mənası verilmir və ya
açıqlanmır.
2) Nijulu - nicli - nişees (jitel Nidja) (bax.
udin lüğəti Elm nəşriyyatı 974 səh. 181).
1) Udin - udi.
2) Udin muz - udin dili - udinskiy yazık (bax
Udin-Azərbaycan lüğəti səh 212).
Hər iki adın mənası
açıqlanmır. Deməli, adı udinlərə özləri
deyil, onlara parslar, muğlar tərəifndən verilən
adlardır. Bu mənalar ilkin olaraq ərəb və fars
luğətinə görə deyil, persilərin lüğətinə
görə təiyn edilir, araşdırılır.
Soltan Nuha (Nuxa)
Sual olunur: ilkin olaraq kimdir Soltan Nuha? Məgər
tarixi baxımdan Nuha (Şəki) və Soltan Nuha eyni mahiyyətə
və eyni tarixə bağlı adlar deyilmi? Dünyanın
başqa bir Nuhu varmı? Var isə, qoyulsun ortaya. Bəli, Nuha
(Şəki), Soltan Nuha Nuh p.ə. vətənidir desək,
heç də yanılmarıq. Bu çaşqınlıq və
təəccüb yaradan fikri sübut etmək
üçün iki folklor nümunəsinə istinad edək:
Çıxdım Baba dağına,
Baxdım Cənnət bağına.
Bənövşə calaq olub
Qızıl gül yarpağına.
Bəli, Cənnət bağı, Kəpəzdən
və Baba dağından görünən və şəninə
nəğmə söylənilən həmin bu ərazilərin
cənnət bağıdır. Çünki onun Cənnət
meyvələri vardır. Alma, armud, heyva, nar, gilənar,
üzüm, zeytun, ərik və b. məhz öz xüsusi bəşəri
keyfiyyəti ilə məhz bu bağdadır.
"Novruz dastanı"nda deyilir:
Əgər bu dünyada ömr etsən
yüz il,
Əlində təsbehin
düzülhadüzül.
Nuh da ömr eylədi min doqquz yüz il,
Sanasan ki, bir gün, bir axşam qaldı.
Və yaxud;
Hər dağlardan uca Nuhun
dağıdı,
çahar (dörd) ətraf tamam cənnət
bağıdı,
Tülək, tərlan, laçın
quş yığnağıdı,
Sonalar arzular güllərin, dağlar!
Bəli, sonuncu bənddə çahar ətraf,
yəni dörd tərəf cənnət bağıdır deyəndə,
Baba dağının (Həzrət baba) bir tərəfi Quba
meşələri, bir tərəfi Qəbələ-İsmayıllı
meşələri, bir tərəfi Nuha (Nuxa) şəki
meşələri, digər tərəf çuxuyryurd meşələri,
ətraf Qarabağ (Şuşa, Ağdam) və b. İncildə
"Adəm"in düşdüyü dörd Qoşa
çaydan biri Kür və Araz ətrafı cənnət
bağı, məhz dünyanın cənnət bağı bu
yerlərdir. Bunun digər bir adı isə Qarabağdır, yəni
əvəzi olmayan cənnət meyvələri ilə zəngin
olan müqəddəs bağ buradır, buradadır. Folklor
nümunələri isə bunları təsdiq edir.
Adəmin düşdüyü bağ,
Nuhun qayığının sonuncu dayanacağı (yeddi
gün, neçə saatdan sonra) dağ Baba dağı (Həzrət
baba), İbrahimin, Xızırın, İlyasın,
Xıdırın oylağı Qazılığ dağı,
qışda da, yazda da buzu ərimyən Qazılığ
dağı, əslində Qazıəlhəccət
dağı, yəni arzu istək, dilək dağı məhz
Baba dağıdır (Bax. "Dədə Qorqud"
dastanı). Nuhun tufanı Baki Bilgahından başlayıb, Quba
Bilgahında başa çatmışdır. Adın mənası
fikrimizi təsdiq edir. Bütün bunlar sübut edir ki,
svilizasiya üç mərhələsi ilə buradan
başlanmışdır (Adəmin düşdüyü
bağ, Nuhun tufanının sona çatdığı
dağ, sonda İbrahimin şeytana Daş atdığı
dağ).
Əlbəttə, bunlar haqqında əsərlərimdə
ətraflı məlumat vermişəm. Nümunə kimi İbrahim
p.ə. oda atılmasını özündə əks etdirən
bir xalq mahnısını nümunə olaraq oxuculara təqdim
edirəm.
"Nar atdılar" xalq mahnısı.
Nar atdılar, Yar hey!!! (Yar Allaha işarədir)
Sərinən, sovqatınan oyatdılar, Yar
hey!!!
Baxın, bu beyt nələrdən, nə mənalardan
xəbər verir.
1) Nar - burada od (cəhənnəm odu) mənasındadır.
2) Yar - Allaha olan işarədir.
3) Sər - baş deməkdir.
4) Sovqat - eşq məhəbbət, 2-ci məna
qaralıq, səpmə.
İndi isə bu sözlər
üstündə qurulan mahnını təhlil edək.
Nar atdılar, Yar hey!!!
Nar - od, atəş, qəm. İşarə
İbrahimədir ki, onun üstünə bütpərəst
odlu şəkildə gəlirlər, ona hücum edirlər.
Yar hey, nalə çəkir,
qışqırır, Allaha xəbərdarlıq etmək
üçün.
Sərinən, sovqatnan oyatdılar, Yar
hey!!!
Demək, onu yatdığı yerdə
yaxalayıb bütpərəstlər. Sər - inən -
baş, kəllə, təpə, 2-ci məna
başçı, rəis, 4-cü məna son, nəhayət;
5-ci məna həyat, varlıq, can. Lüğəti sözlər
sanki ardıcıllıqla dil açıb olmuş hadisəni
canlı, inandırıcı şəkildə təsvir edir.
İndi isə lüğəti sözləri
sistemləşdirməklə mənanı,
mahınının qayəsini üzə çıxaraq.
3-cü məna başçı, rəis-bütpərəstlərin
rəisi onun ölümünə fərman verib.
İcraçılar İbrahimin üstünə gəlməklə,
əmri icra edirlər.
1-ci məna - baş, kəllə - onun
başına, təpəsinə döyürlər, təbii
ki, yumruq, şillə və təpiklə. Artıq İbrahim
ayaqlar altına salınıb vəhşicəsinə
döyülür. Ancaq fikrindən dönmür, Yar hey!!! - deməklə
Rəbbini xəbərdar etmək istəyir və onu
çağırır.
4-cü məna - son, nəhayət. Onun
ölümünə nail olmaq istəyir, ölümlə nəticələnəcək
cəzalar verirlər, döyürlər İbrahimi.
5-ci məna - həyat, varlıq, can - onun
ölümünü istəiyrlər. Heç kimdən
kömək yoxdur, hətta atalığı (əmisi) Azər
başda olmaqla. Ona görə ki, bu din
başçısının əmridir, ona qarşı
çıxmaq qeyri-mümkündür.
Sovqatınan oyatdılar, Yar hey!!!
Sovqat - eşq məhəbbəti; həvəs,
arzu, istək.
Onun eşqinin, məhəbbətinin,
arzusunun bütpərəstlik dininə qarşı
olmasını bildirərək döyürlər.
Onların dinini təhqir etdiyi
üçün "cəzan budur" deyirlər.
2-ci Sovqat qaralıq, səpmə. Yəni
"sən ölümə məhkumsan" deyirlər.
Sovqatzadə - onun aşiqliyinə,
vurğunluğuna, dəlicəsinə vurğunluğuna, dəli,
ağlını itirmiş damğası ilə onun
üstünə hücum çəkirlər.
Sovqənd - and içmək. Onu tövbə
etməyə çağırırlar. Bütlərə
sitayiş edib, and içməyə məcbur edirlər.
Ay bu dağda ceyran gəzər,
Nar atdılar, Yar hey!!!
Mənası: "bunlar müqəddəsliyə
od atırlar, onu yandırmaq istəyirlər. Ceyran burada
müqəddəsliyə işarədir (Avestada Ahu Məaza
işarədir). Onlar bu müqəddəsliyə qarşı
çıxmaqla cəhənnəm odunda yanacaqlar (Nar
sözünün bir mənası cəhənnəm odu deməkdir).
Ay Yarından ayrı düşən,
Nar atdılar, Yar hey!!!
Məni "Yar"ımdan (Yar onun Rəbbi
mənasındadır) ayırmaq istəyirlər. Onların
bütlərinə sitayiş etməyə məcbur edirlər.
Mən "Yar"ımdan heç vaxt ayrı ola bilmərəm,
bu mümkün deyildir, öldürsəniz də mümkün
deyildir.
Sərinən Sovqatınan oyatdılar, hey
Yar!!!
Bu mahnı sırf İbrahimin həyatının
bir anını, acı taleyinin təsviridir ki, mahnını
yazan sanki onunla bu acı taleyi yaşadığını qeyd
edir.
Bir neçə xalq mahnısı bu kədərli
səhnələri çox qabarıq, mənalı tərzdə
özündə əks etdirir. Bütün bunlar tarixən Azərbaycan
xalqının nə qədər güclü fəlsəfi təfəkkürə
malik olmasını özündə əks etdirir. Zamanında
aşıqların ən çox sevdiyi, sevə-sevə ifa
etdikləri mahnılar olub bunlar. Sadəcə, iki yüz illik əsarət
(1828-1990) bizi-bizdən ayırmaqla, ana fəlsəfəmizdən
bizi uzaqlaşdırıb.
Bəli, bunlar Nuha və Soltan Nuha adına,
onun mənasına, toponiminə yaxın bağlanan
mahnılardır.
Sultan-hökmdar, padşah (bax. ə.f.
lüğ. səh 572).
Bəli, dünyanın ilk Sultanı məhz
Nuh olub.
Nöh (Nuh) doqquz; 2-ci məna qədim
astronomiyaya görə, göyün doqquzuncu qatı.
Demək, Nöh (Nuh) ərşi fələklə,
yəni 7-8-9-cu qatda oturan Allah dərgahına bağlanan adam mənasında
(bax. ə.f. lüğ. səh 485).
1) Yeddi - göyün yeddi qatı.
2) Səkkiz - Mələklər olan göy
qatı.
3) Doqquz - ərşi fələk,
Allahın dərgahı mahiyyətləridir.
(Davamı var)
Şakir
Qabıssanlı
Təzadlar.-
2012.- 22 may.- S.13