"Mənim üçün
ən önəmlisi öz ölkəmin dünyada təbliğidir"
Nuridə Atəşi: "Bütün şərq
dünyasının milli bayramı olan Novruz bayramının
Amazonların bizə birbaşa mirası olaraq, dünya mədəni
irsinə aid olan
Qobustanı dünyada amazonların ilk və yeganə mağarası, zağası
kimi dünyaya sübut etmək Azərbaycanın adına, əlbəttə,
çox böyük
şöhrət gətirər"
Almaniyada yaşayan azərbaycanlı şairə-tədqiqatçı
Nuridə Atəşinin "Təzadlar"a müsahibəsi
- Nuridə xanım, bugünkü
almanlar Azərbaycanı necə təsəvvür edir?
- Bu gün alman
insanı Azərbaycanı cənubi Qafqazda
ən böyük inkişaf
edən bir ölkə kimi
təsəvvür edir, eyni
zamanda bütün
çatışmazlıqları da görür.
- Almaniyada XIX əsrdə Azərbaycanda alman koloniyalarının yaranması
haqqında da informasiyalar
varmı?
- Bəli, var. Elə bu il Azərbaycanda alman mədəniyyət
həftələri tədbirləri çərçivəsində
bu barədə tədbirlər keçirildi. Azərbaycanda olan
Almaniya səfirliyi bu
barədə xeyli işlər görmüşdür. Lakin
özümüzün
apardığımız tədqiqatlar nəticəsində aşkar etdik ki, məhz son əsrdə
Azərbaycanda çoxlu arxeoloji
tapıntılar əldə edilmişdir.
Maraqlı burasındadır ki, bu qiymətli tapıntılar ilk
dəfə alman arxeoloqu,
Xanlar koloniyasında yaşayan
Jakob Hummelin adı ilə
bağlıdır. Y.Hummel 1935-1938-ci illərdə Xanlar və
Gəncəçay ətrafında çoxlu
sayda arxeoloji
qazıntılar aparmış və çoxlu
dəyərli tapıntılar əldə etmişdir.
1940-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən
nəşr edilmiş Y.Hummelin
"Arxeologiya oçerkləri"
kitabına akademiyanın redaksiya heyəti
tərəfindən yazılmış ön
sözündə deyilir: "Sbornik rabot Y.İ.Qummela
əvləetsə pervım bolşım svodom
arxeoloqiçeçkiy rabot
v Azerbaydjane dayöhim üennıy material
istorikam, izuçaöhim
drevnöö istoriö
Azerbaydjanskoy SSR".
Hummelin aşkara
çıxardığı arxeoloji
tapıntılar, təəssüflər olsun
ki, indiyə qədər muzeylərin bir küncündə qalmış,
kataloqlaşdırılmamış, bəziləri isə hətta
Berlin muzeylərinə gəlib
çıxmışdır.
Mən
Y.Hummelin arxeologiyasını toplayıb ortaya çıxarmaq, ayrıca kataloq və ya sərgi yaratmaq, alman arxeoloqunun böyük əməyini
əbədiləşdirmək və bu
proyektə dəstək olmaq haqqında
artıq Almaniyanın bir çox
rəsmi orqanlarına, Azərbaycan Milli
Elmlər Akademiyasına, Arxeologiya və Etnoqrafiya İnstitutuna məktubla müraciət etmişəm.
Bu barədə isə almanlar,
demək olar ki, xəbərsiz
idilər.
- Siz 15 ilə yaxındır ki,
Qafqaz Amazonlarını tədqiq edirsiniz. Tarixi roman yazmağı, tarixi film çəkməyi, Amazonlar
Muzeyi açmaq məsələlərini qaldırırsınız. Dünyada yunan
qadınları kimi qəbul olunmuş Amazonları, necə deyərlər,
mifalogiyadan çıxarıb Qafqazın,
Azərbaycanın tarixinə salmaq
iddiasına qalxırsınız. Sizcə, Amazonlarla
bağlı tədqiqatınız Azərbaycanın dünyada tanınmasına xidmət edə biləcəkmi?
- Bilirsiniz, mövzu çox maraqlıdır, yenidir.
Qafqaza olan beynəlxalq
maraq hazırda çox
böyükdür. Dünyanın nəzərlərini
bununla Azərbaycana yönəltmək mümkündür. Mənim əlimdə
Amazonların Qafqazda, Azərbaycanda,
xüsusilə, Qarabağda
yaşadıqlarını dünyaya sübut edə biləcək minlərlə tarixi, arxeoloji, elmi faktlarım var. Bu, çox önəmli bir məsələdir. Mən Azərbaycanda Amazonlar Muzeyinin
yaradılması təklifini artıq yazılı olaraq vermişəm. Amazonlar
haqqında tarixi bir filmin çəkilməsi, sərgi və beynəlxalq
bir elmi konfransın
keçirilməsi çox zəruridir. Bütün
şərq dünyasının milli
bayramı olan Novruz
bayramının Amazonların bizə birbaşa
mirası olaraq, dünya
mədəni irsinə aid olan
Qobustanı dünyada amazonların ilk və yeganə mağarası,
zağası kimi dünyaya
sübut etmək Azərbaycanın
adına, əlbəttə, çox böyük şöhrət gətirər.
Bu həm də dünya
turizmini Azərbaycana çəkmək
baxımından ölkəyə xeyir gətirər.
Bu proyektin dünya mədəniyyəti,
tarixi üçün
də əhəmiyyəti çox böyükdür, ona
görə də mən bir çox Avropa
televiziyaları, rejissorları tərəfindən çox maraqlı təkliflər alıram. Mənim
üçün ən önəmlisi öz ölkəmin dünyada
təbliğidir, buna görə də hələlik
heç bir qərar
vermirəm. Yalnız tədqiqatımı davam
etdirirəm. Dünyaya
çıxarılacaq filmin, əsərin
məsulliyyəti də çox böyükdür.
- Sizcə, bu proyektinizi
reallaşdıra biləcəksinizmi?
- Təəssüflər olsun ki, beton
beyinlər hər zaman və hər yerdə var. Onlara əhəmiyyət vermək
lazım deyil. Yaxşı ki,
bu beton kafalar xalqın mədəniyyətində,
tarixində yalnız qonaq olurlar.
Mən isə ev sahibiyəm. Buna görə də ev sahibi olaraq öz
məsuliyyətlərim və borclarım var
xalqımın qarşısında. Və yalnız bu borclarımı, vəzifələrimi yerinə
yetirməyə çalışıram. Mümkün
qədər peşəkar, ciddi və əzmkar.
Mənim işim yazmaqdır, gücüm çatanları təkbaşına
həyata keçirirəm, çatmayanları isə yazıb
qoyuram, gələcək nəsillər həyata
keçirəcək, buna əminəm.
- Nuridə
xanım dəyərli vaxtınızı bizə
ayırıb suallarımızı
cavablandırdığınıza görə sizə təşəkkürümüzü
bildiririk və gələcək işlərinizdə
uğurlar azru edirik.
- İnanın ki, mənə çox böyük zövq oldu sizinlə söhbətləşmək. Bütün oxucularımıza
salamlarımı yetirirəm.
Elnur Eltürk
Təzadlar.- 2012.- 22 may.-
S.12.