Qəbələ və
İsmayıllı kəndlərinin toponimləri
"Qəbələdə
Odi (udin) kilsəsi zərdüştlərin ən qədim
dini ocağı və məbədidir. Məbədin
xristianlıqla heç bir bağlılığı yoxdur. Ən
azı ona görə ki, məbəddə asılan, oxunub dərk
olunmayan duasında iki dəfə "Baki" sözü
yazılıb.
(Əvvəli
dünənki sayda)
Vəndam
1) Dam - tor,
cələ, tələ.
2) Dam - ev heyvanı, heyvan; ev quşu.
3) Damü dəd - ev, çöl
heyvanları, heyvanat, bütün heyvanlar (bax. ə.f.
lüğ. səh 136).
Dam sözü müxtəlif forma və mənaları
ilə ilkin heyvandarlığa, çöl heyvanlarının
ilkin əhlilləşdirilməsinə işarə verən
sözlərdir.
Bu baxımdan, "Vəndam" əslində
"Əvandam" olmalıdır, yəni ilkin
oturaqlığa keçən məkan.
Vəndam - ikinci mənası ilə; Dam(ən)
söz mahiyyətinə görə dağətəyi olan yer
mənasındadır.
Dam(ən) - ətək; Dameniyi-guh - dağ
ətəyi (bax. ə.f. lüğ. səh 136). ümumi məna
dağətyi olan məkan mənasındadır. 2-ci məna
daha uyğun gəlir.
Həzrə
Əslində bu yerin adı Həzrə
deyil, "Həzər" olmalıdır.
Həzər - oturaq, həayta keçənlər,
ilkin olaraq (bax. ə.f. lüğ. səh 718).
Bu isə Qəblənin (qəbələ)
qədim tarixi ilə üst-üstə düşür.
Bünut (Bunut)
Bunut kəndi bu adı daşısa da, onun
düzgün vurğusu Bün)ut) olmalıdır.
1) Bün - bünövrə, təməl.
2) Bün(yad) özül, kök, əsas,
bina təməl (bax. ə.f. lüğ. səh 81).
ümumi məna qədim məkan mənasındadır.
Tul-tül
1) Tul - göy.
2) Tül - doğan, günəş (bax. ə.f.
lüğ. səh 653-654).
ümumi məna göy, günəş
altında doğulan ilkin məkan, yer mənasında.
Duzaxlı
(Dizaxlı)
Duz - yandıran, yandırıcı (bax. ə.f.
lüğ. səh 157).
ümumi məna günəş
yandıran, isti olan yer.
Böyük Dirilli
Dir - gec, vaxtı keçmiş (bax. ə.f.
lüğ. səh 156).
Dirilli - böyük, qədim məkan mənasında.
Qədim adlar sırasına malik olan kənddir, məkandır.
Şamlı
Şamlı adı demək olar ki,
Şirvanın bütün bölgələrdə vardır.
Dünyanın ən qədim, mən deyərdim ki, ilkin
toponimidir Şamlı. Şamlı adı müxtəlif məna
və mahiyyətlərdə təzahür edir. Şamlı
qışlağı, Şamlı kəndi, Şamlı
tayfası, Şamlı məhəlləsi və b. forma və
məzmunllarda müxtəlif rayon və bölgələrdə
mövcuddur. Bunların da kökü atəşpərəstlərə
və atəşpərəstlərin Günəşə
sitayiş etməsinə bağlanır. Şamlı
adının Suriyaya heç bir bağlılığı
yoxdur, əksinə, Suriya Şamının buraya
bağlılığı ola bilər və vardır
Ümumi məna Günəşə beyyət
edənlər məkanı mənasındadır.
Tola
Əslində bu yeri Tola yox, Tohilə
olmalıdır. Toh təhi adı ilə vəhdətdə
götürülür.
Toh - təh - dib, aşağı tərəf
mənasındadır (bax. ə.f. lüğ. səh 638-653).
Abrix
Əslində Abrix deyil "Abirix"
olmalıdır.
Abi - sulu, suya aid olan (bax. ə.f.
lüğ. səh 8).
Ümumi məna axar suları çox olan
yer.
Mixi Qoval
Mixi - qədim pars əlifbası (Fars).
Qovalı da bura bağlayanda, heç bir məna
yerində oturmur. Əslində bu yerin adı Mix deyil,
Müğ olmalıdır.
Müğ - atəşpərəst.
Qövm - bir nəslə aid olan.
Ümumi məna Müğ nəslinə mənsub
qədim məkan, mənasında daha uyğun gəlir.
Laza
Əslində bu yerin adı Laza deyil, Ləza
olmalıdır. Qədim adlar sırasına daxildir.
1) ləza (ləzalik) - xoşa gələnlər.
2) ləzza(t) - ləzzətlər, dadlar
(bax. ə.f. lüğ. səh 314).
Ümumi məna xoş niyyətli insanlar
olan yer, gözəl yer mənasındadır.
Duruca
Dur - uzaq.
Dur (əndiş - uzağı
düşünən, hər şeyi əvvəlcədən
düşünən.
Ca - isə məkan mənasındadır
(bax. ə.f. lüğ. səh 747)
1-ci məna - uzaq, ucqar məkan, yer.
2-ci məna - ağıllı,
düşüncəli insanları olan məkan.
Küşnət
Əslində Küşnət deyil,
Kişnət olmalıdır bu yerin adı.
1) Kişt - əkin.
2) Kişt (var) - əkin yeri, tarla.
Ümumi məna əkin yeri olan məkan.
Çarxana
Çar - dörd mənasında,
heyvandarlığa olan işarədir.
Xanə - ev, xana (bax. ə.f. lüğ. səh
684).
ümumi məna heyvandarlığa bağlı
məkan mənasındadır.
Həmilı
Bəyənilmiş yer mənasında, zəhmətə
bağlı məkan.
Həmli - yüklü, yükü olan
yüklənmiş.
Mirzəbəyli
Mir - (ərəbcə əmir
sözünün ixtisarı) rəis, başçı, rəhbər
(dini) (bax. ə.f. lüğ. səh 389).
Əmir - rəhbər mənasında.
ümumi məna seyidlər olan məkan.
Dini etiqadı güclü olan məkan.
Zalam
Əslində bu yer Zalam deyid, Zəlam
olmalıdır.
Zəlam - qaranlıq, zülmət mənasında
(bax. ə.f.l səh. 212)
Təbii ki, sıx meşəlik
örtüyü olan yer, məkan mənasındadır.
Porbağ
Əslində bu yer Porbağ deyi,
Pürbağ olmalıdır.
Pür - dolu, dolğun, çox (bax. ə.f.
lüğ. səh 503).
Yəni sıx, meyvəsi bol olan bağ məkan.
Uludaş
Ula - ilk, ilkin, birinci (bax. ə.f.
lüğ. səh 656).
Təbii ki, dünyanın ilkin müqəddəs
daşına istiqamətlənən məkan mənasındadır.
Yemişənli
Əslində bu yerin adı Yemişənli
deyil, Yəmişənli olmalıdır. Yəni müqəddəs
and yeri olan məkan mənasında.
Yəmin - and, and yeri (bax. ə.f.
lüğ. səh 270).
Qəbələnin yazmadığım kəndləri
isə qədimlikdən sonrakı dövrlərə aid
olduğu üçün onları təhlil etməyə
lüzum bilmədim. 2-ci bir tərəfdən, hər bir kəs
bu adların haraya, nəyə istiqamətlənməsi özləri
də aydınlaşdıra bilər.
İsmayıllı kəndləri
Gülyan
1) Gül(buy) - gül qoxulu, ətirli.
2) Gülbün - gül ağacı,
qızılgül ağacı (bax. ə.f. lüğ. səh
305).
Gülqoxulu məkan məkasında olan
addır.
Talıssan
Əslində Təlissan olmalıdır, Təl(avət)
gözəllik gözəşirin.
Gözəllik, gözəl yer mənasında.
Xanəyə
(Xanagah)
Əslində bu yerin adı Xənəyə
deyil, Xanəgah olmalıdır. Xanəgah, dərvişlərin
yaşadıqları və ibadət etdikləri yer; təkyə
(bax. ə.f. lüğ. səh 684). Mərəzədə də
Pirxənəyə adlı ocaq var ki, əslində bu da Pirxanəgah
olmalıdır.
Xanəvadə - nəsil soy, yəni qədim
dövrə məxsus lüğəti terminlər mənası
bu yerin qədimliyinə və ziyarət məkanı
olmasına işarə verir.
Quba Xəlilli
Qubalı, Quba, Qubaxəlili adları istər
lüğəti terminlərə görə, istərsə də
dastanlara görə istər-istəməz İbrahim peyğəmbərə
bağlanan adlardır. Yəni ilkin dünya dininə, zərduşlara
və zərduşların dininə bağlanan addır.
Quba və Xəlilli ayrı-ayrı adlar
olsa da, məna etibari ilə bir-birinə bağlanan
adlardır.
Qüva (Quba) - qüvvətin cəmi,
qüvvətlər (bax. ə.f. lüğ. səh 130).
Mənim araşdırmama görə və
bu araşdırmadan doğulan yəqinliyə görə,
Allah ilk dəfə dua edən, əllərini ona tərəfə
qaldıran məhz Qəblə (Qəbələ) Qiblə,
İsmayılı (Gərdman) və Qüva (Quba) olmuşdur.
Buna görə də bu "Quba" deyil, "Qüva"
olmalıdır. Yəni qüvvət mənbəyi. Bu mənbənin
özünün mənbəyi isə "Baba"
dağı, "Qazılıq dağı" (arzu, dilək
dağı), "Həzrət baba" dağıdır. Həmin
dağ ki, onun on dörd km. hündürlüyündə
şeytana daş atılır. Şeytana daşı isə
dünyada ilk dəfə atan min illər qabaq İbrahim p.ə.
və onun oğlu İsmayıl p.ə. olmuşdur. Bax, buradan
doğulub Qüva (Quba) Xəlilli adı. Xəlil isə
İbrahim-Xəlilə bağlıdır. Quba Xəlilli
adı çox rayonlarda, çox yerlərdə vardır
("Kərəmi" havasının bir qolu da məhz
"Quba Kərəmi"dir ki, alicənab mənasında məhz
İbrahimə bağlıdır). Qüva Kərəmi, yəni
qüvvətli, qüvvət alan Kərəm. Tarixin ana
kodları açılmadığı üçün bunlar
araşdırılıb ortaya qoyulmuşdur.
Buynuz kəndi
1) Buy - iy, qoxu, ətirli (bax. ə.f.
lüğ. səh 78).
2) Nuz - ürək açan, şadlanan
(bax. ə.f. lüğ. səh 452).
Demək, ətir saçan, gül qoxulu,
ürək açan məkan mənasında öz təsdiqini
tapır.
Qalacıq (Qalacığ) kəndi
Qala - dedi mənasında.
Cıq - şan-şöhrət mənasında.
Ümumi məna adlı-şanlı,
şöhrətli məkan mənasında.
Müci kəndi
Müc (təba) - seçilmiş, bəyənilmiş
(bax. ə.f. lüğ. səh 452).
Gözəl məkan mənasını
daşıyır.
Kəlfərəc
kəndi
İki sözün birləşməsindən
və iki məna daşıyan kənddir bu kəndin adı.
1) Kəlim(üllah) -Allaha bağlı
insanlar məkanı.
2) Fərəc
-sevin, təsəlli, təskin, əyləncə (bax. ə.f.
lüğ. səh 669).
Ümumi məna Allaha bağlı, diin
ayinlərə bağlı, sevinc kədəri qovan ziyarət
məkanı.
Qələyə
kəndi
Biçin olan yer. Heyvandarlıqla
bağlı məkan.
Şəbyan kəndi
Şəb - cəmaat, qəbilə, tayfa.
Tanınmış, tarixə bağlı tayfa adına
bağlı məkan.
Bizlan kəndi
Əslində bu ad "Bizlan" deyil,
"Bislan" kəndi olmalıdır.
Bis(yar) - çox-çox (bax. ə.f.
lüğ. səh 73).
Bilstan
Bil işarə mənasınja, san isə
şan-şöhrət mənasındadır. Demək, kəndin
adı hansısa müqəddəsliyə bağlı
işarə verən addır.
Balik
Bal
-könül, xatir, qəlb ürək (bax. ə.f.
lüğ. səh 34).
ümumi məna - ürək oxşayan, qəlb
sevən, istəkli məkan.
Zərnağa
Zərnağa müxtəlif formalı,
lakin eyni mahiyyətə bağlanan addır.
Zər - tarla, toxum səpmə, əkmə,
əkilmə; 2-ci məna - əkilmiş əkin mənasındadır
(bax. ə.f. lüğ. səh 215).
Nəğ(z) - gözəl, xoş, lətif,
yaxşı (bax. ə.f. lüğ. səh 468).
ümumi məna - münbit torpaq, əkin
üçün yararlı məkan.
Həftəso
Həft - yeddi.
So(vmə) - ibadətgah, ibadət yeri, ibadət
guşəsi, hücrə.
Həftə - yeddi asimana bağlanan məkan
kimi özünü əks etdirir ki, bu işarə birbaşa
qədim Gərdman (Girdman) dövləti və onun dini mahiyyətinə
bağlanır.
So(vmə) - ibadətgah yeri, ibadət
guşəsi (bax. ə.f. lüğ. səh. 571).
Deməli, müqəddəs ziyarətgah
bağlanan müqəddəs torpaq müqəddəs yer.
Gəndo
1) Gənd(üm) - buğda.
2) Gəndümxal - buğda dənəsinə
bənzər xalı olan (gözəl) (bax. ə.f.
lüğ. səh. 298).
Ümumi məna - böyük buğda dənələri,
zəmiləri olan məkan, 2-ci variant gözəllik məkanı.
Qara qaya
Qara dağ və ya Qara qaya müxtəlif
formalı, eyni mahiyyətli addır.
Qaradağ (Qaraqaya) ilk dəfə
yazılı ədəbiyyatda "Dədə Qorqud"
dastanında rast gəlmək olar. Demək olar ki, türk
dünyasının bütün ölkələrində
Qaradağ (Qaraqaya) adına rast gəlmək olar. Bu da əsasən
Qara böyük mənasında hündürlüyə yox,
onun müqəddəsliyə bağlanmasına istiqamətlənməlidir.
Hər bir rayonun özünün Qara dağı vardır ki,
bu da ziyarətgaha bağlanır. Bu baxımdan,
İsmayıllının Qara qaya kəndi də müqəddəsliyə
bağlanan yer, məkan kimi qəbul edilməlidir.
Ürşan
Ürf - yaxşılıq, xeyirlik, xeyr
(bax. ə.f. lüğ. Səh. 660).
Xeyirli, bərəkətli xoş
insanları olan yer.
Üstal
1) Üss - kök, təməl, özəl;
2) əsl, bünövrə (bax. ə.f. lüğ. səh
661).
2) Taə(l) - itaət edən (bax. ə.f.
lüğ. səh. 581).
Bu kənd demək olar ki, atəşpərəstlərin,
zərdüştlərin ilkin təməl kəndlərindəndir.
İbrahim dininə ilkin itaət edənlərdəndir.
İsmayıllı və Qəbələdə müxtəlif
adlarda bu mahiyyətə bağlanan kəndlar vardır ki,
onları tapdıqca, yazdıqca bu mahiyyət öz doğruluğunu
təsdiq edəcək.
Tir can
1) Tir 3-cü məna - igid (bax. ə.f.
lüğ. səh. 649).
2) Can - qəlb, ruh, ürək.
Ümumi məna igid ürəkli insanlar
olan məkan. 2-ci məna - Tir ulduzlara bağlanan mənasındadır
ki, bu da atəşpərəstliyə bağlanır. Yəni
ilkin ulduza, göyə, asimana bağlanan məkan mənasını
verir.
Tir - Merkuri planeti. Göy üzündə
axan kimi görünən od parçası (bax. ə.f.
lüğ. səh. 649).
Su mağallı
Su - tərəf mənasında (bax. ə.f.
lüğ. səh. 571).
Muğ-Müğ-Mağ - atəşpərəstlər.
Zərduşt dininə mənsub olan. Yol göstərən,
öndə gedən (bax. ə.f. lüğ. səh. 405).
Bu adlar kəndin qədimliyindən xəbər
verir.
Su - mağ mənasında mağlara,
muğlara bağlı, onlardan miras qalan ad kimi öz təsdiqini
tapır. Təbii ki, qədim zərdüştlərin adət-ənənələrini
özündə saxlayır.
Xalçaların növündən olan
"Sumağ" da bu mahiyyətə bağlıdır.
Vərnə
(Varna)
Vərnə - mömünlər, dindarlar
olan yer mənasındadır ki, bu adda qədim atəşpərəstliyə
bağlanır. ümumiyyətlə, İsmayıllı və
onun kəndlərinin əksəriyyəti atəşpərəstliyə,
ondan doğulan atəşpərəsliylə vəhdətdə
olan qədim adlardır.
Ən azı ona görə ki, oralar Gərdman
(Girdman) dövlətinə bağlıdır.
1) Gərd - dolanan fələk.
2) Mani - zərdüştlər.
2-ci bir tərəfdən, bu yerlər
gözəllik və müqəddəs torpaqlar məkanları
sayılıb, əlbəttə, zamanında.
Vər - 3-cü məna - mömün,
dindar olma (bax. ə.f. lüğ. səh. 91).
Bəsqal (Basqal)
Bəsqal (Basqal) çox mənalı
sözlər mahiyyətinə bağlı addır. Dilimizdə
Basqal kimi səslənsə də, lüğəti mənası
ilə "Bəsqal" formasında yazılır. Ad iki
sözlə bağlıdır. 1-ci - "Bəs", 2-ci -
"Qall" sözlər tərkibinə malikdir.
1) Bəs - göndərmə, yollama. 2)
Dirilmə, oyanma 3-cü məna - səbəb olma (bax. ə.f.
lüğ. səh. 56).
2) Bəs(a) - çox xeyirli.
1) Qall - söz danışıq; hay
küy səbəb olma.
2) Qall - əritmə (metalı) (bax. ə.f.
lüğ. səh. 103).
1-ci məna - Bəs - göndərmə,
yollama, dirltmə oyanma.
Dinə bağlanan məvhumdur. Söhbət,
əlbəttə, dünyanın ilk dinindən, İbrahim
dinindən gedir. Azı ona görə ki, onun yanında
"Lahhəc" (lahıc) durur. Baba dağı, Həzrət
baba, Nuh dağı, Nuh baba durur. (Həzrət baba bu adları
özündə cəmləşdirir, əlbəttə, yerli
camaatın dilində, deyimində).
Göndərmə, dirilmə, oyanma,
bütpərəstlikdən uzaqlaşıb, təkallahlığa
qayıtmadır.
2 - Qal isə söz danışıq, hay
küyə səbəb olma isə bu dinin zühuruna
bağlanır.
2-ci məna isə Bəs(a) - çox xeyirli.
Qall isə metal əritmə, mənası
ilə, dəmirçiliyin ilkin, oyanma mənası ilə bu məkana
bağlılığını özündə əks
etdirir.
Ümumi məna isə svilizasiyanın
başlanğıc mənasını "Bəsqal"
adı ilə özündə cəmləşdirir.
Gideyli kəndi
Əslində bu kəndin adı Gideyli
deyil, "Girdeyli" olmalıdır. Əhalisi əkinçilik
və heyvandarlıqla məşğul olmuşdur.
Gird - çevrə, dönmə, dolanma
(bax. ə.f. lüğ. səh. 301).
Yəqin ki, meşəliklə
bağlı olan yerdir.
Kürdmaşı
Əslində bu kəndin adı
Kürdmaşı deyil, Kürd-Mahvəşi olmalıdır.
Mahvəş - ay kimi, gözəl (bax. ə.f.
lüğ. səh 328).
Kür(d) - vilayət, ölkə.
Atəşpərəstliyə bağlanan
ad, ay kimi, gözəl mənasında isə Aya, ulduza
sitayiş edən ilkin məkan saymaq olar.
Kürdü
Kürdü kəndi çox mənalara
bağlana bilən addır.
1) Kür(bə) - kədər, qüssə
doğuran yer, yəni dini ocaq olan yer.
Kür(ə) - yeraltı su yatağı
olan yer mənasında.
3-cü məna palçıqdan düzəldilən
ocağ (bax. ə.f. lüğ. səh 295).
Ümumi məna, kədər-qüssə
doğuran və palçıqdan düzəldilən ocaq, od mənası
ilə dinə müqəddsliyə bağlanan məkan kimi
öz təsdiqini tapır.
Kür(ə) - yeraltı su yatağı
olan yer mənasınını da özündə əks
etdirir.
İsmayıllı deyimlərinə
görə, İsmayıllının göllərindən
birinə düşən çoban çomağı bir
neçə aydan sonra Kürdəmirdə su
yataqlarının birindən tapılmışdır.
ümumiyyətlə, Qabıssanın ərazisi zəngin su
yataqları ilə (söhbət yeraltı su yataqlarından
gedir) zəngindir. Neft yataqları, vulkan məskənləri ilə
vəhdətdə yeraltı su yataqları ilə də zəngindir
bu yerlər. Təbii ki, bu da toponimlərdə
özünü büruzə verməyə bilməz. ümumiyyətlə,
bu yerlərin toponimləri dünənin, bu günün deyil,
qədim atəşpərəstlərdən bizə miras qalan
dini, mifoloji toponimlərdir. Qədim Pars dilindən (atəşpərst,
zahidlər, abidlər ölkəsinə qədim zamanlardan
Parsi adı verilmişdir) doğulan adlardır. Təəsüflər
olsun ki, 1920-30-cu illərdə Pars dili Fars dili ilə əvəz
olunmuşdur (süni yolla), toponimlərin də əsl mahiyyəti
kölgədə qalmaqla tamam başqa istiqamətə yönəlmişdir.
Diqqət yetirsəniz, toponimlərin tədqiqatı yerli alimlərə
nisbətən, qeyri-yerli alimlərə istinadən
yazılmışdır. Misal üçün, Qəbələ,
Şamaxı adları məhz Ptolomeyə, Strabona istinadən
istər tarixi baxımdan, istərsə də toponim
baxımdan təhlil edilmişdir (Misal üçün, bizim
alimlər 2011-ci ildə Şamaxının tarixinə
bağlı konfrans keçirmiş, Ptolomeyin tarixi
baxışlarına görə ona iki min yaş vermişlər.
Halbuki Şamaxının alt təbəqlərində səkkiz
Şamaxı yatır desək, heç də
yanılmarıq).
Lahıc
Əslində bu yerin həqiqi toponimii
Lahıc deyil, Lahhəc olmalıdır.
Lah (at) - ilahiyyət.
Lah(utmənzər) - ilahi görünüşlü,
nurani görkəmli, gözəl mənzərəli (bax. ə.f.
lüğ. səh 312).
Həc isə hacılıq mənasındadır.
Dünyanın ilkin hacılıq məkanıdır
lahəc (lahıc).
Baba
dağının ətəkləri. çox gö
zəl füsunkar, pak-pakizə yer. Ən qədim
məkandır lahəc.
"Dədə Qorqud" dastanına görə,
əlbəttə, digər tədqiqata görə, Əraf
dağı məhz Baba dağı olmuşdur, qədim
zamanlara görə. Qədim Kəbə (Beytüllətiq) məhz
bura olmuşdur.
Əraf
Yüksək yer. 2-ci məna - dini rəvayətə
görə, cənnət-cəhənnəm arasında bir yer.
Bəli, bu həqiqətən belədir.
Baba dağı on dörd km yüksəklikdədir, onun
sağ tərəfi Qubanın cənnət meşələri,
bağlar. Sol tərəfi İsmayıllı, Qəblə -
Qiblə (Qəbələ) meşələri. Arxa, ön isə
Şəki və çuxuryurd meşələri. Cənnət
işarəsi bunlardır. Baba dağının
aşağısı isə dərin uçurumdur ki, bu
baxımdan da, həqiqətən Baba dağı cənnətlə
cəhənnəm arasında olan "əraf", yəni
yüksək dağdır. Lahhəc zamanında ilkin
kanalizasiyası olan yer olub ki, İbrahim p.ə. Rəbim, mənim
Kəbəmin ətrafınf pak-pakizə et, deməsinin real təcəssümüdür.
İsmayıllı, Həcəri əkinsiz
yerdə qoyub getdim. Onları və onlara üz tutanları
müxtəlif meyvə ruzisi ilə təmin et. Elə də
edəcəyəm dedi. Bəli, bu Quran işarələrini məhz
bu yerlərə şamil etmək olar.
Çirkab suların təmizlənmə
qurğu-yollarını zamanında dünyanın
düşüncə beyinləri kəşf edib, bu yerə
şamil etmişlər. Böyük fatehlər, İsgəndər,
Pompey, Sezar, XII legion bu yerləri dünyanın ilkin
hacılıq məkanı kimi ziyarət etmişlər. Onlar
bu yerlərə döyüş üçün, nəsə
aparmaq üçün deyil, məhz müqəddəsliyi
qazanmaq üçün Allah evini ziyarət etmək
üçün gəliblər. Ona görə də bu yerlərə
ümumilikdə Azərbeycan deyiblər.
1) Azər - od, ildırım, mələk
(Atəşgah) məkanı.
2) Bey - Beyyət etmə məkanı.
3) Can isə - ruh, qəlb məkanı deməkdir.
Bu üç söz özəl mənası
ilə bu yerlərin "Beyyət" etmə məkanı
olmasını təsdiq edir. Azərbeycan adının
ümumi mənası ilkin din məkanı deməkdir.
Şakir
Qabıssanlı
Təzadlar.- 2012.- 23 may.- S.13.