Bir İsi Məlikzadə
vardı...
(Yazıçının
anadan olmasının 78 illiyinə)
(Əvvəli
ötən sayda)
...Görəsən, "Qatarda" tamaşasının müəllifi adı "ədəbi mühütdə unudulmuş yazıçı" kimi vurğulanan İsi Məlikzadə olduğunu neçə adam bilir? Nədən ki, bu ilin fevral ayının əvvəllərində AzTV-nin "Mədəniyyət" kanalında "1001 sual" oyunu keçirilirdi, aparıcı Azər Süleymanlı "tele-tamaşalar" mövzusundan sualı elan elədi: "Qatarda" teletamaşanın ssenari müəllifi kimdir? Ekranda: 1. Anar 2. Camal Yusifzadə. 3. Mövlud Süleymanlı. 4. Salam Qədirzadə yazılmışdır. Zəng edən xanım bir qədər fikirləşdikdən sonra 50-50-yə, yəni kömək variantını seçdi. Kompüter iki düzgün olmayan cavabı sildikdən sonra qaldı: 3. Mövlud Süleymanlı. 4. Salam Qədirzadə. Bu halda, xanım "4-cü - Salam Qədirzadə", - deyə cavab verdi. Kompüter "3. Mövlud Süleymanlı" - yaşıl işığını yandırdı və aparıcı Azər Süleymanlı da "Bu, düzgün cavab deyil, düzgün cavab - Mövlud Süleymanlıdır" - dedi.
Doğrusu, mən çox narahat oldum, "oyunda" bilərəkdənmi, bilməyərəkdənmi ciddi səhvə yol verilmişdi. Başqa ölkələrdəki tamaşıçıları hesaba almasaq, 9 milyonluq xalq aldadıldı. Özü də AzTV-dən. "Oyunun" qurtarmasına 15 dəqiqə qalmışdı, səhvi düzəltmək olardı, lakin bu, baş vermədi. Bütün gecə ərzində nə zəng edən oldu, nə də bir səs-soraq çıxdı. Xoşbəxtlikdən verilişə baxan olmamışdı. Mən özüm də kanalları dəyişərkən "oyuna" rast gəlmişdim. Kaş, baxmayaydım. Şənbə günü çətinliklə də olsa, verlişə cavabdeh olanlara başa saldıq ki, sualda göstərdikləri 4 nəfər yazıçılardan heç biri "Qatarda" teletamaşasının müəllifi deyil. "Həftənin birinci günü yoxlayıb, baxarıq" - dedilər. Birinci gün də "oyuna" axıra qədər baxdıq, bir xəbər çıxmadı. Səhəri yenidən təkid etdik, məlumat yerdilər ki, həftənin cümə dünü səhvlərini düzəldəcəklər, çünki həmin gün oyunda teletamaşalar mövzusu qoyulacaq. Təəssüf ki, yenə də bu mövzu oyuna daxil edilməmişdi. Bundan sonra verlişə ancaq cümə günləri baxmaq məcburiyyətində qaldıq və nəhayət, bir cümə axşamı mövzu peyda oldu və belə sual qoydular: "İsi Məlikzadə bu teletamaşalardan hansının müəllifidir? 4 teletamaşa biri - "Qatarda". Zəng edənlərdən biri "Qatarda" dedi. Aparıcı da "bu, doğru cavabdır", - deyə dilləndi. Beləliklə, bu "oyuna" əvvəlcə baxanlar üçün "Qatarda"nın müəllifi Mövlud Süleymanlı, sonra baxanlar üçün isə İsi Məlikzadə oldu. Aparıcının dediyindən belə çıxır ki, bu teletamaşanın iki adaxlısı var? YOX! "Qatarda"nın əsl müəllifi İsi Məlikzadədir. Odur ki, tamaşaçılardan üzr istənilməli, müvafiq mətbu orqanlarda təkzib verilməlidir. Digər tərəfdən, oyunda iştirak edən xanımın da hüquqları pozulmuşdur, ondan da üzr istənilməli, yenidən oyuna dəvət olunmalı və onun cavabı düzgün hesab edilməlidir, çünki xanım çaşdırılmışdır.
Yeri gəlmişkən, bu oyuna cavabdeh şəxslər öz səhvlərinin üstünü birtəhər ört- basdır etmək istədikdə, daha bir səhvə və pozuntuya yol vermişlər. Oyunların birində belə bir sual verilirdi: "Hamlet Xanızadə "Qatarda" (myəllifin adı göstərilmədən) teletamaşasında hansı rolu ifa edir? 50-50 köməyindən istifadədən sonra 2. Hamlet 3. Qasım. Qaldı. Zəng vuran xanım "Hamlet" dedi. Aparıcı "nə üçün "Hamlet"i seçdiniz" soruşduqda, "öz adı olduğuna görə seçdim" cavabını aldı və düzgün cavab: "Qasım" dedi. Burada səhvləri və qanun pozuntusunu qoy "oyunçular" özləri tapsınlar. Xülasə. Bu da keçər. Gərək ki, bizdə də müəllif hüquqlarını qoruyan bir qurum var, "lazım gəlsə" maraqlanar. Bir də ki, adları "oyunda" çəkilən yazıçılar gec-tez "Qatarda"nı yazmaqıqlarını boyunlarına alacaqlar. Bu məqamda yadıma bir "lətifə" düşdü. Kommunist partiyasının asıb- kəsən zamanlarında qızğın büro iclasında birinci katib partiyaya qəbil olan şəxsə sual verir ki, "Kapitalı" kim yazb, o da and içib ki, bilmirəm. Katib onu danlayıb və kabinetdən qovub. Büro iclasında oturan rayon prokuroru və milis rəisi də ona əyri-əyri baxılar. Həmin gün gecədən keçmiş hər ikisi katibin evinə zəng edib məlumat veriblər ki, yoldaş katib bəs o adam, nəhayət, "Kapital"ı özü yazdığını boynuna aldı.
Burada unudulmaz sairimiz Qabilin bir fikrini xatırlatmaq istəyirəm: "İsi Məlikzadə Azərbaycan nəsrinin çexovu idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq, sima, gözəllik, mütilik və kişilik poeması olan "Qatarda" onun bəsiydi".
İsi Məlikzadənin
yaradıcılıq fəaliyyətinin böyük
bir hissəsini dramaturgiya
təskil edir. Yazıçıda bu həvəs və duyğuların
yaranmasında gənclik illərində, əsasən 50-52-ci
illərdə orta məktəblərdə
təşkil olunan ədəbiyyat dərnəklərinin
də rolu vardır. Yuxarı sinif sagirdləri bu dərnəklərdə
teatr tamaşalarına daha
çox yer verirdilər.
Burada təkcə Azərbaycan
dramaturqlarının deyil, rus
və Avropa
yazıçılarının əsərləri
oynanılırdı. Səməd Vurğunun
"Vaqif"ini əzbərdən
bilməyən şagird bəlkə də
yox idi. "Hacı
Qara", "Müfəttiş",
"Hacı Qəmbər" adı ilə məşhurlaşmış Nəcəfbəy Vəzirov
komediyası, "Oqtay Eloğlu",
Əbdürrəhim bəy Haqverdiyevin əksər
dram əsərləri Ağcabədinin mərkəzi
klubunda da
oynanılırdı və İsi də fəallardan
idi. Cəfər
Cabbarlının "Aydın"ında Aydını o qədər yaxşı oynamışdır
ki, bu oğlanı hərdən
Aydın deyə göstərirlərmiş. İsinin
özündən eşitmişəm ki, eloğlusu, məktəb yoldaşı,
artıq tanınmış rejissor Ağakişi Kazımov "Aydın" dramını
Kazan səhərində tamaşaya
hazırlayan zaman İsi
də onunla birgə Kazanda
olmuşdur.
İ.Məlikzadənin dram əsərləri haqqında əhatəli bir yazıya rast gəlməmişəm. Düzdür, bəzi yazarlar komediyaları, kino ssenariləri olduğunu xatırlatsalar da, onların üstündən örtülü ötüb keçiblər. Görəsən, "İsi Məlikzadənin neçə və hansı dram əsərləri var" - sualına necə cavab vermək olar? Doğrusu, mən özüm də bu suala düzgün cavab verə bilmərəm. ümumiyyətlə, görəsən, yazıçıların, şairlərin neçə kitabları, neçə əsərləri olduğunun hesabını aparan bir qurum var, ya yox? çoxları deyər ki, yoxdur və yəqin ki, belədir. Onda, deməli, yazarlar özləri hesabat aparırlar. Bəs buna inanmaq olarmı? O qalır yazarın öz vicdanına. Digər tərəfdən, adamdır də, durdu uzaq-uzaq ölkələrin birindən olan naməlum yazıçının hər hansı bir əsərini götürüb öz siyahısına saldı. Kim xəbər tutacaq? Məsələn, Heminqueyin əsərini. Haradan yadıma düşdü bu ad? Xatırladım: Güya 60-cı illərdə yazarlardan biri o birindən soruşub ki, Heminqueyin hansı əsərini oxumusan? O da gülüb-gülüb, uğunub, "siz də özünüzdən elə adlar çıxarırsınız ki" - deyib. Deməli, dünyada tanımadığımız o qədər yazar var ki...
***
Artıq 1975-ci illərdən İ.Məlikzadənin üç pyesi Azərbaycanın teatr səhnələrində oynanılmaqda idi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Sağlıq olsun", Ağdam Dövlət Dram Teatrında oynanılan "Gəl qohum olaq" əsərlərinin afişaları onun arxivində saxlanılır. Sonra "Soltanqulu körpüsü", "Subaylarınızdan görəsiniz", "Hərənin öz ulduzu" və "Məndən nigaran qalmayın" pyesləri yazılmışdır. Daha sonra Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yazıldığı tarix və məzmunundan xəbərsiz olduğumuz "Kələkbazlar" tamaşası görkəmli bəstəkarımız, mərhum Süleyman Ələsgərovun musiqisi, gərgin əməyi və dirijorluğu ilə oynanılmağa başlamışdır. ümumiyyətlə, bu dahi insan İsi Məlikzadə yaradıcılığına yüksək qiymət verərək, 30 ilə yaxın onunla çiyin-çiyinə çalışmış və Musiqili Komediya Teatrında bir-birindən maraqlı əsərlər tamaşaya qoymuşlar. Elə zamanlar olmuşdur ki, eyni gündə Bakıda iki teatrda ayrı-ayrı komediyalar tamaşaya qoyuımuşdur. Bu, xalqımızın İsi Məlikzadə sənətinə verdiyi ən böyük qiymətdir. "Hərənun öz ulduzu", "Subaylarınızdan görəsiniz", "Gəl qohum olaq", "Kələkbazlar" və s. tamaşalar Azərbaycan teatrının səhnəsindən düşmür. Ağdam, Gəncə, Sumqayıt, Nazçıvan və Mingəçevir teatrı dəfələrlə onun dram əsərlərinə müraciət etmişdir. Ancaq indi bu əsərləri bir yerə yığıb toplamaq çox çətin olar, yəqin ki, hər teatr əlində olan hansısa bir yazıya əsaslanaraq öz tamaşalarını göstərir. "Məndən nigaran qalmayın" pyesinin talei isə faciəli olmuşdur. Onun ömrü müəllifinin və onu tamaşaya qoymuş rejissorun taleyi kimi qısa olmuşdur. Əvvəllər də yazıldığı kimi əsər görkəmli rejissor, mərhum Hüseynağa Atakişiyevin xahişilə Azərbaycan Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmaq üçün ona təqdim olunmuşdur. 1996-cı il mart ayının 2-də teatrda əsərin ilk tamaşası zamanı Hüseynağa Atakişiyev belə demişdir: "Türkiyəyə səfərimdən bir az əvvəl İsi ilə görüşdüm, bizim teatra əsər yazacağına söz verdi. Onun vəfatından Türkiyədə xəbər tutdum. Qayıdan da stolumun üstündə "Məndən nigaran qalmayın" əsərini gordüm, tələsik olduğundan hər surəti aktyorun özünə payladım, bütov halda saxlaya bilməmişik". İndi bu əsərlə rastlaşanlardan onun üzə çıxarılmasına gömək edənlər bu günlərdə 78 yaşında olmalı İsi Məlikzadənin və mərhum rejissorumuzun ruhuna hörmət etmiş olarlar. Qarabağda ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edən bu əsəri Gənc Tamaşaçılar Teatrının kollektivi bərpa edib yenidən tamaşaya qoysa, öz repertuarlarını genişləndirər, böyük vətənpərvərlik göstərərək Qarabağ mövzusunu gündəmdə saxlamış olarlar.
Bu sadaladıqlarımıza əlavə olaraq qeyd etmək istərdik ki, yazıçının vəfatından sonra "Ədəbiyyat qəzeti"ndə "İmtahan" (1999 il ) və "Oğurluq" (2003 il) adlı pyesləri dərc olunmuşdur. Beləliklə, hələlik İsi Məlikzadənin 7 dram əsərindən məlumatlı olduq.
Nizami Hacı Aslanoğlu
Təzadlar.- 2012.-
1 may.- S.15.