Ağdamlı günlərin həsrətində
olan şair
Təkcə
tanınmış şairlər deyil,
Dağlıq Qarabağ rayonlarının
işğalından sonra gənc yazarlar da Azərbaycan
poeziyasının inkişafında yaxından iştirak
edirlər. Gənc nəslin nümayəndələrindən biri, yaxından tanıdığım Zakir Ağdamlıdır. O, 1966-cı ildən
ədəbi yaradıcılığa başlayıb.
Görkəmli xalq şairimiz Məmməd
Arazın xeyir-duası ilə ədəbiyyata gəlib. Şairin yaxınlarda işıq üzü görmüş
sayca ikinci kitabı
"İlahi, dağlara
qovuşdur məni" adlanır. Kitabda çap olunmuş şeirlər əsasən Qarabağ hadisələrinə həsr olunub.
Şair birinci bölmədə
əsasən yaşadığı illəri, xatirələri
yadına salır, ana laylasını
xatırlayır, gül-çiçəyin üstə əsir,
dost-tanışlardan inciyir, adamları saf-çürük edir:
Adam var,
köksündə gizlənib iblis,
Adam var, nə etsən, sanacaqdı pis.
Adam var, götürməz yüksələn
lökə,;
Adam var, danışar başından
yekə.
Adam var, əslini, kökünü
danar,
Adam var, gədədi, özün bəy sanar.
Adam var, hər şeyi duymaz qafası,
Adam var, başında çatlar havası
Adam var, quyudu, dibi bilinməz,
Adam var, qəlbinin hisi silinməz. Adam var, maskadı geyib üzünə,
Adam var, nifrəti qaynar gözündə.
Adam var, sevəndi qohumu, yadı, Adam var, elə bil imam övladı.
Adam var, fitnədi, şərdi, qovğadı,
Adam var, qiyməti paltarındadı.
Adam var, zər yığar, üstündə yatar,
Adam var, əl tutmaz günaha batar.
Adam var, ha yığsa azdı, deyəcək.
Adam var, nəfsinə qurban gedəcək-
Adam var, buluda tüstü deyəcək,
Adam var, Zakirə "pisdi" deyəcək...
Şair işığı, zülməti, şirini-acını
həyatda görür,
ömründən keçən
günləri yada salır, həyatı əzab-əziyyətdə keçir. Hadisələr başını o qədər qatır ki, nə vaxt
qocaldığını da
bilmir. Adamların müxtəlif xarakterdə
olması onu çox düşündürür.
Zakir şeirlərində orijinallığı ilə
yanaşı, yığcamlığa,
konkretliyə fikir verir. O, həyatın
canlı, tipik hadisələrini təsvir
edir, zahirən sadə görünən hadisələri qələmə
alır.
Oylağımdı o yaylaqlar, yataqlar,
Yada düşdü
tumurcuqlu budaqlar,
Torpaq kimi
cadar olub dodaqlar,
Partlayacaq vüsalına
çatmasa...
Yaxud:
Gah bir
dağam, başv qarlı,
Gah da
çəmən, yüz
çalarlı,
Bülbül kimi
intizarlı,
Quşam vətən torpağında.
Şair vətən
həsrətilə el-obanı
gəzir, qohum-qardaş,
dost-tanış axtarır,
axtardığını tapmır,
öz-özünə təsəlli
verir:
Gözlərimlə od götürüb
düzəltmişdim oda
mən,
El-obamdan ayrılmazdım, yaman düşdüm oda mən.
"Adlı-sanlı həkim idi!" söylədi tanıyanlar,
Ürəyimdən bir ah qopdu: "Bu da mənəm, o da mən"
Qarabağ mövzusu Zakir yaradıcılığının əsasını təşkil
edir. Qarabağ qədim Azərbaycanın
döyünən ürəyidir.
İnsanı valeh edən
təbiəti, vüqarlı
dağları, durna gözlü bulaqları, füsunkar təbiəti hər bir kəsi
valeh edir. Təmiz havası, dumanlı dağları, sıx meşələri insanı
ruhən cavanlaşdırır.
Qarabağ dərdlərin dərmanı,
gözəlliklərin aynası,
şairlərin ilham mənbəyidir. Bu
ulu torpaq tarixə kimləri verməmisdir? Hər dağı,
dərəsi bir tarix olan Qarabağın
oğul-qizları da tarixdə silinməz izlər qoymuşdur.
Şair bu məsələləri
yaxşı bildiyi üçün yanıb-tökülür,
nə vaxtsa Qarabağın yenə özümüzün olacağına
inanır.
Nə qədər
ki, həyatdayam,
Qoç Nəbiyəm,
"Boz At"dayam.
Belə nikbin
ovqatdayam,
Gələcəyəm, Qarabağım!
Zakir, qələbə
marşını,
çal, təzələ yaddaşını,
Millətimin göz
yaşını
Siləcəyəm, Qarabağım!
Şair vətən
yolunda şəhid olanların qarşısında
baş əyir:
Sinəni verərdin
hər bir çətinə,
Hamıya bəlliydi sənin
mərdliyin.
Yaraşıq verirdi təbiətinə,
Bölmə komandiri
kimi sərtliyin...
...Sürdün iyirmi doqquz illik
bir ömür,
Cənnətdə ruhunu oxşar mələklər.
Peyğəmbər deyib ki, şəhidlər
ölmür,
Ölməz yurd eşqiylə
vuran ürəklər.
Şair dağları
xatırlayır, yaylağın
havasını sinəsinə
çəkir, torpaqlar
nisgili udur, sulu qar
yağıb yağışa
qatılır, lakin dünya qucağına nahaqqı çəkir, bizi barmağına dolayır, ürəklərdə
yurd boyda dərd əmələ gəlir. Lakin şair qələbəyə
ümid bəsləyir,
hesab edir ki, arxasında mərd general dayanarsa, yağı düşmən
qaçar:
Düşmən yaxşı tanıyır
ki, ölkəmi,
Tab gətirməz qəti hökmə, tələbə.
Dərdlərimin son əlacı, məlhəmi
Qələbədir, Qələbədir, Qələbə!
Yaxud:
Qarabağ torpağın
ovcunda sıxsan,
Cabbarın, Seyidin avazı
gələr.
Çıxıb Kirs dağından aşağı baxsan,
Ruhuna bir
yaylaq havası gələr...
...Dola Cıdırdüzü
gülüş səsiylə,
Qocanın, cavanın qəhqəsiylə.
Qələbə müjdəli açıla
yazım,
"Misri" havasına köklənə
sazım.
Şair vətən
igidlərini səfərbərliyə,
silahanmağa çağırır:
...Artıq ömrüm-günüm keçib
yarıdan,
Necə həsrət köçüm
yurdum sarıdan?
Donuz "kiş-kiş" ilə çıxmaz darıdan,
Ulduz görməyincə ölərmi
ilan?
Haydı, igidlərim,
haydı, irəli!
Zakir Ağdamlıyam,
Ağdama gəlim,
Yenidən düzəldim,
ağ dama
gəlim,
Satqınlar gözünə
ağ dama,
gəlim,
Qaçqın, köçkün olduq axı nahaqdan,
Haydı, igidlərim,
haydı, silahlan!
Gənc şair kitabında
Ağdama xüsusi yer verir. Ətində,
canında, mayasında
qeyrət olan Ağdamın yağı düşmən əlində
olmasına hələ
də inanmır.
Mərdliklə döyüşən, vuruşan, altı mindən çox şəhidi olan, Ağdamın adı gələndə tük salan erməni dığalarından qisas
alınacağı günü
gözləyir.
İlahi, dağlara
qovuşdur məni,
Yığm Novruzgülü,
dərim bənövşə.
Doyunca seyr
edim çölü,
çəməni,
Dağlarda dolaşır
ruhum həmişə
...Oyunlar içində qaldım özüm də,
Daha şər dünyadan
umacağım yox.
Ağdam bir
cənnətdir mənim
gözümdə
Mənim ondan
böyük sinə dağım yox!
Zakir Ağdamlının
yeni kitabında ermənilərin işğalı
altında olan rayonlara, dağıdılmış,
viranəyə çevrilən
yurd yerlərinə, enişli-yoxuşlu həyat
hadisələrinə, ömürdən
keçən illərə,
dost-tanışlara, alimlərə,
şair-yazıçılara, muğam ustadlarına, xeyirxah insanlara, təzə ailə quran gənclərə, nahaqqa qucaq açan
dünyaya həsr edilmiş çoxlu şeirləri yer alıb. Şairin kitabda
toplanmış şeirləri ahəngdardır,
oxunaqlıdır, əsasən heca vəznindədir,
həyatı, varlığı obrazlı şəkildə əks
etdirir.
Hörmətli Zakir Ağdamlı, sizə Ağdamlı
günlər arzu edirəm,
yaradıcılığınız uğurlu
olsun!
Səlim Əzimov,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Təzadlar.- 2012.- 3 may.-
S.15.