Şam, Şaməxi, Şaman
dünyanın ilk ən qədim toponimləridir
Dünyanın
ilkin toponimi "Şam" olmuş, bütün dünya
toponimləri şəcərə adlarını buraya
bağlamaqla sonda Amerikada Şamanlarda tamamlamışdır.
Ş.Qabıssanlı
(Əvvəli ötən sayda)
Man
Mani - zərduşlar (Gərdiman).
Ümumi məna Zərduşların fələk
evi. Zamanında fələk evi olduğu üçün yeddi
dünya dövlətləri və yetmiş iki xalqın fatehləri
buraya ələm evinə döyüşə deyil, ziyarətə
gəlmişlər. Ona görə də bu məkana Alban, yəni
Al ocaq, peyğəmbər ocağı, bani onu quran, əsasını
qoyan peyğəmbərlər məkanı kimi qiymətləndirilib,
buraya axirət hesabatına görə gəlmişlər.
Bəqərə
150
"(Bəli) və
haradan çıxsan, (namazda) üzünü məscidi Hərama
tərəf döndər. Harada olsanız,
özünüzü ona tərəf döndərin ki,
insanların zalımlardan (məntiqsiz söz
danışdıqlarından) başqalarının sizə
(irad tutmağı) bir dəlil olmasın. Müşrüklər
deməisnlər ki, "İbrahimin dininin iddiasını
etdiyi halda onun qibləsi ilə müxalifdir" və ya kitab əhli
gəlməsi vəd edilmiş peyğəmbər qibləsi Kəbə
olmalıdır, deməli, bu şəxs həmin peyğəmbər
deyil, deməsin".
Bəli, qibləm
Məkkədir. Peyğəmbərim Məhəmməd
hümmətimdir. Üzümü qibləmə tutmaqla, tarixi haqqına
çatdırmaq istəyirəm (Ş.Qabıssanlı).
Bu ayələrə
görə, ümumilikdə, tarixin yeni səhifələrinin
açılmasına ehtiyac duyulur. Məhz bu ayələrin
işığı ilə "Şam"ın toponiminin
yaranmasına istiqamətlənək.
Bunun ilkin izini isə
ancaq və ancaq "Qurani-Kərim"də tapmaq olar.
Məryəm surəsi,
Ayə 49
"Elə ki,
(İbrahim) onlardan və onların Allahın yerinə ibadət
etdiklərindən uzaqlaşdı (və Şama tərəf
getdi) ona (Bəni İsrail peyğəmbərlərinin əcdadı
olacağı İsakı və (nəvəsi) Yəqubu əta
etdik və onların hər birini peyğəmbər
etdik".
Səngə
İsmayıl deyilən bir müqəddəs daş var,
Xızının Fındığan kəndi
yaxınlığında (Yəni İsmayıl daşı)
Sınaq daşıdır bu daş. İnsanlar buraya ziyarətə
gəlir. İlkin olaraq bu Daş öz adı ilə işarə
verir ki, İsmayıl bu yerlərdə olmuşdur. Bundan əlavə,
Azər ağacdan bütlər yonur və tabutlar düzəldərdi.
Ə.Xəqaninin dili ilə desək:
Dedin tələbəyəm,
həm də söz bilən,
Şərvan
şəhərində doğulmuşam mən.
Xəlilullah
olmuş dövründə atam,
Deməli, əslində
xarrat oğluyam mən.
Və ya:
Baxma badə bir xarartın oğluyam mən,
bil, Azər,
Xarrat idi, lakin
oğlu xəlil oldu peyğəmbər.
Mənim düşüncəmdə ayəyə
və Ə.Xəqaninin sözlərinə, işarələrinə
görə, İbrahim Xəlilin atalığı Azər Azərbeycanın
oğlu olub. Azər - od,
ildırım, mələk mənasında, Azəri isə oda
sitayiş edən atəşpərəstlərdir.
İbrahimin "Şama" üz tutduğu ərazi isə
Qüva (Quba), Baki arasında olub.
Bəli, indiki
"Qobustan" dediyimiz Qabıssan ərazisi ilkin toponim kimi
dünyada "Şam" kimi tanınmışdır.
Şamın adının doğulması isə iki mənada
özünü təzahür etdirir. 1-ci məna, Nuhun
tufanının başlandığı və sona
çatdığı məkan kimi, Günəşin xilas mənbəyi
kimi, Şam ölkəsi kimi tanınması.
2-ci, İbrahimin
Günəşə ilkin olaraq bütpərəstlərdən
ayrılıb üz tutmasının vəsfi kimi və ya onu
oda atılandan sonra xilas olub (Allah tərəfindən) onun rəmzi
kimi bu adı daşımışdır. Şaməxidə
"Dədə Günəş" pirinin olması dediklərimizə
sübutdur. Atəşgah, Yanar dağ, Pirallahı odları məhz
Dədə Günəşlə vəhdətdə
götürmək olar. Ptolomeyin Kamaxı, Strabonun Ksamaxı
adlarını çəkməsi heç də müharibə
əlaməti deyil, məhz ziyarət əlaməti kimi
özünü göstərməlidir.
Klassik şairlərin
(Ə.Xəqani, N.Gəncəvi, Ə.Cami) əsərlərində
"Şam" ölkəsi məhz bu yerlərə
vurğulanır, həmçinin xalq bayatılarında.
İlkin olaraq bu
məsələni A.A.Bakıxanovun "Gülüstani-İrəm"
əsərinə əsasən araşdıraq. O, yazır:
"1109-cu ildə Mahmud Sultan, Sultan Səncər tərəfindən
İraq, Ermənistan və Azərbaycan ölkələrinə
hakim təiyn olundu. Şirvan və Dağıstan işləri
onun ixtiyarında idi. 1126-cı ildə əmisi tərəfindən
məğlub edildi. Adı çəkilən vilayətlərdən
başqa "Şam" mülkünü də ona verdi.
özü isə Xorasan və Mavəraünnəhirdə
olurdu".
2-ci bir tərəfdən,
A.A.Bakıxanov yazır: "Dağıstanda olan bir çox
xalqların və əmirliklərin müxtəlif dilləri və
hesabsız ləhcələri vardır. Bu dil Qaytağın
aşağı hissəsində, "Şam"xal
mülkündə və Qumuqda olan bütün düzlərdə
işlənilməkdədir". Demək, Şirvanda alimə
görə "Şam" adı çəkilir və hallanır.
Digər bir tərəfdən,
Şam mənbələrdə iki formada səslənir. 1-ci
"Şam", ikinci isə, Əqsayi Şam kimi hallanır.
Əqsa - uzaqda
olan, ucqar. Şərqi Əqsay - uzaq şərq (bax:ə.f.
lüğ. səh.176).
Məhz
Qabıssan Şamına görə, Misir böyük şəhər
mənasında, İraq uzaq mənasında adını
daşıyır. Şam sözü və ya adı Günəşə
sitayişin alaməti kimi doğulmuş, bunun da
daşıyıcısı atəşpərəstlər,
mülkü isə Qabıssan olmuşdur.
"Şəm"in ocağıdır,
isinin burda,
Ocaq Qabıssandır, külliyatı var.
özü yaratmışdır
bağ-baratını,
Adın şöləsində əslin
zatı var.
(Bilal Şirvani)
Deməli, burada Şam - Qabıssan, Əqsayı-Şam
isə - Suriya Şamı olmuşdur. Nuhun tufanı Suriyaya
deyil, Qabıssana bağlı olmuş, Allahın xeyir-duası
ilə buradan dünyaya səpələnmişdir. Qabıssan
qayalarında maraqlı bir şəkil var. Şaman
başında papaq. Papağın sağ tərəfində
yeddi xətt, sol tərəfində isə altı xətt
vardır. Yeddi xətt yeddi iqlim mənasında, altı xətt
isə altı tərəf mənasındadır (ön, arxa,
sağ, sol, yan, böyür), yəni tufandan sonra insanlar buradan
yeddi iqlim boyunca altı tərəfə paylanmışlar.
Sonuncu məkan Alyaska olmuşdur ki,
onların da ilkin sakini Şamanlar, Hindular yox, Hinnlər
olmuşlar.
Hin - vaxt, zaman, çağ (bax: ə.f.
lüğ. səh. 735). Yəni zamanın ilkin
çağlarında yeni ərazilərə üz tutanlar.
Fikrimizi təsdiq etmək üçün
"Dədə Qadir" (Qorqud) dastanına üz tutaq.
Bir gün Qamğan oğlu Xan Beyandır
(Bayandır) yerindən durmuşdu. "Şam"ı
günlüyü yer üzündə tikdirmişdi. Min yerdə
ipək xalça döşətdirmişdi.
Qamğan oğlu burada, əslində, Qaimməqan
oğlu olmalıdır.
Qaimməqam, yəni bütün qəzanı
idarə edən rəis deməkdir. Günlüyü isə, əslində
künhünü olmalıdır. Künhü bir şeyin son
nöqtəsi. Fikirdən aydın olur ki, Nuhun tufanından
sonra məhz "Şam"ı nəsli dünyanın hər
yerinə yayılmışdır ki, bu da
yazdıqlarımıza bir daha təsdiq gətirir.
N.Gəncəvinin əsərlərində
qeyd olunur:
"Şam" şəhərində bir
kişi vardır.
Sual olunur: N.Gəncəvi işarəni
Suriyaya vurğulayır, yoxsa Azərbeycan Şamına?
İbrətamiz söhbət nur
çırağıdı,
Yanır Qabıssanda "Şəm"
hümbəti var.
Ə.Xəqaninin də əsərlərində
Şam xüsusi vurğulanır:
Qoysa ayağını o səfadan əgər
kənar,
Əshabi-kəhf Şamda o biqərar olar.
Əshabi kəhf Quran ayələrindəki
işarələrə görə, Azərbeycandadı. Xəqaninin
təhlilinə görə, məhz Qabıssanın
"Şam"ındadı.
İndi isə folklor (bayatılar) aləmi
ilə fikirlərimizə təsdik gətirməklə
"Şam"ın Azərbeycanda olmasına istiqamətlənək.
İlkin olaraq Ə.Caminin "Yusif və
Züleyxa" əsərinə nəzər yetirək:
İsak da aləmi tərk edən zaman,
Yəqub səs qaldırdı Hüda
dağından.
O, daha bir geniş süfrə açaraq
Şamdan Kəyanadək qaldırdı
bayraq.
Hüda - doğru yol; rəhbərlik; rəhbər
tutma (bax:ə.f. lüğ. səh. 83).
Burada Kəyan, qədim Azərbeycanın
şahlıq məkanı (ölkəsi), "Şam" isə
qədim Qabıssana olan işarədir.
Şamın padşahı, Rumun sultanı,
Ona elçi gəldi tamam on nəfər.
(Züleyxaya işarədir)
Bəli, Dədə Qadir (Qorqud)
dastanına görə, Türküssanın (qədim) bir ucu
Şam (Qabıssan), digər nöqtəsi məhz Trabzon idi.
Söyləsən yanında yaxşı
yerdir Şam,
Deyər: gündüzü də
görünər axşam.
Bəli, Qabıssanda olan ulduz
paralaqlığı və sıxlığı
dünyanın heç bir yerində yoxdur.
Klassiklərin əsərlərinə diqqət
yetirilsə, "Şam" xüsusi hallanır, dünya
miqyaslı bir yer, məkan kimi özünü tapır.
Şam Günəşə sitayiş məkanı rəmzini
daşıyan bir yerdir.
İndi isə bayatılarla Şama istiqamətlənək:
Əzizim damda mələr,
Urumda, Şamda mələr.
Aşiqin göz yaşları
Mərmərə axsa dələr.
Yenə də Urum və Şam
bayatılarda vəhdət təşkil edir ki, bu da Şam və
Trabzon məkanlarına bağlanır:
Əziziyəm Şama gəl,
Pərvanətək Şama gəl.
Günorta vədəliyəm,
Get dolan axşama gəl.
Azərbeycan bayatıları təbi ki, Azərbeycan
Şamını vəsf edir, Suriya Şamını yox:
Əzizim hara gəlsin,
Şama nahara gəlsin.
Qışı zəşlə tökəndi,
Deyin bahara gəlsin.
Çox gözəl vurğulanır, təbii
ki, Suriya Şamının zəhlə tökən
qışı yoxdur. Zəhlə tökən qış
palçığı zəngin olan Qabıssan
qışıdır, sərt şaxtası, sırsıra
qışı olmaq şərti ilə.
Diqqət yetirin, bir Şamın mahiyyəti
bizə nə qədər düşündürücü
hallar bəxş edir. Şam dünyanın hər cəhətdən
doğulması deməkdir ki, xalq mahnılarında, Şam
(Günəş) ay kimi öz əksini tapır.
Ay ala göz yarım,
Ahu ceyranım –
beyti dastanlarda, xalq mahnılarında
"ala" kod kimi əks olunmuşdur.
Ala - ehsan, bəxşeyiş, yəni Allah
tərəfindən bizə bəxş edilən Günəş
deməkdir. Göz isə Səmanın gözü, Günəşə
işarədir.
Suriya və Şam (Suriyanın
Şamı) vəhdətdə olan adlardır.
1) Suriya əslində Sürya deməkdir,
yəni ulduz mənasında.
2) "Şam" da ulduzun digər bir
adıdır.
Ulduzlara sitayişi isə ilkin olraq atəşpərəstlər
etmiş, onların da vətəni Qabıssan və Təbriz
olmuşdur. Yaxın Şam Qabıssan, uzaq Şam isə məhz
Suriya Şamı olmuşdur.
Dünyanın ilk amfiteatrı Qabıssanda
olub ki, bu da ilkin sivilizasiyanın əlaməti kimi
özünü təcəssüm etdirir. Şamlı
qışlağı da qədimliyi və adı ilə qoca, qədim
Qabıssandadır.
Dünya tarixində ilkin sivilizasiya əkinçilik
və maldarlıqdan başlamışdır ki, bu sivilizasiya
da dəmyə şəraitində, mühütündə
başlamışdır. İlkin vaxtlarda texniki üsullar
olmadığından həyat qışlaqlar və yaylaqlarla
bağlı olmuşdur. Sonralar isə insanların başqa ərazilərə
yayılması ilə bağlı texniki tərəqiyə,
sivilizasiyaya ehtiyac duyulmuş və suvarma üsulu
yaranmışdır ki, bu da yeni inkişafa təkan
vermişdir.
Nil, Fərat və Dəclə
çaylarından suvarmada istifadə edilməsi, dəmyə
şəraitindən min illər sonra olmuşdur.
Qabıssanda mixi yazıları ilə,
Şamlılara "adı" ilə məxsus qəbirlər
də bunu təsdiq edir. Şamlı tayfaları da
Şirvanın, Qabıssanın ən qədim tayfaları
olmuşdur. Təxminən 2010-cu ildə Azərbeycan EA-nın
tarixçi alimləri Şamaxının tarixi ilə
bağlı konfrans keçirmiş, Ptolomeyə, Strabona
görə, bu qədim məkana iki min il yaş vermiş və
bu təntənəni təntənəli ziyafətlə
başa çatdırmışlar.
Mən isə buna etirazımı bildirirəm
ki, Ptolomey və ya Strabon tarixin meyar ölçüsu ola bilməz.
Ptolomeydən, Strabondan min illər əvvəl Şam, Şaməxi
adları olmuşdur. Bunlardan Ptolomeyin, Strabonun haradan xəbəri
olsun? Qabıssan qayaüstü rəsmlərini, xalça
işarələrini oxumusunuzmu ki, həmin tarixçiləri
önə çəkirsiniz? Həmin şəxslər
Şamaxının adını düzgün tələffüz
edə bilmədiyi halda, Şamaxıya necə tarix qoya bilər
(Kamaxı, Ksamaxı)? Sadəcə, İsgəndərin
apardığı qədim tarixi yazıları oxuyub özlərinin
tarixini yazmış, adlarını da özləri tarixin
atası qoymuşlar.
Şamaxı adı arxeloji ad deyil, mifoloji
adlardandır. Şamaxı Muğan, Muğal adlarının təhlili
vəhdətində Muğlara bağlanan addır ki,
bunların da tarixi azı səkkiz min ilə gedib
çıxır.
İstər Ə.Xəqaninin, istərsə
də N.Gəncəvinin əsərlərində Adəmin
yaşı onların dövrünə görə, yeddi min
il, bizə görə, səkkiz min ildir.
Şamaxının tarixi Atəşgah
tarixinə, Yanar dağ tarixinə, atəşpərəstlərə
bağlanan addır.
ümbaki, Baki, Bibiheybət, Şaməxi
bir dövrün adlarıdır. Azı ona görə ki,
Şamaxının müqəddəs Dədə Günəşi
vardır. Dədə Günəşin adının
doğulması ilə bağlanmalıdır
Şamaxının tarixi. Dədə - haqqa, yardıma
çağırma dəməkdir (kodları Muğamda olan A
Dad! Be-Bey Dad! Yar-Yar-Yar! Yar Aman! Daley-Daly!-dir). Dədə
Günəş əslində elə Dədə Qadir (Qorqud)
özüdür. çünki onun Sari (Sarı) torpaq adlı
məkanı var.
Sari - sirayət edən, göydə hərəkət
edən, bizə həyat verən Günəş deməkdir
("Sari gəlin" xalq mahnısı). İbrahim p.ə.
ilkin olraq bütlərdən uzaqlaşıb, üzünü
Günəşə tutmasının mahiyyətidir. Dədə
Günəş, Sari (Sarı) torpaq, onların
yaxınlığında olan Qız meydan və orada olan ocaq,
pir də eyni mahiyyətə bağlıdır.
Şaməxinin (Şamaxı) tarixi bu
yazımdan tədqiq edilməlidir. Ptolomeyə və Strabona
görə, yox. Bir ölkəni, bir xalqı iki yüz il əsarətdə
saxlayan imperiya və bu imperiyanın tarixi mənbələri
necə bizə düzgün tarix bəxş edə bilər?
Sovet hakimiyyəti dövründə bizim yazılan tarixi əsərlərimiz
Moskvada öz təsdiqini tapırdı. Təkcə bu fakt təsdiq
edir ki. bu yol tarixi düzgün yazmaq yolu deyil, tarixi
dağıtmaq yoludur. Yazılan dissertasiyalar Avropa-rus mənbələri
dairəsində olmuşdur. Əksər müdafiələri
nəzərdən keçirsək, hamısı eyni 200-250 mənbəyə
bağlanacaq. Demək, tarix saxtalaşdırılıb, bu
üsul isə saxtalaşdırmanı sadəcə olaraq
genişləndirib. Azərbeycanın, qədim Azərbeycanın
heç bir rayonunun adı Azərbeycan başda olmaqla
düzgün açılmayıb. Necə də
açıla bilərdi ki, əsas başlanğıc
yazılar repressiya dövründə yazılıb. Əgər
bu yazılar düzgündürsə, bəs onda nə
üçün maddi mədəniyyət abidələrimiz
dağıdılıb və ya saxtalaşdırılıb
ermənilərin xeyrinə. Yazılan toponimlər isə tədqiq
edilsə heç biri lüğəti terminlərə
söykənmir. Sadəcə, Sovet dövlətinə, onun
tarixinə uyğun alimlərin fikirləri önə
çıxarılmış və əsas
götürülmüşdür. Misal üçün, ərəb
taciri Şamaxıda olanda deyib ki, bu ki, "Şam"əxidir,
yəni Suriyanın Şamının qardaşıdır. Sadəcə,
süni deyim, kökü isə yoxdur. Yaxud, Kaşqari və b.
deyib ki, Bakı külək şəhəri və ya təpədir.
Araşdırılanda heç bir əsası yoxdur. Ad varsa,
lüğəti mənası olmalıdır. Ad
özünün mahiyyəti ilə tarixin ilkin açarı
kimi özünü göstərir. İ.Nəsiminin dili ilə
desək: "Dünyanın zatı simlərdə, bəyanı
isə hərflərdədir". Əgər bir hərfi dəyişsən,
dərhal ad mahiyyətini və tarixini dəyişəcək
və ya itirəcək.
Azərbeycan toponimləri ən qədim
toponimləri olub, qədim Parslardan (Zahidlər ölkəsi,
atəşpərəstlər deməkdir). Dünyanın ilkin
yazıları, hərfləri predmet yazıları ilə vəhdətdə
Azərbeycanda meydana gəlmişdir. İlkin yazıları
Muğlar yazmış, ilkin din muğların dini olmuş,
ilkin ideologiya da onlara mənsub olmuşdur (dəri əlifbası,
yazısı Avestada xüsusi vurğulanır ki, bunların da
daşıyıcısı muğlar olmuşdur). Həmin mənəvi
abidələrin əsas atributları Qabıssanda qalmaqdadır.
Qədimliyi də əsasən onunla bağaldır ki, bu mənəvi-maddi
abidədər ilkin əkinçilik və maldarlıq
dövrlərinə şamildir. Qışlaqlar və yaylaqlar
məkanı abidələri kimi özünü təcəssüm
etdirir. "Dədə Qadir" dastanına görə
"59" qalaça var ki, bunların əksəriyyəti
Qabıssandadır, Dərbəndə qədər.
Qala-Qalə "dedi" və möhkəm
mənasındadır. ça - isə məkan deməkdir. Yəni
bura Qalalar məkanıdır.
İlkin sivilizasiya və bu
sivilizasiyanın toponimləri Baki Dərbənd, Şəki
Hacıqabul ərazisindən başlamışdır. Oturaq təsərrüfata
keçid mərhələsində dünyaya yayılma
başlanmışdır. Bu proses min illər davam etmişdir.
Genişlənmə, yayılma nə qədər uzaqlara getsə
də, əlaqələr kəsilməmiş, əksinə,
genişlənmişdir. "Şam"dan (Qabıssan)
başlanan toponimlər Amerikada Şamanlarda
tamamlanmışdır.
Şaman
"Şam" - günəş, günəşə
sitayişdən doğulma (atəşpərəst).
An(ən) - ən qədim, zaman mənasındadır.
Beyandır xan Qubadan olmuş, Hindistandan ona
tənbəki pay gətirilmişdir.
Dünyanın ilkin ticarət, ipək yolu
çin, Hindistan Kəyan, Misir, Məqduniyyə (Makedoniya) və
Şamaxı Alban dövləti ilə bağla olmuşdur.
Dünyanın ən qədim toponimləri
də Albanlardan əsası qoyulan yazılardan və dillərdən
(Albanların 26 dili olmuşdur) doğulmuşdur. Alban, Qiblə
(Qəbələ), Qəblə, Şaməxi, Şam, Baki
adlarından qədim adlar yoxdur. Buna görə də Ə.Xəqani
dahiyanə şəkildə bu yerə "Şərvan",
Xəyrəvan adlarını vermiş, "bə"
işarəsi ilə bu adlar "Bəşərəvan"
adlanmışdır, daha doğrusu,
adlandırılmalıdır. Yəni bəşəriyyətin
əvvəli. Bəli, bəşəriyyətin əvvəlini
Qabıssanda "qışlaqlar" məkanında; Qubada
yaylaqlar məkanında axtarmaq lazımdır. Dünyanın
ilkin dağı Qazılığ (Ziyarət dağı)
olmuş həqiqi adı "Cəddi", yəni baba dağ
olmuşdur.
Sivilizasiyanın Azərbeycandan
başlanması qədim xalq mahnılarında da öz əksini
tapmışdır.
"Pinəçi mənəm" xalq
mahnısı:
Pinəçi mənəm, pinəçi
mənəm,
İşləmişəm mədarım,
keçmir. ay aman.
Bu qışı burda, bu qışı
burda,
Qışlamışam, mədarım
keçmir, ay aman.
Yəni zəhmətkeşəm, əlim
qabarlı zəhmətkeş.
İşləmişəm keçmir mədarım
Mədar - mərəkz, istinad nöqtəsi;
özül, təməl, xərçəng tropiki (bax:ə.f.lüğ.
səh. 329).
Yəni dünyanın mərkəzi həyatındayam.
Dünyanın başlanğıc nöqtəsi buradır. Xərçəng
tropikidir bura. Xərçəng dünyanın bir nöqtədən
başlanmasına və yayılmasına işarədir.
Qabıssan qayalarında və xalçalarında xərçəng
işarəsi xeyli şəkildə verilmişdir. Midya əslində
elə Mədar deməkdir.
"Cüdeyi" xalq mahnısı və
muğam şöbəsi:
Bizim yerlərdə çoxlu ot olur,
Qoyunlar otu yeyir, çoxlu südü olur.
Ay Cüdey! Ay Cüdey! Ay Cüdey.
Cüdey - Qoşa parlayan qütb ulduzudur
ki, bu da atəşpərəstliyi əks etdirir.
"Qarabağ şikəstəsi":
Əziziyəm Qarabağ,
Şəki, Şirvan, Qaraba.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qaraba.
Qarabağ Adəmin düşdüyü cənnət
bağı deməkdir. Ərazisi də bu yerlərdir ki, dediklərimizə
və yazdıqlarımıza bir daha təsdiq gətirir.
Sonda, Manna əslində Mani, yəni zərduşlar
deməkdir.
Şakir
Qabıssanlı
Təzadlar.-
2012.- 9 may.- S.14.