“Azərbaycan dövləti
xaricdəki diasporalara milyonlar ayırır, amma…"
Əbdül Vahab Manafov: "Hələ
diasporalara ayrılan pulların istifadəsində baş verən
neqativ hallar haqda danışmaq istəmirəm"
Müsahibimiz
Nazirlər Kabinetində, Ticarət Nazirliyində, “Azərittifaq”
kimi dövlət qurumlarında yüksək vəzifələrdə
çalışmış, Vəhdət Partiyasının
birinci müavini, iqtisadçı ekspert Əbdül Vahab
Manafovdur.
- Vahab bəy,
qısaca olaraq ölkədə yaranmış son ictimai-siyasi
vəziyyəti necə qiymətləndirirsiz?
- Bu
gün elə vəziyyət yaranıb ki, heç bir dövlət
və heç kəs dünyada baş verən siyasi vəziyyətlərdən
kənarda qalmamalıdır. Ölkədə vəziyyət
sabitdir. Lakin son vaxtlar “Milyarderlər İttifaqı” və
Gülər Əhmədova ilə bağlı hadisə, Bi-Pi
şirkətinin hərəkətləri, həmçinin
dövlət büdcəsinin Milli Məclisdə müzakirələri
ölkənin KİV və mətbuatında, internet səhifələrində
ən çox müzakirə olunan və
işıqlandırılan mövzulardır.
Elə birbaşa keçək haqqında çox
danışılan və yazılan özünü bəyan
etmiş RATİ, yəni “Milyarderlər İttifaqı”
haqqında deyilənlərə. Bu qurum Rusiyada yox,
dünyanın aparıcı xarici dövlətlərinin birində,
məsələn, ABŞ-da, Fransada, İngiltərədə
və s yaransaydı, hamı onun yaranmasını və fəaliyyətini
bəyənərdi. Lakin bu təşkilatın
Rusiyada yaranması hamıda siyasi mənada qıcıq yaradır.
Qurum özünü sadəcə olaraq bəyan
etməklə qarşısına Rusiyada yaşayan
çoxmilyonlu azərbaycanlılara kömək etməyi, həm
də güclü Azərbaycan diaspora təşkilatı
yaratmaq məqsədi qoyduğunu bildirdi. Gəlin,
düzünü deyək. Bu məqsədlə
Rusiyada yaranmış çoxsaylı təşkilatların
hansı biri öz fəaliyyəti ilə özünü
doğruldur? Bu təşkilatın bəyan
etdiyinə görə, Azərbaycanda yaradılan siyasi təşkilatlardan
fərqli olaraq heç bir siyasi ambisiyası, vəzifə
kürsüsünə yiyələnmək arzusu yoxdur. Bu təşkilatın üzvləri öz azərbaycanlılarımızdır.
Bu isə qorxulu deyil.
“Qorxulu olan xarici dövlətlərdən
maliyyələşənlərdir”
- Bəs
onda bu təşkilat niyə deyək ki, iki-üç il bundan qabaq özünü bəyan etmirdi?
- Məsələni
pis yönə yozmaq lazım deyil. 2-3 il
bundan qabaq Rusiyada kimin ölkə başçısı
olduğunu, bu quruma daxil olanların o zaman iqtisadi fəaliyyətlərinin
hansı çərçivədə olmasının yəqin
böyük əhəmiyyəti olmuşdur. Qorxulu
olan xarici dövlətlərdən maliyyələşən
bizim bəzi müxalifət partiyalarıdır. Bu müxalifətin bu təşkilatın pullarından
bəhrələnmək istəkləri də istisna deyil.
Yeni yaranmış təşkilatı ancaq alqışlamaq
lazımdır və onun xeyri çox ola
bilər. Nəyə görə dünyada ən
güclü diasporalar yəhudi və erməni diasporaları
sayılmalıdır? Niyə bizim
olmasın? Yəhudi və erməni
diasporalarına öz millətlərindən olan milyarderlər
və milyonçular rəhbərlik etmirmi? Bu diasporalar
ayrı-ayrı ölkələrdə yaşayan öz millətlərindən
olan insanlara hər vasitə ilə maddi, mənəvi və s.
cəhətdən kömək edirlər. Ən
əsası öz dövlətlərinə də kömək
edirlər. Elə son vaxtlar Ermənistan
prezidenti xarici ölkələrə ABŞ-a, Fransaya səfəri
zamanı öz erməni diasporalarından Qarabağ erməniləri
üçün iyirmi milyon dollara yaxın pulun
yığılmasına nail oldu. Bəs
bizdə nə baş verir? Azərbaycan dövləti
xaricdəki diasporalarına milyonlarla manat pul ayırır,
amma… Mən hələ bu diasporalara ayrılan
pulların istifadəsində baş verən neqativ hallar haqda
danışmaq istəmirəm.
Əgər bu təşkilatın başqa niyyəti
yoxdursa, yaranmasını ancaq alqışlayaraq, müsbət
hal kimi baxıram. Bu təşkilatın nümayəndələrinin
Rusiya kimi böyük dövlətin birinci şəxsinə və
digər vəzifəli şəxslərinə yaxın
olmasını da nəzərə alsaq, bu yaxınlıqdan istər
ağrılı yerimiz olan Qarabağ məsələsində,
istərsə də ölkədə sürətlə
inkişaf edən böyük və iqtisadi projelərə, infrastruktura
cəlb etməklə faydalanmaq lazımdır. Bu
təşkilatın əgər gizli məqamları varsa,
qısa zamanda üzə çıxacaq. Bir
qədər səbr edək.
Gülər Əhmədova və Elşad Abdullayev məsələsinə
isə iki qrup arasında baş vermiş hadisə kimi baxmaq
düzgün olardı. Bu məsələ ilə bağlı həmçinin
Elşad Abdullayevin digər internetde yayılan videolentlərinə
ölkənin prokurorluq orqanları ciddi reaksiya verərək məşğul
olmalıdır. Ölkə prezidenti yəqin
ki, bunlardan xəbərdardır və hamı da görüləcək
tədbirlərin nəticələrinin yaxın zamanlarda
müsbət mənada şahidi olacaq.
Bi-Pi neft şirkəti isə çox ölkələrdə
dövlət içində dövlətdir. Müxtəlif
neft ölkələrində bu şirkətin dövlət
çevrilişləri etdiyini də unutmaq lazım deyil.
Keçən əsrin 50-ci illərində
İranda baş vermiş ixtişaşları və İran
dövlətinin bu şirkəti ölkəsindən
qovmasını heç kəs unutmayıb. Bu
variantın bizim ölkədə baş verməməsi
üçün, daha doğrusu, Bi-Pi özünün
qovulmaması üçün çalışmalıdır.
Ancaq məsələyə öz milli prizmamızdan
baxmaq, düşünürəm ki, xeyirli olardı. SSRİ
Bakı neftinin hesabına Almaniyaya qalib gəlmiş dövlətdir.
Mən hələ dünyada ilk neft quyusunun məhz
Bakıda qazılmasını və bizim Neft Akademiyamızdan
çoxlu sayda dünya şöhrətli görkəmli alimlərin,
professorların, neftçilərin
çıxdığını demirəm. Bu akademiyada o zaman da, bu gün də yüzlərlə
xarici ölkə vətəndaşlarının təhsil
alaraq yüksək dövlət postları tutaraq öz ölkələrinə
xidmət etdiklərini hamı bilir. Bizim artıq
çoxdandır ki, öz neft təcrübəmiz,
oturuşmuş savadımız, kadrlarımız var və
olub. Maraqlıdır ki, İngiltərə,
Fransa və başqa Avropa ölkələri nefti, qazı
olmaya-olmaya ancaq müasir tipli neft avadanlıqları və
texnologiyası hesabına bizə ağalıq etmək istəyir.
Azərbaycanın təhlükəsizliyini
birbaşa bu Bi-Pi şirkətinin təsir mexanizmlərindən,
iqtisadi rıçaklarından qorumaq lazımdır. Bu şirkət öz gəlirlərini
artıqlaması ilə əldə edib.
Nəticə olaraq demək istəyirəm ki, ölkəmiz
çox güclüdür. Stabillik qorunur, hər
hansı siyasi-iqtisadi təzyiqləri ancaq xalqın
gücünə arxalanmaqla həll etmək olur. Ümidvaram ki, xalq öz prezidentinin gücünə
daha da güc qataraq bütün mövcud daxili və xarici
problemlərin öhdəsindən üzüağ
çıxacaq.Ayıqlığı isə heç zaman
itirmək olmaz.
“Sabah bizi neft məhsullarımızın
ticarətini Ermənistanla aparmağa məcbur edəcəklər”
- Azərbaycana
həm ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı),
həm də Avrasiya siyasi təşkilatına, MDB-nin
Gömrük İttifaqına qoşulmaq üçün
siyasi və iqtisadi təzyiqlər edilir. Siz
hansı varianta üstünlük verərdiniz? Öz yolumuz varsa, bu nədən ibarətdir?
- Gəlin,
belə deyək. Dağlıq Qarabağ məsələsinin
həlli istiqamətində BMT-nin dörd qətnaməsi var. O
vaxtdan 19 il ötüb... Kimin
yadına düşür? ABŞ öz məkrli
planlarını dünyanın istədiyi yerində həyata
keçirmək üçün yarım saata razılıq
kağızını bu təşkilatdan, yəni BMT-dən
alaraq öz hərbi gücünü dünyanın istədiyi
istənilən ölkəsində işə salır. Nəticə İraq, Liviya, Somali, Misir, Tunis, Yəmən
və bugün vətəndaş müharibəsinin
qızğın yeri olan Suriya kimi ölkələrdir. Növbə kimindir? Qırılan
isə müsəlmanlardır.
Azərbaycan bir çox siyasi və iqtisadi təşkilatların
üzvüdür. Niyə Qarabağ məsələsi ilə
məşğul olan bu dövlətlərin yaratdıqları
təşkilatlar ikili standartlara yol verərək, məsələni
həll etmək istəmirlər? ÜTT
bizə nə verəcək axı? Ölkəmiz
bu təşkilata daxil olan ölkələrlə ikitərəfli,
paralel iqtisadi əlaqələq qurmuşdur. Özü də biz bu əlaqələri elə o təşkilatın
qanunları, qaydaları çərçivəsində həyata
keçiririk. Bu təşkilata tələsik
üzv olmaq olmaz. Əks halda,
bugünkü uğurlarımızı, siyasi-iqtisadi müstəqilliyimizi
itirə bilərik. Deyək ki, üzv
olduq. Sabah bizi neft məhsulları ilə
bağlı məhsullarımızın ticarətini
düşmən Ermənistanla aparmağa məcbur edəcəklər.
Onda nə edəcəyik? Deyirlər
ki, bəs onun İqtisadi Arbitraj Məhkəməsi var. Nə
olsun? Məgər bu məhkəmədə
oturanlar elə özləri, həmfikirliləri deyilmi? O
boyda Rusiya 20 ildən sonra özünün sərt şərtləri
ilə bu təşkilata üzv oldu. Bu təşkilata daxil
olan ölkələrlə ancaq ayrı-ayrılıqda, paralel
əlaqələr müstəvisində iş görmək,
saziş imzalamaq olar. Axı bu Avropa özü
iqtisadi böhranın içində üzüb,
çapalayırsa bizdən nə istəyir? Bəlkə bu dövlətlər öz problemlərini
bizim iqtisadi gücümüzün hesabına həll etmək
istəyirlər? Avrasiya İttifaqı,
keçmiş SSR-də və bugünkü MDB-yə daxil olan
dövlətlərdə yaşayan xalqların əsrlər
boyu bir-biriləri ilə yaxın olduqları,
tanıdıqları, insani münasibətlərin uyğun
olması, nəqliyyat və iqtisadi strukturları və s
baxımından daha çox sərfəlidir. İqtisadi baxımdan yanaşdıqda isə, ən
azı buraya daxil olan dövlətlər bizim kimi xammal olan
ölkələr olduğundan daha sərfəlidir.
- Bir
iqtisadçı ekspert kimi qeyri-neft sektorunun ləng inkişaf
etməsinin səbəblərini, çıxış
yollarını nədə görürsünüz?
(Davamı var)
Baba Allahnəzərov
Təzadlar.- 2012.-
22 noyabr.- S.15.