Müəllim
adını şərəflə yaşadan
insan
Dünyada
haqq deyilən bir şey var, bu dünyaya göz açanlar,
doğulanlar haqdan gələnlərdi - haqqı olanlardı,
doğulmayanlar isə haqqı olmayanlardı.
Dünyada
haqq deyilən bir şey var, bu dünyaya göz açanlar,
doğulanlar haqdan gələnlərdi - haqqı olanlardı,
doğulmayanlar isə haqqı olmayanlardı. Haqqı olmayanlar
heç vaxt doğulmayacaqlar, heç vaxt doğula bilməyəcəklər.
Bu mənada, doğulmayanların sayı doğulanlardan dəfələrlə
çoxdu - lap çoxdu, sayı-hesabı yoxdu və
doğulmayanların sayını Allahdan başqa heç kəs
bilmir. Və heç kəs də doğulmayanların
sayını-hesabını bilmək iqtidarında olmasın -
Allaha ağır gedər, sonra da adamın ağzı əyilər...
Torpaqdan - haqdan doğulanların çox az hissəsi ömür yollarında, bu yolun enişində-yoxuşunda, daşında-kəsəyində, istisində-sazağında, bir sözlə, heç vaxt haqdan doğulduqlarını yaddan çıxarmırlar. Haqqı unutmadıqlarına görə heç vaxt nahaqq olmurlar. Haqqı unutmadıqlarına görə Allahın nəzəri onların üstündə olur, Allahın sevgisinə tuş gəlirlər - çünki Allah haqdır.
Ağdamın sayılıb-seçilən ağsaqqallarından biri idi Surxay Qurbanov. Hər bir təbdirdə, məclislərdə öz yeri, öz sözü var idi bu insanın. Özünəxas təmkinlə, hərəkətlə neçə-neçə insanın həlli mümkün olmayan, müşkülə düşmüş problemlərinin yoluna qoyulmasında misilsiz xidmətlər göstərmişdi. Bir müəllim, hüquq müdafiəçisi kimi ancaq insanlara mərhəm münasibət bəsləmişdi.
Zahirən sakit görkəmə malik olan S.Qurbanov böyük ürək sahibi idi. Bioqrafiyasına nəzər salanda, bir daha məlum olur ki, onun kimi yüksək mədəni, intellektual səviyəyə malik şəxslər bu cür zirvəyə yüksələ bilərlər...
Tanışlıq üçün deyək ki, Surxay İmamqulu oğlu Qurbanov 1912-ci il oktyabr ayının 16-da Şuşa qəzasının Seyidli kəndində, Mollaqurbanlı məhəlləsində kəndli ailəsində anadan olmuşdu. 1930-cu ildə Ağdam şəhər 3 saylı birinci dərəcəli zəhmət məktəbində oxumuşdur. Həmin ilin yayında müəllimlik kursunu bitirərək əmək fəaliyyətinə başlamışdır.
1930-cu ildə Ağcabədi rayonunun müxtəlif kəndlərində məktəb direktoru, savad kurslarının müdiri işləməklə bərabər, qiyabi yolla pedaqoji məktəbdə təhsilini davam etdirmişdir. 1935-ci ildə Ağdam Pedaqoji Məktəbinin əyani şöbəsinə daxil olmuş, 1936-cı ildə oranı bitirmişdir. Pedaqoji məktəbi qurtarandan sonra yenidən Ağcabədiyə qayıdaraq rayonun Hindarx kəndində orta məktəbdə direktor, Ağcabədi Rayon Xalq Maarif Şöbəsində inspektor, 1939-ci ildə Ağdam rayonunun Novruzlu kənd orta məktəbində dərs hissə müdiri, Ağdam şəhər 1 saylı orta məktəbin direktoru, eyni zamanda rayon qəzeti redaksiyasında məsul katib işləmişdir.
1941-ci ilin iyun ayından 1945-ci ilin oktyabr ayına kimi Sovet Ordusunda xidmət etmiş, Şimali Qafqazda, 1-ci və 2-ci Ukrayna döyüş cəbhəsində döyüş yolu keçmişdir. Üç dəfə yaralanmışdır. Döyüş xidmətlərinə görə "Qırmızı ulduz", Birinci dərəcəli Vətən müharibəsi ordenləri, "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Müharibənin ilk günündən son qələbəyə qədər müxtəlif cəbhə xətlərində döyüşmüşdür.
1945-ci ilin yanvarında
Sovet Ordusunun son irimiqyaslı hücumu başlandı. Surxay müəllimin əfsanəvi
briqadası Polşa torpağına daxil oldu. Qoşunlarımız Oder və Visla
çaylarını arxada
qoyub, Yuxarı Sileziyada, Şərqi Prussiya və Polşanın şimalında
hərbi əməliyyatlara
başladılar. Az müddətə həmin ərazilər düşmən tapdağından
azad olundu. Surxay müəllim Oder boyunca, Varşava ətrafında olan bütün hərbi əməliyyatlarda
özünü igid bir döyüşçü
kimi göstərmişdir.
Ordudan tərxis
ediləndən sonra Ağdama qayıdıb
rayon Partiya Komitəsində
1946-cı ilin fevral ayına kimi təlimatçı, həmin
ilin oktyabr ayına kimi isə rayon XDS sədrinin müavini işləmişdir. 1946-cı ilin noyabr ayından
1948-ci ilin iyul ayına qədər Ağdam rayon prokurorunun köməkçisi olmuşdur.
1948-ci ildən 1952-ci ilədək Vartaşen
rayon prokuroru, 1952-ci ildən
1953-cü ildək Gəncə
Vilayət prokurorunun istintaq idarəsinin rəisi vəzifəsində
çalışmışdır.
1953-cü
ildən pedaqoji işə qayıtmış,
əvvəlcə Ağdam
Rayon Xalq Maarif Şöbəsinin inspektoru,
1957-ci ildən dünyasını
dəyişənədək isə Ağdam şəhər 3 saylı
orta məktəbin direktoru vəzifəsində
işləmişdir.
1950-ci ildə APİ-nin
dil-ədəbiyyat fakültəsini,
1953-cü ildə isə
Ümumittifaq qiyabi hüquq institutunu bitirmişdir. Beş oğul, üç qız atası idi Surxay Qurbanov...
Surxay Qurbanovun
65 illik ömür yolu indi də
onu tanıyan adamların, keçmiş
şagirdlərinin, yaxınlarının,
əzizlərinin yaddaşında
xatirələrə dönüb.
Surxay Qurbanov haqqında söhbət açanlar sanki indi də
öz aralarında olan, onlarla bir
deyib-gülən, kədərlənib-qəmlənən,
yenə də kömək əlini uzadan, dayaq duran,
məsləhət verən,
düzgün yol göstərən bir adam haqqında
danışırlar və
bunlara qulaq asa-asa əmin olurlar ki, Surxay
müəllim bu gün də sağdır, yaşayır.
Görünür, yaxşı kişilər
heç vaxt ölmürlər, əbədi
yaşayırlar.
Əsl kişilər
öyrənə-öyrənə gəlib öyrədə-öyrədə
gediblər. Bax, dünyanın da
əsli budur və əsli ilə düzdür.
Yalnız belə olanda
dünya olur - əsilzadə.
Dünyanı qoruyan, üfürə-üfürə
ovcunun içində əzizləyib saxlayan əsilzadələr heç
vaxt nəsil artırmayıblar, əsl
artırıblar.
Və bu yerdə adamın könlündən bilirsən
nə keçir?
- Bütün ölkələrin əsilzadələri, birləşin!!!
Çox şükürlər
ki, Surxay Qurbanov kimi kişilər olub. Və dünya durduqca da duracaqlar.
Surxay Qurbanov çox müdrik kişi
olub. Ağzından heç vaxtı
bişməmiş söz
çıxarmayıb. Həmişə də sözə
qiymət verib.
Bu gün - 2012-ci ilin
16 oktyabrında Surxay Qurbanovun 100 yaşı tamam olur. Bir əsrin
65 ilini yaşayıb.
35 ilini onsuz
keçirən nəvə-nəticələri
təmiz, saf adı ilə həmişə fəxr ediblər.
Surxay müəllimi tanıyan,
ilk görən gündən
onun üzündə həmişə nurdan yaranmış işıq
görmüşəm, dünyanın
ömür-gününün ən qaranlıq vaxtlarında da onun üzündə işıq görmüşük
- elə bil Allah Surxay müəllimin üzündə şam yandırıb... Və haqdan yaranan bir şamdı, ulularımız demiş, heç kəs, heç vaxt söndürə bilməz...
Yüz yaşı tamam olur, lap min illər də ötsə o şamı
heç kəs söndürə bilməz.
Surxay ƏLİBƏYLİ
Təzadlar.- 2012.- 16 oktyabr.- S.13.