Mənəvi dünyamıza
işıq salan kitab
Yaxud, dəyərli ziyalımız
Hacı Qubad Həsənzadənin
"Tanıyaq əhli-beyti" kitabı haqqında bir neçə söz...
Mənəvi
dünyamızın tənəzzül etdiyi
və ya Avropalaşdığı indiki dövrdə insanları haqqa
və ədalətə səsləmək hər bir ziyalının həm də mənəvi borcudur. Narahatlıq ondadır ki,
indi bu haqq
birbaşa vəzifəsi olanlar
deyil, sadəcə, bu
haqqı mənəvi borcu sayan,
barmaqla sayıla bilən
ziyalılarımız öz çiynində
daşıyırlar. Etiraf edək ki, Azərbaycanın çox
da uzaq olmayan
ötən tarixi də bunu
sübut edib.
Neçə gün əvvəl ilahiyyətçi-ziyalımız,
şair təbli Hacı Qubad
Həsənzadənin "Tanıyaq əhli-beyti" adlı
kitabı ilə tanış oldum. Kitabda diqqəti çəkən məqam ondan ibarətdir ki, Həzrəti
Peyğəmbər(s)-in Əhli-Beyti şeir
və poeziya dili ilə
vəsf olunur.
Onu da deyim ki, Hacı Qubad Qarabağ bölgəsində
xeyirxahlığı ilə diqqəti çəkir, seçilir. O, məcburi köçkün
camaatın yas mərasimlərində
yaxından iştirak edən din-islam bilicisi kimi də özünə hörmət
qazandırıb, hamıya mənəvi dayaqlığı ilə
xətir sahibidir. O, özünəməxsus
ürək açıqlığı, Azərbaycanın çağdaş problemlərinə, xüsusən
də Qarabağ probleminin
20 illik aqibətinə öz
baxışları olan ziyalıdır. Onunla ünsiyyətə qədər hansı
qəlbə malik olmasını duymaq çətindir. Sadəliyi və diqqətcilliyi
ilə ünsiyyətə körpü salan Hacı Qubadın kitabını vərəqlədikcə
elə onun hansı
dünyagörüşə və ürəyə, mənəvi
qəlb aləminə malikliyi bəlli olur.
Kitabda dəyərli ziyalıların
ürək sözləri və xeyir-duaları da
yer alıb. Hacı Novruz
deyir:
- Hacı Qubad Allahın sevdiyi və seçdiyi insanlardan biridir. O, Əhli-Beyt vilayətindən qidalanan və bu vilayətə
sadiq bir mömindir.
Hacı, İlahi tərəfindən ona
verilən geniş təfəkkürü
və mükəmməl zəkası ilə, öz
düşüncə və fikirlərini, çox
gözəl məntiqlə dinləyicilərinə və
oxucularına çatdırmağı bacarır. O, öz şeirlərində Şeyx
Nizami və Şeyx Füzulini örnək tutur.
Hacı az bir müddətdə
İslamı və xüsusilə Əhli-Beyti sevənlər üçün çox
zəhmətlər çəkib. Onun uşaqlar və yeniyetmələr üçün dərs verdiyi
mədrəsə, həm də böyüklər üçün ədəb, mərifət və
elm ocağı olub.
Hacını
tanıyanlar onu bu dövr və zaman üçün Allahın verdiyi
bir ruzi və nemət
kimi qəbul edirlər.
Allah bu ruzi və neməti bizə çox
görməsin. Hacı Qubadın yazdığı şeirlərdən
görünür ki, o yüksək səviyyədə haqqı
batildən seçən, nadir insanlardan biridir. Həmçinin
onun yazdığı şeirlər geniş məna və məntiqilə, müəllifinin
necə əhatəli bir insan
olduğunu tam mənada
öz oxucusuna
çatdırır və anladır.
İlahidən, bundan sonra da mən
Hacıya öz işində və
yaradıcılığında müvəffəqiyyət və
uğurlar diləyirəm. Allah ondan razı olsun.
Dünya şöhrətli alim Rafiq Əliyevin
"XALQ ADAMI" adlı yazısı isə Hacı Qubad
dünyasına verilən ən yüksək dəyərlərdən
biri kimidir. Professor R.Əliyev yazır:
- Hər bir insan dünyaya gələn
andan qismətinə düşən bir ömür payı
yaşayır. Yaşanan ömür payının
yaddaşlarda necə iz qoyması isə insanın
özündən asılıdır. Elə adamlar var ki, onun həyatda
qoyduğu iz, açdığı cığır,
keçdiyi şərəfli ömür yolu gələcək
nəsillər üçün bir örnək olur. Adətən
belə adamlar ümumi məqsəd üçün
çalışan, özləri isə getdikcə daha alicənab
olan adamlardı. öz alicənablığı və təvazökarlığı
ilə seçilən, xalq adamı, Allah adamı kimi Qubad Həsənzadə
də məhz bu cür hörmətə layiq olan insandır.
Qədim yunan filosofu Sokratın məşhur
kəlamı var: "Əgər söz çatmırsa, dəyənək
də kömək etməz". Bu həqiqətə əsaslanaraq
deyə bilərik ki, ən güclü silah yaxşı
sözdür. Bacarıqlı natiq Hacı Qubad sözün
imkanlarından, fikrin sehrindən məharətlə istifadə
edir. Onun üçün insanı dəyişdirən, fəallaşdıran,
cilalayan və qiymətli edən əsaslı sözdür, məzmunu
aydın olan, məntiqli fikirdir. O, söz közündən
fikir tonqalı alışdıra bilənlərdəndir.
Onun başlıca qayəsi Allah-təalanın
verdiyi bütün ömrünü islamın, Quranın və
bunları bizə gətirmiş olan Peyğəmbər (s) və
onun Əhli-Beytini daha dərindən öyrənməyə
çalışmaq və bu vacib həqiqətlərixalqa
çatdırmaqdır.
Alimlər, ziyalılar və dindarlar cəmiyyətin
seçilmiş təbəqəsidir. Alimlərin imanlı,
dindarların elmli əxlaqı arzuolunandır. Hacı
Qubadın elmi, əxlaqı Qurani-Kərimdən, bu bulaqdan su
içən dahi Nazamidən və Füzuli hikmətlərindən,
Əxlaqi Nasirdən, bütövlükdə şərq və
islam mənblərindən qaynaqlanır. İnsanların
saatlarla onun sözlərinə, nəsihətlərinə,
müdrik söhbətlərinə necə aludə
olduğunun dəfələrlə şahidi olmuşam.
Elmi, ruhaniliyi, Tanrıya böyük
sevgisi olan bu adamda eyni zamanda böyük insanlıq
görmüşəm.
Əzizim Qubad! Siz Azərbaycanımıza
lazımsınız, amma arzum budur ki, tezliklə Qarabağda,
Ağdamda, Abdal, Gülablıda və Novruzluda
görüşək!
Kitabda daha bir məqam diqqətimi çəkdi.
Hacı Qubad ölkəiçi problemlərin həllini
başqa ünvanda və müstəvidə axtaranlara da mesaj
göndərib və "...Gər özümüz düzəlsək"
adlı şeirində yazır:
"...GƏR ÖZÜMÜZ
DÜZƏLSƏK"
(Səha əhlinə belə
buyrulmuşdur:) "Rəbbi-nizin ruzisindən yeyin və Ona
şükr edin. (Yıırdunuz) gözəl bir diyar, (Rəbbiniz
də) bağışlayan bir Rəbbdir! Lakin onlar (itaətimizdən)
iiz döndərdilər. Biz də üstlərinə ərim
(bəndinin) selini göndərdik... Onları nankorluqlarına
gör belə cəzalandırdıq". Səba-15,16, 17
Hey deyirik həyatımız nədən
qeylü-qaldadır,
Torpağımız kafər əldə
dübarə işğaldadır.
Biz necə doğru dindəyik, həq
necə İslamladır?
Eşit, sadə cavabı var, gör nə
həyati gerçək,
Müşkülatımız düzələr,
gər özümüz düzəlsək.
Quran oxu, bizlərə ibrətləri
etmiş bəyan,
Küfr edən ümmətləri
gör, Rəbb necə etmiş talan
Ötmüş əsrlər, bu günsə
bizlərə yetmiş zaman,
Müşkül əməldən
yaranır baxıb qəlb ilə görsək,
Müşkülatımız düzələr,
gər özümüz düzəlsək.
Yağmadımı Lut elinə daş
necə ünvan ilə?
Qərq edildi
Nuhun eli
sel-suya tufan ilə.
Ad və Səmud qövmü də çökdü necə divan ilə,
Tanrı bəyanın
oxuyub da ibrət ala bilsək,
Müşkülatımız düzələr, gər
özümüz düzəlsək.
Hansı qövm
bax beləcə küfr edibdi nemətə,
İzzəti əldən gedibdi,
düşübdür zəlalətə.
Valiahi biz xəlq sığınıb
yalnız O pak qüdrətə,
Küfrümüzü dərk eləyib dinə, vəhdətə
gəlsək,
Müşkülatımız düzələr, gər
özümüz düzəlsək.
Hacı Qubad,
ibrət alıb dərk elə dövran nədir,
İbrəti hər dərk edənə, o necə ayanədir.
Quran, Əhli-Beyt bizə tam ibrəti Rəbbanədir,
Bu cütlüyü mizan edib nəfsi
hesaba çəksək,
Müşkülatımız düzələr, gər
özümüz düzəlsək.
Rəbiüs-sani 1428
May 2007
Nəhayət, Hacı Qubad redaksiyamızın qonağı
olanda özünəməxsus
təvazökarlıq içində
bir şeirini də təqdim etdi, dərcini arzuladı. Dünya şöhrətli
alim, professor Rafiq Əliyevə həsr olunmuş şeiri dərc etməklə həm də Hacı Qubad fəlsəfəsinə bir
daha nəzər yetirmək imkanı yaratmış olarıq yəqinki.
Beləliklə, Hacı Qubad "Rafiqim" şeirində deyir:
Elm ilə ey yavərim, heyran eylə dünyanı,
çünki elmdir bəşər dərdlərinin dərmanı,
Qoy ziyası
elminin fəth eləsin hər yanı,
Ucalt bir
övlad kimi, yurdun Azərbaycanı!
Elmin ilə
daima yüksələsən
Rafiqim!
Könüllərdə dastana çevriləsən
Rafiqim!
Elm meydanı ümman, bu ümmmanda ər gərək,
Zəkasıyla cəng edən, basılmayan nər gərək,
Çarpış ey vətən oğlu, mərd sənəni gər görək,
Yar yeni
yarğanları dünyaya
ver dürr görək!
Elmin ilə
daima yüksələsən
Rafiqim!
Könüllərdə dastana çevriləsən
Rafiqim!
Arxa, dağ
oldun necə nəhəng Lütfizadəyə,
Qoy Xuda
versin əcr böylə şərif qayəyə,
Mərhaba, səd
mərhaba səntək
əsilzadəyə,
Elmi böyük, özüyisə
bunca şirin, sadəyə.
Elmin ilə
daima yüksələsən
Rafiqim!
Könüllərdə dastana çevriləsən
Rafiqim!
Ruhu şad
olsun ulu şeyximiz Nizaminin,
Möhtəşəm Fizulinin, böyük Xudu, Tusinin,
Lütfüdür bu yurduma, gör
necə İlahinin
Boş qala
qoymur yeri zaman-zaman dahinin
Elmin ilə
daima yüksələsən
Rafiqim!
Könüllərdə dastana çevriləsən
Rafiqim!
Hacı Qubad
şerilə əhli-elmi
vəsf edər,
Bu əhli insanlığa ümdə
nicatkar bilər,
Dərk edən
insanlığı elmi
və əhlin sevər,
Yalnız elmlə insan cəhlə çün eylər zəfər.
Elmin ilə
daima yüksələsən
Rafiqim!
Könüllərdə dastana çevriləsən
Rafiqim!
2011-1433
Elə biz də Hacı
Qubada professor Rafiq Əliyevin yuxarıdakı
arzuları ilə istəklərimizi yetirir, ona Qarabağlı günlər arzulayırıq. Həmçinin Tanrıdan
diləyimiz budur ki, onu külli
Qarabağ camaatı ilə birgə Qarabağsızlıqdan, Ağdamsızlıqdan...
tezliklə xilas eləsin! Amin!!!
Asif Mərzili
Təzadlar.- 2012.- 7 yanvar.-
S.10.