Qürbətdə xan
olunca...
Yük əyilməsə, daş
qürbətə düşməz. Bu
yazımızda qürbətdə yaşayan
soydaşlarımızdan, bir nəslin
taleyindən söhbət açacağıq. Qarabağ
xanlığının mərkəzində, Şuşa
şəhərində adını tarixə
yazdırmış bir soy
yaşayırdı. Bu soy
Behbudalılar adlanırdı. Soyun patronu Behbudəli ağa
İbrahimxəlil ağa oğlu
Cavanşir XVIII yüzilin
önlərində Sarıcalı obasında anadan
olmuşdu. İbtidai
təhsilini molla yanında almışdı.
Sonra mədrəsədə oxumuşdu. Babaları kimi
hərbçi olmuşdu. Qardaşı Pənahəli
bəylə bərabər Qarabağ
xanlığının qurucularından biri
idi. Qarabağ qoşununa sərkərdəlik etmişdi.
Behbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy,
Mirzalı bəy, Qasım bəy adlı oğlanları
vardı.
Behbudəli
ağanın övladları da
xanlığın görən gözləri, vuran
əlləri idilər. Böyük oğlu Əbdüssəməd
bəy Ağaməhəmməd şah
Qovanlı-Qacarın zavalına gəldi. İkinci
oğlu Mirzalı bəy gah
Abbas mirzənin tərəfini tuturdu, gah İbrahimxəlil
xanın. İki arada bir dərədə qalıb, fələyin
badına getdi. üçüncü
oğlu Behbudəli ağanın üçüncü oğlu
Qasım bəy 1755-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mükəmməl saray
təhsili almışdı. öncə xanlığın qoşununda, sonra rus ordusunda xidmət etmişdi. Ştabs-kapitan
rütbəsi vardı.
Raffi “Xəmsə” adlı kitabında
yazır: “Ermənilərlə məskun, bir neçə yüz evdən
ibarət olan Tex kəndi
(Dığ-Ə. ç.) erməni məliyi
Qriqora mənsub idi. Şuşaya qala tikintisi üçün bu kənddən bir sadə
erməni kəndlisi götürülmüşdü.
Onu o qədər
işləməyə məcbur etdilər ki,
nəhayət dinini dəyişib
müsəlman oldu və Qasım adlanmağa başladı. Bu
Qasımın oğlu Rüstəm bəy
Mehdi xanın yanında
sandıqdarağası işləməyə başladı. Onun oğlu Əsəd bəy
isə Mehdi xandan
Dığ kəndini bəxşiş aldı.
Danışırlar ki, Mehdi
xanın qardaşıoğlu Cəfərqulu xan
görəndə ki, Qarabağın kəndlərini
belə əliaçıqlıqla paylayırlar, o da 12 kənddən ibarət
bir siyahı tutdu. Onun əmisi ilə arası
olmadığından siyahını qeyd olunan sandıqdarağası Rüstəm bəyə
verib xahiş etdi ki, həmin kəndləri
onun ayağına yazsın. Rüstəm
bəy bu 12 kəndi xanın möhrü ilə Cəfərqulu xana verdi. Sonuncu
bir neçə gündən sonra peşiman oldu ki, niyə
Şuşanın yaxınlığındakı erməni kəndi
Xanəzəyi həmin siyahıya əlavə etməyib. Bu kənd ona yaylaq kimi əlverişli ola bilərdi. O, yenidən Rüstəm bəyə
müraciət etdi. Sandiqdarağası İran adətinə görə,
bağışlananlara Xanəzək kəndini də əlavə
edib təsdiq üçün
xana verir. Mehdi xan isə zəhləsi
getdiyi qardaşıoğluna bu kəndi verə bilməzdi. Siyahı
yazılmış vərəqi cırıb kənara
tulladı”. Ermənilər torpağımıza, musiqimizə,
mədəniyyətimizə, mətbəximizə göz tikdikləri azmış kimi, adlı-sanlı nəsillərimizə,
görkəmli sərkərdələrimizə də yiyələnməyə,
erməniləşdirməyə çalışıblar. Bu da böyük
erməni yazıçısı Raffinin ağ yalanı!
***
İbrahimxəlil xan
Sarıcalı-Cavanşir 1806-cı ildə böyük
oğlu Məhəmmədhəsən ağadan incik
düşəndə, digər oğlu Əbülfət xana
sifariş göndərib, Qarabağa dəvət etdi. Fətəli şah xanın sifarişindən hədsiz
sevincək olub, qiymətli ərməğanlarla
Əbülfət xanı Qarabağa yola saldı. Dayaq və dəstək
üçün beş
min də qoşun verdi. Əbülfət xan
Qarabağın sınırına çatıb, şahın
istəyini atasına yazdı. Fətəli şah Əbülfət
xana göstəriş vermişdi
ki, Məhəmmədhəsən
ağanı Tehrana göndərib, özü Qarabağda
atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən
ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri
göndərsin. İbrahimxəlil xan Əbülfət
xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün.
Əbülfət
xan məktubun qırımından bilir ki, işin
içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib, Qapan, Güney, çulundur və
Bərgüşad mahallarını tutdu.
Atasının mahallara təyin etdiyi naibləri, kədxudaları,
kovxaları, darğaları və yüzbaşıları
çıxarıb, iş başına öz adamlarını qoydu.
Bərgüşad çayının yaxasında düşərgə
qurub, əyləşdi. Dizaq, Xırdapara-Dizaq və
Cavanşir-Dizaq mahallarının naiblərinə,
el-oba başçılarına məktub
yazıb yanına çağırdı. çox
keçmədi ki, el
böyükləri başlarının dəstələriylə
Əbülfət xanın yanına gəldilər.
Qasım bəy Əbülfət xana etina etmədi. Tarixçi
Mir Mehdi Xəzani
yazır: “Qasım bəy, Rüstəm bəyin atası ki, bir sahibi-tədbir, rəşid
və kardan adam idi, Diğ və Gorunzur kəndlərində olurdu.
Əbülfət xana itaət etməmişdi”.
(Qarabağnamələr, 2-ci kitab,
Bakı, “Yazıçı”, 1991, səh. 163).
Qasım bəy
1810-cu ildə kapitan rütbəsində idi.
Qasım bəyin
törəmələrindən bəziləri Qasımbəyov
soyadını daşıyırlar.
Qasım
bəyin Fəzləli bəy, Fərzalı bəy,
Baxşalı bəy, Kazım bəy, Ağalar
bəy, Bəylər bəy, İsfəndiyar bəy, Rüstəm
bəy adlı oğulları, Tumar bəyim,
Xanım bəyim, Gilə bəyim, Balaxanım bəyim,
Qızxanım bəyim
adlı qızları vardı.
Fəzləli bəy
Qasım bəy oğlu Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili
almışdı. Ailədə Fəzi (çox
vaxt da Feyzi,
bəzən də Fəzli)
çağırıldığından sonralar
bu adla
çavlandı.
Fəzi bəy
mülkədar idi. Qardaşı Fərzi
bəylə bərabər Cavanşir
mahalında İlxıçı-Muğanlı, Hacıəlili
və Fərzalıbəyli obalarını idarə edirdi. Şuşa şəhərində
böyük mülkü,
dükanları və karvansarayı vardı.
Fəzi bəy
İbrahimxəlil xanın adlı-sanlı sərkərdələrindən
idi. Bir çox savaşlarda iştirak etmişdi.
Fəzi bəy Əbülfət
xanın tərəfdarı idi. Tarixçi Mir Mehdi Xəzani yazır: “Əbülfət xan baxmayıb və qulaq
asmayıb, hökumət iddiasının əlamətlərini
zahir eylədi. Bir para
bəylərdən ki, onun
qohumları idilər Mirzəli bəyi və Fəzli bəyi ki, ümdə bəylər və övlad və əqrəbaları çox və Ibrahim
xanın əmizadələri və Qarabağ
vilayətində ümdə və zübdə hesab olunan şəxslər
idilər. Hərçənd, zahirən xandan,
Məhəmmədhəsən ağadan və
Mehdiqulu ağadan və
Xanlar ağadan ehtiyat edib, Əbülfət
xana aşikar
yardım və kömək izhar edə
bilməzdilər. Amma batinən onun istiqlalına kömək etməyə və
himayət etməyə çalışırdılar”.
(Qarabağnamələr, 2-ci kitab,
Bakı, “Yazıçı”, 1991, səh. 163).
Tarixçi Mir Mehdi Xəzani sonra
yazır: “çünki sərdara
(Sisianova-Ə. ç.) məlum olmuşdu ki, İbrahim xanın əmizadələri Mirzəli
bəy, Feyzi bəy və Məhəmmədhəsən
bəy və onlara tabe
olanlar Əbülfət xana
maidirlər. Hərçənd onu xan edib və ona itaət etməyi zahirən özlərinə
xiffət bilirdilər ki, İbrahim
xanı və Məhəmmədhəsən ağanı tərk
edib, Əbülfət xanı böyük edib, ona baş endirələr”.
(Qarabağnamələr, 2-ci kitab,
Bakı, “Yazıçı”, 1991, səh. 173)
Sisianovun əmri ilə Fəzi bəy və
əmisi Mirzəli bəy tutulmuşdu. Tarixçi Mir Mehdi Xəzani bu barədə
yazır: “Ona görə sərdar Sisianov qalaya varid olan vaxtda
Mirzə Əli bəyi və Feyzi bəyi
tutdurub, buyurdu ki, gərək evlərinizi götürüb,
köçüb Tiflis
şəhərinə gedəsiniz. Axırül-əmr
Ibrahim xan xahişmənd
olmağa görə onları buraxıb, amma Mirzə Əli bəyin böyük
oğlu Behbud bəyi
və Feyzi bəyin bir
oğlu ki, qulluqçudan olmuşdu
15 yaşında, hər ikisini zaval alıb Gəncə şəhərində
Məhəmmədhəsən ağanın oğlu Şükrulla ağa ilə zaval
saxladı. Ondan sonra bir para bəylərə ki, Əbülfət xana meyil idilər, onlara təhdid
və pareyi-itab-xitab və qadağan
eylədi. (Qarabağnamələr, 2-ci kitab,
Bakı, “Yazıçı”, 1991, səh. 173)
Əslində Sisianov onları şərt altında azad etdi. Mirzalı bəyin
böyük oğlu Behbud bəyi və Fəzi bəyin 15
yaşlı oğlu Hüseynqulu
bəyi aparıb, Gəncədə Məhəmmədhəsən
ağanın ikinci oğlu
Şükür ağa
ilə birlikdə girov saxladı.
Fəzi bəy
öncə 1806-cı ildə, İbrahimxəlil xan ölümündən az
əvvəl İrana
qaçmışdı. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: “Pəs, həman
1806-ci ildə bahar fəsli olan kimi naibüs-səltəneyi-İran
Abbas mirzə qoşunlar
cəm edib və tədarüklər görüb, Qarabağa
köçmək binasını qoydu. Həman dəmlər Mirzəli bəy, İbrahim xanın əmizadəsi xandan xəlvət adam
göndərib, oğlu Behbud
bəyi ki, sərdar Sisianov
zaval aparıb Gəncə şəhərində
qoymuşdu, oradan oğlunu götürüb
və Rusiyə dövlətindən əl çəkməyi
zahir edib və Feyzi bəy də ki,
Mirzəli bəyin qardaşı oğlu idi və Mirzəli bəydən heç vaxt da ayrı olmazdı, köçüb
Qarabağdan Qızılbaşa və
Arazın şul tərəfinə getdilər.
(Qarabağnamələr, 2-ci kitab,
Bakı, “Yazıçı”, 1991, səh. 177)
Mayor Lisaneviçin
Sisiyanova göndərdiyi raportda
deyilir: “ Məruzə etməyi
özümə borc bilirəm ki, Mirzəli bəy Feyzi bəy
öz kəndlərində yerləşmişdilər.
Gizlincə Yelizavetpolda amanat
kimi saxlanılan Behbud
bəy Mirzəli bəy oğlunu götürüb Əbülfətin (Əbülfət
xan Sarıcalı-Cavanşirin) yanına
qaçıblar. O da Abbas
mirzənin razılığı ilə 300 nəfərlik süvarinin başında Qarabağa
çapqına gəlibmiş. Abbas mirzə
hələ də Təbrizdədir. Pirqulu
xan bir çox
Qaradağlı ilə Muğanda yerləşib.
İbrahim xan xəstədir.
Onun zəifliyi baş
verənlərin qarısını almağa
əsasdır”. (QAKA, sənəd ¹ 1490, Raportğ
mayora Lisaneviça k üiüianovu, ot 1-qo ənvarə 1806 qoda,
M 138. - Şuşa.)
Sisiyanov İbrahimxəlil xana
yazırdı: “Siz hökumətinizi zəif
idarə edirsiniz. Ona
görə də Əlahəzrət imperatorun
qəzəbinə tuş gələcəksiniz.
Məni özümdən çıxaran bir
hadisə ilə sizi tanış edim. Təzə xəbər almışam ki, Feyzi bəy və Mirzəli
bəy Behbud bəyi Yelizavetpoldan
(Gəncədən-Ə.Ç.) alıb Əbülfətin yanına gediblər.
Qiyamçı qarabağlılar Qarabağın
axırına çıxacaqlar. Oğlunuz
Mehdi ağanı Şuşaya
çağırın ki, sizə
yardımçı olsun. Beləliklə siz xainlərin öhdəsindən gələrsiniz.
Mirzəli bəyin etibarı məndə şübhə doğurduğundan onun oğlunu amanat (girov-Ə.
ç.) saxlayırdım. Bu
işlər mənim zənnimi doğrultdu”.
(QAKA, sənəd ¹ 1491, Pisğmo Kn. üiüianova k İbraqim-xanu , ot 9-qo ənvarə 1806 qoda,
M 13.)
Sisiyanov bu barədə
Mehdiqulu ağaya da xəbərdarlıq etmişdi:
“Bu saat 17-ci yeger alayının mayoru
Lisaneviçdən təsdiqedici məlumat almışam ki, Behbud bəy həqiqətən
də Mirzəli bəy Fezi bəy tərəfindən
Yelizavetpoldan (Gəncədən - Ə.Ç.) aparılıb. Onlar
Əbülfətin yanına gediblər. Gərəkli bilirəm
ki, bu saat
Şuşaya gedəsiniz. Atanız
qocalığa görə zəif idarə etdiyinə üçün ona
kömək edəsiniz. Əlahəzrət imperatorun
adından əmr edirəm ki, xəyanətkarları
tapıb cəzalandırasınız. Əbülfət
qardaşınız olsa da,
Mirzəli bəy və Fezi bəyi Yelizavetpola göndərəsiniz. Rusiyaya bağlı olan Qarabağ əyalətində baş
verən qiyamların baiskarı qardaşınızdır. Ona görə də qiyamçıları cəzalandırmasanız,
siz özünüz
dövlət xaini hesab
olunacaqsınız və ciddi cəzasız
qalmayacaqsınız. Bunu yaddan
çıxarmağımızı gözləməyin.
Bunları yerinə yetirəndən sonra mərhəmətli
Əlahəzrət imperatorun lütfünü gözləyə bilərsiniz”.
(QAKA, ¹ 1492. Toje k Mexti-aqe, ot 9-qo ənvarə 1806 qoda.)
Mehdiqulu xanı Fəzi bəylə əməkdaşlıqda
suçlayırdılar. Podpolkovnik Kotlyarevski Baron Rozenə
yazırdı: “Məlumat almışam ki,
Mehdiqulu xan
qiyamçılar-Fəzi bəy və Əbülfətlə
gizlincə yazışmalar aparır. O qədər hiyləgərdir
ki, özünün bütün işləklərini
ört-basdır edir, səs
çıxmağa qoymur. Onun
yazdığı 2 məktubu ələ keçirmişəm.
Di gəl ki, bir cümlə də özü
haqqında nəyəsə işarə etmir.
General Nebolsinə
çatdırmağı özümə borc
bilirəm ki, onun xainlərlə
bağlantısı hələ baş komandan (sərdar) knyaz Sisiyanovun vaxtında aşkar
olunmuşdu”.
(Davamı gədən sayımızda)
Ənvər ÇİNGİZOĞLU,
jurnalist-etnoqraf
Təzadlar.- 2012.- 12 yanvar.-
S.13.