Borçalının qədim
Ormeşən eli barədə nələri
bilirik?
Hər bir el-oba onun
yetirmələri ilə tanınır və sevilir.
Həm də sevdirilir.
İstəkli
publisist Əlləz Vəliyevin müəllifi olduğu
"Borçalının qədim Ormeşən eli" adlı
kitabını yüksək dəyərləndirmək olar. Ən azı ona
görə ki, müəllif bir daha ulu
Borçalı elinin bir
kəndinin-oymağının və elinin
tarixini tarixə yazıb. Təkcə yazmayıb, həm də
onun gələcək nəsillərə
ötürülməsi üçün əlindən
gələni edib.
Onu da deyim ki, kitabda qədim oğuz-türk yurdu olan Borçalı mahalının Ormeşən
kəndi haqqında daha ətraflı məlumat
verilməsindən başqa, həm də
kəndi bu günə gətirən
tanınmış insanların-ziyalıların, ağsaqqal və ağbirçəklərin,
onların mənsub
olduqları nəslin-kökün tarixi dəqiqliyi
ilə qələmə alınıb.
Kitabda Ormeşən kəndi haqqında qısa tarixi-etnoqrafik məlumat, yerli
oturaq əhalinin məşğuliyyəti,
etnik və sosial tərkibi,
adət-ənənələri, dini
görüşləri, memarlıq abidələri,
çayları, dağları: Şindi
dağı, Şamdüyə, Sərxan, Əyriqar, bu dağlarda bitən
müalicəvi bitkilər, dağlarda olan
gözəl təbii bulaqlar: Şır-şır, İlxı
bulağı, Nədirin bulağı, Yazılı bulaq, Şamdüyə dağının
başında Südlü
bulaq (südə oxşar,
təmiz duru olduğuna
görə Südlü bulaq
adlanır), arxaclar, xalxallar,
bərələrvə sairə haqqında məlumatlar yer alıb.
Ormeşən kəndinə
aid olan yer adları, kənddə və ətrafında
olan bulaqlar, bir sözlə tarixi
coğrafiyası təsvir edilmişdir.
Ormeşən kəndində yaşayan ağsaqqallar, ağbirçəklər ilk ziyalılardan: Topal Oruç, Ziyəddin Qaralov,
Əsəd Rüstəmov, ilk ziyalı
qadınlardan: Şahnigar İsmayıl
qızı, Qaralova Sinaxanım və başqa ziyalılar haqqında məlumatlar verilmişdir. Ormeşən kəndini
Ormeşən kimi tanıdanlardan biri Bəkir Səməd
oğlu Qaralov
haqqında, Pedaqoji Elmlər Doktoru Professor Zahid İbrahim oğlu Qaralov, Tarix elmləri namizədi Məmməd Məhəmməd
oğlu Vəliyev, Azərbaycan
Respublikasının Baş prokuroru Zakir Bəkir oğlu Qaralov, Pedaqoji elmlər namizədi
Şaban İbrahim oğlu Qaralov, M.F.Axundov adına rus dili və ədəbiyyatı İnstitutunun
baş müəllimi Vəliyev Xəlil
Alı oğlu, kənd təsərrüfatı
elmləri namizədi Qaralov Ağamalı
Məmmədalı oğlu və başqa alimlər haqqında məlumatlar verilmişdir. İkinci Dünya
müharibəsi, Əfqanıstan və Qarabağ
müharibəsinin iştrakçıları, iş
adamları, qulluqçular, Sərkər çobanlar, ustalar, kolxozda-sovxozda və başqa
səhələrdə çalışmış şəxslər
haqqında ətraflı məlumatlar verilmişdir.
Bununla bərabər müəllif Ormeşən kəndindən
olan nəsillərin hamısının bir-biri ilə sıx qohumluq
əlaqəsi olmasını və Ormeşən kəndindən
Aşağı Qarabulaq kəndinə köçüb getmiş
Ormeşənlilər haqqında məlumatlar çox
obyektiv və real
işıqlandırmışdır. Müəllifin əsas
məqsədi Vətəninə, elinə, xalqına, onun füsunkar təbiətinə,
ağsaqqallarına, ağbirçəklərinə,
ziyalılarına, zəhmətkeş və xeyirxah
adamlarına məhəbbət, sevgi dolu hisslərini tarixi
mövqedən oxuculara
çatdırmaqdır. Müəllif bu
kitabı hazırlamaqla çox xeyirxah, qeyrətli, təəssübkeş və
uzaqgörən bir iş
görmüşdür. Çünki mən də, o
yerlərə bağlı bir adam kimi, kitabı oxuduqca hər şeyi
xatırladım.
Kitabı
daha da əhəmiyyətli
edən məqamlar ondan ibarətdir ki, burada (yəni Ormeşəndə)
coğrafi məkan olaraq
Ormeşənə ekskurs edilmiş,
kənd sakinlərinin mənsubiyyəti və mənşəyinə
aydınlıq gətirilmiş, onların mədəniyyəti,
adət-ənənələri, məşğuliyyəti tarixi
və xronoloji ardıcıllıqla
göstərilmişdir.
Ormeşən orta məktəbinin tarix-ədəbiyyat
müəllimi, Maarif əlaçısı Vəliyev Vəli
Alı oğlunun kitaba yazdığı "ön
söz"də də bu söylədiklərimiz ətraflı
qeyd edilib. Elə bu məqamda bir suala cavab vermək lazım gəlir:
Borçalı mahalının bu kəndi haqqında dərc
olunan bu bilgilər nə dərəcədə əhəmiyyətlidir?
Müəllim Əlləz Vəliyev özü bu suala belə
cavab verir: "...Ormeşən kəndi və Ormeşən kəndində
yaşayan bütün nəsillər
haqqında bu məlumatın verilməsi vacibdir. Ona görə
ki, o vaxtkı, Gücüstan hakimiyyətinin 1988-1993-cü illərdə
antiazərbaycanlı təbliğatı, milli
ayrıseçkilik siyasəti, zorakılıqları,
talanları və qeyri-insani hərəkətləri
Başkeçid rayonunun başqa kəndləri kimi Ormeşən
kənd əhalisinin də əksər hissəsinin əsrlərlə
tarixi əraziləri olan dədə-baba yurdlarını tərk
etrnəyə məcbur etmişdir. Ormeşən əhalisinin əksər
hissəsi köçərək Bakı şəhərində
məskunlaşmışdır. Bakı şəhəri
böyük olduğuna görə qohumluğun itməməsi
üçün bunları bilmək lazımdır. Bununla bərabər
gələcək nəsil bilməlidir ki, onların
babaları, ulu babaları, qohumları kimlər olmuşdur.
Ormeşən kəndində yad
adam yoxdur. Hamı bir-birinə qohumdur. Bu qohumluğu saxlamaq
lazımdır! Ona görə də mənim gələcək
nəslə tövsiyəm odur ki, onlar bir-birini yaxından
tanımalı, bir-birinə hörmətlə
yanaşmalı, sıx birləşərək Ormeşən
elinin xeyrində-şərinndə və Ormeşən kəndinin
yenidən qurulmasında öz köməkliklərini əsirgəməməlidirlər.
Bütün Ormeşən eli bilməlidir ki, biz qan qohumuyuq. Bu
qan bizi həmişə çağırır..."
Bəli, vətəni vətən-torpaq
edən həm də onun tarixinin tarixləşməsi, gələcək
nəsillərə ötürülməsidir. Hesab edirik ki,
tanınmış publisist Əlləz Vəliyev
Borçalı eli qarşısında bu borcunu yerinə yetirməklə
Azərbaycanın qədim yurdunun tarixinin tarixləşməsinə
doğru daha bir addım atıb. Bütün Borçalı
türklərinin bu kitabdan yararlanması və
keçmişini unutmamaq üçün ordakı bəzi
bilgiləri gələcək nəsillərə ötürməsi
çox vacibdir.
E.ŞİRİNOV
Təzadlar.- 2012.- 17 yanvar.-
S.7.