OYAN, EY TüRK DüNYASI
(poema)
Bir neçə ölkə- Fransa, İtaliya və Avropa Parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb. Bundan ruhlananlar da az deyil.
"Genosid" adı altında Türkiyəyə,
Türk dünyasına
qərəz bəslənir...
(Qəzetlərdən)
Qarşıda çətin
sınaqlar durur. Türk dünyasını elə
hərəkətə gətirmək
lazımdır ki, daim oyaq və
güclü fəaliyyətdə
olsunlar
Erməni lobbisi tapanda
dayaq
çoxalır dünyanın kədəri, yası...
Sənə qara yaxır
o İblissayaq,
Oyan, qalx ayağa,
ey Türk dünyası!
Qalan çirkli sular çətin durulur,
Adına böhtandan damğa vurulur.
Yoluna min cürə tələ qurulur,
Oyan, qalx ayağa,
ey Türk dünyası!
Hiyləğər düşməndə
üzə bax, üzə;
Birbaş ayaq alır
düz üstümüzə!
Çətinlik yaranar sonradan
bizə,
Oyan, qalx ayağa,
ey Türk dünyası!
Düşmən qərəzlidir fitnə-felində,
"Genosid" sözünü
tutub dilində.
Göstərir genini öz
əməlində,
Oyan,qalx ayağa,ey Türk dünyası!
İblis ayaq açıb
nə vaxtdan bəri,
Yolundan çıxarır çox ölkələri!
Bayquştək ulayıb gətirir şəri,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Gecə də, gündüz də düşmən çalışır,
Dəyişən mühitə dərhal alışır!
Çıxıb əndazədən həddini aşır,
Oyan, qalx ayağa,ey Türk dünyası!
Millətin bu halı
bağrımı dəlir,
Başına nə gəlsə yatmaqdan gəlir.
Ölkələr birləşir,birgə yüksəlir.
Oyan,qalx ayağa,ey Türk dünyası!
Nə qədər ki, səni birisi
sancmır,
Gözünün pərdəsi,yuxusu qaçmır.
Sənin bu gedişin
könlümü açmır,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Bir yola gəlmirik...bilmirəm nədən,
Başın bəlasını çox çəkir bədən.
Elə didişirik ara vermədən...
Oyan,qalx ayağa,ey Türk dünyası!
İndiki zamanı düşünmə asan,
Yenə baş qaldırıb çox kəsib-asan!
Sonra uduzarsan sayıq olmasan,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Düşmənin canını alıbdır azar,
Bir imkan verilsə
çox quyu qazar.
Türkü parçalamaq siyasəti var,
Oyan,qalx ayağa, ey Türk dünyası!
İrəli getməsək hər bir sahədə,
Sözümüz düz gəlməz verilən vədə!
Yüksəliş gərəkdir bütün ölkədə,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Əgər pozulmasa türkün saf andı,
Dağı dağ üstünə qoymaq asandı!
Nəyi gözləyirik...indi zamandı,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Düşmən çox qudurub haqqı itirir,
Doğru yolumuzda tikan bitirir!
Yatanlar batırır, duran gətirir,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Başımız bəlalar çəkdiyi bəsdir,
Güzəştə getməyin daha əbəsdir!
Bu sənə edilən ən ağır qəsddir,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Qoy dünya düşünsün,görsün
varıq biz,
Həmişə köklənmiş kaman-tarıq biz!
Fəqət çox unutqan...səhlənkarıq
biz,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Nə qədər iftira deyilər bizə,
Yalanlar qılıncdı,böhtanlar nizə!
Bəsdir biganəlik taleyimizə!
Oyan,qalx ayağa,ey Türk dünyası!
Demə: məndən ötdü,qardaşa dəydi,
Sandım ki,gərəksiz
bir daşa dəydi!
Bu ayrı-seçkilik milləti
əydi,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Sən qalxsan ayağa
hamı birləşər,
Ayaq tuta bilməz
nə iblis,nə
şər!
Bu mənfur bəladan qurtarar bəşər,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Bu necə dövrandı, bu necə zaman;
Düşmən bəd əməldən çəkinmir
bir an!
Bezmişik iblisin bədxahlığından,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Qoymurlar bir rahat
dolanaq bizi,
Dəyişik salıblar gecə-gündüzü!
İtirib haqq yolun
cənab Sarkozi-
Oyan,qalx ayağa,ey Türk dünyası!
Tarix təzələnsə
olar boran, qar...
Bəşərin gözündə azad dünya var!
Türkün Süleymanı...çingizxanı var...
Oyan,qalx ayağa,ey Türk dünyası!
Atatürk də dözməz
bu haqsızlığa,
Bizə tələ qura hər yetən
dığa!
Bəyənmir çanağın indi tısbağa,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Azğınlıq eləyib quduran çoxdu,
Hələ ki,qarşısın
alanlar yoxdu!
Xoruzluq eləyən indi toyuqdu,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Yoluna nur səpir
əzəldən bəri,
Müdrik ataların nəsihətləri!
Vətənə sadiqdir türkün əsgəri,
Oyan,qalx ayağa,ey Türk dünyası!
İstərəm qanımız hünərlə dolsun,
Hünərdən "Qələbə
marşı" doğulsun!
Hər əsgər ən cəsur komandan olsun,
Oyan,qalx ayağa,ey Türk dünyası!
İşıqlı zəkanız şəfəqlər saçsın,
Bağlı qapıları əlilə açsın!
Önündə dözməyib qaranlıq qaçsın,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Zaman tələb edir ayıq olmağı,
Vətənə fədakar sadiq qalmağı!
Həmişə uğurlu zəfər çalmağı,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Daha bundan artıq
sənə nə deyim,
Lazımsa başımı önündə əyim!
Sənə qurban olsun
canım,ürəyim...
Oyan,qalx ayağa,ey Türk dünyası!
Sən qalxsan arzumuz
verər şirin bar,
Olarsan bəşərə əsil xilaskar!
Sənin xilqətində çox həqiqət var,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Qoy aciz bilməsin
dövlətlər bizi,
Bir anda silinər
düşmənin izi!
Bizə toxunanın qırılar dizi,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Vaxt vardı hünərin düşmüşdü
dilə,
Dönmüşdün qayalar qoparan selə.
Həminki türksən bu gün də
elə,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Bizim gücümüzü coxu bilsə
də,
Ağlını itirib olublar
gədə!
Aslana sataşır bəzən tülkü də,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Coxdur haqq yolundan
çıxıb azanlar,
Ayağın altında quyu qazanlar!
önündə çökəcək
bir zaman onlar,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Sapı özümüzdən
olan baltalar,
Nə qədər bu xalqı qırar,baltalar!
Qoymayaq itməyə nə namus,nə
ar...
Oyan,qalx ayağa,ey Türk dünyası!
Daha son qoyulsun o baltalara,
Sağalsın onların vurduğu yara!
Analar geyməsin bir daha qara,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Türkün hər nəfəri igiddi, ərdi;
İndi sıx birləşmək böyük
hünərdi!
Birliyin bəhrəsi güclü zəfərdi,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Hamı qardaş kimi versin ələ-ələ,
Keçək adi sözdən
birbaş əmələ!
Xoş günlər bəxş edək bu xalqa,elə;
Oyan,qalx ayağa,ey Türk dünyası!
Silib gözlərini gəl yaxşı tanı,
Namərdi, xaini, xalqı
satanı!
Torpağı satanın alınsın canı,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Yaxşı olanların qədri bilinsin,
Gözündən kədəri, qəmi silinsin!
Vahid bir məxrəcə,
yola gəlinsin...
Oyan,qalx ayağa,ey Türk dünyası!
Bacarıq, məharət qoy çıxsın üzə,
Vaxtında çevrilsin gecə gündüzə!
Yaxşı da, yaman
da görünsün gözə,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Saf təməl yaradaq sarsılmaz olsun,
Körpələr anadan igid
doğulsun!
Düşmənin tifağı alovla dolsun,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Tanrıdan güc alıb qovuşsun kama,
Başımız üstündə nurlansın səma!
Əjdər Qiyaslı da gəlsin ilhama,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Sən elə dünyasan poladdan mətin,
Aləmə bəllidir sənin qeyrətin!
Dayağı olarsan bəşəriyyətin,
Oyan,qalx ayağa,ey Türk dünyası!
Əjdər Qiyaslı
İqtisadçı alim,
Şair
Təzadlar.- 2012.- 24 yanvar.-
S.15.