Qazax rayonu haqqında bilirik?

 

Qazax rayonu haqqında bilirik?

Ehtimal olunur ki, rayonun əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulub

Osmanlı imperiyası ilə Rusiya arasında əsrlər boyunca qarşıdurma olmuşdur. XVIII əsrin əvvəllərində isə bu proses Azərbaycanda toqquşmuşdur. Bu ziddiyyət 1725-ci ilin sonuna qədər çəkdi. Səfəvi dövlətinin Şimal qərb hissəsi Rusiya Osmanlı imperiyası arasında bölüşdürüldü. İtirilən torpaqların əksəriyyəti  Osmanlı imperiyasının idarəsinə keçir. Bunun da sayəsində idarəetmənin bazasını təşkil edən müfəssəl dəftərlər formalaşır. 1727-ci ildəGəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”(64), 1727-ci ildəNaxçıvan sancağının müfəssəl dəftəri”(63), 1728-ci ildə isə “Tiflis əyalətinin müfəssəl dəftəri”(61) İrəvan əyalətinin icmal dəftəri”(62) işlənib hazırlanır. İndiki Qazax rayonu həmin dövrdə Tiflis əyalətinin nəzdində idi.

 Azərbaycaının ən qədim məskən tipləri təbii suni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə - qaradamlarla əvəz olunmuşdur. Daş hörgünün meydana gəlməsi isə qazma yarımqazma  kimi evlərin yaranmasında mutərəqqi rol oynamışdır(85).

Bizim fikrimizcə, elə ilkin abidələr insanların ilk sığınacaq yerləri yaşayış məskənləri olan zağalar, təbii süni mağaralar ya köhüllər, qalaçalar, aullar, yurd yerləri, kəndlər, qəsəbələr, şəhərlərdir. Bu fikirlərimiz bir daha A.Mehdiyevin əsərində elmi cəhətcə əsaslandırıldığının şahidi oluruq(85). Odur ki, “Tiflis əyalətinin müfəssəl dəftəri”indəki kəndlərin siyahısı bizə tarixilik baxımından çox şeylər verir(61).  Belə ki, həmin dəftərdən məlum olur ki, o dövrdə Qazax livasına tabe olan dörd nahiyə olub: İncə, Çuvar, Axstav Türk nahiyələri. Həmin dövrdə Qazax bölgəsi dörd nahiyədən ibarət olmaqla ayrıca inzibati vahid olaraqliva” (“sancaq”) statusu ilə Tiflis əyalətinin tərkibində idi. (61, s.6).  Qazax bölgəsinin kəndlərinin 1728-ci ildə tərtib olunmuş siyahısı(61, s. 179-244):

İncə nahiyəsindəki kəndlər

 

Qazman, Çələb, Bəzirxana, Çadır, Baranə, Qılıc, Quşçu, Qurumsu, Hacılıküm, Qarahəmzə, Vadink, Başxana, Xan, Andıryücəsi, Duvaq, Soyuqbulaq, Yanas, Güləmir, Qasımyücəsi, Dellycan, Zoğallıq, Qərib, Qarabulaq, Yerdod, Camalabad, Armudlu, Xaçkəndi, Aöcakəndi, Dəmirçi, Çavuşlar, Yayla, Ağabastı, Carçı, Maqari, Mirbad, Yarsu, Kiçik Qurumsu, Məsum, Çataqçı, Kəmərli, Çıraqlı, Şahqulu, Şabanlı, Mollalı, İslambəyli, Qaymaqlıq, Dəyirli, Yasavval, Göl, Şeyxi, Peykar, Qala.

 

Çuvar nahiyəsindəki kəndlər

 

Kiçik Ayyaran, Böyük Ayyaran, Qaradink, Cücəvank, Xoşgünan, Qarabulaq, İncəqya Qızıldağ, Molla Abdulla, Peykanlı, Nəfsi-Əskipara, Əskiprayi-Gəbran, Vəli, Qapıçı, Məlikşah, Qut, Kürdlü, Rskbkt, Gəranis, Yuxarı Almalıq, Qala, Şəkərqala, Əlibəy, Bağağus, Qışlaq, Ağalı, Kunan, Gəlinqaya, Qoşakilsə, Çinar, Uluxan, Qazançı, Xanpaşalı, Salehlər, Üçgöl, Ürkməz, Ürkməz, Daş Salehlər, Əmiryarlı, Qazaxbəndi, Dəmirçi, Dəmirçilər, Dördcanlı, Şahnəzərli, Cudaquşlu, Vəyəlli, Çanğlar, Dərvişlər, Kəsəmənli, Kəsəmən Qulubəy, Abdulla Altunçular, Salehlili, Qazaxlı İsmayıl, Pirili, Sübhanverdi, Kosalar, Qaralar, Qaraçılar, Sarıqamış, Şəmsabad, Ağaxan Kəsəmənli.

 

Axstav nahiyəsindəki kəndlər

 

Nigarlı, Qurdboğazlı, Qılıclı Pirəlili, Qarasəkili, İshaqlı, Həsənxocalı, Qara Xəlifəli, Qaramanlı, Qaraqumaş, Dəryacıq, Aşağı Almalı, Məlik, Xassu, Korkeşiş, Böyük Cücüfə, Kiçik Cüncüfə, Şiraz, Salmanbəy, Mirili, Çaxarzimə, Xatis, Boğazkilsə, Tuşdoğan, Məlikbulaq, Göl, Qırxbulaq, Böyük Danaqıran, Müsüslü, Fəxrəli, Qızılhacılı, İsmayıl, Xəlifəli, Kiçik Kosalar, Xarxaç, Aşıq, Böyük Bəxtiyar, Kiçik Bəxtiyar, Dellycan, Ağkilsə, Məkan, Kiçik boğazkilsə, Dalmacıq, Çələbi, Sarısufi, Həmzəçəmən, Ağkilsə, Bozkəndi, Şahrux, Yaşbəy, Yarcavan, Hindizan, Bətkörpü, Şikar, Kiçik Danaqıran, Qızıldaş, Ağbulaq, Mirlərbulağı, Örəntala, Xanlıca, Hacıbulaq, Armudlu, Ağsu, Nəzərqya, Qaranlıdərə, Quşçu, Sarıvəlioğlu, Sarıkeşiş, Qaşqadaşı, Yeldöyən, Ağzıaçıq, Molla qaya, Dəlikilsə, Mağarzin, Göləgirən, Alpaut, Dərə, Boğazcılı, Qızılhacılı, Tərxanlı, Sarımlar arxı,

 

Türk nahiyəsindəki kəndlər

 

Laləyer, Xan, Böyüktürk, Hacıtürk, Əyriboyun, Miri, Ağdan, Abdulla, Uzunəli, Haştərək, Karqaya, Gözəldərə, Ərəbəli, Ağalı, Qozluq, Bulaq, Həmzə, Gödəklik, Əlyar, Kiçik Ceyran, Kiçik Xocatürk, Böyük Xocatürk, Qamışgöl, Baldırıqanlı, Xocabazar, Laçınqayası, İsmibulaq, Baldırqanlı, Pirəlili, Çaxmaxlı, Heydərli, Amir.

Tarixdən bizə yaxşı məlumdur ki, Azərbaycan Rusiyaya birləşdirildikdən sonra xanlıqlar ləğv edilir 7 əyalət təşkil olunur: Bakı, Qarabağ, Quba, Şəki, Şirvan, Lənkəran Yelizavetpol. 1840-cı ildə isə əyalətlər ləğv edilərək, qəzalardan ibarət olmaqla quberniyalar yaradılır. Onda Zaqafqaziyanın ərazisi Gürcü - İmeretin quberniyasından Kaspi vilayətindən ibarət idi. Qazax qəza olmaqla Gürcü - İmeretin quberniyasının nəzdində idi. 09.12.1867-ci ildə Bakı, Tiflis İrəvan quberniyalarının şərq hissəsindən yeni Yelizavetpol quberniyasüı yaradılır. 1870-ci ildə isə mərkəzi Gorus şəhəri olmaqla yeni Zəngəzur qəzası mərkəzi Novo-Akstafa olmaqla Qazax qəzası yaradıldı(59).

Odur ki, indiki Qazax rayonunun ərazisi vaxtiləoymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur”(57). Belə faktlar barədə yığcam ətraflı məlumat almaq üçün internet səhifələrindəQazax rayonuyazmaqla açılan səhifədəQazax-vikipediyamətnini açsaq onun mündəricatına nəzər salsaq, Qazax rayonunun tarixi, qədim yaşayış məskəni olması barədə, coğrafi mühiti - relyefi iqlimi haqqında, əhalisi, mədəniyyəti, təhsil səhiyyə müəssisələri,  maddi-mədəni irsi, nəhayət, görkəmli şəxsləri barədə yığcam məlumat almaq olur(43). Həmin mənbəyə istinad etdikdə məlum olur ki, Qazax “1909-cu ildən  şəhər statusu almış hal-hazırda rayon mərkəzidir”(57). Həmin məqalədə ehtimal olunur  ki, Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədarKasak” (Kasaq) kimi ərəb tarixçisi əl - Kufi (IX əsr) məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəliqazaxetnik birliyinin adını əks etdirir(57).

Həmin mətndə ehtimal olunur ki, XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəsləQazaxlı yaAlqazaxlıdeyilən Şıxlinskilər aiddir. Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkənQazaxlıtayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə, iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir. Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi. Lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi.

1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirilir. Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçir. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın tərkibində Rusiyaya birləşdirilir. 1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrilir. Sonralar isə 1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibinə verilmişdir. 1870-ci ildən isə Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri əhatə edirdi. 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur. 1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir.1959-cu il dekabrın 4-də Ağstafa rayonu Qazax rayonundan ayrılmışdır. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhədd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biriQazax rayonu idi. Ermənistan ordusu adı ilə rus qoşunları 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər yenidən hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Sofulu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir(57).

 

(Davamı var)

Əlihüseynli Sabir Tağıyev,                                                                                     

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin böyük elmi işçisi

Təzadlar.- 2013.- 27 avqust.- S.13.