Qazax rayonu haqqında nə bilirik?
Ehtimal olunur ki, rayonun əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan
ibn Məhəmməd
tərəfindən qoyulub
(Əvvəli ötən sayda)
Gürcüstanla Qazax rayonu arasında
Aveydağ yerləşir
və C.Rüstəmovun
arxeoloji axtarışları
nəticəsində məlum
olmuşdur ki, burada alban xristian
məbədinin qalıqları
vardır. Strabonun məlumatına görə,
albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların
məbədi olmuşdur.
Xristian məbədləri adətən
əvvəlki bütpərəst
məbədlərinin yerində
yaradılırdı. “Aveydağ” sözünün
özü də təxmin etməyə imkan verir ki,
albanların Ay məbədi
burada imiş.
Qazax rayonu Qazax şəhərindən
və 34 kənddən
ibarətdir: Xanlıqlar,
Ağköynək, Qarapapaq,
Daş Salahlı, Çaylı, Kommuna, Ürkməzli, Aşağı
Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Dəmirçilər,
Alpout, Hüseynbəyli,
Canallı, Kosalar, Qazaxbəyli, Aslanbəyli,
Qaymaqlı, Kəmərli,
Birinci Şıxlı,
İkinci Şıxlı,
Aşağı Əskipara,
Yuxan Əskipara, Xeyrımlı, Bağanıs
Ayrım, Qızılhacılı,
Barxudarlı, Sofulu, Quşçu Ayrım, Məzəm, Fərəhli,
Cəfərli, Bala Cəfərli, Abbasbəyli.
Hal-hazırda Aşağı
Əskipara, Yuxarı Əskipara, Xeyrımlı,
Bağanıs Ayrım,
Qızıl Hacılı,
Barxudarlı, Sofulu kəndləri erməni işğalı altındadır(59).
2001-ci il siyahıya alınmasında Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli
112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji,
46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt
abidəsidir(65). Onlardan
bir qismi aşağıdakllardır:
Səməd Vurğunun Poeziya
Evi - Yuxarı Salahlı kəndində yerləşir. 17 noyabr
1976-cı ildə şairin
anadan olmasının
70 illiyi ilə əlaqədar açılmışdır(57).
Damcılı mağarası - Daş Salahlı kəndində Avey dağının cənub-şərqində yerləşir. Sahəsi 360 kvadrat
metrdir. Mağarada aparılan qazıntılar
zamanı orta və üst paleolitə, mezolit və neolitə, tunc və orta
əsrlərə aid materiallar
tapılmışdır. Qazıntılar zamanı 8 mindən
artıq arxeoloji materiallar tapılıb.
Damcılı mağara
düşərgəsi dünya
əhəmiyyətli abidələr
sırasına daxildir(57).
Didevan dağı
- Xanlıqlar kəndi
ərazisində yerləşir. VI-VII əslərə aiddir.
Müdafiə xarakterli
bu abidə memarlıq nümunəsi kimi ölkə əhəmiyyətli abidələr
siyahısına daxildir(57). Ancaq biz orda olarkən müəyyən etdik ki, o çox ehtimal ki, siklopik
tikili olmaqla əvvəlcə Qalaça
olmuşdur.
Baba Dərviş qədim
yaşayış məskəni
Xanlıqlar kəndinin
ərazisindədir. Baba Dərviş yaşayış
məskənində 3 türbə
var.Cümə məscidi
- Qazax şəhərindədir.
1902-ci ildə Kəsəmənli Axund Hacı Zeynalabdin Məhəmmədəli oğlunun
təşəbbüsü ilə tikilmişdir.
Baş ustası mahir bənna Müzəffər
Hüseynovdur.
Alban Avey məbədi - Avey dağının cənub zirvəsində
992,5 m yüksəklikdədir.
Məbəd V-VI əsrlərə
aiddir(57).
Bütün bunlarla bərabər,
2012-ci ildə Qazax rayonunda olan abidələri tədqiq etmək məqsədilə
rayonun Mədəniyyət
və Turizm şöbəsinin əməkdaşı
Nofəl Qurbanovla birlikdə rayonun 25 kəndində və Qazax şəhərində
olduq. İsti yay aylarında
hər ikimiz bir gün belə
istirahət etmədən
gərgin axtarışda
olduq. Onun sayəsində bu
yaşayış məntəqələrindən
ümumilikdə 707 abidə
müəyyən edə
bildik. Nəzərə
alsaq ki, 14 abidə işğal altında qalmış kəndlərimizdədir: Yuxarı
Əskiparada 12 abidə,
2 abidə isə Aşağı Əskiparada.
Onda təqribən Qazax rayonunda 721 abidə olmuş olur ki, ondan 112-ni çıxsaq 2012-ci ildəki
zəhmətimizin hesabına
Qazax rayonunda 609 yeni abidə müəyyən etmiş
oluruq. 25 kənd
və bir şəhər üzrə
müəyyən etdiyimiz
abidələr aşağıdakılardır:
1. II Şıxlı kəndinin
abidələri
1. Qədirtəpə qədim
yaşayış məskəni
arxeoloji abidələri
2.Dəhnəli arxı
3.Sınıq körpü (Qırmızı
körpü)
4.Qırmızı körpü bazrı
5.Məhəmmədin dəmirçixanası
6.Musanın dəmirçixanası
7. Kamalın dəmirçixanası
8.Osmanın su dəyirmanı
9. İsmayılın su dəyirmanı
10. Əmirxanın elektrik dəyirmanı
11. Binnətli Məmməd kişinin dükanı
12. Əliqulunun dükanı
13. II Şıxlı su elektrik stansiyası
14.Abdullanın emalatxanası,
15. Şahvələdin emalatxanası,
16. Əmirxanın emalatxanası
17. Məsmə xanımın
gümbəzi
18. Mehdi Hüseynin büstü
19. Tomtulu Nəsibin iqamətgahı
20. Sınıq körpü karvansaraları - sağ və sol tərəfdə
21. Yunis kişinin körpüsü
22. Hasan kişinin körpüsü
23. Molla Bilalın mədrəsəsi
24. II Şıxlı kənd məscidi
25. Hənifə xanım ziyarətgahı
26. Xasməmməd ziyarətgahı
27. Qız qalası
28. Qarabulaq qədim yaşayış məskəni
29.Cöyüzlü (qozlu) qədim yaşayış
məskəni
30.Noylu (Novçalı) qədim yaşayış
məskəni
31. Hunan qalası(Yunan qalası)
32. Yusifin qara damı
(yer damı)
33. Su quyuları: Tomtulunun, Binnət kişinin, Əfəndilərin, Əliqulu
uşağının
34. Rus təpələri qədim
yaşayış məskəni
35. Ağalığın xarabalığı
36. Yeralt 1000 km3 su anbarı tikilisi
37. Xramçayı üzərində
təzə tikilmiş
ehtiyat körpü
38. “Hikmət-87”
yanacaqdoldurma məntəqəsi
39. Nasos stansiyası
40. Qarabağ müharibəsi
şəhidlərinə abidə
41. Şərab emalı zavodu
42. Pilarama (Ağac mişarlama dəzgahı)
- mişar sexi
43.Şahnabat
Yusifqızı Nəsibovanın
büstü
44. Hərəmlər
45. Nəsibov Seyfəddin və Nəsibova Məleykənin türbəsi
46. Türbə XIX əsr inv.
¹ 4530
47. Böyük Vətən müharibəsi iştirakçılarına
abidə
İndi isə II Şıxlı kəndindəki bir neçə tarixi abidələrin real vəziyyəti barədə məlumat vermək istəyirik. Bizi sınıq körpünün ərazisiunə buraxmadılar. Dedilər ki, komandanlığın rəsmi icazəsi olmalıdır. Odur ki, kor-peşman Şəmkirə qayıtdıq və Şəmkir rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə olub rəsmi icazə aldıq. Sonra zabitlərin müşayiəti ilə əvvəlcə Qız qalası deyilən zirvəyə qalxdıq. Təəssüb, çox təəssüb ki, Qız qalasından əsər əlamət belə qalmamışdı. Nə yaxşı ki, kəndin ziyalı ağsaqqalı Hamlet müəllim bizimlə idi. O, özünün uşaqlıq xatirələrini çözələyərək bizdə xeyli təəssürat oyatdı. Qız qalasının keşmiş vəziyyətindən, onun yaxınlığında olan Qarabulaq, Qozlu(cəvizli), Novçalı adlanan qədim yaşayış məskənlərindən şirin xatirələr danışdı. İndi isə Sizə ancaq Sınıq körpünün və Qız qalasının xarabalıqlarında çəkdiyimiz şəkilləri təqdim edirik:
Ehtimal olunur ki, bu gördüyünüz Qırmızı körpü XII əsrin ortalarında Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən inşa etdirilib. Onun 8,5m; 16,1m; 8m və 26,1m uzunluğunda olan dörd aşırımı vardır. Çayın sağ və sol sahillərindəki körpü hissələrinin altında geniş sahəli sığınacaqlar var. Sol sahildəki sığınacağın ümumi sahəsi 166m2, sağ sahildəki sığınacağın ümumi sahəsi 116m2 -dir. Çox ehtimal ki, onlar vaxtı ilə körpüdən keçməli olan karvanların istirahət üçün dayanacaq yerləri olub, yəni karvansaralar funksiyasını yerinə yetiriblər. Sığınacağın aşağıdakı şəkili bilavasitə dediklərimizi təsdiq edir. Çox təəssüblər olsun ki, müstəqil Azərbaycan dövlətinə milyon manatlarla kömrük gəliri verən Qırmızı körpü bu gün xaraba şəklində diqqətdənkənar bərbad bir vəziyyətdədir. Orda aldığımız məlumata görə onun təmirini Gürcüstan tərəf aparmalıdır. Niyə? Bilmirik.
(Davamı var)
Əlihüseynli
Sabir Tağıyev,
Təzadlar.-
2013.- 29 avqust.- S.13.