Qazax rayonu
haqqında nə bilirik?
Ehtimal olunur ki, rayonun
əsası VIII əsrdə
ərəb sərkərdəsi
Mərvan ibn Məhəmməd tərəfindən
qoyulub
(Əvvəli ötən sayda)
HƏRƏM. Açığını deyim ki, indiyə kimi olduğumuz rayonların heç birndə Hərəm adlı qəbirüstü abidə
ilə rastlaşmamışdım.
Birinci dəfə idi ki, Qazax rayonunun
ərazisində qəbirüstü
abidənin Hərəm
adlandığının şahidi
olurdum. Sonrakı
müşahidələrim göstərdi
ki, onun eni və uzunu
15 metrədək ola bilir. Divarının eni dövründən
asılı olaraq 80 sm qədər olduğunun şahidi olduq. Hasarının
hündürlüyü isə
həmişə adam boyundan aşağı olur. Hamısında bir giriş qapısı olur və onun
hündürlüyü insanı
əyilməyə vadar
edir, yəni 0,8 metrdən 1,2 metrə qədər hündürlükdə olduğunu
müşahidə etdik.
QARA DAM.
Bu gördüyünüz abidə dövrümüzün
nadir incisi sayıla bilər. Çünki Şəmkirin 56 kəndinin heç birində bu nadir incini tapa bilməmişdik.
Qazaxda isə elə ilk addımda onu II Şıxlı kəndində
Binnət Yusif oğlunun həyətində
tapdıq. Vaxtilə
Qara damlar üç məqsədə
xidmət edirmiş: birinci, yaşayış yeri kimi, ikinci,
ərzaq məhsulunu saxlamaq üçün, üçüncü, isə
mal-heyvanı saxlamaq üçün. Nə qədər
ki, yapışdırıcı
tikinti materiallarından
istifadə olunmurdu insanlar yaşayış məskəni kimi ya əlverişli mağaralardan, zağalardan
istifadə edirdi, ya da qabiliyyətli
və imkanlı olanıarı isə öz ailələri üçün Qara damlar tikirdilər. Hər kişinin işi deyildi ki, elə böyük
ağacları kəsib,
doğrayıb, gətirib
ev tikəydi.
2. I Şıxlı kəndinin
abidələri
1. Təkarmud qədim yaşayış məskəni
2. Qayalı qədim yaşayış məskəni
3. Gürcüstan - Incə dərəsi arxı
4. Daşdan yonulmuş qoç füqurlu baş daşı
5. Dəmirçi Yusifin dəmirçixanası
6. Dəmirçi Həsənin
dəmirçixanası
7. Maarifin elektrik (tok) dəyirmanı
8. Almədəd oğlunun dükanı
9. Molla Vəli Vidadinin heykəli
10.Tahir Isayevin (Serafino) yarım bədən büstü
11. Almədəd oğlunun malikanəsi
12. Mustafa
körpüsü
13. Molla Osmanın mədrəsəsi - çəpərə
məktəbi
14. Kənd məscidi
15. Ismayıl Əfəndi məscidi
16. Tahir Isayevin ev muzeyi
17. Yel ocağı
18. Molla Abdulla ocağı
19. Molla Osman ocağı,
türbəsi
20. Molla Qaraoğlan ocağı
21. Gəmiqaya qəbiristanlığı
22. Vəliyev Fərmanın qara damı (yer damı)
23. Papaqçı qəbiristanlığı
24. Qarayazı dövlət qoruğu
25. Lalə şadlıq sarayı
26. Dəmirçili qədim yaşayış məskəni
inv. ¹ 1269
27. Molla Vəli Vidadi relyef abidə
kompleksi (qəbir üstü)
28. Hərəmlər
29. Rafik Heydər oğluna xatirə bulağı
30. Ayişə Yusifqızı
- atası Yusif Bağdagül oğlu türbəsi
31. Türbə. I Hacı Ömər Əfəndi türbəsi
32. Türbə inv. ¹ 4529
33. Türbə inv. ¹ 4527
34. Türbə inv. ¹ 4528 XIX əsr
35. Türbə 2
36. Adgözəlova Xalsa Nəbi qızı (Artıx) türbəsi-ziyarətgahı
37. Gəmiqayırma abidəsi
38. Tahir Isafevin relyefi
39. Ismayıl Əfəndi mədrəsəsi
40. "Turan" yanacaqdoldurma məntəqəsi
41. Alban qəbiristanlığı. Omar ağalı məhəlləsində
42. Şahməmmədov Oktay Nəsib oğlunun qara damı (yer damı)
43. Hərəmlər. 1. Hərəm-1;
2. Nazan hərəmi; 3. Naməlum hərəm; 4. Eminlilər hərəmi;
5. Hərəm-2. 6. Hərəm-3
Birinci Şıxlı kəndində
də Şahməmmədov
Oktay Nəsib oğlunun həyətində
uzunu 18 m, eni isə 7 m olan Qara damın olduğunun şahidi olduq. Vəliyev Fərman Vəli
oğlunun həyətində
isə keçmişlə
bu gün sanki vəhdət təşkil ediirdi. Belə ki, yeni müasir
yaşayış binası
Qara damın bir tərəfində tikilib. Bu həyətdki
Qara dam nisbətən
balaca idi. Onun ölçüləri 5x10 m kimi
idi. Adətən, Qara damlar elə də hündür olmur. Onların maksimal hündürlüyü 2 m 2,3
m hündürlüyündə olur.
Həmin kəndin yetirmələri
arasında Molla Vəli Vidadinin və İtaliyada Serafino kimi tanınan
milli qəhrəman İsayev Tahir Yusif oğlunun xüsusi yeri var. Odur ki, onlara
qarşı da kənd camaatının xüsusi diqqəti abidələrin timsalında
hiss olunur.
I Şıxlı kənd
kənd qəbiristanlığı
qəbirüstü abidələr
olan türbələrlə
zəngindir.
Maraqlı türbələrdən biri
kənd arasında Artıx adı ilə tanınan Xalça Nəbi qızının qəbrinin
üstündə 1986-cı ildə bacısı tərəfindən tikdirilmiş
qəbirüstü abidəsidir. Belə ki,
həmin abidənin bir ziyarətgaha çevrildiyinin şahidi olduq. Abidənin daxilində niyyət
edilməklə bağlanan
parça hissələrinin
sayı-hesabı yox idi. Adı Xalça, ləqəbi isə el arasında Artıx olan bu qadının xalq arasında dərin ictimai nüfuzu vardır.
Məqalə üçün həcmin
məhdud olduğunu nəzərə alaraq iki kəndin abidələrindən az bir qismi
barədə yığcam
şəkilləri verməklə
məlumat verə bildik. Qazax rayonunun abidələri
barədə geniş
həcmli kitab hazırladığımızdan, başqa kəndlərdə
olan abidələr barədə məlumat verə bilmirik. Sadəcə
olaraq müəyyən
etdiyimiz abidələrin
siyahısını verməklə
kifayətlənirik.
3. Yuxarı Salahlı kənd abidələri
1. Qanırma arxı
2. Zor arxı
3. Yeni tikilmiş qala bürcü
4. Mehdi ağanın su dəyirmanı
5. Kolxozun elektrik dəyirmanı.
6. Kolxozun hamamı
7. S.Vurğunun heykəli
8. M.P.Vaqifin heykəli
9. BVM abidəsi
10. S.Vurğunun yarımbədən
büstü - Cavid müəllimin həyətində
11. M.P.Vaqifin yarımbədən
büstü - Cavid müəllimin həyətində
12. Sel ötürücü qurğu
13. Müfti Hüseyin Əfəndi Qayıbzadənin
mədrəsəsi
14. S.Vurğunun poeziya evi
15. Poeziya evinin istirahət parkı
16. Xəstəxana 50 çarpayılıq
17.
Türbə-1
18.
Türbə-2
19.
Türbə-3
20. 20 ədəd hərəm ağalıq qəbiristanlığının
şimal-qərb tərəfində
21. Türbə ağalıq qəbiristanlığının cənub-şərq tərəfində
22. Hərəm - ağalıq
qəbiristanlığının cənub-şərq tərəfində
23. I Sarvan qəbiristanlığı
- Bakı-Tbilisi yolunun
şimalında
24. II Sarvan qəbiristanlığı
birincinin cənubunda
25. 2 ədəd hərəm.
II Sarvan qəbiristanlığında
26. Türbə - II Sarvan qəbiristanlığında
27. III Sarvan qəbiristanlığı
ikincinin şimal qərbində
28. Hərəm III Sarvan qəbiristanlığında
29. S.Vurğunun oturaqlı heykəli-poeziya evində
30. Kazımov Arifin xatirə bulağı (şəhid)
31. Müasir bir tağlı körpü
32. Birinci Dünya müharibəsində ilk Azərbaycanlı
hərbi təyyarəçi
Fərrux ağa Qayıbovun, Qarabağ və Böyük Vətən müharibələri
şəhidlərinin şərəfinə
ucaldılmış abidə
kompleksi
4. Aslanbəyli kəndinin abidələri
1. İncə arxı (Incə su arxı)
2. Sozalının su dəyirmanı
3. Hacı Mahmud Əfəndinin
yaşayış evi
4. Hacı Mahmud Əfəndinin
məscidi
5. Göy türbə - Hacı Mahmud Əfəndi
ziyarətgahı inv. ¹ 4536
6. Sərdabə - yeraltı
7. Incə su çayının
üzərində körpü
8. Karvan körpüsü
9. Maşın körpüsü
10.
Karvansara
11. Kurqan- 5 ədəd
5. Qaymaqlı kəndinin abidələri
1. Güney arxı
2. Qaracalının su dəyirmanı
3. Sallının su dəyirmanı
4. Dəllək İsənin
su dəyirmanı
4. Lallı oğlunun elektrik dəyirmanı
5. Hamam
6. Ağamalı Sadıq Əfəndinin yarımbədən
büstü
7. Müasir körpü
8. Qədim körpü
9. Molla Hasanın mədrəsəsi
10. Əfqan Hacının ocağı
11. Şeyx Hərəmi piri
12. Qədim qəbiristanlıq
- 7 yerdə
13. Ağakişi Musa oğlu Əfəndiyevin türbəsi. Əfəndi ocağı.
14. Qədim hərəm
15. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsi həsr edilmiş abidə
16. Şəhid bulaqları 8 ədəd
17. Xanım türbəsi
Əlihüseynli
Sabir Tağıyev
Təzadlar.-
2013.- 31 avqust.- 31 avqust.-
S.15.