Heydər Əliyevi xatırlayarkən
Mərhum Prezident, Ulu öndər Heydər Əliyev ölkəmizin gənclərinin müstəqil dövlət sahibi, öz taleyinin sahibi olmaq hissini yaşayaraq sahiblik, sahibkarlıq məziyyətlərinə yiyələnməsi ideyasını irəli sürür. Yaşadığı torpağın yeraltı, yerüstü sərvətlərinin, vətən deyilən müqəddəs nemətin, insanlıqda uca tutulan şərəfin, namus və qeyrətin sahibi olan və bu sahibkarlığı mənəviyyatına hopduran insanın azadlıqsevər, mərd, cəsarətli olmağına şübhə yoxdur.
Müstəqil Azərbaycanın gələcəyi belə insanların yetişdirilməsini tələb edir. Dahi adamlar öz həyatlarını paxıllıq üstündə qurmurlar. Qarşılarına çıxan istedadlı adamlar üçün sevinc və fərəh hissi keçirirlər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin qarşısına çıxan belə istedadlı adamlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovdur. Vasif Talıbov öz xalqına, vətəninə yorulmadan xidmət edən, xalqının sevinci ilə, kədəri ilə yaşayan bir şəxsiyyətdr. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Vasif Talıbov da onun yanında çalışırdı. Heydər Əliyev hələ o vaxt Vasif Talıbovun işgüzarlığına, təşəbbüskarlığına yüksək qiymət vemişdi və demişdi: “Vasif Talıbovdan gələcəkdə yaxşı rəhbər və təşkilatçı çıxacaqdır”. Doğrudan da Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Böyük Rəhbərin onun barəsində dediyi sözləri doğrultdu. Bu sədaqətli insan övladlıqda da, yoldaşlıqda da vətəndaşlıqda da öz sədaqətliyini nümayiş etdirir.
Hamı yaxş bilir ki, Naxçıvana rəhbərlik etmək, xalqın etimadını qazanmaq necə çətindir. Ancaq Vasif Talıbova Naxçıvan sakinlərinin etimadı çox böyükdür. Etimad isə böyük qüvvədir. Misilsiz kapitaldır.
O, xarakterdə nəcibliyi, insanpərvərliyi, qayğıkeşliyi və diqqətçilliyi ilə fərqlınir. O, daima insanlarla ünsiyyətdə olur. Vasif Talıbov deyir: “Adamlardan aldığım məsləhətlər, tövsiyələr, xəbərdarlıqlardan daha qiymətli nə ola bilər? Onlarla ünsiyyətdə biz yeni təfəkkürün imkanlarını yoxlayırıq. Bu ünsiyyətdə aşkar fikir yaxınlığı və uyğunluğu göstərir ki, bizim yeni münasibətlərimiz, axtarışlarımız düz xətt üzrə hərəkət edir.”
Məşhur Fransız yazıçısı
Antuan Sent Enduperinin ifadəsi ilə desək, dünyanın ən
qiymətli daş-qaşı, insanlarla ünsiyyətdə
olmaqdır. Adamlarla bu cür ünsiyyət öz bəhrəsini
verməkdədir. İndi adamlar onun sayəsində təmizliyin,
səliqə-səhmanın ləzzətini duymuşlar. Indi
kimin işlədiyi və necə işlədiyi aydın
görünür.
“Vasif
Talıbov qeyri-adi qərarlar tapmağa qadir olan, cəsarətlə
irəli gedə bilən, müvəffəqiyyət
qazanmağı bacaran, təşəbbüskar,
düşüncəli, bacarıqlı bir şəxsiyyətdir”
Normal mənəvi və əxlaqi şərait insana imkan verir ki, indi Naxçıvan Muxtar Respublikasında nələr olmuş, nələr dəyişmiş və yenə də nələr olur. Biz bu şəraitdə iştirak edirik. Hər kəsə aydındır ki, Vasif Talıbov öz üzərinə götürdüyü yükü daşımaq üçün nə qədər enerji, vaxt, mənəvi qüvvə, nəhayət cansağlığı sərf edir.
Bu gün o, reallıqları dəqiq qiymətləndirir. O, qeyri-adi qərarlar tapmağa qadir olan, cəsarətlə irəli gedə bilən, müvəffəqiyyət qazanmağı bacaran, təşəbbüskar, düşüncəli, bacarıqlı bir şəxsiyyətdir. O, xalq işinə, dövlət işinə hədsiz sədaqəti ilə seçilir. Onun Heydər Əliyev irsinə daha dolğun, daha hərtərəfli, daha ciddi bələd olması onu daha da irəli aparır.
Onun sayəsində bütün idarə orqanlarında nizam-intizam aşkar şəkildə özünü biruzə verir. Bununla əlaqədar olaraq cəmiyyətin mənəvi potensialı hərəkətə gəlmişdi. İdrak insanın qəlbini gəmirərək passivlik və biganəlik zəncirini sıxışdırıb çıxardıbdır.
Sosial- iqtisadi dəyişikliklər yolu ilə irəliləyən Naxçıvan Muxtar Respublikası məhz Naxçıvan Ali Məclisi Sədrinin rəhbərliyi, işgüzarlığı sayəsində təsərrüfatın və mədəni quruculuğun bütün sahələrində böyük nəaliyyətlər əldə etmişdir. Onun Naxçıvanda gördüyü işlər, bizim kimi yaşlı insanlarda gələcəyə ümid yaratmışdı. Ümid də bir nemətdir deyərlər. Qabaqlar insanlar özlərinin yaxşı yaşayacaqlarına ümidlərini itirmişdilər.Ümüdsizliyə qapanmaq elə bir bəladır ki, özü ilə minbir əzab-əziyyət gətirir və insanı qocaldır. İndi belə fikirləşirik ki, hələ bir az da yaşamağına dəyər.
Biz Vasif Talıbova inanırıq. O, dünyaya elə bil ki, yaşamaq, yaratmaq üçün gəlibdir. O, Naxçıvanımızı daima gözəl və yaraşıqlı görmək istəyir. O, Naxçıvanda və onun rayonlarında yaratdıqlarından xüsusi bir zövq alır. Yaratdıqları ilə fəxr edir. Hər bir obyekt təhvilə gedərkən onun necə həyəcan və fərəh hissi keçirdiyini görməmək mümkün deyildir. Onun rəhbərliyi ilə aparılan tikinti, bərpa işlərini saymaqla qurtarmaz Vasif Talıbov Naxçıvan Muxtar Respblikası Ali Məclisi Sədri vəzifəsinə başlayarkən ilk cümləsi bu oldu: “Mən Naxçıvan şəhərini Azərbaycanın ən gözəl şəhərlərindən biri edəcəyəm.” Həqiqətən də o, öz sözünün üstündə dayanaraq Naxçıvanımızı gözəlləşdirməkdə davam edir. Vasif Talıbov daima axtarışdadır, eyni zamanda narahatdır. Onun qəlbi Naxçıvan üçün nəsə yaxşı bir iş görmək üçün döyünür. O, indi keçmişimizdən gələn mədəniyyət estafetini davam etdirir. Bütün qədim abidələrimizin bərpa olunmasına çalışır. O, gələcəyə keçmişimizin gözü ilə baxır. Düzdür, keçmişdə gələcək nəsillər üçün gözəl abidələr ucaldıblar, lakin yaxın keçmişdə bu abidələr baxımsızlıq üzündən bərbad hala düşmüşdü. Yəni uçulub dağılmışdı.
“Blokada şəraitində olan qədim Naxçıvan, Naxçıvan Muxtar Respublikas Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında ildən-ilə inkişaf edib böyüyür, gözəlləşir”
Sovetlər İttifaqı dağıldıqdan sonra həm Azərbaycan Respublikası, həm də Azərbaycanımızın bir hissəsi olan doğma Naxçıvanımız da görünməmiş yüksək sürətlə inkişaf etməyə başladı. Blokada şəraitində olan qədim Naxçıvan, Naxçıvan Muxtar Respublikas Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında ildən-ilə inkişaf edib böyüyür, gözəlləşir. Yeni istehsalat sahələri, məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir. Sakinlərin ruh yüksəkliyi, rəhbərliyin ciddi nəzarəti nəticəsində indi tikintidə istifadə olunan layihələr çox keyfiyyətlidir. Burada kompozisiyaların rəngarəngliyi təmin olunur, bədii və fərdi memarlıqdan geniş istifadə olunur. Estetik təsir göstərən vasitələrdən; gözəl mənzərələrdən, heykəltaraşlıqdan, qrafikadan, sulardan və əlbəttə ki, yaşıllıqdan geniş istifadə.
Tikintilərdə bu vasitələrdən istifadə olunmaqla Naxçıvan şəhəri tayı-bərabəri olmayan, öz füsunkar gözəlliyi ilə adamları məftun edən bir şəhərə çevrilmişdir. İndi biz artıq müstəqilliyin nə demək olduğunu yaxşı başa düşürük. Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyin nə olduğunu belə izah edir: “Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının sərvətidir”. Bəli, indi hər nə varsa özümüzünküdür, yəni xalqımızındır. Bu sərvəti göz- bəbəyi kimi qorumalıyıq.
Ölkə başçısı cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı gedən inkişafı yüksək qiymətləndirərək demişdir: “ Naxçıvanda çox böyük quruculuq işləri aparılır. Burada gedən quruculuq, abadlıq işləri, yeniləşmə, infrastruktur layihələri-bütün bunlar məni sevindirir. Bütün bunlar göstərir ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan çox sürətlə inkişaf edir və naxçıvanlılar ölkəmizin hər tərəfli inkişafına öz töhfələrini verirlər.”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov deyir: “ Naxçıvan Muxtar Respublikasında inkişafın bir səbəbi var; bu böyük yaradıcı gücə malik Heydər Əliyev ideyalarının, Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsidir. Hal-hazırda İlham Əliyevin qayğısı sayəsində Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda quruculuq və abadlıq işləri daha da geniş vüsət alıbdır. Naxçıvan Muxtar Respublikasının hansı guşəsinə getsəniz orada abadlıq, quruculuq işlərinin şahidi olarsınız.
Naxçıvan şəhərinin turist mərkəzinə çevriləcəyini nəzərə alaraq, ən çox turistlərin gedəcəyi yerlər səliqə-səhmana salınır. Əgər sən istəsən Naxçıvan Milli Parkının pilləkənləri ilə “Damcılar” sahəsinə enəsən aşağı endikcə elə biləcəksən ki, ayrı bir aləmə düşürsən. Qayaların altından, yosunların içərisindən süzülərək gələn, göz yaşı kimi dum-duru damcıların yerə düşərək musiqi səsinə oxşar səslər çıxardığının şahidi olacaqsan. Elə biləcəksən nağıllar aləmindəsən. Təbii ki, həyəcanlanacaqsan.Doğma Naxçıvanımızda belə möcüzəli sahənin olmasından fərəh hissi keçrəcəksən.Öz ürəyində səslənəcəksən: Bura Naxçıvandı, Nəqşi Cahandı, Azərbaycandı.
Qabaqlar bu sahəyə, zibildən, üfunətdən girmək mümkün deyildi. Bura xarabazarlığı xatırladırdı. Vasif Talıbovun göstərişi və şəxsi nəzarəti ilə bura zibildən və üfunət doğuran tullantılardan təmizləndi. Tökülən damlalar qaydaya salınaraq arxlara yönəldildi. Əhalinin istifadə edə biləcəyi vəziyyətə gətirildi. Arxların üstündən körpü salındı. Təbiət abidəsi daha gözəl görsənsin deyə burada yeni komplekslər; “şəlalə”, “Fəvvarələr,” “ Bazarçay Gölü,” istirahət kompleksləri yaradıldı. Milli Parkın bu hissəsi indi əsl istirahət mərkəzinə çevrilibdir. Sahə o qədər gözəldir ki, mən deyərdim bəlkə də dünyanın heç bir yerində belə gözəl guşə yoxdur. 18-ci əsrin qədim dini memarlıq abidəsi Naxçıvan “Cümə” məscidi. Bu məscid müsəlman mədəniyyəti və mənəviyyatının təşəkkülündə, inkişafında böyük rol oynamışdı. Bu tanrı abidəsi Azərbaycan və onun çərçivəsində islam dünyagörüşünün təbliğində, müsəlman adət-ənənəsinin yayılması yolunda onun tanrı mövqeyi misilsizdir.
Yüzilliklər dövrünün ağrılı-acılı, istili-soyuqlu günləri ilə üzbəüz qalan “Cümə” məscidi uçmaq təhlükəsi ilə qarşılaşmışdı.
Bina Ali Məclisin Sədri Vasif Talıbovun göstərişi və şəxsi nəzarəti ilə həm daxili, həm də xarici görünüşünə görə gözəl tərtibatla təmir olunub öz əvvəlki görkəminə qaytarıldı. Binanın içərisində məscidə gələnlər üçün hər cür şərait yaradıldı. Bunlardan əlavə məscidin həyətində cənazənin yuyulması və matəm mərasimlərinin keçirilməsi üçün də hər cür avadanlıqlarla təchiz olunmuş binalar tikildi. Caənazəni bir yerdən başqa yerə aparmaq üçün məscidə iki ədəd “Hunday” markalı maşın da verildi.
Naxçıvan şəhər qəbiristanlığı pis vəziyyətdə idi. Yağış və qar yağanda palçıqdan qəbiristanlığa girmək mümkün olmurdu. Sağ olsun. Vasif Talıbovu, onun göstərişi ilə burada da bərpa işləri aparıldı. İndi qəbiristanlıq tər-təmizdir. Palçıqdan, lığdan əsər -əlamət yoxduVasif Talıbov Naxçıvanın həyatında elə bir cığır açıbdır ki, bu cığır get-gedə böyüyür və genişlənir. Bizi gələcəyə ruhlandırır. Onun Naxçıvan duz mədənində gördüyü işlər də fərəhləndiricidir. Burada duz çıxarılması ilə yanaşı xəstələr də müalicə olunur. Duz burada möcüzələr Lakin o dövrdə xəstəxanada xidmətin səviyyəsi yaxşı vəziyyətdə deyildi.
Xəstəxananın müasir standartlara cavab verən səviyyəyə qaldırılmasında Vasif Talıbovun rolu əvəzsizdir. Onun rəhbərliyi ilə bu şəfa ocağında fizioterapiya şöbəsi yaradıldı. İndi burada ağciyər, bronxial astma, xroniki bronxit, yoluxucu allerqiya tam müalicə olunur. Xəstələrə xidmət etmək üçün 8 mərtəbəli sanatoriya binası da tikilib istifadəyə verilib. Burada xəstələr həm müalicə olunur, həm də istirahət edirlər. Lazım gəldikdə xəstələr Naxçıvandakı görməli yerlərlə də tanış olurlar. Naxçıvan şəhərinə yaxın olan Duzdağ adlanan bir yerdə 1979-cu ildə xəstələrin müalicəsi üçün bir xəstəxana yaradılmışdı. Elə o vaxtdan da buranın şöhrəti SSRİ-nln bütün müttəfiq respublikalarına yayıldı. Bura hər yerdən şəfa tapmağa gəlirdilər və şəfa da tapırdılar.
İndi bura Türkiyədən, İrandan, Gürgüstandan, Bakıdan, Azərbaycanın rayonlarından, Rusiyadan və digər yerlərdən müalicə olunmaq üçün gələnlər çoxdur.
Bütün bunlar göstərir ki, Ali Məclisin Sədri Vasif Talıbov düzgün strateji xətt seçib, dəqiq taktiki addımlarla quruculuq işlərini davam etdirir. Onun quruculuq və yaradıcılıq işlərindən biri də xalqımızın ziyarətgah yeri olan “Əshabi Kəhf”-dir. Allahımızın yaratdığı “Əshabi Kəhf” abidəsinin içərisi və ətrafı qabaqlar demək olar ki, pis vəziyyətdə idi. Ziyarətə gələnlər üçün heç bir şərait yox idi. Hər yer zibil və heyvan tullantıları ilə dolu olurdu. Vasif Talıbovun dəst xətti burada da özünü göstərirdi. Suyu olmayan bu yerə su xətti çəkildi, hər tərəfə qrantlar qoyuldu heyvanların kəsilməsi üşün xüsusi yerlər düzəldildi, mağaranın içərisində məscid binası tikildi. Hər cür şəraiti olan ayaqyolu binası və ərzaq məhsulları üçün binalar da tikilib ziyarətə gələnlərin istifadəsinə verildi. Bir sözlə həm ziyarətə gələnlər üçün həm də turistlər üçün burada çox gözəl şərait yaradıldı.
Vasif Talıbovun mədəniyyət abidələrimizin aşkarlanmasında da xidməti az olmamışdır. 18-ci əsrin yadigarı “İsmayıl xan” hamamı, “ Qədim buzxana,” “Cümə” məscidinin ətrafındakı yeraltı abidə Heydər Əliyevin mülahizələri əsasında Vasif Talıbovun şəxsi nəzarəti altında yerin altından çıxarılıb xalqın istifadəsinə verilibdir. Heydər Əliyev Naxcıvan şəhərində yeraltı abidənin açılışı vaxtı demişd:i “Naxcıvan torpağının hər qarışı abidədir. Axtarın yeni-yeni abidələr tapacaqsınız.”Yaşıl şəhərə çevrilən Naxcıvanda suyu qurumuş bulaqlar, çeşmələr bərpa olunur. Yeni-yeni su kəmərləri çəkilir, artezan quyuları işə düşür. Köhnəlmiş binalar üzlənir, qapı-pəncərələr dəyişdirilir, dəhlizlər, zirzəmilər təmizlənərək istifadəyə veUlu Öndər Heydər Əliyevdən sonra bu işlər indi də davam etdirilir. Aparılan arxeoloji qazıntılar nəticəsində daha bir abidə tapıldı. Bu abidə hamı üçün müqəddəs olan Nuh peyğəmbərin qəbri idi. Qəbrin üst hissəsi tamam dağılmışdı. İndi artıq qəbir bərpa olunub. Həmin yerdə Nuh peyğəmbərə abidə ucaldılıbdır. Yaxın vaxtlarda Nuh peyğəmbərin qəbrinin yerləşdiyi bu yer dünya insanlarının maraq dairəsində olacaq və ziyarətgaha çevriləc.
Şəhərin küçə və meydanları elektrik avadanlıqları ilə yaxşı təchiz olunduğundan şəhərdə yol-nəqliyyat hadisələrinə az-az hallarda təsadüf olunur. Hüquq-mühafizə orqanlarının səyi nəticəsində Naxcıvanda cinayətkarlıq halları da xeyli azalmışdı.
İndi muxtar respublika demək olar ki, sakit bir diyara
çevrilibdir. Basif Talıbovun quruculuq, bərpa işləri ilə
yanaşı elm sahəsində də işləri
çoxdur.Məsələn, Avropa poliqrafiya standartları səviyyəsində
nəşr məhsullarının çapına dəyərli,
tarixi, elmi, dərslik, bədii və başqa intellektual sahələrə
aid kitabların nəşrinə, eləcə də xarici
kitab yarışmalarından qazandığı böyük
uğurlara görə bir sıra müəlliflər, o
cümlədən Naxcıvan akademik tarix-ensiklopedik nəşrinin
müəllifləri professorlar Yaqub Mahmudov və Kərim
Şükürov, baş məsləhətçi Vasif
Talıbov da 2006-cı ilin “Seçilmiş əsərləri
kitabı” nominasiyaları üzrə qalib adına layiq
görülmüşdü. Yaxşı deyiblər:
“Xalqın sərvəti onun yetişdirdiyi ziyalılardır.” Hər şeydən əvvəl Vasif Talıbov
hamı eçün faydalı olan ziyalıdır.
Ziyalı insana, onun maraqlarına xidmət etməyi və onun
nəticəsini dərhal hiss etməyi bacarmalıdır. Mənə elə gəlir bu cür keyfiyyətlər
Vasif Talıbovda çoxdur. Xalqımız insanpərvər cəmiyyət
quruculuğundə edir.
O, mənəvi
sahəyə, ictimai şüura diqqətlə yanaşır.
O, bu yolla insan amilini dəyərləndirir. O, yaxşı əmək,
məişət və tibbi xidmət şəraitinə, adamların təlabatının
daha dolğun ödənilməsinə, sosial sahənin daim
inkişafına çalışır. O, adət-ənənələrimizin
yeni və unudulmuş formalarının da dirçəldilməsini
unutmur. “İnsanı
vəzifə başında tanımaq olar.” Hikmətli atalar məsəlini Vasif Talıbova da aid
etmək olar. Vəzifə ləyaqəti barədə
böyük Nizami belə demişdi: “Yaxşılıq etməsən
əgər insana, böyüklük şərəfi verilməz
sana.” Bütün bunlarla yanaşı onun böyük təşkilatçılıq
qabliyyəti də vardır. Bunu biz Naxcıvanda möhtəşəm Heydər
Əliyev sarayında keçirilən Türkdilli Ölkələrin
Dövlət Başçılarının 9-cu zirvə
toplantısında gördük. Toplantını
nəinki biz eyni zamanda, dünya xalqları da gördü.
Çünki bu toplantı Azərbaycan
televiziyaları ilə dəfələrlə göstərildi.
Naxçıvanda
2012-ci il mart ayının 7-də üç ölkənin İran, Türkiyə və
Azərbaycann Xarici İşlər Nazirləri
başçılarının görüşü də
keçirildi.Bundan başqa Naxçıvanda Beynəlxalq idman
yarışlarının keçirilməsinin təşkilində
də yaxşı təcrübə əldə olunubdur. Bu
yaxınlarda Naxçıvan şəhərində “Yunan-Roma “ güləşi üzrə, Şahmat,”
üzrə”Velosiped” üzrə Beynəlxalq yarışlar
keçirildi. Xaricdən gələn
qonaqların hamısı bir nəfər kimi
yarışların keçirilməsindən və təşkilindən
razə qaldıqlarını bildirirdilər.
Beləliklə, indi artıq Naxçıvan şəhəri
təmiz və sakit şəhər olmaqdan əlavə
görüşlər, yarışlar keçirilən bir
şəhərə çevrilibdir. Lakin Vasif Talıbovun
gördüyü bu əzəmətli işlərə kölgə
salmaq istəyənlər də vardır.
Bencamin
Fraklin onlar haqqında belə demişdi: “Heç kim
haqqında pis söz
deməyəcəm. Hər bir adam
haqqında yalnız bildiyim yaxşıları
danışacağam. İstənilən sarsaq tənqid
edə bilər, pisləyər, qınayar və
narazılığını bildirər.Sarsaqların əksəriyyəti
elə belə də edir.”
Bəli, insan təbiətində özündən
başqa kimi istəsə günahlandırmaq xüsusiyyəti
vardır. Onilliklər boyu bizi yandıran inciklik hissindən
yaxa qurtarmaq istəyiriksə, bir qədər özünütənqidlə
məşğul olsaq daha yaxşı olar.
Əgər kimsə bu yazılanlara inanmasa getsin Şərur-Naxçıvan
magistralının kənarındakı meşə
zolaqlarına və Heydər Əliyev sarayının
qabağndakı sahələrə baxsın. Onda Vasif
Talıbovun nələrə qadir olduğunu öz gözləri
ilə görmüş olar.
Blokada şəraitində olan Naxçıvana qəhrəman
şəhər, Vasif Talıbova isə Naxçıvanda
gördüyü faydalı işlərə görə milli
qəhrəman adı verilməlidir.
Sonda, Naxçıvanda Heydər Əliyev yolu davam edir. Bu yol gənc nəsli işıqlı gələcəyə aparır. Heydər Əliyev çıxışlarının birində belə demişdir: “Biz düz yolla, haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, gedirik...Tutduğumuz bu yol bizi Azərbaycanın çox böyük gələcəyinə aparıb çıxaracaqdır.”
Arif Sadıqov,
Ali dərəcəli
müəllim
(Naxçıvan
şəhəri, Heydər Əliyev Prospekti-10, mənzil 39)
Təzadlar.-
2013.- 12 dekabr.- S.6-7.