“Şah İsmayılı şaman
adlandırmaq doğru deyil”
“Şah İsmayılı şaman adlandırmaq doğru deyil”
Əkbər Nəjəf: “Şaman şamanizmdə dini missiyanı ijra edən mistik həyat tərzinə sahib, yeri gələndə həkim kimi də insanları müalijə edən din adamına verilən isimdir”
Tarix elmləri doktoru Əkbər Nəjəfin “Təzadlar”a müsahibəsi
(Əvvəli ötən sayda)
- Əkbər bəy, tarixi olduğu kimi yazmamağın günahı kimdədir, tədqiqatçılarda, yoxsa?..
- Burada
bir məsələni unutmaq olmaz. Tədqiqatçıların
çoxu mənbələri tanımadan həmin mənbələrin
nəşr olunmuş variantlarından istifadə edirlər.
Halbuki İranda, Rusiyada, Avropada, elə bizdə də nəşr
olunan mənbə ilə həmin mənbənin oricinal (əsl)
variantı arasında jiddi fərqlər var. Misal
üçün, hamı Şah İsmayılın “Şiəliyi
dövlət məzhəbi” elan etdiyini iddia edir. Diqqətli tədqiqatçı
burada bir sual verməlidir: hansı şiəlik? O zaman da həvəskar
tarixçilər tez “İsna-aşəriyyə” deyirlər. Yaxşı, bəs İsna-Aşəriyyənin
özünün də daxilində qollar var idi və uzun illər
Üsuli, Əkbəri və Şeyxi kimi məzhəblər
İsna-Aşəriyyə daxilində ixtilaf içində
olublar. Şah İsmayılın dövlət
məzhəbi elan etdiyi məzhəb “jəfərilik”
adlanırdı. Hətta 1907-ji ildə
Qajarlar ölkəsində ilk konstitusiya (anayasa) qəbul
olunanda belə, dövlətin rəsmi məzhəbi olaraq Jəfərilik
adı qeyd olunur. Hətta konstitusiyanın
27 və 39-ju maddələrində Jəfəriliyin təsir
dairəsi açıq qeyd edilir. Pəhləvilər,
indiki İran İslam recimində nəşr olunan kitab və
mənbələrdə məqsədli şəkildə Jəfəriliyin
yerinə şiə adı yazılır. Buna
səbəb odur ki, Pəhləvilər “şiə” adı
altında bütün şiə məzhəblərini
İsna-Aşəriyyənin üsuli-məzhəbi daxilində
birləşdirmək istəyirdilər. Bu,
əslində ingilislərin siyasəti idi. İngiltərə Şərqi İslamı şiə-fars
və vəhhabi-ərəb kimliyi altında birləşdirərək
türk kimliyini ortadan qaldırmaq istəyirdi. İran İslam recimi də bu sistemi davam etdirdi.
Halbuki şiəlik XX əsrin əvvələrinə qədər
özünün heç fiqhi formalaşma prosesini belə,
tamamlamamışdı. İsna-Aşəriyyənin
öz daxilində belə, jiddi ixtilaflar vardı. 1920-ji ildə belə, Nəjəf ilə Tehran ayətullahları
bir-birilərini “ingilis jasusu” olmaqda ittiham edirdilər. Rza şah hakimiyyətə gəlmək
üçün Tehran ayətullahlarından deyil, Nəjəf
və Qum şiə alimlərindən dəstək
almışdı. Rza şahın 1924-jü ildə, yəni
şah olmasından bir il əvvəl Qumda
ayətullah Hairi, Naini və İsfahani ilə
apardığı danışıqları diqqətlə
oxuyun. Hələ mən burada üsuliliyin əxbariliklə
nejə mübarizə apardığından bəhs etmirəm.
O əxbarilik ki, şiə məzhəbinin mərkəzində
dayanırdı və hələ üsulilik ortada yox ikən əxbarilik
şiəliyin lokomotivi qəbul olunurdu. Daha
mühümü Şah Abbasa qədər Qum məktəbinin əxbarilərin
nəzarətində olması və Qum məktəbini
onların yaratmasıdır.
XX əsrdə formalaşan siyasi-şiəliyin və
panfarsizmin köklərini tapmaq istəyənlər üzlərini
İrana deyil, İngiltərə-Hindistanına çevirməlidirlər. Qajarlar
dövründə ölkə ajlıqdan qırılarkən
Hindistandan üləmaya gələn pul, Qajar dövlətinin
büdjəsindən üç dəfə çox idi.
İlk farsça mətbəə əsərlərinin
nəşr olunduğu yer də Hindistandır. Biz buzun suyun üstündəki hissəsinə baxmaqdan
əl çəkməliyik.
Məsələnin bir də Şirvan tərəfi
vardır. Biz Şirvanı Şirvanşahlardan ibarət siyasi
bir məfhum hesab edirik. Təəssüflər
olsun ki, orta əsr Şirvanın təfəkkür tarixi
öyrənilməyib. Orta əsrlər
Şirvan fikirlər mozayikasıdır və həddindən
artıq zəngindir. İndiki həvəskar
tarixçilər Şirvanı joğrafi bir şüara
çeviriblər. Şirvan fikir mühiti
Osmanlı, Kırm, Misir, hətta Məkkə və Mədinəyə
dərindən təsir edəjək qədər güjlü
olub. Mən sizə Osmanlının beyin mərkəzində
yer almış onlarla şirvanlı aliminin adını
çəkə bilərəm. Misal
üçün, Şeyx Əkmələddin Əli
Şirvani Osmanlı şeyxülislamı olub. Hətta bir müddət Məkkə kimi
İslamın mərkəzində fətva mərji
olmuşdur. Osmanlı mədrəsələrində uzun
illər onun “Əqsəül-mətalib”,
“Mühimmatül-çərufil-vajibə”, “Jamiül-mənasik”,
“Dəlilül-zairin və ənisül-müjavirin” adlı əsərləri
dərs vəsaiti kimi istifadə olunub. Və ya
Şeyx Məhəmməd Əli əz-Zühri Şirvani,
Osmanlı padşahı tərəfindən birbaşa Mədinə
müftüsü təyin olunub. Onun
oğlu Şeyx Əli ibn Əli isə Osmanlının ən
tanınmış hənəfi fəqihlərindən idi.
Şeyx Jəmaləddin Şirvani də
şirvanlıdır və Osmanlı şeyxülislamı vəzifəsini
ijra etmişdir. Bu siyahını uzatmaq
olar. Şirvan, sadəsə, sünni alimlərinin
deyil, eyni zamanda hetorodoks-İslam jərəyanlarının da
vətəni olub. Qələndərilik
Şirvanda Şirvanşah taxtını ələ keçirəjək
qədər güjə sahib idi. Hələ
Şeyx Səfiyəddindən əvvəl onun şeyxi
Şeyz Zahid Gilaninin Şirvanda müridləri olub və bu
müridlərinin çoxu Şirvanşah II Axsitan tərəfindən
öldürülüb. Onların
malları isə Kür çayına atılıb. Şah İsmail Şirvanı ələ
keçirdiyində Şrivanşahın xəzinəsini
çaya atılmasını əmr etməsinə də səbəb
həmin hadisənin intiqamı idi. Təəsadüfü
deyildir ki, hürufilər belə, Şirvanda özlərinə
sığınajaq tapmışdılar. Bundan
başqa, vəfai və heydəri dərvişləri, əxilərin
də Şrivanda geniş fəaliyyətlərinə rast gəlirik.
Yəni məsələ heç də
Şirvan-səfəvi, Səfəvi-Osmanlı qütbləşməsi
kimi bir iki termin ətrafında izah edilməyəjək qədər
geniş və köklüdür.
Maraqlı bir faktı da qeyd etmək istəyirəm. Əgər,
iddia edildiyi kimi, səfəvi-Osmanlı münaqişəsi məzhəb
münaqişəsinə əsaslanırdısa, o zaman nejə
olur ki, Osmanlılar Şah İsmayılın vəfatından
bir qədər sonra ələ keçirdikləri
İraqdakı şiələri ortadan qaldırmadılar.
Şiənin iki böyük mərkəzi (Jəbəl-i
Amil və Nəjəf) Osmanlıların nəzarəti
altında idi. Üstəlik, bir çox
şiə alim Osmanlının güjündən istifadə
edərək, Səfəvi hökmdarları və üləması
haqqında sərt bəyanatlar səsləndiriblər. Hətta Osmanlılar ilə Səfəvilər və
daha sonra Qajarlar arasındakı siyasi münaqişələrin
həllində İraqın şiə alimləri vasitəçilik
ediblər. Daha da maraqlısı odur ki,
Kaşifül-Qita adlı şiəlik tarixinin ən
böyük aliminin fətvası ilə İraqdakı şiələr
və Osmanlı ordusu birləşərək 1805-ji ildə Vəhhabilərə
qarşı birlikdə müharibə aparıblar. Yəni hadisələrə bu günün
prizmasından və bu günün siyasi, ideoloci aynasından
baxmaq bizi böyük səhvlərə aparajaq.
- Bu
prosesin qızışmasında Qərb dövlətlərinin
rolu nə qədərdir?
-
Müasir tarixçiliyin şişirdiyi mövzulardan biri də
budur. Orta əsr dünyasının siyasət səhnəsində
Avropa əhəmiyyətsiz bir yerə sahibdir. Qaşqarlı Mahmudun
xəritəsinə diqqətlə baxın. O zaman həmin
xəritənin Avropa hissəsinə belə bir jümlənin
yazıldığını görəjəksiniz: “Heyvana
oxşayan insanların yaşadığı yer”. İndi bəzi avropalılar dünyanın geri qalan
hissəsinə belə baxır. Qərbdə
bəzi güjlər Şərqdə gedən hadisələrdə
şübhəsiz maraqlı idilər. Və
bu da təbii qəbul edilməlidir. Roma,
Venessiya elçiləri Osmanlı ilə Ağqoyunluları,
Osmanlı ilə Səfəviləri
qızışdırmağa təşəbbüs ediblər.
Amma müasir tarixçilikdə bu kimi faktlar
çox şişirdilib. Nəzərə
almaq lazımdır ki, dünya siyasətini təyin edən bu
güjlər Avropadan gələn bir neçə elçinin
təsiri ilə bir-birilə müharibə aparajaq qədər
axmaq deyildilər. Bu, ABŞ-ın Əljəzairdən
və ya hər hansı bir üçünjü dünya
ölkəsindən gələn bir neçə elçinin
söz ilə Rusiyaya müharibə elan etməsini iddia etməyə
oxşayır.
Dövrün Avropasının jiddi problemləri
vardı. Hər şeydən əvvəl Avropanı jüzzam
və vəba xəstəliyi jənginə almışdı.
Jüzzama qarşı mübarizə aparmaq üçün,
sadəjə, Fransada kilsənin nəzarətində 1000-dən
çox xəstəxana
yaradılmışdı. İnkivizasiya və
İspaniyada səlib müharibələri davam edirdi. Tijarət malları almaq üçün Avropa yeni mənbələr
axtarışında idi. Bu
axtarışların nətijəsində Afrikanı və
Amerikanı kəşf etdilər. Halbuki
Amerika hələ 1000-ji ildən vikinqlər tərəfindən
bilinirdi və skandinaviyalı gəmiçilərin inkalarla
tijarət etdikləri haqqında mənbələrdə kifayət
qədər məlumat var. Amerikadan çıxarılan
qızıl isə Şərqə axırdı. XVIII əsrdə Çində istifadə olunan hər
10 qızıldan altısı Amerika qızılı idi.
Yəni Avropa Şərqdən aldığı
tijari mallar hesabına yaşamaq üçün Amerikanı
istismar etməyə başlamışdı. Müasir Avropa tarixçiləri və onların
sözlərini təkrar edən Şərqli alimlər orta əsr
Şərqində gedən dünya əhəmiyyətli
proseslərdə Avropanın varlığını xüsusilə
gözə soxurlar. Bununla bir həqiqəti
gizlətməyə çalışırlar. Bu həqiqət ondan ibarətdir ki, Şərqdəki
proseslərin mərkəzində Avropa xristianlığı
deyil, Şərq xristianlığı və yəhudilər əsas
güj təşkil ediblər. Bu gün
“erməni” adlandırdığımız xalq Səfəvi-Osmanlı
ziddiyətləri şəraitində ortaya çıxıb.
Bu, uzun məsələ olduğu
üçün üstündə durmaq istəmirəm.
Qısaja qeyd edim ki, ermənilərin
jamaatlaşma prosesi bu tarixdən başlayır. İngilislər ilə ruslar Səfəvi-Osmanlı
arasında tijarəti nəzarət altında tutan ermənilərin
oyundan kənarlaşdırmaq üçün çox
böyük oyunlar oynamışlar və ermənilər də
axmaq kimi buna inanmışlar. Dövrün
Müsəlman Şərqində çox güjlü xristian
təriqətləri fəaliyyət göstəririlər.
Səfəvi və Osmanlı ölkəsinin
bütün böyük şəhərlərində yezuit,
fransisken tərqatlarının mərkəzi vardı və mərkəzlərdəki
keşişlər böyük miqyasda kitab tijarəti ilə məşğul
olurdular. Bunun qarşısını almaq
üçün XVIII əsrin əvvəllərində
Osmanlı sədrəzəmi Nevşəhərli Damad
İbrahim Paşa kitabların Avropaya
çıxarılmasını qadağan edən bir fərman
vermiş və Osmanlı sərhədində ələ
keçən əlyazmaları öz adı ilə
yaratdığı Damad İbrahim Paşa kitabxanasında
mühafizə etməyə başlamışdı. Bu, elmin keşiş-jasuslar tərəfindən Şərqdən
Avropaya nəqli deməkdir. Bu gün Avropa
kitabxanalarında yer alan Şərq əlyazmalarının
çoxu həmin dövrdən qalır. Kitab
tijarətində maraqlı tərəflərdən biri də
Roma papalığı idi. Oryantalizm (şərqşünaslıq)
bu xəzinə üzərində formalaşdı.
- Bəzi
tarixçilərin yazdığı kimi, Şah
İsmayıl Xətai qaniçən və qəddar
olması həqiqətdirmi?
- Mənə
tarixdə bir hökmdar göstərin ki, dediyiniz xüsusiyyətlər
onda olmasın. Müasir dünyada belə
insanlıq bu xüsusiyyətlərdən arınmış
deyil. Amma bu Şah İsmayılın ideal
hökmdar olduğu mənasına gəlmir. Təbriz ələ keçiriləndə burada kifayət
qədər insan öldürülüb. Amma
bəzi həvəskar tarixçilərin iddia etdiyi kimi,
Şah İsmayil, sadəjə, sünni qanını
axıtmayıb. Elə kifayət qədər
də şiə inanjlı insanı öldürüb. Şah İsmayilin özünün ən
ağır müharibələrinin üçünü
şiələrə qarşı aparıb - Gilanda,
İsfahanda və Luristanda. Yeri gəlmişkən
onu da qeyd edim ki, Şah İsmayil öz qızı Pərixan
Xanımı bir sünniyə, məhz Şirvanşaha ərə
verib.
- Bəs,
Qızılbaşlıq ideologiyası nədən
qaynaqlanır? Bəzən Xətaini ən böyük
şaman adlandırırlar...
- Türklər arasında İslamın üç forması var. 1. Kitabi İslam, 2. Təsəvvüfi İslam və 3. Xalq İslamı. Kitabi İslam mədrəsə islamıdır. Əsasını İslam fiqhi və şəriəti təşkil edir və yüksək təsir sisteminə dayanır. Təsəvvüfi İslam isə qeyri-İslami dinlərin də təsiri ilə formalaşan bir növ mistik İslam anlayışıdır. IX əsrdən etibarən təsəvvüfi İslam təriqətlər vasitəsilə özünə inkişaf yolu tapa bildi. Səljuqluların İslam Şərqini ələ keçirməsi ilə zirvəyə çatdı. Türklər arasında da çox sayda təriqətlər yarandı. Bir də xalqın başa düşdüyü sadə İslam vardı ki, buna xalq İslamı adı verilir. Qızılbaşlıq xalq İslamının ən böyük qollarından biridir. Qədim Türk inanjının güjlü təsiri altındadır. Ona digər jərəyanlar da təsir etmişdir. Sonradan təriqətə çevrilərək bəzi təsəvvüfi formalar alan yəsəvilik, qələndərilik, heydərilik, vəfailik, babilik, bektaşilik, ələvilik kimi təriqətlər Türk xalq İslamının içindən çıxmışdır. Xalq İslamı daim Kitabi İslamın hədəfində olmuşdur. Xalq İslamının kitabı əsasları olmadığı üçün, sadəjə, ənənə olaraq həyatımızda qaldı. Bu gün özünü şiə və sünni adlandıran insanların pirlərə getməsi, ağajlara ip bağlaması, qoluna qara ip bağlaması, Məhərrəmlik mərasimində qan axıtması, mərsiyə oxuması xalq islamının izlərindən xəbər verir. Türk Xalq islamı gününmüzdə ən güjlü şəkildə Anadolu ələviliyində yaşayır. Və təəsadüfi deyildir ki, Anadolu ələviləri özlərinin 7 böyük şairindən ilk ikisini Nəsimi və Xətai hesab edirlər. Xətai Anadolu ələviliyində bir kulta çevrilib. İrene Melikoff Anadolu ələvilərinin 17-ji əsrin ortalarına qədər özlərinə qızılbaş dediklərini, Osmanlının təzyiqi ilə sonradan ələvi adını aldıqlarını qeyd edir. Elə Xətainin şeirlərində də kifayət qədər Hajı Bektaş haqqında tərif dolusu sözlər tapmaq olar.
Şah İsmayılı şaman adlandırmaq
doğru deyil. Şaman şamanizmdə dini missiyanı ijra edən
mistik həyat tərzinə sahib, yeri gələndə həkim
kimi də insanları müalijə edən din adamına verilən
isimdir. Türklər belə adamları kam
adlandırırdılar. Türklərin qədim inanjı da
Tenqriçilik olub. Bu, bir
tanrıya inamı əsas alan Göy
Tanrı dini idi. Şübhəsiz,
tenqriçilik ilə şamanizmin bir-birinə təsiri
seçilməyəjək qədər güjlü olub.
Bu dinin şamanizm adlandırılması XIX əsrdə
avropalıların kəşfidir. Şaman
kəlməsi də monqol-tunquz dilində olduğu iddia edilsə
də, maraqlıdır ki, bu kəlmə özü
monqolların dilinə çinjədən keçib. Üstəlik, tunquz və monqollar şamana
“şaman” deyil, türkçə “bəki” deyirlər. Hind kökənli olduğunu iddia edənlər də
var. Amma kəlmə hind dillərinə də brahmanizmlə
birlikdə daxil olub. Böyük ehtimalla
türkçə “kam” sözündən törəyib.
Bu gün bizim “baxıjı” dediyimiz
“bahşı” sözü də şamanı ifadə edən
bir addır. Nejə ki, bu gün Anadolu ələvilərinə
şaman deyə bilmiriksə, Şah İsmayıla da şaman
demək doğru deyildir. Mən əziz
dostum Babək Javanşirlə Türkiyədə Şah
İsmayıl Xətianin külliyatını nəşr
etdirdik. Tədqiqatlarımız zamanı
biz Xətainin Tehranda yeni bir əlyazmasını əldə
etdik və bu əlyazma Şah İsmayılın
divanının yazılmış ilk variantlarından biri idi.
Xətainin əsərləri üzərində
tədqiqat apararkən mənim diqqətimi bir məsələ
jəlb etdi. Xətainin şiəlik
haqqındakı bütün təsəvvürü peyğəmbər
və 12 imam sevgisi ilə məhduddur. Əsərinin
heç bir yerində şiə fiqhinin problemlərinə dair
bir tərkibə rast gəlməmək çox təəjjüblü
idi. Mən Şah İsmayılı bir
dövlətin başında dayanan ələvi dədəsinə
oxşadıram.
Digər maraqlı fakt ondan ibarətdir ki, iddia olunur ki,
Qızılbaş dövləti əsasən 7
qızılbaş tayfası tərəfindən
yaradılıb. Qızılbaş tayfalarının
ümumi sayı 80-ə qədər gedib çıxır.
Hətta qızılbaşlarla kəskin müharibə
aparan Türkmən Axal-Təkə boylarının bir hissəsi
belə qızılbaş idi və həmin tayfalar
Gürjüstanda Səfəvi sərhəddini Osmanlılara
qarşı qoruyurdular.
Elnur Eltürk
Təzadlar.- 2013.-
17 dekabr.- S.10.