Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi

 

 

Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi” mövzusunda konfrans keçirildi

Dekabrın 14-də Gəncliyə Yardım Fondunda düzənlənən tədbiri giriş sözü ilə açanYeni Üfüqİctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirdi ki, “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi” mövzusunda keçirilən tədbirin əsas məqsədi ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və təbliğ olunmasıdır. S.Əzimbəyli Azərbaycanın çox mürəkkəb bir coğrafi məkanda yerləşdiyini qeyd edərək, regionda təkcə siyasi baxımdan deyil, dinimilli mənsubluq baxımından da kifayət qədər həssas məqamlar olduğunu vurğuladı. O, bütün bu məsələlərə rəğmən Azərbaycanın dinimilli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik etdiyinə önəm verərək, ölkədə digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlərin yaşadığını, bütün dinlərə, digər millətlərə mənsub olan toplumlara tarixən və bu güntolerant münasibət bəslənildiyini bildirdi: “Ancaq bu gün Azərbaycanda mövcud olan dinimilli tolerantlıdan sui-istifadə etməyə cəhd göstərən qüvvələr var. Həmin qüvvələr hətta Azərbaycanın dövlətçiliyi yolunda əsrlər əvvəl mübarizə aparan böyük şəxsiyyətləri aşağılamaq, tarixi xidmətlərini kölgədə qoymağa çalışırlar. Haqqında mənfi fikirlər səsləndirilən tarixi şəxsiyyətlərimizdən biriŞah İsmayıl Xətaidir. Təbii ki, Şah İsmayıl Xətai haqqında səsləndirilən mənfi fikirlər yad, düşmən ideologiyasına xidmət edən qüvvələr tərəfindən ortaya atılır. Çox təəssüf ki, bu məkrli qüvvələr fürsətdən sui-istifadə edərək tarixi şəxsiyyətlərimiz haqqında heç bir əsası olmayan yalan, böhtan və cəfəngiyat dolu fikirlər söyləyirlər. Təbii ki, belə uydurmalar əsasızdır və qəbul edilə bilməz, Azərbaycan Səfəvi dövlətinin banisi olması, ilk dəfə Azərbaycan dilini dövlət dili kimi tətbiq edən bir şəxsiyyət olması faktı kifayətdir ki, biz Şah İsmayıl haqqında deyilən mənfi fikirləri rədd edək. Şah İsmayıl Xətai vəsiyyətlərinin birində deyir ki, ey türk oğlu, bir ovuc torpağını dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahirata dəyişmə, onları qoru və gələcək nəsillərə çatdır. Odur ki, bizöz dövlətçiliyimizi, ərazi bütövlüyümüzü dəstəkləməli, tarixi şəxsiyyətlərimizə sahib durmalıyıq”.

Sonra tarixçi-alim Dilavər Əzimli “Şah İsmayıl Xətai və Azərbaycan dövlətçiliyi” mövzusunda geniş məruzə ilə çıxış etdi. Səfəvi dövləti ilə bağlı bir sıra ciddi məqamlara toxunan tarixçi-alim bu dövlətin yaradılması tarixinin heç də həmişə düzgünciddi elmi meyarlarla təqdim edilmədiyini vurğuladı. O, bu haqda yazmaq məsuliyyətini üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox hallarda qərəzli və subyektiv xarakter daşıdığını bildirdi. D.Əzimli Azərbaycan xalqının, onun tarixinin və mədəniyyətinin çoxəsrlik tarixə malik olmasına baxmayaraq, bəzi bədxahların şüurunda Azərbaycan və onun tarixi ilə bağlı hələ də yanlış təsəvvürlərin yer aldığını qeyd etdi. Onun sözlərinə görə, orta əsrlərin və yeni tarixin bəzi müəllifləri Şah İsmayılın əsl məqsədlərinin inkarı kursunu rəhbər tutaraq bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe nümayiş etdiriblər. Tarixçi-alimin sözlərinə görə, uzun əsrlik zaman məsafəsinin ayırdığı iqtidarların müqayisəsi hər zaman qüsurlu olub. D.Əzimli qeyd etdi ki, Şah İsmayıl dahi bir şəxsiyyət idi, o, İraqdan başlayaraq Şərqi Anadoludan İran körfəzinə qədər Azərbaycan adlı böyük bir coğrafiyada türklərin sərhədini müəyyən etdi, güclü bir imperiya qurdu: Bu coğrafiyada qədim türkmən ənənələrinə dayanan qızılbaş ideologiyasını yaratdı. Bir neçə böyük türk tayfasını bu ideologiya ətrafında birləşdirə bildi. Çox təəssüf ki, onun sələfləri bu imperiyanın qüdrətini qoruya bilmədi”.

 

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahit Məmmədov isə çıxışında “Yeni Üfüqİctimai Birliyinin Şah İsmayıla həsr etdiyi bu tədbiri və bu qəbildən olan bütün fəaliyyətinin milli maraqlarımıza xidmət göstərdiyini bildirdi. Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz konfransda çıxış edərək, “Hər bir millətin dininə, dilinə və tarixi şəxsiyyətlərinə sahib durmasını həmin xalqın böyüklüyünün göstəricisi olduğunu” söylədi.

Qarabağ Seyid Ocaqlarinin təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ölkəmizdə dinimilli tolerantlıqdan sui-istifadə edən qrupların, xüsusilə də təkfirçi “dindarların” Azərbaycan dövlətçilyinə qarşı hər an təhlükə olduğunu dedi. O, belə konfransların keçirilməsini milli özünüdərkə səbəb olacağını vurğuladı. KonfransdaYeni Üfüqİctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova, araşdırmaçı jurnalistlər Rəsul Mirhəşimli, Əli Çərkəzoğlu, tanınmış ilahiyyatçı Ağa Hacıbəyli, Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva və digər ziyalılar Şah İsmayıl Xətai haqqında öz düşüncələrini konfrans iştirakçıları ilə bölüşdülər. Tədbirdə Bakı Atatürk liseyinin şagirdi Mirrəsul Əzimbəyli və Nizami rayonu 220 saylı məktəb-liseyinin şagirdləri Afeliya Qocayeva, Zülfiyyə Qocayeva Şah İsmayılın şeirlərini söylədilər.

Qeyd edək ki, konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin dini xidmətlər üzrə müşaviri Sadıq Eraslan, Bakı Atatürk liseyinin müdiri Ali Devrim, həmçinin ölkənin tanınmış ziyalıları, mətbuat nümayəndələri və ali məktəb tələbələri iştirak edirdi.

 

 

 

ELBAR

Təzadlar.- 2013.- 17 dekabr.- S.11.