Ürəklərdən keçən ömür yolu
Müsahibimiz Moskva şəhər 79 saylı klinikanın Endoskopik cərrahiyyə şöbəsinin müdiri, Rusiya Federasiyasının əməkdar həkimi, tibb elmləri doktoru professor Sabir Həbibovdur.
- Professor, ilk onu deyim ki, bir eloğlu - kəlbəcərli olaraq Sizin Rusiya kimi nəhəng bir ölkənin paytaxtında tibb sahəsində böyük uğur qazanmağınız bizi qürurlandırır. Sevinirəm ki, Azərbaycanımıza başucalığı gətirirsiniz. Vətəndən uzaqlarda - böyük bir ölkədə tibb sahəsində qazandığınız uğurlar məndə unudulmaz təəssüratlar yaradıb, Sizin kimi unikal cərrahiyyə əməliyyatları aparan istedadlı bir insanın keçdiyi həyat yolu ilə tanış olmuşam. Siz insanın öz əzmi, iradəsi ilə hər çətinliyin öhdəsindən gələcəyinə nümunə ola biləcək mənalı bir ömür yaşamısınız.
Ömür haradansa başlayan, haradasa bitən bir yoldu. Xoşbəxt o adamdır ki, onun ömür yolu ürəklərdən
keçir. O iz, o yol itmir, ömürlərdə
yaşayır. Sizin arzulara gedən yolunuz haradan başlayır?
- İnsanı
tərbiyə edən,
formalaşdıran ailədir,
mühitdir. Doğulduğun ocağın, elin-obanın
istiliyi, enerjisi, üstəlik nəsil-nəcabətdən
gələn genetik kod çox şeyi şərtləndirir.
Mən neçə adamdan eşitmişəm:
Kəlbəcərdə doğulasan,
şair, söz adamı olmayasan, istedadın olmaya, - bu, müşkül məsələdir. Deyilənlərdə böyük həqiqət
var.
Kəlbəcər elə yerdi ki, burada yer
də, göy də saflıqdı, gözəllikdi. Bu gözəlliyin
qoynunda insan oğlu ancaq gözəllik, yaxşılıq,
saflıq haqqında düşünür. Şübhəsiz ki, mənim arzulara gedən yolumun başlanğıcında
bu doğmalıq, bu istilik, bu
gözəllik dayanır.
Həkim
olmağıma səbəbsə
unuda bilmədiyim o ağrılı, göynərtili,
narahat günlərdir.
Anamın tez-tez xəstələnməsi
acı bir xatirə kimi hələ də qəlbimi ağrıdır.
Qan təzyiqi deyilən o xəstəliyin məndə
yaratdığı qorxunu,
həyəcanı izah
etməyə indi də çətinlik çəkirəm. Hər dəfə
həkim dalınca qaça-qaça gedərkən
ürəyimdə etdiyim
duaları o bir olan Tanrı eşidirdi. İndi haqq dünyasına
qovuşmuş İslam
həkimin anamın təzyiqini ölçməzdən
əvvəl və sonra səliqə ilə əllərini yumasına belə fikir verirdim. Ürəyimdə anama əzab-əziyyət
verən bu xəstəliyin öhdəsindən
gəlmək üçün
böyüyəndə mütləq
həkim olacağıma
söz verirdim. Qəribədir, uşaqlıq
illərimin xəyallarıyla
mən dünyanı gəzib-dolaşmış, neçə-neçə
sağalmaz dərdə
əlac tapmışdım.
Və sonralar həkim olmağımda bu ağrılı, unudulmaz anların böyük rolu oldu.
Mən Aşıq
Şəmşir sənətini
uşaqlıq illərindən
sevirəm. Çünki o, bizim ailənin
doğması idi.
Atamla, dayımla dostluq edirdi. Bir-birlərinin xətrini çox
istəyirdilər. Və uşaqlıq illərimdə
Dədə Şəmşiri
canlı olaraq görmək, səsini eşitmək arzum necə izaholunmaz bir hiss, duyğuydu. Aşıq Şəmşirin sazında,
sözündə həmcəhət
bir ilahi sirr vardı. Bunu hamı danışırdı.
Anam laçınlı qızıdır.
Dayım
hər ay Murov dağına yaylağa gələndə Aşıq
Şəmşir onun qonağı olarmış. Atamın və dayımın Aşıq Şəmşirlə
bağlı söhbətləri
qəlbimə elə
hakim kəsildi ki, ustad sənətkarla tanış olmaq, onu görmək
arzumu atama bildirdim. Və o gündən atam
Dədə Şəmşirlə
hər görüşünə
məni də özü ilə aparardı. Hər görüşdə onun yanını kəsdirməyim, duzlu zarafatlarına, söhbətlərinə
qulaq kəsilməyim ustad aşığın çox xoşuna gəlirdi.
Saçımı sığallayır, “bu nə fəhmli
baladı”, deyirdi.
Onun Səməd Vurğunla bağlı söhbətləri az qala bir
nağıla, əfsanəyə
çevrilmişdi. Dədə Şəmşirin
qeyri-adi səsini, uzaqlardan, çox-çox
uzaqlardan gələn
o kədərli səsi
çox sevirdim.
Saz Dədə Şəmşirin əlində
od tutub
yanırdı.
Bunu görmək, duymaq
lazım idi. O səsi dinlədikcə ürəyim sanki köksümdən çıxırdı. Sözün düzü, onunla
şəxsi tanışlığıma
görə tay-tuşlarım
arasında çox öyünür, özümü
göylərdə sanırdım.
Mənim aşıq sənətinin,
belə demək mümkünsə, fanatı
olmağımda Aşıq
Şəmşir fenomeni
böyük rol oynayıb. Bütün bunlara görə
ilk növbədə aşıq
sənətinin vurğunu
rəhmətlik atama minnətdaram.
- Kəlbəcərdə doğulmaq,
bu gözəl diyarın saf havasıyla nəfəs almaq həm də şeirə, aşıq sənətinə
sövq-təbii bağlanmaq
deməkdi. Ana südü ilə içilən saz, söz ahəngi, avazı, şirinliyi hər bir kəlbəcərlinin
canında, qanındadır.
Aşıq Şəmşir bu
mənada Kəlbəcərimizin
simvoludur. Dədə Şəmşir haqqında fikirləriniz mənim üçün maraqlıdır.
- Cəmilə xanım, Aşıq Şəmşirin
bizim - vətəndən
uzaqda olan hər bir kəlbəcərlinin
qəlbində xüsusi
yeri var. Çünki
Aşıq Şəmşir
adı Kəlbəcərlə
qoşa çəkilən
nadir insanlardandır. Elə
şirin-şirin danışırdı
ki, bu sözə,
bu söhbətə bağlanmamaq olmurdu.
- O söhbətlərdən heç
yadınızda qalanı
varmı?
- Var, niyə yoxdu... Atam danışırdı ki, günlərin bir günündə Bərdəyə gedirdim.
Yolüstü Tərtər rayonunun
mərkəzindəki çayxanada
çay içməli
oldum. Çayxanada
diqqətimi ağsaqqal,
nurani, müdrik bir kişi
cəlb etdi. Cavanlar onun söhbətinə diqqətlə qulaq asırdılar. Çayçıdan
bu kişinin kim olduğunu
soruşdum, dedi ki, məşhur adamdı, köhnə kişilərdəndi (təəssüf
edirəm ki, o kişinin adı yadımda qalmayıb). O müdrik, məşhur adam
Dədə Şəmşir
istedadı haqqında
danışırdı. Deyir ki,
yay vaxtı dağın ətəyində
alaçıq qurub dincəlirdik. Və iş elə gətirdi ki, bacım oğlunun toyunu yaylaqda eləyəsi olduq. Məclisi də Aşıq Şəmşir aparırdı.
Toyun ən şirin yerində ustad aşıq necə zəngulə çəkdisə, otuzluq lampa xırpadan söndü. Yeddi gün, yeddi
gecə davam edən toyda çalıb-oxuyan əfsanəvi
aşığın səsinə
dağ quşları yığışdı. Bu
möcüzəni, bu
sirri atam, həmişəki kimi, özünəməxsus bir
bəlağətlə, şirinliklə
danışırdı. O söhbətləri indi də unuda bilmirəm,
gözlərim yaşla
dolur.
Mən Aşıq Şəmşirin
lent yazılarını hələ
institutda təhsil alarkən toplayırdım.
1958-ci ildə yazdırdığı “Aşıq
Valeh dastanı” ən çox sevdiyim və indi də qoruyub
saxladığım əziz
yadigarımdır. Bundan başqa,
Dədə Şəmşirin
“Sarıtel” müxəmməsinə,
bayram havacatlarına dönə-dönə qulaq
asıram. Onlar məni
uşaqlıq, gənclik
illərimə, Kəlbəcərlə,
doğma evimizlə, ocağımızla bağlı
günlərə qaytarır.
Aşıq Şəmşir bizim hər birimizin taleyində, ömründə,
günündə yaşayan
böyük, son dərəcə
böyük şəxsiyyətdir.
Bu həm də xalqımızın
şərəfli tarixidir.
- Bəs vətənlə, el-obayla bağlı hansı duyğuları yaşayırsınız?
- Hara getsəm, vətən hissi, Azərbaycan, Qarabağ, Kəlbəcər duyğusu cismimdə, canımdadır. Xalqımın haqq işini getdiyim hər yerdə uca səslə müdafiə edir, mübarizə aparıram. Yer üzünü canlı orqanizm kimi təsəvvür etsək, ermənilər o canlı orqanizmin irinləmiş kor bağırsağıdır. Və o, nə vaxtsa kəsilib atılmalıdır. Mən xalqımın sabahına, işıqlı gələcəyinə, böyük qələbələrinə inanıram. Və o günü səbirsizliklə gözləyirəm.
Söhbəti yazdı:
Cəmilə
ÇİÇƏK
Təzadlar.-
2013.- 28 dekabr.- S.15.