Dost itkisi yaman imiş...

 

 

 

Səsinə elə vurulmuşdum ki, eşitməyəndə itiyi itmiş kimi narahat olurdum. Onunla nəfəs-nəfəsə dayanıb söhbət eləmək mənim üçün milyonlara dəyişilməz idi.

Olduqca sadə, mehriban, düz danışan, sazın-sözün vurğunu, muğama klassik aşıq müsiqimizə bağlı olan bir insanla daim təmasda olmaq mənim üçün əvəzsiz idi. O, fikirlərimin dəstəkçilərindən biri idi. Aşıq sənətinin ən yaxın araşdırıcısıydı. Elmi-publisistik yazıları ilə mütəmadi olaraq mətbuat internet  portallarındakı yazıları əksəriyyətimizə tanışdır. Klassik aşıq sənətimizin aparıcı aşıqlarından, Dədə Qorquddan tutmuş bu günə kimi əksər aşıqların ənənəvi sənətkarlıq xüsusiyyətindən, ifa taktikasından, elmi açıqlamasından çox yazmışdı. Arada mənə dəstək olaraq aşıq sənətinin yaşaması üçün onun bir elm kimi elmi-təcrübi yolla tədrisini əsaslı şəkildə şərh edərək sözünü deyirdi. Bir dəfə dedim ki, Lətif müəllim yaxşı ki, sən varsan. Mən bu sahədə səninlə güclüyəm. O da qayıtdı ki, aşıq sənətinin yaşaması bu xalqın tale payıdır. Bu işdə Allahın, dövlətin ağzına su alan aşıqların dəstəyi vacibdir. Sual oluna bilər ki, ay Lətif müəllim, aşıq deyilsən, bəstəkar deyilsən, bu sahədə bir manat da olsa, qazancın yoxdur, səni vadar edir ki, belə çətin bir yükün daşıyıcısına çevrilmisən? Bu qədər qəzet jurnalist bolluğunda onların da işini sən görürsən. Cavabında hər bir qeyrəti, vicdanı, milli şüuru, əqidəsi olan kəs toxunduğum həlli vacib məsələlərə mənim kimi reaksiya verməlidir. Yoxsa, nəyimə gərəkdir - deyib kənara çəkilmək bizə yaraşarmı?..

Onunla sazdan, sənətkarlıqdan söhbətimiz tez-tez olurdu. Aşıq Əkbərin, Aşıq Kamandarın qeyri-adi ifaçılığını təkrarsızlığını, xüsusi əsaslı şəkildə qiymətləndirirdi. Bu illərdə yubileyləri keçirilən ustad aşıqlarımızdan Əkbər Cəfərov haqqında edilən hörmətsizliyə görə kimləri isə möhkəm qınayırdı. MənimTəzadlarqəzetində dərc olunanBöyük sənətkara hörmətsizlik...” adlı tənqidi məqaləmi oxuyandan sonra elə bil ki, bir balaca hirsi soyumuşdu. Mənə təşəkkürünü bildirib dedi ki, Məhərrəm, bu məqaləni böyük çəsarətlə öz qəzetində dərc edən Asif müəllimə gərək öz minnətdarlığımı bildirəm. Allah belə qeyrətkeşlərimizə uzun ömür versin. Haqsızlıqla, xəyanətlə barışmaz insan idi. Efirdə hansısa naşı bir aşığı bəh-bəhlə tərifləyən aparıcını qəbul etməzdi. Son günlər sazbənd Xudunun düzəltdiyi sazların əksəriyyəti saz-solo ifaçılığına uyğunlaşdırıldığı barədə məqaləsi dərc edilmişdi. Az sonra usta Xudunun oğlu Fərman da onun sözünün həqiqiliyini efirdə bir daha təsdiqlədi. 

Dekabrın 24-də, səhər saat 9:00 radələrində oğlu Talehin ağlaya-ağlaya telefondaAtam rəhmətə getdideməsi sanki dünyanı başıma fırlatdı. Qəhər, göz yaşları məni qədər boğsa da, artıq dostumun döyünən ürəyi dayanmışdı. Halbuki onunla birgə çoxlu planlarımız vardı, hamısı yarımçıq qaldı. Sonuncu görüşümüzdə mənə dedi ki, daşkəndli Aşıq Nəcəf inifaçılığına dair bir yazı hazırlayıram, sözün, məsləhətin nədir?

Əlbəttə, Lətif Həsənov kimdənsə nəyisə soruşurdusa, yüz ölçüb, bir biçirdi. Onun yazıları kiminsə yazdığının, dediyinin təkrarı yox, özünün ağıllı və elmi araşdırmasının məçmuyu idi. Ən çox dostluq etdiyi alimlərdən birif.e.n, fəlsəfə doktoru Elxan Məmmədli idi.

Dekabrın 24-də hər ikimiz əziz dostumuzu Məhəmmədli qəbiristanlığında göz yaşlarımızla dəfn edib, suçlu insanlar kimi ayrılırıq. Təzəcə evə daxil olub mənə 427-22-23 nömrədən zəng vurulub-vurulmadığını soruşuram. Bugünkü hadisələri sanki yuxu bilirəm...

Əsl dostum, Ulu Tanrıdan sənə rəhmət diləyirəm.

 

 

 

Məhərrəm Hüseynli,

aşıq, şair-publisist

Təzadlar.- 2013.- 28 dekabr.- S.11.