Sevgisindən pay
aldığım insan
Yazıma Xudu Məmmədovun
bir sözü ilə
başlamaq istəyirəm. Deyirdi ki, ideal insan yoxdur, ancaq ideallaşdırmağa
layiq insan var. Bu fikri elə Xudu müəllimin özünə də aid etmək olar. İnsanlığı ilə, elmilə, təbiətə və cəmiyyətə baxışıyla.
O, insanlara sevgi paylamaq ücün doğulmuşdu sanki. Xudu müəllimlə bir dəfə ünsiyyətdə
olan, söhbət edən kəs ömrü boyu ona bağlanırdı.
Qədim
misirlilərin bir atalar sözündə deyilir ki, dahilər
xəsis ola
bilməz. Xudu müəllim ətrafındakılara
sevgisində, münasibətində
belə idi. Onu insanlara İlahi bir qüvvə bağlayırdı. Sadə kənd
adamlarını, onun bağbanını, çobanını,
fəhləsini səbrlə
dinləyərdi. İrad bildirməzdi,
könül sındırmazdı,
ürək bulandırmazdı.
Demək
istədiyini sadə, anlaşıqlı, hamıya
xoş olan tərzdə, xüsusi ehyamlarla bildirərdi.
Söylədiyi bir fikir də Xudu müəllimin
söz acdığımız
cəhətlərini göstərir.
O, deyirdi ki, danışan bir alimə “bu nə danışır, hec nə başa
düşə bilmirəm”
desələr, o, əsl
alim deyil, yox, əgər danışan alimə “o nə danışır, onu mən də
bilirəm” desələr,
deməli, əsl alim odur.
Biz uşaq olarkən
böyüklərimizdən Xudu müəllimin elmindən kimsənin danışdığını xatırlamıram. Bu, təbii
idi. Sadə kənd adamları,
təhsillilər belə,
onun elmi fikir dərinliyinə enə bilməzdilər.
Ancaq bu gün də
yaxşı xatırlayıram.
Xudu müəllim haqqında hamının ilk sözü
bu olurdu ki, alim Xudu
cox sadə insandır (kəndimizdə
əksər yaşlı
adamlar bəlkə də daha düzgün
olaraq belə deyirdi, Xudu müəllim
ifadəsini daha cox ziyalılar işlədirdi).
Bəli,
dünya şöhrətli
alim Xudu Məmmədovun necə insan olduğunu ali pedaqoji
təhsil alandan sonra daha dərindən
dərk etdim. Belə ki, dörd
il Ağcabədi
rayonunun məktəblərində
tarix müəllimi kimi fəaliyyət göstərib doğma Mərziliyə qayıtdım.
Hələ orta məktəbin
7-ci sinfində oxuduğum
dövrdən diyarşünaslıq
materialları topladığımı
və nə vaxtsa kəndimizdə muzey yaratmaq fikrinə düşdüyümü
bilən hörmətli
müəllimlərimdən tarixci alim, yazıcı
Şahlar Həsənoğlu
1985-ci ildə söhbətlərinin
birində bu barədə Xudu müəllimə danışmışdı.
Xudu müəllim də bu məsələyə məmnunluqla yanaşmış
və məşhur arxeoloq İdial Nənimanova Ağdamda olan görüşlərinin
birində mənim haqqımdakı fikirlərini
catdırmışdır. Xudu müəllim yeni bir arxeoloqun
yetişəcəyi ümidi
ilə İdial müəllimin 1985-ci ilin yayında enolit dövrü abidəsi olan Calağantəpə yaşayış yerində
işləyəcəyini, bununla
əlaqədar olaraq Ağdam şəhərində
“H.Aslanov-40” ünvanında olacağını Şahlar
müəllimin vasitəsilə
mənə catdırdı...
Xudu müəllimin arxeologiyaya,
diyarşünaslıq materiallarına
niyə bu qədər əhəmiyyət
verdiyini əleyhimizə
yazılmış olan
Z.Balayanın “Ocaq”ından
sonra daha dərindən anladım.
Elminin böyüklüyü
qədər də sadəliyin zirvəsində
olan Xudu müəllim 1985-ci ildə
iki dəfə bizə gəldi. Onun qəflətən
bir gənc müəllimin qapısını
döyməsindən keçirdiyim
həyəcanı, sonralar
isə keçirdiyim qürur hissini bu gün də
yaşamaqdayam. Gəlişi ilə bizi şərəfləndirən
Xudu müəllimi maraqlandıran, sən demə, məndə olan diyarşünaslıq
materiallarından iki eksponat imiş. Eksponatlardan biri müəyyənləşdirdiyimizə görə, tunc dövrünün sonlarına
aid olan muncuq (üzərində uzunsov guşəli ulduz işarəli), o birisi isə təqribən 0,3 litr həcmi
olan saxsı qab idi (dolca
formasında). O zaman Xudu müəllimi ən cox maraqlandıran
həmin qabın tapılma tarixcəsi oldu. Belə ki, həmin qab Yuxarı Qarabağ kanalından
10-cu sinif şagirdlərinin
(Ağcabədidəki 1 nömrəli
orta məktəbindən)
tutduqları və diri cəkisi 120 kq olan balığın
mədəsindən cıxmışdı.
Hətta
mədə şirəsinin
qaba göstərdiyi aşılayıcı təsir
də aşkarca bilinirdi. Xudu müəllim həmin qabı həmkarım Rəhbər Tapdıqoğlu
vasitəsilə necə
əldə etdiyim və qabın balığın mədəsinə
necə düşə
bilmə ehtimalım haqqında danışdıqlarımı
dinlədikdən sonra
dedi ki, bir də danış.
Təkrarən daha həvəslə
sözə başladım
və Xudu müəllim fikirlərimi
bəyənərək təsdiq
etdi. Xudu müəllim aradan
15-20 gün kecəndən
sonra yenidən qohumu İsmayılla bizə gəldi. Bu gəlişində Qarabağın
tarixi ilə bağlı ətraflı
söhbətdən sonra
mənə bölgədəki
yer-yurd adlarını,
bu adların etimalogiyasını toplamağı
və xüsusi olaraq “Xunaşin” (Hunaşin), “Ergi”, “Cinhaz”, “Şıpartı”
adları ilə maraqlanmağımı tapşırdı.
Xudu müəllimin hər kəs ücün adi bir cağırışı
bəs edərdi ki, can-başla bu cağırışa tələssin. Ancaq bu böyük insanın özü hamıya insanlıq nümunəsi göstərirdi. Bu isə Xudu müəllimin
ruhən, qəlbən
böyüklüyünün və insanlara olan sevgisinin göstəricisi idi.
Onun dostlarından olmuş Bəhmən Sultanlının
dediyi kimi, Xudu müəllim müdrik, ləhcəsi şirin, ağlı iti, dünya görüşü yüksək,
mənəviyyatı əlcatmaz
idi.
Mən ümid
edirəm ki, Qarabağımızın düşməndən
təmizlənməsi Xudu
müəllimin rahatsız
ruhunun dincliyi olacaq. Bu böyük insanın ruhunun dolaşdığı torpaqlarımızda
onun anım günlərinin, yubileylərinin
keçirilməsi ümidilə.
Yusif Millətoğlu,
tarixçi, publisist
Təzadlar.- 2013.-
9 fevral.- S.11.