Azərbaycan fəlsəfi şeirinin görkəmli nümayəndəsi - Bəxtiyar Vahabzadə 

 

Artıq beşinci ildir ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur. Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyalının mənəvi borcu və şərəf işi hesab olunur.

Bəxtiyar Vahabzadə həm xalq şairidir, həm də xalqın şairidir. Azərbaycan xalqı, həqiqətən, şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeiriyyatının özünəməxsus yeri vardır.

Bəxtiyar Vahabzadə yaradıcılığının palitrası çoxşahəli və rəngarəngdir. Onun bütün yaradıcılığı üçün fəlsəfi xətt, xüsusilə, xarakterikdir. Bəxtiyar Vahabzadə yaradıcılığında vətəndaş mövzusunun xüsusi yeri vardır. Təsadüfi deyildir ki, o, “Vətəndaş” şeirində göstərir:

 

Vətəndaş!

Nə gözəl səslənir bu söz.

Yəni - bir Vətənin övladıyıq biz.

Anamız eynidir,

Qardaşıq, demək.

Mən sənə arxayam,

Sən mənə kömək.

 

Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmayıb, o, həmişə öz adı və soyadı ilə çıxış edib. Şair “Özümdən narazıyam” şeirində belə ifad edib:

 

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə bundan razıyam ki,

Özümdən narazıyam.

 

Böyük şair “Yaşaya-yaşaya yaşamayan var” şeirində göstərir:

 

Sən bütün sulardan qupquru çıxdın

Düzəlir ən çətin işin bir anda.

Kim deyə bilər ki, bir yol karıxdın,

Məgər danışdın ki, karıxasan da

Susmaqdır ən böyük silahın sənin

Olmadı heç zaman «günahın» sənin.

 

Xalqın birliyi məsələsi həmişə Bəxtiyar Vahabzadə yaradıcılığında özünü büruzə verib o, xalqı həmişə birliyə çağırıb. Xalqın birliyi isə bizə bu gün daha çox vacibdir.

Böyük şair öz yaradıcılığında ana dilinin saflığının qorunmasına, bu dilin müqəddəsliyinə təbliğinə xüsusi yer ayırıb. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə “Ana dilişeirində göstərir:

 

Dil açanda ilk dəfə

anasöyləyirdik biz,

“Ana diliadlanır

bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı

anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil - bizim ruhumuz,

eşqimiz, canımızdır,

Bu dil - bir-birimizlə

əhdi-peymanımızdır.

Bu dil - tanıtmış

bizə bu dünyada hər şeyi,

Bu dil - əcdadımızın bizə

miras verdiyi

Qiymətli xəzinədir

onu gözlərimiztək

Qoruyub, nəsillərə

biz hədiyyə verək

 

Öz ana dilində danışmayanları, ana dilində danışmağı özlərinə ar bilənləri böyük şair yaradıcılığında kəskin tənqid edib. O, həmin şeirində daha sonra göstərir:

 

Ey öz doğma dilində

danışmağı ar bilən,

fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar,

telli sazlar.

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi

sizlərə qənim olsun.

 

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti zəngin təqdirəlayiq olub. Ona görə , onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olanİstiqlalordeninə layiq görülüb. Şairin yaradıcılığı keçmiş sovet məkanında da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSRİ-nin Dövlət mükafatına da layiq görülmüşdü. Onun yaradıcılığı Türkiyədə , həmçinin türkdilli ölkələrin hamısında sevilir yüksək qiymətləndirilir.

Mən deyərdim ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi şeirinin bel sütunu qırıldı. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli əbədiyaşar şairidir. Bəxtiyar Vahabzadənin türkçülüyü onun aşağıdakı misralarından daha aydın görünür:

 

Mən ilk qaynağımdan

türk oğlu türkəm!

Sübutdur, dəlildir ağlın qibləsi,

Dəyişə bilərsən adımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

Türkəmgerçəyini pıçıldayacaq.

 

Böyük şair həmişə özünə qarşı tələbkar olub, həyatı boyu öz yaradıcılığına tənqidi yanaşıb. Amma bu fikir onunLayiqəmmi mən?” şeirində daha bariz şəkildə özünü büruzə verib:

 

Atalar sözləri öyüddür bizə,

Yüz illər, min illər deyiləcəkdir.

Elə yaxşılığı, sən at dənizə,

Balıq bilməsə , xaliq biləcəkdir”.

 

Ölməz şair öz yaradıcılığında fiziki ölümlə mənəvi ölümü həmişə fərqləndirməyə çalışıb fiziki ölümü deyil, mənəvi ölümü faciə sayıb. O, bu fikri aşağıdakı misralarda daha poetik fəlsəfi mənada daha dəqiq işlədib:

 

Ölüm belə qəm deyil,

bu həyatı duyana,

Mən bu saçlarımla

öyünürəm, ay ana!

Qara, şəvə saçları təbiət vermiş mənə,

Mən güvənə

bilmərəm onun bu töhfəsinə,

Zəhməti, həyatımın

ilk bəzəyi sanmışam,

saçları həyatda

mən özüm qazanmışam.

 

Bəxtiyar Vahabzadə öz yaradıcılığında qədim xalq sənətini, o cümlədən, Azərbaycanın qədim mədəniyyət incilərindən olan muğamlarımızı yüksək qiymətləndirib. Təsadüfi deyildir ki, şairMuğamşeirində belə deyir:

 

Dəfn edin siz məni

Zabul segahın mayəsinə,

Deyirəm, bəlkə,

məni bir gün oyandırdı muğam.

 

Çox kitablar oxudum,

zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstə

qandırdı muğam.

 

Təbii ki, bir məqalədə özü mütəxəssis olmayan tərəfindən Bəxtiyar Vahabzadənin çoxcəhətli yaradıcılığının bütün səciyyəvi cəhətlərini əhatə etmək mümkün deyil. Bunu mən qarşıma məqsəd kimi qoymamışam. Sadəcə olaraq, bu, Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür.

Allah ona qəni-qəni rəhmət eləsin!

 

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının prorektoru-hüquq üzrə

fəlsəfə doktoru

Baş ədliyyə müşaviri,

prokurorluğun fəxri işçisi

 

Təzadlar.- 2013.- 16 fevral.- S.7.