Kulinarlarımız beynəlxalq çempionatda uğur qazanıb

 

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun iştirakı ilə Azərbaycan Milli Kulinariya komandasınn noyabrın 4-dən 9-dək Moldovada keçirilən Beynəlxalq kulinariya müsabiqəsindəki iştirakının nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə çıxış edən T.Əmiraslanov yarış haqqında məlumat verib. O, bildirib ki, çempionatda 10 ölkə -Azərbaycan, Moldova, Rumıniya, Türkiyə, Bolqariya, Avstriya, Kipr, Rusiya, Ukrayna, Özbəkistan iştirak edib. Azərbaycan 1 nəfərlə münsiflər heyətində təmsil olunub. Komanda 13 sinif yarışlarda iştirak edib və 2 qızıl, 5 gümüş, 4 bürünc, 1 diplom qazanıb.

Xatırladaq ki, T.Əmiraslanovun "Azərbaycan mətbəx mədəniyyəti" kitabı Moldovada səfirlik tərəfindən moldov dilinə tərcümə olunubçapa hazırlanır.

 

E.Məmmədli

Təzadlar.- 2013.- 16 noyabr.- S.11.