Qarakənd səmasındakı qara olay
Yaxud, hələ də “dili açılmayan” qara qutu...
...20 noyabr 1991-ci il. O müdhiş gündən 22 il ötməsinə baxmayaraq hər şeyi, sanki dünən baş vermiş bir hadisə kimi xatırlaya bilirəm. Çünki həmin vaxt “Ağdam” qəzetinin əməkdaşı işləyirdim və gün ərzində bəzi məqamlar mənim gözlərim qarşısında baş vermişdir.
Dağlıq Qarabağda
alovlandırılmış acı bağırsaq kimi uzanan münaqişənin
başlanmasından üç il doqquz ay
keçmişdi. Bu müddətdə
qanlı, amansız hadisələr get-gedə nəinki səngiyir,
əksinə, gündən-günə böyüyərək
dəhşətli müharibənin qapısını döyürdü. Onsuz da hər gün
Dağlıq Qarabağda və onun ətrafında baş
verən bir
faciəli hadisə eşidirdik.
Demək olar ki, artıq insanlar da buna bir növ alışqan olmuşdular.
Həmin gün də günortaya yaxın Ağdam şəhərində
atı yeyin olan yeni bir
acı xəbərin sorağı dolaşdı. Ermənilərin Martuni şəhərinə
bitişik olan azərbaycanlılar yaşayan
rus tağı məhləsinə və Xocavənd kəndinə piyada döyüş maşınları və canlı qüvvə ilə hücum etdikləri, dinc əhalini öldürdükləri və
kəndi viran qoyduqları barədə məlumat ağızdan-ağıza
gəzirdi. Xəbərin dəqiqliyi isə ölümün pəncəsindən
canını qurtarmış
xocəvəndlilərin ilk dəstəsinin Ağdama pənah gətirməsindən
sonra təsdiqləndi.
Bu insanlar ermənilər
və onlara havadarlıq edən rus hərbi birləşmələrinin azərbaycanlılara
qarşı necə qətllər törətdiklərinin
gözləri ilə şahidləri olmuşdular.
Düşmənin caynağından güc-bəla ilə qurtulmuş bu əliyalın insanlar sağ qaldılarına belə özləri də inana bilmirdilər.
Get-gedə Ağdama
doğma ev-eşiklərindən
ancaq diri canlarını götürüb
qaçmış xocavəndlilərin
böyük axını
başladı. Saat 14.00 radələrində şəhərin mərkəzi
meydanına minlərlə
insan toplaşdı.
Üzləri cırıq-cırıq,
sifətləri qanlı
qadınların ah-naləsi adamı varından yox edirdi. Amansız düşmənin qurduğu
ölümün torundan
çıxmış xocavəndlilərin
sir-sifətlərinidən acınacaqlılıq,
halsızlıq yağırdı.
Həqiqətən, kənd camaatının
vüqarı tamam əyilmişdi.
Artıq
xoşagəlməz hadisə
barəsində yuxarılara
da ətraflı məlumatlar çatdırılmışdı....
Azərbaycanın bu tanınmış dövlət
və ictimai xadimləri da rus və erməni
qoşun birləşmələrinin
Martuni rayonundan Xocavənd kəndinə hücum edib qanlı faciə törətdiklərini eşitcək
dərhal Ağdama, özü də iş görməyə gəlmişdilər.
Ağdam
Rayon Xalq Deputatları Soveti
İcraiyyə Komitəsinin
binasının otaqlarının
birində əyləşən
dövlət nümayəndələri
hadisənin şahidlərindən
bir neçə nəfəri sərbəst
dinldəikdən sonra
kənar adamları,
biz jurnalistləri də bayıra çıxardılar. İçəridə yarım saata qədər davam edən çox mübahisəli toplantı
keçirildi. Daha çox
isə dövlət katibi Tofiq İsmayılovun
əsəbi səsi eşidilirdi. Dövlət katibi içəridə olan rus generalları
ilə sözlə döyüşürdü.
Onlar baş vermiş hadisəni qısa müzakriə edib otaqdan çıxdılar...
Binadan bayıra-iynə atsan yerə düşməyən
saysız insanların
qarşısına ilk çıxan
Azərbaycan Respublikasının
baş prokuroru İsmət Qayıbov oldu. İsmət müəllim kömür
kimi qaralmışdı.
Hiss edirdin ki, əsəbindən onun bənizində qan idmi yoxdur. O, pilləkənlərlə enib
insan axınının
içərisinə daxil
oldu. Camaat onu dövrəyə
aldı.
Burada yaşlı bir xocavəndlili qadın özünü İsmət
Qayıbovun üstünə
atıb hıçqıra-hıçqıra:-Oğlumun meyidi kənddə qaldı, heç olmazsa onun meyidinin alınmasına köməklik
edin, bizi belə vəziyyətdə
atıb Bakıya getməyin!-deyərək onun əllərindən yapışdı.
Baş prokuror naəlac qalmış ananın hirsli çıxışına
dinməzcə qulaq asdı.
Əynində yaşıl rəngli
hərbi mundir dayanmış İsmət
Qayıbovun ürəyindən
keçən ağrıları
çöhrəsindən oxumaq
çətin deyildi.
O, sakitcə:-Toxtaq olun,
ana! Toxtaq olun! Allaha and olsun ki, oraya
gedirəm, düz oraya, hadisə yerinə! Onların başına od
yağdıracağam,-dedi!
Lap yaxınlığında olduğumdan bu sözləri açıqca
eşitdim.
Çox
keçmədi ki, dövlət nümayəndələri
onları Ağdam
Rayon XDS İcraiyyə Komitəsinin
binasının qarşısında
gözləyən “QAZ-31” markalı
minik maşınlarına
əyləşdilər. Mən
öz gözlərimin
gördüklərinin və
qulaqlarımın eşitdiklərinin
şahidiyəm ki, Tamerlan Qarayev də İsmət
Qayıbovun əyləşdiyi
“Volqa”ya tərəf gedərək onlarla birlikdə maşına oturmaq istədi. Lakin İsmət Qayıbov onu təkidlə maşında
əyləşməyə qoymadı və Tamerlan Qarayevə:-Tamerlan bəy, siz burada qalın,
camaatı sakitləşdirin,-dedi.
Bundan sonra Tamerlan Qarayev geriyə qayıtdı və pilləkənlərlə yuxarıya
çıxaraq yüksəklikdən
minlərlə insanın
qarşısında hadisə
ilə bağlı çıxış edərək
hamını təmkinliyə
çağırdı.
Sonra eşitdik ki, İsmət Qayıbov hadisə yerinə yollanmamışdan əvvəl
Martuni fövqəladə
vəziyyət rayonunun
komendantı rus polkovniki Jenkini Ağdam Rayon Polis İdarəsində
yanına çağırtdıraraq
ona əsəbi halda demişdir:
-Hadisə yerinə özüm də gedirəm. Orada əgər səninkilər
də iştirak ediblərsə onda səni özüm güllələyəcəyəm!
Həmin
gün-20 noyabr 1991-ci il
saat 16.30-da mayor Kotov, kapitan Dolqov, leytenant Yalavenkodan ibarət ekipajın idarə etdiyi içərisində
SSRİ və Azərbaycanın
22 nəfər tanınmış
dövlət və ictimai xadimləri olan 3553 saylı hərbi hissəyə məxsus Mİ-8 markalı
vertolyot Qarakəndin səmasında partladı.
Sərnişinlərin hamısı,
o cümlədən ekipaj
üzvləri faciəli
surətdə həlak
oldular.
Həmin
dövrdə bu hadisə-Azərbaycanın bir
qrup mən deyərdim ki, olduqca səriştəli,
bacarıqlı dövlət
xadiminin terror aktı ilə öldürülməsi
Qarabağ müharibəsində
qəddini az da olsa dikəltmək
istəyən, məhz
bu insanlardan nicat uman Azərbaycanın
kürəiynə sancılan
bir qılınc idi.
Qarakəndin üzərində baş vermiş bu qara olayın həqiqəti çoxları
üçün hələ
də qaranlıqda gizlənir. Hələ təfərrüatı açılmamış bu
faciəyə aydınlıq
gətirəcəyi güman
olunan vertolyotun qara yeşiyi isə hələ də “dillənmir” ki, “dillənmir”. Heç dillənəsi də deyildir. Bu isə 20 noyabr
faciəsi ilə bağlı nə qədər şübhələr,
yalanlar və fərziyələr yaradır.
Kimi bu hadisənin baiskarlarını
öz içimizdə,
kimi kənarda axtarır. Mən isə qətiyyətlə
deyərdim ki, bunu öz içərimizdə
axtaranlar yanılırlar!
Belələri ulağa gücü
çatğmayanda palanı
döyəcləyənlərdir. Axı, nə qədər dayaz düşüncəli bir
insan olasan ki, bu hadisənin
erməni və rus siyasətinin məhsulu olduğunu anlamayasan! Bunun şərhinə də ehtiyac duymuram. Bircə mətləbi anlamaq lazımdır ki, erməni və ruslara Tofiq İsmayılov, Məhəmməd Əsədov,
İsmət Qayıbov
kimi oğlulları aradan götürmək lazım idi, onlar bunun üçün
lazım gələrsə
üç nəfər
yox, otuz nəfər rus generalının həyatına
acımadan qəsd edərdilər.
Canında, damarında azərbaycanlı
qanı axan kimsə xalqının, millətinin
elə qaymaq oğullarına silah tuşlamazdı!
...Ertəsi gün bütün Ağdamda vəhşət yaşanırdı.
Bütün şəhər hüzn
və kədərə
qərq olmuşdu.
Ağdam
məscidinin həyətində
isə insan axını dalğalanmış
dənizə bənzyirdi.
Azərbaycanın Vətən yolunda
Qarakənd səmasında
vurulmuş hərbi vertolyotda şəhid olmuş qeyrətli oğullarının meyitləri
buraya gətirilmişdi.
Dünən üzbəsurət
gördüyüm Vətənin
qaymağı olan bu insanların meyitlərinə baxmaq mənim üçün nə qədər ağır, ürpəndirici
olsa da bu
dəhşətli mənzərəyə
baxdım. Sanki yuxuya getmiş Tofiq İsmayılovun, ayaq və qoları yanmış, üzü qarsımış İsmət
Qayıbovun, toqqalığına
qədər yanıb kömürləşmiş Məhəmməd
Əsədovun və digərlərinin, eləcə
də rus generalarının yanmış
meyitlərinin şəkillərini
çəkdim... İndii
bu sətirləri qələmə alarkən
sanki həmin günün ağrı-acısını
təzədən yaşadım...
Vətənimizin qəlbində
əbədi yeri olan qeyrətli oğullarımızın həmin
görkəmləri gözlərimin
qarşısında yenidən
canlandı...
Bəs o həlak
olanlar kimlər idi? Onların adlarnı
və vəzifələrini
bir daha yadımıza salaq:
1.İsmayılov Tofiq-Azərbaycanın
dövlət katibi.
2.Qayıbov İsmət-Azərbaycan Respublikasının Baş
Prokuroru.
3.Hacıyev Zülfi-Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini.
4.Əsədov Məhəmməd-Dövlət
müşaviri.
5.Namazəliyev Qurban-Meliorasiya nazirinin
birinci müavini.
6. Mirzəyev Osman-Prezident Aparatı Mətbuat xidmətinin rəisi.
7. Məmmədov Vəli-SSRİ
xalq deputatı.
8.Cəfərov Vaqif-Şuşa Rayon İcraiyyə Komtəsinin
sədri, SSRİ xalq deputatı.
9.Məmmədov Rafiq-Azərbaycan dövlət
katibinin köməkçisi.
10.Mustafayev Alı-Azərbaycan
Dövlət Televiziyasının
müxbiri.
11. Şahbazov Fəxrəddin-televiziyanın
kinooperatoru.
12. Hüseynzadə Arif-televiziyanın
kinooreratoru.
13.Polkovnik Plavski-Dağlıq
Qarabağ Muxtar Vilayətinin Baş prokuroru.
14.General Kovolyov-Dağlıq
Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin
rəisi.
15.General İvanov-Dağlıq
Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik Komitəsinin
rəisi.
16.Polkovnik Jenkin-Martuni fövqəladə vəziyyət
rayonunun komendantı.
17.General Lakaşov-SSRİ DİN-nin əməkdaşı, müşahidəçi.
18.General Koçerov- SSRİ Müdafiə nazirliyinin əməkdaşı, hərbi müşahidəçi.
19.General Serikov- SSRİ Müdafiə nazirliyinin əməkdaşı, hərbi müşahidəçi.
20.Mayor Kotov-Mİ-8 vertolyotunun
ekipaj üzvü.
21.Kapitan Dolqov-Mİ-8 vertolyotunun
ekipaj üzvü.
22.Leytenant Yalavenko-Mİ-8 vertolyotunun
ekipaj üzvü.
Baxşeyiş ABBASOĞLU,
Təzadlar.- 2013.- 21 noyabr.- S.12.