Ağdaş yeniləşir və gözəlləşir
İcra hakimiyyətinin başçısı Tofiq İbrahimovun az müddətdə rayonda apardığı möhtəşəm quruculuq-abadlıq işləri, açılan yeni iş yerləri, rayon əhalisinə göstərilən yüsək qayğı və diqqət bu sözləri deməyə əsas verir...
İstər Bakıda, istərsə də respublikamızın digər rayonlarında tikinti, abadlıq, quruculuq işləri, sosial və iqtisadi sahədə həyata keçirilən layihələr, o cümlədən “2009-2013-cü illərdə Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın necə yerinə yetirilməsi ilə bağlı məlumat almaq üçün bu dəfə yolumuz Ağdaşa düşdü...
***
... Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verirdi ki, icra başçısı kimi T.İbrahimov prezidentin ona göstərdiyi etimadı öz əməli işi ilə, rayon əhalisinə göstərdiyi diqqət və qayğısı ilə doğrultmaqdadır. Bu səbəbdən də T.İbrahimovun az müddətdə Ağdaş rayonunda böyük dönüşə nail olmasının, rayon əhalisinin mədəni istirahəti üçün quruculuq-abadlıq işlərini yüksək səviyyədə yerinə yetirilməsinə göstərdiyi fədakarlığın canlı şahidi olmaq üçün Ağdaş rayonuna səfər etmək qərarına gəldik.
Səfərimiz elə bir məqama düşdü ki, az müddətdə rayonun simasını hədsiz dərəcədə dəyişərək gözəlləşdirmiş rayon icra hakimiyyətinin başçısı T.İbrahimovu Bakıda keçirilən dövlət tədbirlərində iştirak etməsi səbəbindən görə bilmədik.
Növbəti təəssüf hissini onda keçirdik ki, rayon icra hakimiyyəti başçısının hər iki müavini də məzuniyyətdə olduğundan demək olar rəhbərliklə görüşmək mümkün olmadı. Ancaq rayonda görülən işlər barədə kimsədən soruşmadan da rayonun mərkəzini gəzməklə hər şeyi öyrənmək olardı. Bununla belə, bəzi detalları yerli-yerində öyrənmək üçün rəsmilərdən biri ilə görüşmək lazım idi. Rayon icra hakimiyyətinin təlimatçısı, uzun müddət icra strukturunda işləyən Qalib Həsənov gəlişimizin məqsədini bilib, rəhbərlik olmadığından bizi icra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri, baş memar Azər Əliyevlə görüşdürdü.
A.Əliyev söhbətimiz zamanı bildirdi ki, əgər rayonu çıxıb gəzsəniz, özünüz görülən işlərin canlı şahidi ola bilərsiniz: “Məlum olduğu kimi, cənab Tofiq İbrahimov 2 ilə yaxındır ki, rayona rəhbərlik edir. Bu az müddətdə nəinki rayon mərkəzində, hətta ucqar kəndlərdə belə geniş layihələr həyata keçirilib. Bütün sahələrdə böyük irəlilləyişlər nəzərə çarpır. Yaxşı olar ki, birlikdə gedib rayon mərkəzində görülən işlərlə tanış olaq...”.
Azər müəllimlə ilk növbədə artıq tikintisi başa çatmış və yalnız içəridə son tamamlama işləri gedən rayon icra hakimiyyətinin yeni inzibati binası ilə tanış olduq. Binanın solunda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının inzibati binası, sağında isə Heydər Əliyev Mərkəzi olacaq möhtəşəm binanın tikintiləri sürətlə gedirdi. Burada bir məqamı xüsusilə vurğulamaq istərdim.
Çünki bu olduqca diqqət çəkən məqamdır və digər rayonlara da nümunə olmalıdır. Belə ki, rayon icra hakimiyyətinin yeni inzibati binası mərkəzdə yox, mərkəzdən təmamilə kənarda, təxminən 2 km aralı boş bir ərazidə salınıb. Ətrafda demək olar nə bir yaşıllıq, nə də yaşayış binaları var. Ağdaş-Qəbələ magistral yolundan təxminən 100 metr aralıda salınmış həm icra hakimiyyətinin binası, həm Heydər Əliyev Mərkəzi, həm də YAP-ın yerli binası bu ərazinin demək olar ilk tikintisidir. Bəs səbəb nədir ki, yeni inzibati binalar rayon mərkəzindən bu qədər uzaqda salınıb?
Öyrəndim ki, bu təşəbbüsün sahibi yenə də rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovdur. Məqsəd də ondan ibarətdir ki, rayon mərkəzi sıxlıq olduğundan yeni inzibati binalar kənarda salınıb ki, həmin boş qalmış ərazilər də yeni yaşayış massivinə və yaşıllığa çevrilsin. Bu, olduqca təqdirə layiq hadisədir. Axı rayon mərkəzində iş görmək elə də ciddi problem deyil. Ancaq oğul ona deyərəm ki, hər şeyi sıfırdan başlayaraq, geniş yaşayış massivi və yaşıllıq yarada bilsin. Özü də rayon mərkəzindən kənarda yerləşən boz çöllərdə...
Açıq etiraf etmək lazımdır ki, rayon icra hakimiyyəti başçısının bu addımı alqışa layiqdir. Çünki gözəllik, tikinti-quruculuq işləri təkcə rayon mərkəzində yox, rayonun bütün ərazilərində aparılmalıdır. Necə ki, Tofiq İbrahimov belə edir.
Maraqlı detallardan biri də ondan ibarətdir ki, bir çox rayonlarda olduğu kimi deyil, Bayraq meydanı icra hakimiyyəti binasının qarşısında yox, Qəbələdən rayona gələrkən yolun sağında geniş bir ərazidə salınmışdır. Burada da son tamamlama işləri gedir və yaxın günlərdə üçrəngli bayrağımız burada dalğalanacaqdır.
Azər Əliyevlə rayonu gəzdikcə görülən işlər doğurdan da adamı valeh edirdi. Rayon mərəkəzində yeni tikilib istifadəyə verilmiş 1 saylı uşaq və körpələr evi və bağça olduqca müasir dəbdə tikilmiş və uşaqların ixtiyarına verilmişdir. Rayon mərkəzində 7 hektar ərazini əhatə edən geniş park isə sözlə təsvir ediləsi deyil. Bunu yalnız gözlə görmək lazımdır. Parkı gəzdikcə, adam özünü Avropanın ortasında hiss edir. Park sadəcə adi gəzinti parkı deyil, burada istənilən yaş kateqoriyasında olan insanların istirahəti üçün hər şey nəzərdə tutulub. Deməli, uşaqla istirahətə gələn analar üçün parkda xüsusi istirahət otağı fəaliyyət göstərir. Burada körpələrə hər cürə şərait yaradılıb. Uşaqlar üçün isə bütün əyləncə növləri nəzərdə tutulub. Yellənçəkdən tutmuş, nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmiş qatarlara qədər hər şey var. Tezliklə bu qatarlar üçün kiçik dəmir yolu istifadəyə veriləcək.
Parkın digər tərəfində isə həm Böyük Vətən Müharibəsi, həm də I Qarabağ müharibəsinin iştirakçıları, əlilləri üçün istirahət otağı tikilib, istifadəyə verilib. Burada müharibə iştirakçıları həm asudə vaxtlarını səmərəli keçirə, həm də ad günləri, yubileylər təşkil edə bilərlər. Bunun üçün istirahət otağında bütün şərait yaradılıb.
“Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun təşəbbüsü ilə yaradılmış belə bir park ağdaşlıların əsl istirahət mərkəzinə çevrilib...”
Parkın içərisində yaradılmış 2 böyük süni göl istirahət mərkəzinə xüsusi yaraşıq verir. Gölün ətrafının müxtəlif su heyvanlarının və quşların heykəlləri ilə bəzədilməsi isə baxan hər kəsin zövqünü oxşayır. Müxtəlif konsertlər üçün isə parkda ayrıca meydança fəaliyyət göstərir. Heydər Əliyevin əzəmətli heykəlinin ətrafında olan bu meydançada bir çox kütləvi tədbirlər də həyata keçirilir. Bir sözlə, rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun təşəbbüsü ilə yaradılmış belə bir park ağdaşlıların əsl istirahət mərkəzinə çevrilib.
Rayon RİH-nin
tikinti və memarlıq şöbəsinin
müdiri, baş memar Azər Əliyevdən rayonun
özündə və kəndlərində görülən
digər işlərlə də maraqlandım.
Məlum
oldu ki, prezident cənab İlham Əliyevin 2012-ci ilin dekabr
ayında təsdiq etdiyi “Ağdaş şəhərinin ərazisinin
genişləndirilməsi barədə” sərəncamına
uyğun olaraq şəhər ərazisinə daxil edilən
yaşayış məntəqələrinin də normal
kommunal xidmətlərlə təmin edilməsi
üçün lazımi tədbirlər görülməkdədir.
Rayon mərkəzi olan Ağdaş şəhərinin 20 minə yaxın əhalisinin və 12 yaşayış məntəqəsinin istifadə etdiyi 34 km uzunluğunda Ləki-Pirəzə-Xınaxlı kənd avtomobil yolu əsaslı təmir olunaraq, asfalt vurulmuşdur.
Qolqəti və Ərəbocaq kəndlərində həkim məntəqələri istifadəyə verilmiş, Tofıqi kəndindəki həkim məntəqəsinin tikintisi başa çatmışdır. Ləki dəmir yolu vağzalının binası əsaslı təmirdən sonra artıq istifadəyə hazırdır.
İlin əvvəlindən rayonun Kükəl, Birinci Aral, Qarağan-Sədi, Şəmsabad, Qəsil, Pirəzə, Orta Ləki, Qülbəndə, Qoşaqovaq, Hapıtlı, Cardam, Pirkəkə, Aşağı Zeynəddin, Qolqəti, Abad, Qaradağlı, Dəhnəxəlil, Kotanarx və Kotavan kəndlərində, həmçinin Ləki qəsəbəsi və Türyançay fəhlə qəsəbəsindəki elektron ATS-lərə sürətli internetin ötürülməsi üçün fıber-optik kabellərin çəkilişi başa çatmışdır.
Rayonda 68 umumtəhsil məktəbi fəaliyyət göstərir. Bildiyimiz kimi orta təhsil müəssisələrinin əsas keyfıyyət göstəricisi ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında göstərilən nəticələrdir. Bu il əvvəlki illərdən daha uğurlu olmuş, ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş 512 şagirddən 243-ü tələbə adını qazanmışdır ki, bu da əvvəlki ilə nisbətən 16 nəfər çoxdur. Rayonda həm dövlət səviyyəsində, həm də Heydər Əliyev fondunun sayəsində yeni məktəb tikintisinə və köhnə məktəblərin əsaslı təmirinə xüsusi fikir verilir. Doğurdan da son illər dövlət səviyyəsində təhsilə çox böyük qayğı var. Bunun da sayəsində rayonun özündə və kəndlərində yeni məktəblər tikilir. Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180 şagird yerlik, Qaroğlan kəndində isə 80 şagird yerlik məktəb binaları tikilib və Ağdaş şəhərindəki 11 nömrəli uşaq bağçası əsaslı təmir edilib istifadəyə verilmişdir. 2013-cü ilin üçüncü rübündə rayonun Tofıqi və Aralbir kəndlərinin hər birində 220 şagird yerlik, Qarağan-Şıxlar, Qülbəndə və Ərəbşəki kəndlərinin hər birində isə 180 şagird yerlik məktəb binalarının tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir.
Bəs məktəblərdə istilik sisteminin vəziyyəti necədir? Öyrəndim ki, məktəblərin əksəriyyətində kombi sistemi adlanan qızdırıcılar quraşdırılıb ki, bu da şagirdlərin qış dövründə normal təhsil almasına tam şərait yaradır.
Rayon elektrik şəbəkəsinin rəisi, uzun müddətli səmələri fəaliyyətinə görə prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş, İlham Hacıyevlə də görüşdük. Söhbətimiz zamanı aydın oldu ki, İ.Hacıyev doğurdan da öz peşəsinin sənətkarıdır. Əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün şəbəkənin bütün işçiləri əllərindən gələni əsirgəmirlər. Ancaq avadanlıqlar və naqillər köhnə olarsa, təbii ki, çalışmalar bir nəticə verməyəcək:
-Bəli, avadanlıqlar köhnə olsa, işimizin effekti olmaz. Bu sahədə
isə demək olar heç bir problemimiz yoxdur. Çünki bütün transformatorlar
və naqilləri dəyişmək üçün
“Azərenerji”dən həmişə
dəstək görmüşük.
Ona görə də az müddətdə
rayon əhalisinin elektrik
enerjisinə olan təlabatını
yaxşılaşdırmaq məqsədilə
təmir işləri
davam etdirilmişdir. Nəticədə 72.5 km uzunluğunda elektrik verilişi xətti əsaslı və cari təmir
olunmuşdur. Rayonun
Kükəl kəndi ərazisində tikintisinə
2010-cu ildə başlanılmış
220/110 kv-luq 2x125 MVA gücündə
Ağdaş regional elektrik yarımstansiyasının
tikinti işləri davam etmişdir və başa çatmaq üzrədir. Bir çox köhnə
yarımstansiyalar yenisi
və daha güclüsü ilə əvəz edilmişdir.
Elektrik xətlərinin dirəkləri
demək olar təmamilə yenilənmişdir.
Bu gün Ağdaş
rayonunun mərkəzində
və kəndlərində
elektrik enerjisinin verilişində heç bir problem yoxdur...
***
Rayonun qazla təminatında da problemin olmadığını
öyrəndik. Rayon icra
hakimiyyətinin İctimai,
Siyasi və Humanitar Məsələlər
üzrə şöbəsindən
aldığımız məlumata
görə rayon əhalisinin
təbii qaza olan təlabatı təmamilə ödənilir.
Bu il ərzində rayonun Ləki qəsəbəsinin küçələrində
və digər kəndlərdə müxtəlif
ölçülü 25 min 440 poqonmetr uzunluğunda qaz xətləri yenisi ilə əvəz olunmuş, rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat,
Bəylik, Güvəkənd
və Əmirarx kəndlərinə təbii qaz yanacağının
verilməsi üçün
989 ədəd yeni qaz sayğacı quraşdırılmış və
müxtəlif ölçülü
18 min 600 poqonmetr uzunluğunda
qaz xətləri çəkilmişdir. Ağdaş şəhəri,
Pirəyir, Tofiqi, Əmirmahmud və Qarağan-Saat kəndlərinə
20 ədəd yeni qaz tənzimləyici “şkaf”;
qoyulmuşdur. İlin əvvəlindən
rayonun Tofiqi, Əmirmahmud, Qarağan-Saat,
Güvəkənd və
Əmirarx kəndlərinə
təbii qaz yanacağı verilmişdir.
Memar Azər
Əliyevdən isə
öyrəndik ki,
rayon icra hakimiyyətinin
başçısı T.İbrahimovun
təşəbbüsü ilə Ağdaş şəhərinin su-kanalizasiya
sistemi təmamilə yenilənmişdir. Bu sahədə tenderin qalibi olmuş Türkiyənin
“ALKE” Şirkəti tərəfindən
2012-ci ildə layihənin
əsas hissəsinin icrasına başlanılmış
və bu il ərzində
işlər davam etmişdir. Ağdaş şəhərinin ərazisinin genişləndirilməsi
ilə əlaqədar
olaraq, şəhər
ərazisinə qatılmış
yaşayış məntəqələrinin
də su-kanalizasiya xidmətləri ilə təmin edilməsi üçün yeni layihə işlənməyə
başlanmışdır. Bununla əlaqədar olaraq Ağdaş şəhərinə
yaxın olan və magistral su-kanalizasiya xətlərinin
üstündə yerləşən
kəndlərin içməli
su və kanalizasiya xidmətləri
ilə təmin olunması üçün
müvafıq sənədlər
hazırlanır.
O da məlum oldu
ki, ötən dövr ərzində rayonda sənaye sahələrinin inkişaf
etdirilməsi sahəsində
müəyyən tədbirlər
görülmüş, “Orelay”
şirniyyat istehsalı
müəssisəsinin yeni
istehsal sexi, beton istehsalı zavodu istifadəyə verilmişdir.
Maraqlıdır, görəsən rayon iqtisadiyyatının
əsasını təşkil
edən kənd təsərrüfatı sahəsində
vəziyyət necədir? Aldığımız məlumata görə bu sahədə də rayon icra hakimiyyətinin başçısı
T.İbrahimov çox
böyük işlər
görüb və görməkdədir. Ən
maraqlı detal ondan ibarətdir ki, əhalinin pay tarpaqları illərdir ki, istifadəsiz qalmışdı... T.İbrahimovun
təşəbbüsü ilə boş qalan pay torpaqlarının
istifadəsi üçün
torpaq sahibləri ilə birgə təsərrüfat yaratmaq
təklif olunub. Rayon icra hakimiyyətinin
hərtərəfli dəstəyi
ilə neçə illərdir istifadəsiz qalmış torpaqlar artıq əkilib-becərilməyə
başlanılmışdır. Ağdaşla Ləki arasında
qarışıq yem zavodu tikilib və istifadəyə verilmə ərəfəsindədir.
Burada təxminən 100 nəfər
işlə təmin olunacaq. Ləki qəsəbəsinə yaxın ərazidə tikilmiş mebel sexində isə 50 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin tikintisində son tamamlanma işləri aparılır. Kompleksə Macarıstandan 400 baş yerli şəraitə nisbətən uyğun ətlik və südlük istiqamətli mal-qara gətirilmişdir. Bu il Mala-Qəribli kəndi ərazisində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 1000 hektar sahədə Biyan yetişdirilməsi və istehsalı müəssisəsinin yaradılmasına başlanılmışdır ki, burada da xeyli insan işlə təmin olunacaq. Demək olar ki, 2013-cü ilin bu gününə qədər rayonda 370-i daimi olmaqla, 1630 yeni iş yeri yaradılmışdır.
Artıq hər şey aydındır. Göründüyü kimi, bütün bu sadalanan və göstərilən uğurlu işlər son 2 ilə yaxın bir müddətdə həyata keçirilib. Bu isə təbii ki, həmin müddətdən rayona rəhbərlik edən rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun yorulmaz fəaliyyətinin nəticəsidir. Bu da onu deməyə əsas verir ki, insanın qanında, canında xalqa xidmət etmək həvəsi, eşqi varsa, heç bir fərmansız da onu həyata keçirəcək. T.İbrahimov da öz xalqını sevdiyindən, prezident cənab İlham Əliyevin ona göstərdiyi etimadı layiqincə doğrlutduğundan belə bir uğurlara imza ata bilir...
Elçin MƏMMƏDLİ
Bakı-Ağdaş-Bakı
Təzadlar.-
2013.- 21 noyabr.- S.8-9.